AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
tarix21.01.2017
ölçüsü0,78 Mb.
#6179

 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

Enerjidən səmərəli istifadə edən ekoloji texnologiyaların (yaşıl 

texnologiyaların) tətbiqinə dair  

 

ARAYIŞ 

 

 

 

Hazırladı: 

Sənaye şöbəsinin Sənaye layihələri sektorunun 

məsləhətçisi Böyükağa Cavanşirov 

 

 

 

 

Bakı – 2015 

 

MÜNDƏRİCAT

 

 

 

 

Dünyada mövcud vəziyyət ............................................................................................. 2 



Dünyada yaşıl texnologiyalar tətbiqi ............................................................................. 7 

Almaniya ..................................................................................................................... 7 

Cənubi Koreya ............................................................................................................ 9 

Çin ............................................................................................................................. 11 

Rusiya ........................................................................................................................ 12 

Yaponiya ................................................................................................................... 13 

Azərbaycanda mövcud vəziyyət .................................................................................. 14 

 

 

 



 

 

 



 

Dünyada mövcud vəziyyət 

 

İnkişaf  etmiş  ölkələrdə  1950-ci  illərdən  başlayaraq  ətraf  mühitin  çirkənməsi 



mövzusu  geniş  müzakirə  edilən  mövzuya  çevrilmiş  və  1970-ci  illərdə  bu  ölkələrdə 

ekologiya  üzrə  müxtəlif  dövlət  qurumları  yaradılmağa  başlamışdır.  Bu  qurumların 

vəzifəsi yığılan faktlar əsasında müvafiq siyasətlərin işlənilməsi və həyata keçirilməsi idi. 

İqtisadi  inkişaf  nəticəsində  bir  tərəfdən  texnoloji  yeniliklərin  enerjiyə  tələbatı, 

digər  tərəfdən  isə  məişət  və  sənaye  tullantılarının,  çirkab  suların  həcminin  artması  da 

müşahidə  edilməkdədir.  Hazırda  adıçəkilən  sahələrin  idarə  olunması,  ətraf  mühitin 

mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin 

rifahı naminə daha dolğun istifadə olunması kimi məsələlər əsas prioritetlərdir.  

Bu  prioritetlər  daxilində  son  zamanlar  enerjidən  səmərəli  istifadə  edən  və  ekoloji 

cəhətdən  əlverişli  texnologiyaların  –  “yaşıl”  texnologiyaların  –  tətbiqi  geniş  vüsət 

almışdır.  “Yaşıl”  texnologiyalar  təbiətdən  yararlanan  qurğuların  hazırlanması,  işə 

salınması  və  bu  zaman  ətraf  mühit  üçün  tam  zərərsiz  və  ya  minimal  zərərlə  çalışan 

texnologiyalardır.  

Bunu  nəzərə  alaraq,  bir  sıra  ölkədə  “yaşıl”  texnologiyaların  tətbiqi  göstərilən 

problemlərin həll edilməsi yollarından biri hesab edilir.  

 

Yaşıl texnologiyalar 

Son 50 ildə dünya üzrə təbii resurslara tələbat kəskin şəkildə artmaqdadır. Müvafiq 

hesablamalar  görə  1961-ci  ildə  təbii  resurslara  tələbat  yer  kürəsinin  bioloji  bərpaetmə 

gücünün 70%-nə barabər idi. 1980-ci illərə sözügedən tələbat artıq yer kürəsinin gücünü 

üstələməyə başlamış və 1999-cu ildə istifadə edilən təbii resurslar yer kürəsinin yenidən 

bərpa gücünün 120%-ni təşkil etmişdir. Yəni istehlak edilmiş resursların bərpa olunması 

üçün 1,2 ədəd yer kürəsi tələb edilir. 


 

Buna  cavab  olaraq,  təbii  resursların  daha  qənaətlə  istifadə  edilməsi  və  həmçinin 



ətraf  mühitin  qorunması  məqsədilə  ilk  növbədə  inkişaf  etmiş  ölkələrdə  “yaşıl 

texnologiyalar”  konsepsiyası  irəli  sürülmüş  və  bu  konsepsiyaya  aşağıdakı  kriteriyalara 

uyğun olan məhsullar, avadanlıq və sistemlər aid edilir: 

-

 



ətfar mühitin deqradasiyasını minimuma endən; 

-

 



istixana effekti qazlarını havaya aşağı həcmdə buraxan və ya heç buraxmıyan; 

-

 



bütün həyat formaları üçün sağlam və yaxşılaşdırılmış ətraf mühiti təmin edən; 

-

 



enerjinin və təbii resursların istifadəsinə qənaət edən; 

-

 



bərpa edilən enerji mənbələrinin istifadəsini təqviq edən. 

 

Yaşıl iqtisadiyyat  

“Yaşıl iqtisadiyyat” termini ilk olaraq 1989-cu ildə Böyük Britaniyanın hökuməti 

üçün  hazırlnamış  hesabatda  qabaqcıl  ərtaf  mühiti  mütəxəssisləri  tərəfindən  istifadə 

edilmişdir.  BMT-nin  Ətraf  Mühit  Proqramı  (UNEP)  tərəfindən  “yaşıl  iqtisadiyyat” 

termini insan rifahını və sosial ədaləti təmin edən və eyni zamanda ətraf mühiti risklərini 

kəskin  şəkildə  azaldan  iqtisadiyyat  kimi  müəyyən  edilir.  Həmçinin  Davamlı  İnkişaf 

Konsepsiyası  işlənilir  ki,  bu  konsepsiya  çərçivəsində  aşağıdakı  3  əsas  problemin  həlli 

məqsəd kimi irəli sürülür: 

1) iqtisadiyyatın davamlı artması ekoloji sistemə müvafiq olması; 

2)  resursların  təkcə  indiki  nəsil  üçün  deyil,  həmçinin  gələcək  nəsillər,  eləcə  də 

digər bioloji canlılar arasında ədalətli bölgüsünün aparılması; 

3)  təbii  kapitalı  adekvat  olaraq  nəzərə  alan  resursların  zamanda  effektiv 

bölgüsünün həyata keçirilməsi. 

Bunu nəzərə alaraq, davamlı inkişaf konsepsiyası 5 əsas prinsipə əsaslanır: 

1. Hazırda mövcud olan nəslin tələbatlarının ödənilməsi və eyni zamanda gələcək 

nəsillərin tələbatlarını ödəmək imkanlarının qorunması; 


 

2.  Təbii  resursların  istismarı  sahəsindəki  məhdudlaşmalar  nisbi  xarakterlidir.  Bu 



məhdudiyyətlər  texnikanın  və  sosial  sistemin  müasir  səviyyəsi  ilə  eyni  zamanda  insan 

fəaliyyətinin nəticələrinin aradan qaldırmaq qabiliyyəti ilə əlaqədardır; 

3. Bütün insanların adi tələbatlarını ödəmək və gələcək yaxşı həyata olan ümidinin 

reallaşdırılmasına şəraitin yaradılması zərurəti ödənilməlidir; 

4.  Böyük  resurslara  malik  olanların  həyat  tərzini  planetin  ekoloji  imkanları  ilə 

xüsusilə enerji istehlakı ilə uzlaşdırmağa ehtiyac vardır; 

5.  Əhali  artımının  sayı  və  tempi  yerin  qlobal  ekosisteminin  dəyişməyə  meylli 

istehsal potensialı ilə uzlaşdırılmalıdır. Davamlı inkişafın dinamik xarakteri xüsusi qeyd 

edilməlidir. 

Bu prinsiplər praktikada tətbiq etmək üçün bir çox dünya ölkələri davamlı inkişaf 

konsepsiyaları hazırlamışlar. OECD və UNEP beynəlxalq təşkilatları “yaşıl artım” və ya 

“yaşıl  iqtisadiyyat”  ekoloji  təhlükəsizliyi  təmin  edən  mal  və  xidmətlərin  istehsal  və 

istehlakını,  həmçinin  yaşıl  inkişafa  yatırılan  investisiyaları  nəzərdə  tutaraq  bir  anlayış 

olaraq müəyyən ediblər. 

Yaşıl iqtisadiyyat yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər və ya klassik 

iqtisadiyyatın  təməllərinə  insan  və  təbiət  faktorlarının  əsaslı  bir  şəkildə  əlavə  olunması 

kimi  də  müəyyən  oluna  bilər.  Eyni  zamanda,  hazırda  yaşıl  iqtisadiyyat  anlayışının  nəyi 

əhatə  etdiyinin  dəqiq  olaraq  müəyyənləşmiş  və  hamı  tərəfindən  qəbul  edilən  tərifi 

yoxdur. Bu səbəbdən, bir sıra ölkələr ölkədaxili xüsusi şərtlər çərçivəsində fərqli təriflər 

ortaya qoyurlar.  

Hazırda  yaşıl  iqtisadiyyatın  inkişafı  üçün  təhlillər,  araşdırmalar  və  yatırımlar 

əsasən aşağıdakı sahələri əhatə edir: 

-

 

Bacarıqların  inkişafı  (“capacity  building”)  –  treninqlər,  məsləhət  xidmətləri, 



texniki yardımlar və s.; 

-

 



Maliyyələşdirmə xidmətləri – qrantlar, layihələrin maliyyələşdirilməsi və s.; 

-

 



Elmi araşdırmalar xidmətləri – əsas bilik bazaları və s.; 

 

-



 

İnformasiya  xidmətləri  –  informasiya  mübadiləsi,  maariflənmənin  inkişafı, 

elmin idarəedilməsi və s.; 

-

 



Texnologiya transferi xidmətləri – texnologiya mübadiləsi və s.  

 

Yaşıl iqtisadiyyatda fiskal siyasət 

Yaşıl  iqtisadiyyatın  inkişafında  fiskal  siyasətin  rolu  önəmlidir.  Beləki,  hər  bir 

ölkənin özünəməxsus  fiskal  alətləri  vardır.  Bu  alətlərə  yanacaqdan  istifadəyə  görə  vergi 

güzəştləri,  ekoloji  cəhətdən  zərərli  şəkildə  fəaliyyət  göstərən  sahələri  daha  təmiz 

fəaliyyətə  təşviq  edən  subsidiyalar,  təmiz  texnologiya  və  davamlı  istehsal  fəaliyyəti  ilə 

məşğul olan sektorlara maliyyə güzəştlərinin köməyi və digər alətlər daxildir.  

Bütün bunları ümumiləşdirsək yaşıl fiskal siyasətdə istifadə oluna biləcək alətlərin 

aşağıdakı variantlarını qeyd etmək olar: 

-

 



ekoloji vergi alətləri (məsələn, karbon vergisi); 

-

 



intensiv çirkləndirməyə görə cərimə; 

-

 



müsbət  ekoloji  fəaliyyətin  mükafatlandırılması  üçün  yaşıl  subsidiyalar 

(məsələn, “feed-in” tarifi), qrantlar, kreditlər; 

-

 

ekoloji  cəhətdən  zərərli  fəaliyyətlərə  subsidiyaların  verilməsinin  aradan 



qaldırılması; 

-

 



birbaşa  dövlət  xərcləri  (məsələn,  ekoloji  təmiz  infrastruktur  və  ya  təmiz 

texnologiya üçün elmi tədqiqat fəaliyyətinin təşkili). 

Dünyanın  müxtəlif  ölkələrində  geniş  istifadə  edilən  yaşıl  fiskal  siyəsətlər  biri 

karbon vergisidir (CO

2

 vergisi). Karbon vergisi qlobal istiləşmə və iqlim dəyişikliyinin ən 



əhəmiyyətli  mənbələrindən  biri  olan  və  neft,  kömür  və  təbii  qaz  kimi  yanacaqların 

yanmasından meydana gələn karbon emissiyasını azaltmaq məqsədiylə alınan vergidir.  

Karbon vergisi “yaşıl” subsidiyaların çatışmazlıqlarını nisbətən kompensasiya edir. 

Beləki,  karbon  vergisinin  əsas  məqsədi  gəlir  götürmək  və  təbii  resurslardan  istifadənin 

qarşısını  almaq  deyil,  qlobal  çirklənməni  azaltmaq  və  təbii  resursları  qorumaqdır.  Bu 


 

vergi növü ətraf mühitə ziyan verən sahələrə tətbiq olunduğu üçün dövlət büdcəsinə ziyan 



vurmur və həm də yoxsulluq probleminə də müsbət təsir göstərir.  

 

Yaşıl Biznes 

Yaşıl  biznes  qlobal  və  yerli  səviyyədə  ətraf  mühitə,  cəmiyyətə,  icmalara  və 

iqtisadiyyata  zərərli  təsir  etməyən,  iqtisadi  inkişafı,  sosial  tərəqqini  və  ətraf  mühitin 

mühafizəsini  təmin  edən  müəssilərdir.  Biznesin  yaşıl  olması  üçün  onun  aşağıdakı  dörd 

amilə cavab verməsi zəruridir. 

-

 

dayanıqlı inkişaf prinsiplərini biznes qərarlarına daxil edilir; 



-

 

ekoloji  təmiz  məhsul  istehsal  edilir,  xidmətlər  göstərilir  və  bunlar  “yaşıl” 



olmayan xidmət və məhsulları əvəzləyir; 

-

 



ənənvi rəqabətə nisbətdə yaşıldır; 

-

 



kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyini bəyan edilir. 

Yaşıl  biznesin  əsas  təşəbbüsü  xidmət  və  istehsal  prosesi  zamanı  meydana  gələn 

zərərli  kimyəvi  maddələrin,  material  və  tullantıların  təsirini  azaltmaq  yaxud  aradan 

qaldırmaqdır. 

Havaya buraxılan istixana qazlarının həcmi baxımından insanın qeyd olunan təsiri 

CO

2



  vahidi  ilə  ölçülə  bilər  ki  buna  da  “karbon  izi”  deyilir.  Yaşıl  biznesin  hədəfi 

tullantıların  azaldılması  və  materialların  təkrar  istifadəsinə  mümkün  qədər  çox  nail 

olmaqla ətraf mühitdə “karbon izi”nin aşağı salınmasıdır. 

 

Effektiv enerji tikililəri və davamlı enerji 

Effektiv  enerji  tikililəri  istiqamətində  keçid  prosesi  bir  çox  yeni  iş  yerlərinin  

yaradılması  və  eyni  zamanda  mövcud  olan  iş  yerlərinin  “yaşıllaşması”  gözlənilir.  Bu 

texnologiyalar yalnız müasirləşdirmə və izolyasiya etməni nəzərdə tutmur, eyni zamanda 

adaptiv  və  elastik  dizaynı  ehtiva  edir.  Bu  isə  öz  növbəsində  yeni  texnologiyaların 

təchizatının asanlaşdırılmasına imkan yaradır. 



 

Davamlı  enerji  mənbələri  kimi  əsasən  alternativ  enerji  mənbələri  nəzərdə  tutulur 



(su  elektrik  stansiyaları,  günəş  enerjisi,  külək  enerjisi,  dalğa  enerjisi,  geotermal  enerji, 

bioenerji).  Bu  adətən  enerji  effektivliyini  təkmilləşdirən  texnologiyaları  da  ehtiva  edir. 

Alternativ  enerji  sektoruna  sərmayə  yatırılması  iqtisadi  məna  kəsb  edir  (dünya  üzrə  bu 

sektora  2030-cu  ilə  kimi  630  milyard  ABŞ  dolları  sərmayə  yatırılması  və  ən  azı  20 

milyon yeni iş yerinin yaradılması gözlənilir).

 

 



Dünyada yaşıl texnologiyalar tətbiqi 

 

Almaniya  

Almaniya yaşıl artım siyasəti sahəsində qabaqcıl ölkələrdən biridir. Yaşıl artım 

sahəsində  götürülmüş  öhdəliklər  iqtisadiyyat  üçün  olduqca  faydalı  hesab  edilir. 

Almaniya  hökumətinin  məlumatına  görə  bərpa  olunan  enerji  sahəsində  məşğulluq 

2004-cü  ilə  nisbətən  2010-cu  ildə  129%  artmışdır.  Bu  isə  367,4  min  yeni  iş  yerinin 

yaradılması deməkdir. 

1990-cı  illə  müqayisədə  2009-cu  ildə  karbon  qazının  (CO

2

)  emissiyası  23%-ə 



qədər azaldılmışdır. Eyni zamanda 20 il ərzində Almaniya bərpa olunan mənbələrdən 

toplam son enerji istehlakını 5 dəfə artırıb (1990-cı ildə 1,9% və 2010-cu ildə 10,9%). 

Dünyada  mövcud  olan  günəş  enerjisi  potensiyalının  44%-i  Almaniyada  cəmləşmişir 

və Almaniya külək enerjisi potensialına görə Çin və ABŞ-dan sonra dünyada üçüncü 

yeri tutur. 


 

 



Diaqram 1. 2010-cu ildə dünyada mövcud olan külək və günəş enerjisi potensialı 

 

Müvafiq  araşdırmalara  görə  Almaniyada  ekoloji  cəhətdən  əlverişli 



texnologiyalar  sektoru  2007-ci  ildən  başlayaraq  orta  hesabla  ildə  11,8%  artmışdır. 

Qlobal  yaşıl  texnologiyalar  sektoru  təxminən  2  trilyon  Avro  təşkil  edir  və  bu 

göstəricinin 2025-ci ildə 4,4 trilyon Avro səviyyəsinə çatması gözlənilir. 

“GreenTech – Made in Germany 3.0” adlı hesabatda Almaniya şirkətlərinin bu 

bazarda 300 milyard avroluq illik istehsal həcmilə 15% pay sahibi olduğu göstərilir. 

Almaniya  şirkətlərinin  xüsusilə  Asiyalı  rəqiblərindən  qaynaqlanan  rəqabətə 

baxmayaraq  bazar  paylarını  qoruyaraq  2025-ci  ildə  bu  rəqəmi  674  milyard  avroya 

çıxaracağı  proqnozlaşdırılır.  Hesabatdakı  digər  məlumata  görə  Almaniyanın  yaşıl 

texnologiya  şirkətləri  1,4  milyon  adamı  işlə  təmin  edir  və  ölkə  ÜDM-nin  11%-ni 

təşkil edir.  



 

Çin 


23% 

ABŞ 


20% 

Almaniya 

14% 

ispaniya  



10% 

Hindistan 

7% 

İtaliya 


3% 

Fransa  


3% 

Digər 


20% 

Mövcud külək potensiyalı 

Almaniya  

43% 

Ispaniya  



10% 

Yaponiya  

9% 

Italiya  



9% 

ABŞ 


6% 

Çexiya  


5% 

Digər 


18% 

Günəş enerjisi  

 

Cənubi Koreya 

Cənubi  Koreya  hökuməti  tərəfindən  2008-ci  ildə  “az  miqdarda  karbon,  yaşıl 

inkişaf”  adlı  milli  strategiya  elan  olunmuşur.  Strategiya  2010-cu  ildə  Koreya  Milli 

Məclisi tərəfindən qəbul edilmişdir. 

Strategiya 2050-ci il üçün üç əsas siyasi məqsədləri özündə birləşdirir: 

1.

 

Enerji  müstəqilliyinin  və  iqlim  dəyişikliyi  təsirlərinin  azaldılması:  istixana 



qaz  emissiyalarının  azaldılması,  mədən  yanacağından  istifadənin 

azaldılması  və  enerji  müstəqilliyinin  möhkənləndirilməsi,  iqlim 

dəyişikliklərinə uyğunlaşma istiqamətində potensialın gücləndirilməsi. 

2.

 



İqtisadi  artım  üçün  yeni  mühərriklərin  yaradılması:  yaşıl  texnologiyaların 

inkişafı,  mövcud  sənaye  sahələrində  yaşıllaşdırmanın  təşviqi,  sənayenin 

quruluşunun inkişaf etdirilməsi və yaşıl iqtisadiyyat üçün struktur əsasların 

inkişaf etdirilməsi. 

3.

 

Həyat 



səviyyəsinin 

yaxşılaşdırılması  və  beynəlxalq  mövqelərinin 

gücləndirilməsi:  torpaq  və  suyun  istifadəsinin  yaxşılaşdırılması,  yaşıl 

nəqliyyat  infrastrukturunun  yaradılması,  yaşıl  inqilabın  gündəlik  həyata 

gətirilməsi. 

 

Cənubi Koreya hökuməti 2020-ci ilə qədər istixana qaz emissiyaların 30%-dək 

azaldılmasını  məqsədini  müəyyən  etmişdir.  Bu  öhdəlik  Cənubi  Koreyaya  inkişaf 

etmiş ölkə statusu vermişdir. Strategiyaya daxil olan digər bir hədəf isə ümumi enerji 

təminatında  bərpa  olunan  enerjinin  payının  artırılmasıdır  (2009-cu  ildəki  2,7%-dən  

2020-ci ildədi 6,08%-ə kimi). 

Yaşıl 

texnologiyaların 



inkişaf 

etdirilməsi 

Koreya 

iqtisadiyatının 



transformasiyası üçün mühüm sütun sayılır və 2020-ci ilə qədər 1,2 milyon iş yerinin 

yaradılması  gözlənilir.  Strategiyanın  hədəfləri  arasında  Koreyanın  qlobal  yaşıl 



10 

 

texnologiyalar bazarındakı payının artırılması məqsədi vardır (2009-cu ildəki 2%-dən 



2020-ci ildəki 10%-ə kimi). İnkişafı nəzərdə tutulan texnologiyalara günəş, bioenerji, 

su  reaktorları,  yanacaq  və  kömürün  qazlaşdırılması  daxildir.  İnformasiya 

texnologiyalarının gələcək inkişafı da əsas diqqət mərkəzindədir. 

Strategiyada irəli sürülən prioritetlərə daxildir: 

-

 

Enerji mənbələri (bərpa olunan enerji mənbələri xüsusilə; bioenerji, günəş, 



hidroelektrik və nüvə enerjisinin payının artırılması); 

-

 



Tikililər  (yaşıl  tikililərin  tətbiqi,  ictimai  binalar  üçün  yaşıl  texnologiyanın 

tətbiqi və binalar üçün sərt istilik izolyasiyaları); 

-

 

Yaşıl şəhərin salınması (tədbirlər yaşıl mərkəzlərin artırılması, o cümlədən 



əsas  çayların,  torpaqların  bərpası  və  sahilboyu  ərazilərin  artırılması  və 

təbiətin  qorunduğu  ərazilərin  sahəsinin  genişləndirilməsi;  ağıllı  şəbəkə 

sisteminin 2030-cu ilə qədər inkişafı); 

-

 



Sənaye  (polad,  lif  və  tekstil,  neft  kimyası  və  gəmiqayırma  sənaye 

sahələrinin  təkminləşdirilməsi;  yaşıl  evlərin,  şəhər,  kənd  və  sənaye 

komplekslərinin  yaradılması;  2020-ci  ilə  qədər  1,5  milyon  yaşıl  ev 

təsərrüfatlarının yaradılması və 500 yaşıl kəndlərin salınması ). 

 

Uzunmüddətli  strategiya  yaşıl  texnologiyaların  inkişafına  əsaslanır  və  özəl 



sektorun  stimullaşdırılmasına  böyük  diqqət  yetirilir.  Koreyanın  yaşıl  iqtisadiyyatın 

inkişafının dəstəklənməsi proitetləri bunlardır: 

-

 

milli karbon emissiyalarının ticarət sisteminin tətbiqi; 



-

 

ictimai yardımın göstərilməsi və yaşıl müəssisələrə investisiyanın təşviqi; 



-

 

yaşıl texnologiya üçün dövlət tərəfindən kredit zəmanətləri və yaşıl sənaye 



sektorlarının təşviqi; 

-

 



emissiyaların  azaldılması  üçün  vergi  güzəştləri, enerji səmərəliliyi  və  yaşıl 

iqtisadiyyatla bağlı təşəbbüslərin təşviqi; 



11 

 

-



 

ev və kiçik binalarda günəş enerjisindən istifadənin artırılması. 



 

Çin 

Çin Xalq Respublikası sənaye inqilabından sonra artan iqtisadi qüdrətini yanan 

mədən  yanacaqları  istifadə  etməklə  elektrik  enerjisinin  heabına  qazanmışdır.  Lakin, 

Çinin  elektrik  enerji  sistemi  dünyanın  digər  ölkələri  ilə  müqayisədə  daha  tez  yaşıl 

enerji sahəsinə çevrilmişdir. 

Bu tendensiya üç sahəni əhatə edir. Çin Elektrik Şurasının açıqlamasına əsasən 

2014-ci ildə mədən yanacağından istifadəni 0,7% azalıb. Eyni zamanda qeyri-mədən 

yanacaq  mənbələrindən  əldə  etdiyi  elektik  enerjisi  19%  artıb.  Nüvə  enerjisindən 

istifadə bu dəyişiklikdə kiçik rol oynayır. Bu dəyişikliklər yaşıl  mənbələr tərəfindən 

əldə  olunmuşdur.  Belə  ki,  su,  külək  və  günəş  enerjisi  istehsalı  20%  artmış  və  ən 

böyük  artım  günəş  enerjisi  istehsalından  əldə  olunmuşdur  ki,  bu  da  175%  təşkil 

etmişdir. 

Çində  günəş  enerjisi  nüvə  enerjisindən  daha  üstündür.  Belə  ki,  2014-cü  ildə 

17,43  TVat/saat  enerji  istehsal  olmuşdur  ki,  bu  nüvə  mənbələrindən  əldə  olunan 

enerjidən  14,70  TVat/saat  çoxdur.  Həmçinin  Çinin  külək  enerjisindən  aldığı  enerji 

nüvə enerjisindən çoxdur. 

Ölkənin  enerji  sistemi  dünyanın  ən  böyük  enerji  sistemidir.  ABŞ-ın  1 

TVat/saat  enerjiyə  qarşı  Çin  1,36  TVat/saat  enerji  istehsal  etməyə  qadirdir.  2014-cü 

ildə  Çində  qeyri-mədən  yanacaq  mənbələrdən  əldə  olunan  enerji  mədən  yanacaq 

mənbələrdən daha çox olmuşdur. 

Çin mədən yanacağından əldə etdiyi elektrik enerjisi 45 GVat-dan 916 GVat-a 

çatdırılıb.  Eyni  zamanda  qeyri-mədən  yanacaq  mənbələrindən  elektrik  enerjisi 

istehsalı 56 GVat-dan 444 GVat-a qədər artırılıb. Külək, su və günəş enerjisi Çinin 

ümumi elektrik enerjisinin 31%-ni təşkil edir və bu da 2007-ci illə müqayisədə 21% 



12 

 

çoxdur. 



Çinin Milli İnkişaf və İslahat Komissiyasının məlumatına görə bərpa olunan 

enerji,  elektrik  avtomobil,  enerjiyə  qənaət  edən  tikinti  materialları  sahəsinə  2020-ci 

ilə qədər 439,2 milyard ABŞ dolları investisiya yatıracaq. 

Hökumət  tərəfindən  yaşıl  texnologiyalar  sahəsində  bir  sıra  təşviq  proqramları 

həyata  keçirir.  Dövlət  şurasının  tətbiq  etdiyi  4  trilyon  yuan  (585,2  milyard  dollar) 

təşviq  paketinin  210  milyard  yuanı  (30  milyard  dollar)  enerji  səmərəliliyi  üçün 

emissiyaların azaldılması və ekotikinti layihələrini əhatə edir. 

“Beş İllik Enerji Planı” çərçivəsində nəqliyyat, səhiyyə və təhsil və sahələrində 

inkişafı da nəzərdə tutub. Həmçinin plana hava limanları, xəstəxanalar və məktəblər 

üçün yaşıl tikinti məhsullarının istehsalı da daxil edilib. 

 

Rusiya 

Rusiyada yaşıl texnologiyalar sahəsində olduqca zəif inkişaf etmişdir. Müxtəlif 

sahələrdə  ekoloji  texnologiyalar  qeyri  bərabər  inkişaf  edir.  Rusiyanın  yaşıl 

texnologiyaların  inkişaf  səviyyəsi  inkişaf  etmiş  ölkələrlə  müqayisədə  olduqca  geri 

qalır.  

“Yaşıl”  elmi araşdırma və inkişaf sahəsinə ayrılan xərclər baxımından habelə 

yaşıl patentlərin sayına görə (hava və su çirklənməsi, tullantıların idarə olunması) bir 

çox ölkərdən üstündür, lakin Çin və Hindistan kimi ölkələrdən geri qalmır. 

“World  Wild  Fund”  və  “Cleantech  Company”  təşkilatların  hesabatına  əsasən 

təmir  texnologiyalar sahəsində  yeni  biznesin inkişafı üçün  yaradılmış  əlverişli  şərait 

baxımından Rusiya, Səudiyyə Ərəbistanı, Ruminiya, Yunanıstan və Türkiyə ölkələri 

ilə  yanaşı  sonuncu  yerdə  qərarlaşıb.  Danimarka,  İsrail,  İsveç,  Finlandiya  və  ABŞ 

liderlər arasında qərarlaşıb. 

Son  illərdə  Rusiyada  innovativ  iqtisadiyyat  ideyası  çərçivəsində  texnoloji 

tədbirlərin intensivləşməsi müşahidə olunur. Yeni plan və qanunların qəbul edilməsi 


13 

 

nəzərdə  tutulur.  Bunlarına  arasında  2012-ci  ildə  ölkə  prezidenti  tərəfindən 



imzalanmış “2030 Rusiya Federasiyasının ekoloji inkişafına dair” Fərman vardır.

 

 



Yaponiya

 

Yaponiya  hökuməti  enerji  sahəsində  elmi  araşdırma  və  inkişaf  işləri  olduqca 

böyük  önəm  verir.  Ölkədə  bir  neçə  daxili  enerji  ehtiyyatları  var  və  bu  enerji 

ehtiyyatları  ölkənin  enerji  təminatının  yalnız  16%-nı  təşkil  edir.  Yaponiya  ABŞ  və 

Çindən  sonra  dünyada  ən  böyük  neft  istehlakçısıdır  və  xam  neftin  idxalına  görə 

dünyada üçüncü yerdə qərarlaşıb. 

 Yaponiya  mayeləşdirilmiş  təbii  qazın  idxalına  görə  birinci  yerdə,  kömürün 

idxalına  görə  isə  ikinci  yerdədir.  2011-ci  zəlzələyə  qədər  Yaponiya  ABŞ  və 

Fransadan sonra nüvə enerjisinin istehlakına görə üçüncü yerdə idi. 

2010-ci  ildə  Enerji  və  Ətraf  Mühit  Şurası  tərəfindən  “Strateji  Enerji  Planı” 

qəbul  edilmişdir.  Bundan  başqa  Milli  Siyasət  Departamenti  tərəfindən  hazırlanmış 

Enerji və Ətraf Mühit İnnovativ Strategiyası da hazırlanmışdır. 

Enerji  və  Ətraf  Mühit  İnnovativ  Strategiya  üç  mövzu  üzrə  planlaşdırılan 

investisiyaların ümumi sayını müəyyən edir (enerjinin qorunması, bərpa olunan enerji 

və istilik enerjisi). Strategiya müvafiq olaraq 2010-2015, 2015-2020 və 2020-2030-cu 

illəri əhatə edir.  

 

 

 



Mövzu 

2010-2015 

milyard avro 

2015-2020 

milyard avro 

2020-2030 

milyard avro 

Enerjinin qorunamsı 

138,2  

138,2 


406,4 

Bərpa olunan enerji 

65  

65 


178,8 

14 

 

İstilik 



8,1  

8,1 


16,2 

Cədvəl 1: 2010-2030-cu illər üzrə xüsusi enerji araşdırma mövzuları üçün orta hesabla təklif 

olunan büdcə 

 

2013-cü  ildə  Yaponiyanın  Yeni  Artım  Planı  olan  “Yaponiyanın  Keçmişi” 



təqdim olundu. “Strateji Market Planın Yaradılması” dörd əsas mövzudan biri “təmiz 

və  iqtisadi  enerjiyə  tələbatın  və  təchizatın  reallaşdırılması”nı  əhatə  edir.  2020-ci  ilə 

qədər 10 trilyon yenlik daxili bazarın və 108 trilyon yenlik xarici bazarın yaradılması 

hədəflənir. Bu bərpa olunan enerji, aşağı qiymət və yüksək səmərəli enerji, yeni nəsil 

cihazlar,  ehtiyyat  hissələri  və  materiallar,  enerjinin  idarə  olunan  sistemi,  yeni  nəsil 

avtomabillər, mobil yanacaq, enerjiyə qənaət texnikası və sahələrini əhatə edəcək. 



 

Azərbaycanda mövcud vəziyyət 

 

Azərbaycanda yaşıl siyasət konteksti 

Azərbaycanın  ətraf  mühit  siyasəti  keçmiş  Sovetlər  Birliyi  dövründən  başlayaraq 

illər  ərzində  inkişaf  edib  və  müstəqillik  illərində  daha  çox  milli  xüsusiyyətlərə 

fokuslanmış hal alıb. Rio və Yoxannesburq Yer Sammitlərinin qərarlarına uyğun olaraq 

Azərbaycan  yerli  siyasət  və  qanunvericiliyin  zəruri  təkmilləşdirilməsini  həyata  keçirir. 

Bunların arasında bir sıra dövlət proqramlarının və qanunların qəbul edilməsi, daha yaxşı 

idarəçilik, milli park şəbəkələrinin genişləndirilməsi, insanların su ilə təminatının daha da 

mükəmməlləşməsi və ətraf mühit çirklənməsinə qarşı fəaliyyətlər var. 

Milli  ətraf  mühit  siyasətini  bəyan  edən  xüsusi  sənəd  olmasa  da,  milli  inkişaf 

siyasətləri üzrə bir sıra sənədlər dövlətin mövqeyini vurğulayır. Bunların arasında 1998-

ci ildə qəbul edilmiş Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı var ki, bu sənəd ölkənin ətraf 

mühit prioritetlərini və nəzərdə tutulmuş fəaliyyətləri müyyən edir. 


15 

 

Ətraf  Mühit  üzrə  Milli  Fəliyyət  Planında  Azərbaycanın  müəyyən  olunmuş  əsas 



ətraf mühit problemləri aşağıdakı kimidir: 

-

 



Sənaye,  neft  çıxarılması  və  istehsalı  nəticəsində  meydana  çıxan  tullantılardan 

ağır səviyyədə çirklənmə; 

-

 

Reproduktiv məhsuldarlığın həcmində itkilər, çirklənmə və həddindən artıq çox 



balıqtutma nəticəsində nərəkimilərin nəslinin kəsilməsi təhlükəsi; 

-

 



Su keyfiyyətinin xüsusən də içməli suyun həm şəhər, həm də kənd ərazilərində 

pisləşməsi; 

-

 

Münbit  əkin  sahələrinin  eroziya,  şoranlaşma  və  ağır  metal  və  kimyəvi 



maddələrlə  çirklənmədən  ziyan  çəkməsi,  suvarma  sistemlərinin  pisləşməsi, 

meşə  örtüyünün  xüsusən  də  müharibə  getmiş  ərazilərdə  məhvi,  qorunan 

ərazilərə yönəlik təhlükələrdən irəli gələn biomüxtəliflik itkisi; 

-

 



Xəzər  dənizi  sahillərinə  dəniz  səviyyəsinin  artması  və  çirklənmədən  dəyən 

zərər.  


Siyasi sənədlərdə  Azərbaycan dövlətinin ətraf  mühit siyasətinin  aşağıdakı üç  əsas 

istiqaməti müəyyən edilmişdir ki, bunlar da yaşıl iqtisadiyyat prinsiplərinə müvafiqdir: 

-

 

Ətraf  mühitin  mühafizəsi  və  çirklənmənin  minimuma  endirilməsi  üçün 



dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsulların tətbiq edilməsi;  

-

 



İndiki  və  gələcək  nəsllərin  tələbatını  ödəmək  məqsədilə  təbii  sərvətlərdən 

səmərəli  istifadə  etmək,  alternativ,  qeyri-ənənəvi  metodlar  vasitəsilə 

tükənməyən  enerji  mənbələrindən  yararlanmaq  və  enerji  effektivliyinə  nail 

olunması;  

-

 

Qlobal  ekoloji  problemlər  üzrə  milli  səviyyədə  tələbatların  qiymətləndirilməsi 



və  həlli  yollarının  müyyənləşdirilməsi,  beynəlxalq  təşkilatlarla  əlaqələrin 

genişləndirilməsi və milli potensialın imkanlardan istifadənin genişləndirilməsi. 

 


16 

 

Azərbaycan ətraf mühit qanunvericiliyinin aşağıdakı prinsipləri yaşıl iqtisadiyyatın 



inkişafını vurğulayır: 

-

 



sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərin qarşılıqlı həlli;  

-

 



təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi;  

-

 



ekoloji tarazlığın qorunub saxlanması və mühafizəsi;  

-

 



ətraf mühitin mühafizəsinin və təbii sərvətlərdən istifadənin tənzim edilməsinə 

ekosistemli yanaşma;  

-

 

ətraf mühitin çirklənmsinə dair sanksiyalar;  



-

 

təbiətdən istifadənin ödənişli olması;  



-

 

ərazilərdə  ekoloji  tarazlığın  təmin  edilməsi  və  pozulmuş  təbii  ekoloji 



sistemlərin bərpası;  

-

 



təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və 

ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi;  

-

 

ətraf mühitin biomüxtəlifliyinin qorunmasının təmin edilməsi;  



-

 

və s.



  

 

Elektroenergetika 

Azərbaycanda  elektrik  enerjisinin  istehsalında  qənaət  edici  texnologiyaların 

tətbiqinə  ehtiyac  vardır.  Hazırda  müasir  səviyyəli  istilik  elektrik  stansiyalarında 

Avropada  1  KVat/saat  elektrik  enerjisinin  alınması  uçun  185-187  şərti  yanacaq  vahidi 

(qaz  və  mazutdan  asılı  olaraq)  istehlak  edildiyi  halda  Azərbaycanda  bu  rəqəm  ortalama 

330 qram, yeni İES-də isə 260-270 qramdır.  

 

Bərpa olunan energetika 

Azərbaycanda  güniş  miqyasda  bərpa  olunan  enerjinin  resursları  vardır.  Eyni 

zamanda  yalnız  hidroenergetika  geniş  yayılıb  və  ölkədə  istehsal  olunan  enerjinin  12%-i 

Su  Elektrik  Stansiyalarının  payına  düşür.  Həmçinin,  Azərbaycan  Respublikası 


17 

 

Prezidentinin  müəyyən  etdiyi  hədəfə  görə,  yaxın  gələcəkdə  ölkədə  250  kiçik  SES-in 



tikiləcəkdir.  

Ölkədə  Külək  enerjisindən  istifadə  ediləcək  Ələt  və  Yalama  layihələrinin  həyata 

keçirilməsi layihələşdirilir. Artıq bölgələrdə istirahət zonalarında günəş kollektorlarından 

su qızdırılması üçün istifadə edilir. Bərpa olunan enerji istehsal edən qurğuların (bioqaz, 

günəş və külək qurğuları) Azərbaycanda istehsalı, quraşdırılması və onlara xidmət uğurlu 

fəaliyyətlərdən hesab edilə bilər. 

Azərbaycanın  külək  potensialı  böyükdür.  Abşeron  yarımadasıda  ildə  226  gün 

küləyin  sürəti  8  m/san-dən  yüksək  olur.  Sahil  ərazilərdə  küləyin  sürəti  6-20  m/san-dir. 

Hesablamalara əsasən Abşeronda texniki külək enerji potensialı 1000-1500 MV-dır. 

2007-ci ilin aprelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasını 

(1500  MV),  Kür  çayı  vadisini  (500MV)  və  Naxçıvanı  (70MV)  külək  turbinlərinin 

qurulması  üçün  prioritet  elan  edib  və  təklif  olunub  ki,  tubinlər  ada  və  offşor  neft 

platformalarında  qurulsun.  Hazırda  2  külək  turbini  quraşdırılıb  və  birinci  faza  üzrə 

ümumilikdə  40  turbinin  qurulması  planlaşdırılır.  2009-cu  ilin  martından  Xəzər 

Texnologiya  Şirkəti  tərəfindən  bir  sıra  pilot  layihələr  həyata  keçirilib.  İki  Vestas  külək 

turbinindən ibarət Yeni Yaşma (Xızı rayonu) pilot layihəsi artıq Sumqayıta birləşdirilib. 

Ümumilikdə  50MV-lıq  külək  təsərrüfatı  20  ədəd  2,5  MV-lıq  külək  enerji 

çeviricisindən ibarət olacaq. Bundan əlavə, Avrositi Holdinqi Zirə Karbon Neytral Adası 

layihəsini həyata keçirməyə hazırlaşır ki, burada günəş, külək və dalğa enerjiləri istifadə 

ediləcək.  4-4,5  milyard  dollarlıq  bu  layihə  çərçivəsində  adanın  enerji  tələbatını  ödəmək 

üçün Xəzər dənizində 16 külək turbini qurulacaq.  

Tarif  Şurası  və  İqtisadyyat  və  Sənaye  Nazirliyi  tərəfindən  külək  tarif  modeli 

hazırlanıb. Bununla yanaşı, külək turbinlərinin idxalı gömrük və əlavə dəyər vergisindən 

(ƏDV) azad olunub. 



 

 

18 

 

“Yaşıl” inşaat materialları istehsalı 

Sanitar və ekoloji normativlərə cavab verən, enerji qoruyucu inşaat materiallarının 

istehsalı  yaşıl  biznesə  nümunədir.  Geniş  yayılmış  faydalı  qazıntıların  təbiətdən 

götürülməsi  zamanı  ekoloji  normativlərə  əməl  etmə  mühüm  şərtdir.  Hasil  edilən  inşaat 

materiallarının – qum, çınqıl, daş və s. hasil edilərkən müvafiq ekoloji icazələrin alınması 

məhsulun “yaşıl” olmasının mühüm şərtidir. 

 

 



 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin