AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ
Enerjidən səmərəli istifadə edən ekoloji texnologiyaların (yaşıl
texnologiyaların) tətbiqinə dair
ARAYIŞ
Hazırladı:
Sənaye şöbəsinin Sənaye layihələri sektorunun
məsləhətçisi Böyükağa Cavanşirov
Bakı – 2015
1
MÜNDƏRİCAT
Dünyada mövcud vəziyyət ............................................................................................. 2
Dünyada yaşıl texnologiyalar tətbiqi ............................................................................. 7
Almaniya ..................................................................................................................... 7
Cənubi Koreya ............................................................................................................ 9
Çin ............................................................................................................................. 11
Rusiya ........................................................................................................................ 12
Yaponiya ................................................................................................................... 13
Azərbaycanda mövcud vəziyyət .................................................................................. 14
2
Dünyada mövcud vəziyyət
İnkişaf etmiş ölkələrdə 1950-ci illərdən başlayaraq ətraf mühitin çirkənməsi
mövzusu geniş müzakirə edilən mövzuya çevrilmiş və 1970-ci illərdə bu ölkələrdə
ekologiya üzrə müxtəlif dövlət qurumları yaradılmağa başlamışdır. Bu qurumların
vəzifəsi yığılan faktlar əsasında müvafiq siyasətlərin işlənilməsi və həyata keçirilməsi idi.
İqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı,
digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da
müşahidə edilməkdədir. Hazırda adıçəkilən sahələrin idarə olunması, ətraf mühitin
mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin
rifahı naminə daha dolğun istifadə olunması kimi məsələlər əsas prioritetlərdir.
Bu prioritetlər daxilində son zamanlar enerjidən səmərəli istifadə edən və ekoloji
cəhətdən əlverişli texnologiyaların – “yaşıl” texnologiyaların – tətbiqi geniş vüsət
almışdır. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə
salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə çalışan
texnologiyalardır.
Bunu nəzərə alaraq, bir sıra ölkədə “yaşıl” texnologiyaların tətbiqi göstərilən
problemlərin həll edilməsi yollarından biri hesab edilir.
Yaşıl texnologiyalar
Son 50 ildə dünya üzrə təbii resurslara tələbat kəskin şəkildə artmaqdadır. Müvafiq
hesablamalar görə 1961-ci ildə təbii resurslara tələbat yer kürəsinin bioloji bərpaetmə
gücünün 70%-nə barabər idi. 1980-ci illərə sözügedən tələbat artıq yer kürəsinin gücünü
üstələməyə başlamış və 1999-cu ildə istifadə edilən təbii resurslar yer kürəsinin yenidən
bərpa gücünün 120%-ni təşkil etmişdir. Yəni istehlak edilmiş resursların bərpa olunması
üçün 1,2 ədəd yer kürəsi tələb edilir.
3
Buna cavab olaraq, təbii resursların daha qənaətlə istifadə edilməsi və həmçinin
ətraf mühitin qorunması məqsədilə ilk növbədə inkişaf etmiş ölkələrdə “yaşıl
texnologiyalar” konsepsiyası irəli sürülmüş və bu konsepsiyaya aşağıdakı kriteriyalara
uyğun olan məhsullar, avadanlıq və sistemlər aid edilir:
-
ətfar mühitin deqradasiyasını minimuma endən;
-
istixana effekti qazlarını havaya aşağı həcmdə buraxan və ya heç buraxmıyan;
-
bütün həyat formaları üçün sağlam və yaxşılaşdırılmış ətraf mühiti təmin edən;
-
enerjinin və təbii resursların istifadəsinə qənaət edən;
-
bərpa edilən enerji mənbələrinin istifadəsini təqviq edən.
Yaşıl iqtisadiyyat
“Yaşıl iqtisadiyyat” termini ilk olaraq 1989-cu ildə Böyük Britaniyanın hökuməti
üçün hazırlnamış hesabatda qabaqcıl ərtaf mühiti mütəxəssisləri tərəfindən istifadə
edilmişdir. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən “yaşıl iqtisadiyyat”
termini insan rifahını və sosial ədaləti təmin edən və eyni zamanda ətraf mühiti risklərini
kəskin şəkildə azaldan iqtisadiyyat kimi müəyyən edilir. Həmçinin Davamlı İnkişaf
Konsepsiyası işlənilir ki, bu konsepsiya çərçivəsində aşağıdakı 3 əsas problemin həlli
məqsəd kimi irəli sürülür:
1) iqtisadiyyatın davamlı artması ekoloji sistemə müvafiq olması;
2) resursların təkcə indiki nəsil üçün deyil, həmçinin gələcək nəsillər, eləcə də
digər bioloji canlılar arasında ədalətli bölgüsünün aparılması;
3) təbii kapitalı adekvat olaraq nəzərə alan resursların zamanda effektiv
bölgüsünün həyata keçirilməsi.
Bunu nəzərə alaraq, davamlı inkişaf konsepsiyası 5 əsas prinsipə əsaslanır:
1. Hazırda mövcud olan nəslin tələbatlarının ödənilməsi və eyni zamanda gələcək
nəsillərin tələbatlarını ödəmək imkanlarının qorunması;
4
2. Təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar nisbi xarakterlidir. Bu
məhdudiyyətlər texnikanın və sosial sistemin müasir səviyyəsi ilə eyni zamanda insan
fəaliyyətinin nəticələrinin aradan qaldırmaq qabiliyyəti ilə əlaqədardır;
3. Bütün insanların adi tələbatlarını ödəmək və gələcək yaxşı həyata olan ümidinin
reallaşdırılmasına şəraitin yaradılması zərurəti ödənilməlidir;
4. Böyük resurslara malik olanların həyat tərzini planetin ekoloji imkanları ilə
xüsusilə enerji istehlakı ilə uzlaşdırmağa ehtiyac vardır;
5. Əhali artımının sayı və tempi yerin qlobal ekosisteminin dəyişməyə meylli
istehsal potensialı ilə uzlaşdırılmalıdır. Davamlı inkişafın dinamik xarakteri xüsusi qeyd
edilməlidir.
Bu prinsiplər praktikada tətbiq etmək üçün bir çox dünya ölkələri davamlı inkişaf
konsepsiyaları hazırlamışlar. OECD və UNEP beynəlxalq təşkilatları “yaşıl artım” və ya
“yaşıl iqtisadiyyat” ekoloji təhlükəsizliyi təmin edən mal və xidmətlərin istehsal və
istehlakını, həmçinin yaşıl inkişafa yatırılan investisiyaları nəzərdə tutaraq bir anlayış
olaraq müəyyən ediblər.
Yaşıl iqtisadiyyat yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər və ya klassik
iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının əsaslı bir şəkildə əlavə olunması
kimi də müəyyən oluna bilər. Eyni zamanda, hazırda yaşıl iqtisadiyyat anlayışının nəyi
əhatə etdiyinin dəqiq olaraq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi
yoxdur. Bu səbəbdən, bir sıra ölkələr ölkədaxili xüsusi şərtlər çərçivəsində fərqli təriflər
ortaya qoyurlar.
Hazırda yaşıl iqtisadiyyatın inkişafı üçün təhlillər, araşdırmalar və yatırımlar
əsasən aşağıdakı sahələri əhatə edir:
-
Bacarıqların inkişafı (“capacity building”) – treninqlər, məsləhət xidmətləri,
texniki yardımlar və s.;
-
Maliyyələşdirmə xidmətləri – qrantlar, layihələrin maliyyələşdirilməsi və s.;
-
Elmi araşdırmalar xidmətləri – əsas bilik bazaları və s.;
5
-
İnformasiya xidmətləri – informasiya mübadiləsi, maariflənmənin inkişafı,
elmin idarəedilməsi və s.;
-
Texnologiya transferi xidmətləri – texnologiya mübadiləsi və s.
Yaşıl iqtisadiyyatda fiskal siyasət
Yaşıl iqtisadiyyatın inkişafında fiskal siyasətin rolu önəmlidir. Beləki, hər bir
ölkənin özünəməxsus fiskal alətləri vardır. Bu alətlərə yanacaqdan istifadəyə görə vergi
güzəştləri, ekoloji cəhətdən zərərli şəkildə fəaliyyət göstərən sahələri daha təmiz
fəaliyyətə təşviq edən subsidiyalar, təmiz texnologiya və davamlı istehsal fəaliyyəti ilə
məşğul olan sektorlara maliyyə güzəştlərinin köməyi və digər alətlər daxildir.
Bütün bunları ümumiləşdirsək yaşıl fiskal siyasətdə istifadə oluna biləcək alətlərin
aşağıdakı variantlarını qeyd etmək olar:
-
ekoloji vergi alətləri (məsələn, karbon vergisi);
-
intensiv çirkləndirməyə görə cərimə;
-
müsbət ekoloji fəaliyyətin mükafatlandırılması üçün yaşıl subsidiyalar
(məsələn, “feed-in” tarifi), qrantlar, kreditlər;
-
ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan
qaldırılması;
-
birbaşa dövlət xərcləri (məsələn, ekoloji təmiz infrastruktur və ya təmiz
texnologiya üçün elmi tədqiqat fəaliyyətinin təşkili).
Dünyanın müxtəlif ölkələrində geniş istifadə edilən yaşıl fiskal siyəsətlər biri
karbon vergisidir (CO
2
vergisi). Karbon vergisi qlobal istiləşmə və iqlim dəyişikliyinin ən
əhəmiyyətli mənbələrindən biri olan və neft, kömür və təbii qaz kimi yanacaqların
yanmasından meydana gələn karbon emissiyasını azaltmaq məqsədiylə alınan vergidir.
Karbon vergisi “yaşıl” subsidiyaların çatışmazlıqlarını nisbətən kompensasiya edir.
Beləki, karbon vergisinin əsas məqsədi gəlir götürmək və təbii resurslardan istifadənin
qarşısını almaq deyil, qlobal çirklənməni azaltmaq və təbii resursları qorumaqdır. Bu
6
vergi növü ətraf mühitə ziyan verən sahələrə tətbiq olunduğu üçün dövlət büdcəsinə ziyan
vurmur və həm də yoxsulluq probleminə də müsbət təsir göstərir.
Yaşıl Biznes
Yaşıl biznes qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və
iqtisadiyyata zərərli təsir etməyən, iqtisadi inkişafı, sosial tərəqqini və ətraf mühitin
mühafizəsini təmin edən müəssilərdir. Biznesin yaşıl olması üçün onun aşağıdakı dörd
amilə cavab verməsi zəruridir.
-
dayanıqlı inkişaf prinsiplərini biznes qərarlarına daxil edilir;
-
ekoloji təmiz məhsul istehsal edilir, xidmətlər göstərilir və bunlar “yaşıl”
olmayan xidmət və məhsulları əvəzləyir;
-
ənənvi rəqabətə nisbətdə yaşıldır;
-
kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyini bəyan edilir.
Yaşıl biznesin əsas təşəbbüsü xidmət və istehsal prosesi zamanı meydana gələn
zərərli kimyəvi maddələrin, material və tullantıların təsirini azaltmaq yaxud aradan
qaldırmaqdır.
Havaya buraxılan istixana qazlarının həcmi baxımından insanın qeyd olunan təsiri
CO
2
vahidi ilə ölçülə bilər ki buna da “karbon izi” deyilir. Yaşıl biznesin hədəfi
tullantıların azaldılması və materialların təkrar istifadəsinə mümkün qədər çox nail
olmaqla ətraf mühitdə “karbon izi”nin aşağı salınmasıdır.
Effektiv enerji tikililəri və davamlı enerji
Effektiv enerji tikililəri istiqamətində keçid prosesi bir çox yeni iş yerlərinin
yaradılması və eyni zamanda mövcud olan iş yerlərinin “yaşıllaşması” gözlənilir. Bu
texnologiyalar yalnız müasirləşdirmə və izolyasiya etməni nəzərdə tutmur, eyni zamanda
adaptiv və elastik dizaynı ehtiva edir. Bu isə öz növbəsində yeni texnologiyaların
təchizatının asanlaşdırılmasına imkan yaradır.
7
Davamlı enerji mənbələri kimi əsasən alternativ enerji mənbələri nəzərdə tutulur
(su elektrik stansiyaları, günəş enerjisi, külək enerjisi, dalğa enerjisi, geotermal enerji,
bioenerji). Bu adətən enerji effektivliyini təkmilləşdirən texnologiyaları da ehtiva edir.
Alternativ enerji sektoruna sərmayə yatırılması iqtisadi məna kəsb edir (dünya üzrə bu
sektora 2030-cu ilə kimi 630 milyard ABŞ dolları sərmayə yatırılması və ən azı 20
milyon yeni iş yerinin yaradılması gözlənilir).
Dünyada yaşıl texnologiyalar tətbiqi
Almaniya
Almaniya yaşıl artım siyasəti sahəsində qabaqcıl ölkələrdən biridir. Yaşıl artım
sahəsində götürülmüş öhdəliklər iqtisadiyyat üçün olduqca faydalı hesab edilir.
Almaniya hökumətinin məlumatına görə bərpa olunan enerji sahəsində məşğulluq
2004-cü ilə nisbətən 2010-cu ildə 129% artmışdır. Bu isə 367,4 min yeni iş yerinin
yaradılması deməkdir.
1990-cı illə müqayisədə 2009-cu ildə karbon qazının (CO
2
) emissiyası 23%-ə
qədər azaldılmışdır. Eyni zamanda 20 il ərzində Almaniya bərpa olunan mənbələrdən
toplam son enerji istehlakını 5 dəfə artırıb (1990-cı ildə 1,9% və 2010-cu ildə 10,9%).
Dünyada mövcud olan günəş enerjisi potensiyalının 44%-i Almaniyada cəmləşmişir
və Almaniya külək enerjisi potensialına görə Çin və ABŞ-dan sonra dünyada üçüncü
yeri tutur.
8
Diaqram 1. 2010-cu ildə dünyada mövcud olan külək və günəş enerjisi potensialı
Müvafiq araşdırmalara görə Almaniyada ekoloji cəhətdən əlverişli
texnologiyalar sektoru 2007-ci ildən başlayaraq orta hesabla ildə 11,8% artmışdır.
Qlobal yaşıl texnologiyalar sektoru təxminən 2 trilyon Avro təşkil edir və bu
göstəricinin 2025-ci ildə 4,4 trilyon Avro səviyyəsinə çatması gözlənilir.
“GreenTech – Made in Germany 3.0” adlı hesabatda Almaniya şirkətlərinin bu
bazarda 300 milyard avroluq illik istehsal həcmilə 15% pay sahibi olduğu göstərilir.
Almaniya şirkətlərinin xüsusilə Asiyalı rəqiblərindən qaynaqlanan rəqabətə
baxmayaraq bazar paylarını qoruyaraq 2025-ci ildə bu rəqəmi 674 milyard avroya
çıxaracağı proqnozlaşdırılır. Hesabatdakı digər məlumata görə Almaniyanın yaşıl
texnologiya şirkətləri 1,4 milyon adamı işlə təmin edir və ölkə ÜDM-nin 11%-ni
təşkil edir.
Çin
23%
ABŞ
20%
Almaniya
14%
ispaniya
10%
Hindistan
7%
İtaliya
3%
Fransa
3%
Digər
20%
Mövcud külək potensiyalı
Almaniya
43%
Ispaniya
10%
Yaponiya
9%
Italiya
9%
ABŞ
6%
Çexiya
5%
Digər
18%
Günəş enerjisi
9
Cənubi Koreya
Cənubi Koreya hökuməti tərəfindən 2008-ci ildə “az miqdarda karbon, yaşıl
inkişaf” adlı milli strategiya elan olunmuşur. Strategiya 2010-cu ildə Koreya Milli
Məclisi tərəfindən qəbul edilmişdir.
Strategiya 2050-ci il üçün üç əsas siyasi məqsədləri özündə birləşdirir:
1.
Enerji müstəqilliyinin və iqlim dəyişikliyi təsirlərinin azaldılması: istixana
qaz emissiyalarının azaldılması, mədən yanacağından istifadənin
azaldılması və enerji müstəqilliyinin möhkənləndirilməsi, iqlim
dəyişikliklərinə uyğunlaşma istiqamətində potensialın gücləndirilməsi.
2.
İqtisadi artım üçün yeni mühərriklərin yaradılması: yaşıl texnologiyaların
inkişafı, mövcud sənaye sahələrində yaşıllaşdırmanın təşviqi, sənayenin
quruluşunun inkişaf etdirilməsi və yaşıl iqtisadiyyat üçün struktur əsasların
inkişaf etdirilməsi.
3.
Həyat
səviyyəsinin
yaxşılaşdırılması və beynəlxalq mövqelərinin
gücləndirilməsi: torpaq və suyun istifadəsinin yaxşılaşdırılması, yaşıl
nəqliyyat infrastrukturunun yaradılması, yaşıl inqilabın gündəlik həyata
gətirilməsi.
Cənubi Koreya hökuməti 2020-ci ilə qədər istixana qaz emissiyaların 30%-dək
azaldılmasını məqsədini müəyyən etmişdir. Bu öhdəlik Cənubi Koreyaya inkişaf
etmiş ölkə statusu vermişdir. Strategiyaya daxil olan digər bir hədəf isə ümumi enerji
təminatında bərpa olunan enerjinin payının artırılmasıdır (2009-cu ildəki 2,7%-dən
2020-ci ildədi 6,08%-ə kimi).
Yaşıl
texnologiyaların
inkişaf
etdirilməsi
Koreya
iqtisadiyatının
transformasiyası üçün mühüm sütun sayılır və 2020-ci ilə qədər 1,2 milyon iş yerinin
yaradılması gözlənilir. Strategiyanın hədəfləri arasında Koreyanın qlobal yaşıl
10
texnologiyalar bazarındakı payının artırılması məqsədi vardır (2009-cu ildəki 2%-dən
2020-ci ildəki 10%-ə kimi). İnkişafı nəzərdə tutulan texnologiyalara günəş, bioenerji,
su reaktorları, yanacaq və kömürün qazlaşdırılması daxildir. İnformasiya
texnologiyalarının gələcək inkişafı da əsas diqqət mərkəzindədir.
Strategiyada irəli sürülən prioritetlərə daxildir:
-
Enerji mənbələri (bərpa olunan enerji mənbələri xüsusilə; bioenerji, günəş,
hidroelektrik və nüvə enerjisinin payının artırılması);
-
Tikililər (yaşıl tikililərin tətbiqi, ictimai binalar üçün yaşıl texnologiyanın
tətbiqi və binalar üçün sərt istilik izolyasiyaları);
-
Yaşıl şəhərin salınması (tədbirlər yaşıl mərkəzlərin artırılması, o cümlədən
əsas çayların, torpaqların bərpası və sahilboyu ərazilərin artırılması və
təbiətin qorunduğu ərazilərin sahəsinin genişləndirilməsi; ağıllı şəbəkə
sisteminin 2030-cu ilə qədər inkişafı);
-
Sənaye (polad, lif və tekstil, neft kimyası və gəmiqayırma sənaye
sahələrinin təkminləşdirilməsi; yaşıl evlərin, şəhər, kənd və sənaye
komplekslərinin yaradılması; 2020-ci ilə qədər 1,5 milyon yaşıl ev
təsərrüfatlarının yaradılması və 500 yaşıl kəndlərin salınması ).
Uzunmüddətli strategiya yaşıl texnologiyaların inkişafına əsaslanır və özəl
sektorun stimullaşdırılmasına böyük diqqət yetirilir. Koreyanın yaşıl iqtisadiyyatın
inkişafının dəstəklənməsi proitetləri bunlardır:
-
milli karbon emissiyalarının ticarət sisteminin tətbiqi;
-
ictimai yardımın göstərilməsi və yaşıl müəssisələrə investisiyanın təşviqi;
-
yaşıl texnologiya üçün dövlət tərəfindən kredit zəmanətləri və yaşıl sənaye
sektorlarının təşviqi;
-
emissiyaların azaldılması üçün vergi güzəştləri, enerji səmərəliliyi və yaşıl
iqtisadiyyatla bağlı təşəbbüslərin təşviqi;
11
-
ev və kiçik binalarda günəş enerjisindən istifadənin artırılması.
Çin
Çin Xalq Respublikası sənaye inqilabından sonra artan iqtisadi qüdrətini yanan
mədən yanacaqları istifadə etməklə elektrik enerjisinin heabına qazanmışdır. Lakin,
Çinin elektrik enerji sistemi dünyanın digər ölkələri ilə müqayisədə daha tez yaşıl
enerji sahəsinə çevrilmişdir.
Bu tendensiya üç sahəni əhatə edir. Çin Elektrik Şurasının açıqlamasına əsasən
2014-ci ildə mədən yanacağından istifadəni 0,7% azalıb. Eyni zamanda qeyri-mədən
yanacaq mənbələrindən əldə etdiyi elektik enerjisi 19% artıb. Nüvə enerjisindən
istifadə bu dəyişiklikdə kiçik rol oynayır. Bu dəyişikliklər yaşıl mənbələr tərəfindən
əldə olunmuşdur. Belə ki, su, külək və günəş enerjisi istehsalı 20% artmış və ən
böyük artım günəş enerjisi istehsalından əldə olunmuşdur ki, bu da 175% təşkil
etmişdir.
Çində günəş enerjisi nüvə enerjisindən daha üstündür. Belə ki, 2014-cü ildə
17,43 TVat/saat enerji istehsal olmuşdur ki, bu nüvə mənbələrindən əldə olunan
enerjidən 14,70 TVat/saat çoxdur. Həmçinin Çinin külək enerjisindən aldığı enerji
nüvə enerjisindən çoxdur.
Ölkənin enerji sistemi dünyanın ən böyük enerji sistemidir. ABŞ-ın 1
TVat/saat enerjiyə qarşı Çin 1,36 TVat/saat enerji istehsal etməyə qadirdir. 2014-cü
ildə Çində qeyri-mədən yanacaq mənbələrdən əldə olunan enerji mədən yanacaq
mənbələrdən daha çox olmuşdur.
Çin mədən yanacağından əldə etdiyi elektrik enerjisi 45 GVat-dan 916 GVat-a
çatdırılıb. Eyni zamanda qeyri-mədən yanacaq mənbələrindən elektrik enerjisi
istehsalı 56 GVat-dan 444 GVat-a qədər artırılıb. Külək, su və günəş enerjisi Çinin
ümumi elektrik enerjisinin 31%-ni təşkil edir və bu da 2007-ci illə müqayisədə 21%
12
çoxdur.
Çinin Milli İnkişaf və İslahat Komissiyasının məlumatına görə bərpa olunan
enerji, elektrik avtomobil, enerjiyə qənaət edən tikinti materialları sahəsinə 2020-ci
ilə qədər 439,2 milyard ABŞ dolları investisiya yatıracaq.
Hökumət tərəfindən yaşıl texnologiyalar sahəsində bir sıra təşviq proqramları
həyata keçirir. Dövlət şurasının tətbiq etdiyi 4 trilyon yuan (585,2 milyard dollar)
təşviq paketinin 210 milyard yuanı (30 milyard dollar) enerji səmərəliliyi üçün
emissiyaların azaldılması və ekotikinti layihələrini əhatə edir.
“Beş İllik Enerji Planı” çərçivəsində nəqliyyat, səhiyyə və təhsil və sahələrində
inkişafı da nəzərdə tutub. Həmçinin plana hava limanları, xəstəxanalar və məktəblər
üçün yaşıl tikinti məhsullarının istehsalı da daxil edilib.
Rusiya
Rusiyada yaşıl texnologiyalar sahəsində olduqca zəif inkişaf etmişdir. Müxtəlif
sahələrdə ekoloji texnologiyalar qeyri bərabər inkişaf edir. Rusiyanın yaşıl
texnologiyaların inkişaf səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə olduqca geri
qalır.
“Yaşıl” elmi araşdırma və inkişaf sahəsinə ayrılan xərclər baxımından habelə
yaşıl patentlərin sayına görə (hava və su çirklənməsi, tullantıların idarə olunması) bir
çox ölkərdən üstündür, lakin Çin və Hindistan kimi ölkələrdən geri qalmır.
“World Wild Fund” və “Cleantech Company” təşkilatların hesabatına əsasən
təmir texnologiyalar sahəsində yeni biznesin inkişafı üçün yaradılmış əlverişli şərait
baxımından Rusiya, Səudiyyə Ərəbistanı, Ruminiya, Yunanıstan və Türkiyə ölkələri
ilə yanaşı sonuncu yerdə qərarlaşıb. Danimarka, İsrail, İsveç, Finlandiya və ABŞ
liderlər arasında qərarlaşıb.
Son illərdə Rusiyada innovativ iqtisadiyyat ideyası çərçivəsində texnoloji
tədbirlərin intensivləşməsi müşahidə olunur. Yeni plan və qanunların qəbul edilməsi
13
nəzərdə tutulur. Bunlarına arasında 2012-ci ildə ölkə prezidenti tərəfindən
imzalanmış “2030 Rusiya Federasiyasının ekoloji inkişafına dair” Fərman vardır.
Yaponiya
Yaponiya hökuməti enerji sahəsində elmi araşdırma və inkişaf işləri olduqca
böyük önəm verir. Ölkədə bir neçə daxili enerji ehtiyyatları var və bu enerji
ehtiyyatları ölkənin enerji təminatının yalnız 16%-nı təşkil edir. Yaponiya ABŞ və
Çindən sonra dünyada ən böyük neft istehlakçısıdır və xam neftin idxalına görə
dünyada üçüncü yerdə qərarlaşıb.
Yaponiya mayeləşdirilmiş təbii qazın idxalına görə birinci yerdə, kömürün
idxalına görə isə ikinci yerdədir. 2011-ci zəlzələyə qədər Yaponiya ABŞ və
Fransadan sonra nüvə enerjisinin istehlakına görə üçüncü yerdə idi.
2010-ci ildə Enerji və Ətraf Mühit Şurası tərəfindən “Strateji Enerji Planı”
qəbul edilmişdir. Bundan başqa Milli Siyasət Departamenti tərəfindən hazırlanmış
Enerji və Ətraf Mühit İnnovativ Strategiyası da hazırlanmışdır.
Enerji və Ətraf Mühit İnnovativ Strategiya üç mövzu üzrə planlaşdırılan
investisiyaların ümumi sayını müəyyən edir (enerjinin qorunması, bərpa olunan enerji
və istilik enerjisi). Strategiya müvafiq olaraq 2010-2015, 2015-2020 və 2020-2030-cu
illəri əhatə edir.
Mövzu
2010-2015
milyard avro
2015-2020
milyard avro
2020-2030
milyard avro
Enerjinin qorunamsı
138,2
138,2
406,4
Bərpa olunan enerji
65
65
178,8
14
İstilik
8,1
8,1
16,2
Cədvəl 1: 2010-2030-cu illər üzrə xüsusi enerji araşdırma mövzuları üçün orta hesabla təklif
olunan büdcə
2013-cü ildə Yaponiyanın Yeni Artım Planı olan “Yaponiyanın Keçmişi”
təqdim olundu. “Strateji Market Planın Yaradılması” dörd əsas mövzudan biri “təmiz
və iqtisadi enerjiyə tələbatın və təchizatın reallaşdırılması”nı əhatə edir. 2020-ci ilə
qədər 10 trilyon yenlik daxili bazarın və 108 trilyon yenlik xarici bazarın yaradılması
hədəflənir. Bu bərpa olunan enerji, aşağı qiymət və yüksək səmərəli enerji, yeni nəsil
cihazlar, ehtiyyat hissələri və materiallar, enerjinin idarə olunan sistemi, yeni nəsil
avtomabillər, mobil yanacaq, enerjiyə qənaət texnikası və sahələrini əhatə edəcək.
Azərbaycanda mövcud vəziyyət
Azərbaycanda yaşıl siyasət konteksti
Azərbaycanın ətraf mühit siyasəti keçmiş Sovetlər Birliyi dövründən başlayaraq
illər ərzində inkişaf edib və müstəqillik illərində daha çox milli xüsusiyyətlərə
fokuslanmış hal alıb. Rio və Yoxannesburq Yer Sammitlərinin qərarlarına uyğun olaraq
Azərbaycan yerli siyasət və qanunvericiliyin zəruri təkmilləşdirilməsini həyata keçirir.
Bunların arasında bir sıra dövlət proqramlarının və qanunların qəbul edilməsi, daha yaxşı
idarəçilik, milli park şəbəkələrinin genişləndirilməsi, insanların su ilə təminatının daha da
mükəmməlləşməsi və ətraf mühit çirklənməsinə qarşı fəaliyyətlər var.
Milli ətraf mühit siyasətini bəyan edən xüsusi sənəd olmasa da, milli inkişaf
siyasətləri üzrə bir sıra sənədlər dövlətin mövqeyini vurğulayır. Bunların arasında 1998-
ci ildə qəbul edilmiş Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı var ki, bu sənəd ölkənin ətraf
mühit prioritetlərini və nəzərdə tutulmuş fəaliyyətləri müyyən edir.
15
Ətraf Mühit üzrə Milli Fəliyyət Planında Azərbaycanın müəyyən olunmuş əsas
ətraf mühit problemləri aşağıdakı kimidir:
-
Sənaye, neft çıxarılması və istehsalı nəticəsində meydana çıxan tullantılardan
ağır səviyyədə çirklənmə;
-
Reproduktiv məhsuldarlığın həcmində itkilər, çirklənmə və həddindən artıq çox
balıqtutma nəticəsində nərəkimilərin nəslinin kəsilməsi təhlükəsi;
-
Su keyfiyyətinin xüsusən də içməli suyun həm şəhər, həm də kənd ərazilərində
pisləşməsi;
-
Münbit əkin sahələrinin eroziya, şoranlaşma və ağır metal və kimyəvi
maddələrlə çirklənmədən ziyan çəkməsi, suvarma sistemlərinin pisləşməsi,
meşə örtüyünün xüsusən də müharibə getmiş ərazilərdə məhvi, qorunan
ərazilərə yönəlik təhlükələrdən irəli gələn biomüxtəliflik itkisi;
-
Xəzər dənizi sahillərinə dəniz səviyyəsinin artması və çirklənmədən dəyən
zərər.
Siyasi sənədlərdə Azərbaycan dövlətinin ətraf mühit siyasətinin aşağıdakı üç əsas
istiqaməti müəyyən edilmişdir ki, bunlar da yaşıl iqtisadiyyat prinsiplərinə müvafiqdir:
-
Ətraf mühitin mühafizəsi və çirklənmənin minimuma endirilməsi üçün
dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsulların tətbiq edilməsi;
-
İndiki və gələcək nəsllərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən
səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə
tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail
olunması;
-
Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi
və həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin
genişləndirilməsi və milli potensialın imkanlardan istifadənin genişləndirilməsi.
16
Azərbaycan ətraf mühit qanunvericiliyinin aşağıdakı prinsipləri yaşıl iqtisadiyyatın
inkişafını vurğulayır:
-
sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərin qarşılıqlı həlli;
-
təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi;
-
ekoloji tarazlığın qorunub saxlanması və mühafizəsi;
-
ətraf mühitin mühafizəsinin və təbii sərvətlərdən istifadənin tənzim edilməsinə
ekosistemli yanaşma;
-
ətraf mühitin çirklənmsinə dair sanksiyalar;
-
təbiətdən istifadənin ödənişli olması;
-
ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji
sistemlərin bərpası;
-
təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və
ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi;
-
ətraf mühitin biomüxtəlifliyinin qorunmasının təmin edilməsi;
-
və s.
Elektroenergetika
Azərbaycanda elektrik enerjisinin istehsalında qənaət edici texnologiyaların
tətbiqinə ehtiyac vardır. Hazırda müasir səviyyəli istilik elektrik stansiyalarında
Avropada 1 KVat/saat elektrik enerjisinin alınması uçun 185-187 şərti yanacaq vahidi
(qaz və mazutdan asılı olaraq) istehlak edildiyi halda Azərbaycanda bu rəqəm ortalama
330 qram, yeni İES-də isə 260-270 qramdır.
Bərpa olunan energetika
Azərbaycanda güniş miqyasda bərpa olunan enerjinin resursları vardır. Eyni
zamanda yalnız hidroenergetika geniş yayılıb və ölkədə istehsal olunan enerjinin 12%-i
Su Elektrik Stansiyalarının payına düşür. Həmçinin, Azərbaycan Respublikası
17
Prezidentinin müəyyən etdiyi hədəfə görə, yaxın gələcəkdə ölkədə 250 kiçik SES-in
tikiləcəkdir.
Ölkədə Külək enerjisindən istifadə ediləcək Ələt və Yalama layihələrinin həyata
keçirilməsi layihələşdirilir. Artıq bölgələrdə istirahət zonalarında günəş kollektorlarından
su qızdırılması üçün istifadə edilir. Bərpa olunan enerji istehsal edən qurğuların (bioqaz,
günəş və külək qurğuları) Azərbaycanda istehsalı, quraşdırılması və onlara xidmət uğurlu
fəaliyyətlərdən hesab edilə bilər.
Azərbaycanın külək potensialı böyükdür. Abşeron yarımadasıda ildə 226 gün
küləyin sürəti 8 m/san-dən yüksək olur. Sahil ərazilərdə küləyin sürəti 6-20 m/san-dir.
Hesablamalara əsasən Abşeronda texniki külək enerji potensialı 1000-1500 MV-dır.
2007-ci ilin aprelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasını
(1500 MV), Kür çayı vadisini (500MV) və Naxçıvanı (70MV) külək turbinlərinin
qurulması üçün prioritet elan edib və təklif olunub ki, tubinlər ada və offşor neft
platformalarında qurulsun. Hazırda 2 külək turbini quraşdırılıb və birinci faza üzrə
ümumilikdə 40 turbinin qurulması planlaşdırılır. 2009-cu ilin martından Xəzər
Texnologiya Şirkəti tərəfindən bir sıra pilot layihələr həyata keçirilib. İki Vestas külək
turbinindən ibarət Yeni Yaşma (Xızı rayonu) pilot layihəsi artıq Sumqayıta birləşdirilib.
Ümumilikdə 50MV-lıq külək təsərrüfatı 20 ədəd 2,5 MV-lıq külək enerji
çeviricisindən ibarət olacaq. Bundan əlavə, Avrositi Holdinqi Zirə Karbon Neytral Adası
layihəsini həyata keçirməyə hazırlaşır ki, burada günəş, külək və dalğa enerjiləri istifadə
ediləcək. 4-4,5 milyard dollarlıq bu layihə çərçivəsində adanın enerji tələbatını ödəmək
üçün Xəzər dənizində 16 külək turbini qurulacaq.
Tarif Şurası və İqtisadyyat və Sənaye Nazirliyi tərəfindən külək tarif modeli
hazırlanıb. Bununla yanaşı, külək turbinlərinin idxalı gömrük və əlavə dəyər vergisindən
(ƏDV) azad olunub.
18
“Yaşıl” inşaat materialları istehsalı
Sanitar və ekoloji normativlərə cavab verən, enerji qoruyucu inşaat materiallarının
istehsalı yaşıl biznesə nümunədir. Geniş yayılmış faydalı qazıntıların təbiətdən
götürülməsi zamanı ekoloji normativlərə əməl etmə mühüm şərtdir. Hasil edilən inşaat
materiallarının – qum, çınqıl, daş və s. hasil edilərkən müvafiq ekoloji icazələrin alınması
məhsulun “yaşıl” olmasının mühüm şərtidir.
Dostları ilə paylaş: |