Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə129/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   125   126   127   128   129   130   131   132   ...   352
Stresə məruz qalmış bərk buğda (
T. durum
 Desf.) nümunələrinin yarpaqlarında 
prolin amin turşusunun miqdarı 
Cədvəl 2 
Kataloq 
№-ləri 
Nümunələrin adı, 
toplandığı yer 
Mmol/q-la 
Nəzarətə görə, 
%-lə 
Nəzarət 
Quraqlıq 
Duz 
Quraqlıq 
Duz 
09K-175 
v.
leucurum
Abşeron 
“______” 
2,96 
3,00 
3,20 
101,35 
108,1

09K-56 
v. 
hordeiforme
hibrid 
“______” 
2,95 
2,74 
2,30 
92.8 
77.9 
13K-55 
v. 
mutico leucurum
hibrid 
“______”
 
3,05 
3,24 
3,20 
106,29 
104,9

13K-122 
v. 
mutico- affine
hibrid 
“______” 
3,24 
2,96 
2,32 
91,35 
71,60 
 
 


197 
 
 
Şəkil 1. Stresə məruz qalmış bərk buğda (T. 
durum
 Desf.) nümunələrinin 
yarpaqlarında prolin amin turşusunun miqdarı (Mmol/q-la) 
Cədvəl və şəkildən də göründüyü kimi, duz stresinin təsirindən prolin amin 
turşusunun miqdarında ən çox artım v.
leucurum
Abşeron hibridində müşahidə 
edilmişdir (108.1%). Bu hibriddə quraqlıq stresi zamanı da prolin amin tirşusunun 
miqdarında müəyyən qədər artım (101.3%) baş vermişdir. V.
mutico 
leucurum hibridi 
isə hər iki stresə qarşı demək olar ki, eyni reaksiya göstərmiş, quraqlıq stresi 
təsirindən yarpaqlarda prolinin miqdarında 106.3%, duz stresi təsirindən isə 104.9% 
artım olmuşlar. Öyrənilən digər iki hibriddə qraqlıq stresi təsirindən prolinin 
miqdarında xeyli azalma, duz stresi təsirindən isə kəskin azalma müşahidə edilmişdir. 
Stres amillərin təsirindən yarpaqlarda prolinin miqdarını əks etdirən bu nəticələr 
ümumi xlorofilin miqdarında baş verən nəticələrə tamamilə uyğun gəlir. Oxşar 
nəticələr v.
mutico leucurum
hibridində də müşahidə edilmişdir. Bu hibridin 
yarpaqlarında ümumi xlorofilin miqdarı nəzarət variantinda 50.9 olmuşdursa, qraqlıq 
stresindən sonra bu rəqəm 50.4, duz stresindən sonra isə 52.8- ə bərabər olmuşdur. 
Başqa sözlə, quraqlığın təsirindən xlorofilin miqdarında cəmi 1% azalma, duz stresi 
təsirindən isə hətta 3.7% artım baş vermişdir. Bu da öyrənilən hibridin hər iki stresə 
qarşı davamlı oloduğunu göstərir. Bunlardan fərqli olaraq öyrənilən digər hibridlərdə 
quraqlıq və duz streslərinin təsirindən ümumi xlorofilin miqdarında nəzərə çarpacaq 
azalmalar baş verməmişdir. V.
hordeiforme
(09K-56) və v.
mutico-affine
(13K-122) 
hibridlərində ümumi xlorofilin miqdarı quraqlıq stresinin təsirindən 23.1 və 7%; duz 
stresinin təsirindən isə 11.7 və 11.8% azalmışdır. Odur ki, bu hibridləri quraqlıq və 
duz streslərinə qarşı həssas və ya orta davamlı nümunələr kimi qiymətləndirmək olar.
Sahədən laboratoriyaya gətirilərək stres verilmiş bitkilərin yarpqlarında prolinin 
miqdarını təyin etməklə bərabər onlarda ayrılıqda xlorofil “a” və xlorofil “b”-nin
miqdarı da təyin edilmiş və alınmış nəticələr 3 nömrəli cədvəldə göstərilmişdir. 
Cədvəldən göründüyü kimi, stres amillərin təsirindən ümumi xlorofilin və prolinin 
miqdarında baş verən dəyişmələr ayrılıqda xlorofil “a” və xlorofil “b”-nin miqdarında 
da özünü göstərmişdir. Belə ki, quraqlıq və duz stresinin təsirindən xlorofil (a+b)-nin 
miqdarı v.leucurum Abşeron hibridində 106 və 111; v.
mutico leucurum
hibridində isə 
2,96 
2,95 
3,05 
3,24 

2,74 
3,24 
2,96 
3,2 
2,3 
3,2 
2,32 
0
0,5
1
1,5
2
2,5
3
3,5
v.leucurum
Abşeron
v. hordeiforme
hibrid
v. mutico leucurum
hibrid
v. mutico- affine
hibrid
Nəzarət 
Quraqlıq
Duz


198 
119 və 95% olmuşdur. Bu hibridlərdə xlorofilin a/b nisbəti də yüksəkdir. Öyrənilən 
hibridlər içərisində ən aşağı göstərici v.
hordeuforme
hibridində müşahidə edilmişdir. 
quraqlıq stresinin təsirindən bu hibriddə xlorofil (a+b)-nin miqdarı 82%-ə, duz stresi 
təsirindən isə 87%-ə qədər azalmışdır. a/b-nin nisbəti də müvafiq olaraq 71 və 88-ə 
bərabər olmuşdur. Cədvəldə diqqət çəkən məqamlardan biri də piqment sistemində 
baş verən dəyişmələrin əsasən lipidlərlə labil birləşmiş xlorofil “a”-nın hesabına baş 
verdiyi, xlorofil “b”-nin miqdarının isə nisbətən az dəyişməsidir. Bu da xlorofil “b”-
də su molekullarının daha möhkəm birləşmiş şəkildə olması ilə əlaqədardır. 
Beləliklə yarpaqların plastid aparatında streslərin (quraqlıq, duz) təsirindən 
əmələ gələn dəyişikliklərə və onlarda prolin amin turşusunun miqdarının artmasına 
əsaslanaraq aşağıdakı nəticəyə gəlmək olar:
 
Hər iki stresə davamlı (quraqlıq, duz) v.
mutico leucurum
(13K-55) və v. 
leucurum
Abşeron (09K-175) hibridləri uyğun bölgələrdə əkilə bilər və quraqlığa, 
duzluluğa davamlılıq istiqamətlərində aparılan seleksiya işlərində donor kimi istifadə 
oluna bilərlər.


199 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin