Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə154/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   150   151   152   153   154   155   156   157   ...   352
Açar sözlər:
yabanı buğda, stres, prolin 
Ключевые слова:
дикая пшеница, стресс, пролин 
Key words:
wild wheat, stress, proline 
Azərbaycan iqlimi yay mövsümündə uzun müddətli quraqlıqlarla, torpaqların 
əksəriyyəti isə həm də duzluluğun normadan artıq olması ilə xarakterizə olunur. 
Torpaq məhlulunun ion tərkibində Na+ və Cl- ionları çoxluq təşkil edir və osmotik 
təzyiqin bitkilərin kök sistemində olduğundan artıq olması bitkilərin su və mineral 
maddələrlə təchizartında çətinlik yaradır. Bitkidə ən əvvəl su çatışmazlığı yaranır. Su 
itkisinin qarşısının alınması, suyun hüceyrədə saxlanılması bir neçə mexanizm üzrə 
baş verir. Bunlardan biri su stresi zamanı hüceyrədə bir sıra amin turşularının, 


246 
xüsusilə də prolinin toplanması ilə bağlıdır. Barnet və Naylor (1966) su stresi zamanı 
hüceyrədə xeyli miqdarda prolin toplanması haqda məlumat vermişlər [8]. 
Müasir təsəvvürlərə görə torpağın duzluluğunun bitkiyə neqativ təsiri torpaq 
məhlulunun yüksək osmotik təzyiqindən əlavə, həm də duzların toksiki təsiri ilə də 
bağlıdır. Duz stresi zamanı bitkilərdə zülal sintezi dayanır və zülal komplekslərinin 
parçalanması sürətlənir. Bəzi amin turşuları, o cümlədən prolin duzluluq stresi 
zamanı adaptasiya mexanizmlərinin effektiv şəkildə işə düşməsinə sövq edirlər. [3,4]. 
Prolin heterotsiklik amin turşusu olub, bir çox bitkilərdə biotik və abiotik stresin təsiri 
şəraitində akkumulə olunur. Bu halda, prolin membranlara stabilləşdirici təsir 
göstərir, osmotik stresi azaldır, zülalları denaturasiyadan qoruyur, stres siqnalın 
ötürülməsində iştirak edir, hüceyrənin redoks-potensialını tənzimləyir. 
Stres şəraitində prolinin akkumulyasiyasını həm onun sintezinin artması, həm də 
oksidləşmiş amin turşusunun reduksiyası induksiya edir. Stres zamanı toplanan 
prolinin əksər hissəsi peroksisomlarda qlutamatdan sintezi hesabına əmələ gəlməsi 
haqda məlumat verilir [4]. Eyni zamanda prolinin oksidləşməsinin azalması da onun 
miqdarının artmasına səbəb olur. 
Aparılan tədqiqat işinin məqsədi quraqlıq və duz stresi şəraitində bitki 
orqanizmində prolinin toplanmasının öyrənilməsi olmuşdur. 
Tədqiqat obyekti olaraq, yabanı buğda növlərindən T.beoeticum Boiss., T.urartu 
Thum. və T. araraticum Jakubz. nümunələri götürülmüşdür. Təcrübə sahəsindən 
götürülmüş bitkilər laboratoriya şəraitində 3 gün müddətində quraqlıq və duz stresinə 
məruz qalmışlar. 3 gündən sonra bitkilərin yarpaqlarında Bates. et. al (1973) metodu 
ilə prolinin miqdarı təyin edilmişdir (9). Prolinin miqdarı aşağıdakı formulla 
hesablanmışdır (2). 
C=
𝐸

𝐾

𝑉𝑚
C-prolinin qatılığı (mkM/q yaş çəkidə) 
E-optiki sıxlıq 
K-əmsal (kalibrovka əyrisi ilə hesablanmışdır (217, 49)) 
V-ekstraktın həcmi, (ml) 
m-çəkinin həcmi (q) 
3 günlük stresə məruz qalmış bitkilərdə prolinin miqdarının təyini nəzarət və 
təcrübə bitkiləri arasında fərq olduğunu müəyyən etmişdir. Həm quraqlıq, həm duz 
stresinin təsiri ilə bitkilərdə toplanan prolinin miqdarı nəzarətə görə yüksək olmuşdur. 
Nəticələr Cədvəl 5-də verilmişdir. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin