Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi Fənn: İnformasiya texnologiyaları Kurs: I qrup: 162a4



Yüklə 51,17 Kb.
səhifə1/7
tarix12.11.2022
ölçüsü51,17 Kb.
#68712
  1   2   3   4   5   6   7
Əhmədzadə Nicat- İnformasiya texnologiyaları


AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


SƏRBƏST İŞ

İxtisas: Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi


Fənn: İnformasiya texnologiyaları
Kurs: I
Qrup: 162a4
Tələbə: Əhmədzadə Nicat
Müəllim: T.D.Quliyeva


Kompüter virusları və antivirus proqramları
Kompüter istifadəçilərinin böyük əksəriyyəti bilir ki, öz kompüterini viruslardan qorumaq üçün hər hansısa bir antivirus proqramı lazımdır. Virtual məkanda milyonlarla virus var və antivirus tipli tətbiqlər sizin kompüterinizi yoluxmadan qisməndə olsa qoruyur. Bildiyimiz kimi antiviruslar, adətən, arxa fonda çalışan tətbiqlərdir, bəs onlar necə işləyir?
Virus proqramları və ya kompüter virusları - texniki vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: özü-özünə çoxalır, sistem faylları daxilində maskalanır və kompüterə və ya sistemə ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).
Virus xarici yaddaş qurğularından (disketlərdən), elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.
Virus faylları kompüterə yalnız icra edilən fayllarla birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istisna bir sıra ofis proqramlarındakı ssenarilərdir ki, bunlara makrovirus deyilir (makroviruslar hazırda böyük təhlükə təşkil etmir, bu, daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanır)
Virus proqramlarının təsnifatı
Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar:

yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar;


yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident;
əməliyyat sisteminə görə: MS-DOS
destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli;
virus alqoritminin xüsusiyyətlərinə görə: "tələbə" virusları, kompanyon-viruslar, ""soxulcanlar" (worm), "stels"-viruslar ("görünməz" viruslar), "polimorf"-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.
Kompüter üçün tətbiq yaza bilən hər bir kəs virusda yarada bilər. Viruslar digər tətbiqlər kimi yazılır, fərq onların apardığı fəaliyyətdə olur. Virus fəaliyyət növündən asılı olaraq kompüterinizdəki məlumatları dəyişə, şifrələyə, silə və oğurlaya bilər. Nümunə üçün aşağıdakı tip viruslar və onların fəaliyyəti haqqında qısa məlumat:
Soxulcan (Worm) — Öz-özünün nüsxəsini yarada bilən virus növüdür. Əsas fəaliyyəti özünün çox saylı nüsxələrini yaradıb işə salaraq kompüterin əməli yaddaşını doldurmaqla sürətini aşağı salmaqdır. Əsas fərqləndirici cəhəti digər zərərsiz tətbiqin tərkib hissəsinə çevrilə bilməməsidir.

Yüklə 51,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin