Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi Fənn: İnformasiya texnologiyaları Kurs: I qrup: 162a4



Yüklə 51,17 Kb.
səhifə5/7
tarix12.11.2022
ölçüsü51,17 Kb.
#68712
1   2   3   4   5   6   7
Əhmədzadə Nicat- İnformasiya texnologiyaları

shiz – Sistemdə arxa qapı olaraq fəaliyyət göstərir. Əsas məqsəd uzaqdan qoşulmanı qəbul etmək və sistemin idarəsini uzaq əlaqəyə ötürmədir.

torpig – Olduqca təhlükəli rootkit sayılır. Rootkitin köməkliyi ilə Antivirus proqram təminatlarından yayınmağı bacarır.Sistemde məlumat oğurluğu üçün istifadə olunur. Yoluxma zamanı sistemdə olan istifadəçiyə aid şifrələri və başqa məlumatları sistem full access olmaq üçün oğurlayır. Belə ki, 2008ci ilin noyabr ayında Torpig 500000 online bank istifadəçi şifrələrini oğurlamağı bacarmışdı.

kelihos – Botneti zərərli P2P üzərindən işləyir. Bundan əlavə olaraq çoxlu sayda SPAM xarakterli mail göndərdiyi təyin edilmişdir. Əsas məqsədi spam xarakterli məktublar göndərməsidir, DDOS atack və bitcoin-a qarşı hücumlar üçün istifadə olunur.

dorkbot – worm ailəsindəndir. Əsas yoluxma yolları sosial şəbəkələr facebook,twitter ,usb disklər və danışıq qeydə alma proqramlarıdır. Yoluxmadan sonra botnet(COMMAND&CONTROL) olaraq fəaliyyət göstərir. Sosial şəbəkələrdə gələn uyğunsuz mesajlardan yoluxur.

gozi – Troyan proqramıdır. Əsas məqsədi şifrəli məlumatları ələ keçirməkdir. SSL-TLS ilə birgə oğurlanan məlumatlar serverdə məlumat bazasında saxlanılır. İnternet explorerlərdə olan açıqlar sayəsində geniş yayılmışdır.

other–other.exe windows üçün vacib fayl sayılmasa da lakin tez-tez problemlər əmələ gətirir. Məlumdur ki, other faylı tətbiqetmələri monitorinq edə bilir.

dridex – Bu troyan digərlərindən daha fərqli olaraq MS Word-un makrosları vasitəsilə yayılmağa başlayır. Dridex bank troyanı hesab olunur və əsas hədəf olaraq ABŞ-dan olan istifadəçilər götürülür.
Belə proqramların qarşısını almaq üçün ilk olaraq kompüterinizdə olan proqramların son versialarının yüklənmiş olmasına diqqət edin. Şübhəli tərkibli saytlara daxil olmayın, daxil olduğunuz halda oradan heç bir şey qəbul etməyin, fayl yükləmək istəyən pəncərələrə aldanmayın. Kompüterinizə daxil olmaq üçün istifadə etdiyiniz hesabın idarəçi hüquqlarına sahib olmamasına diqqət edin. Spam kimi gələn məktubları açmadan dərhal silin,flash kart və ya başqa xarici daşıyıcılardan istifadə etməzdən evvəl antivirusla yoxlayın. Kompüteri ayda bir dəfə yoxlayın. Ən əhəmiyyətlisi isə kompüterinizdə mütləq bir təhlükəsizlik proqramı saxlayın. İstənilən antivirus standart hücum kodunu dərhal tapır. Ağıllı düşünülmüş qeyri standart kodu isə heç bir antivirus tapa bilmir.
Kompüterinizin virusa yoluxub-yoluxmadığını təyin edən “anti-virus” proqramları da var. Bu proqramlar, kompüterinizin virus ola biləcək hər tərəfini (yaddaş, boot sector, işlədilə bilər proqramlar, sənədlər və s.) darayırlar. Bu proqramların virus təyin etmə üsulları müxtəlifdir:Bunlar aşağıdakılardır.Öz verilənlər bazalarındakı virusların imzalarını kompüterinizdə axtararlar.Proqramlarınızı virus ola biləcək zərərli kodlara qarşı analiz edirlər.Günümüzdəki məşhur anti-virus proqramlarının verilənlər bazalarında minlərcə virus imzası və bunların variantları vardır.antivirus xəbərdarlığı
Kompüterim viruslanarsa bunu necə təmizləmək olar?Bir proqramın viruslu olduğundan şübhələnirsinizsə, bu vəziyyətdə, əvvəlcə sakit olun. Edəcəyiniz ilk iş, o an istifadə etdiyiniz bütün tətbiqləri bağlamaq, etdiyiniz işləri saxlamaq olsun. Ardından, bir antivirus proqramı ilə kompüterinizi darayın. Hər vaxt üçün, istifadə etdiyiniz antivirus proqramının yeni bir distributivini əldə etməyə çalışın. Əgər kompüterinizin sistem sahələri də təsirlənmişsə, bu vəziyyətdə kompüterinizi bağlayın.

Yüklə 51,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin