Akademik yazıda istifadə edəcəyiniz məlumat mənbələri, bir qayda olaraq, etibarlı mənbələr olmalıdır. Akademik mühitdə etibarlı mənbə dedikdə, adətən, nəşr edilmiş material başa düşülür. Bu material aşağıdakı formada ola bilər:
Bu növ məlumatların faydası ondan ibarətdir ki, onlar sizi nəzəri ideyalar, mühüm qiymətləndirmələr, tədqiqat tapıntıları və elmi rəylər formasında ola biləcək yanaşmalarla, əsaslarla təmin edir.
Eyni zamanda, bu elmi məlumatlar sizin qeyd etdiyiniz məqamları əsaslandırmağa kömək edir. Bəzən bu mənbələr iki kateqoriya üzrə qruplaşdırılır: birinci və ikinci dərəcəli mənbələr
Birinci dərəcəli (ilkin) mənbələrə tarixi sənədlər (məsələn, tarixə aid sənədlər, müsahibələrdən alınan məlumatlar), təcrübələrdən əldə edilən və emal edilməmiş məlumatlar və yaxud demoqrafik siyahılar kimi ictimaiyyətə açıq olan məlumatlar şamil edilir. İkinci dərəcəli mənbələr isə birinci mənbə məlumatlarına əsaslanır və onlar elmi jurnal məqaləsi və ya redaktə edilmiş kitabda bir bölmə formasında ictimaiyyətin istifadəsi üçün hazırlanır.