107
Forma 1:
Bu əncir forması Qarayeridə həvəskar Səlim Abdullayevin bağında
aşkar edildi. Onun bağındakı bir neçə əncir formasından bir forma seçildi. Bitkinin
boyu 7,5 m, diametri 6,0 m olmaqla dik qalxan formadır. Yaşı 35-40 ildir. Ağacın
gövdəsi açıq-bozumtuldur. Üst hissəsi hamardır. Qollu-budaqlı formadır. Birillik
zoğları tünd palıdı rəngdədir. Zoğlarda buğumlar yaxındır. Birillik zoğların uzunluğu
12-14 sm-dir. Boy konusu düz qalxandır.
Yarpaqları iridir, tünd rənglidir, 3-5 dilimlidir. Yarpağın kənarları dalğavaridir.
Yarpaq ölçüləri-24/22, 23-21, 25/22, 24/22, 23/20 sm olub, orta hesabla 23,8/21,4 sm
təşkil edir.
Meyvəsi açıq-sarı rəngdədir. Bu əlamət yetişdikdə daha yaxşı görünür.
Meyvənin forması saplağa tərəf azca uzanan yumrudur. Ağızcığı örtülür. Meyvə
yetişdikdə ağızcıqda damla şəklində şirə görünür. Meyvənin ləti açıq çəhrayıdır.
Tumu azdır, orta irilikdədir. Meyvənin üzərində azacıq damarlanma görünür.
Meyvənin saplağı qısadır (0,6 sm). Dərilərkən meyvə zədələnmir. Meyvənin çəkisi-
59; 59; 57; 58; 58q orta hesabla 58-59q təşkil edir. Dadı çox şirindir. Meyvə
cəzbedicidır. Tezyetişən formadır. Sahibinin dediyinə görə və müşahidə zamanı
xəstəlik və zərərverici müşahidə olunmamışdır. Davamlı formadır. Hər il bar verir,
təqribən 65-75 kq məhsul əldə edilir. Meyvəsi-mürəbbə, cem, kompot hazırlamaq və
qurutmaq üçün yararlıdır. Avqust ayının 15-20-dən başlayaraq sentyabr ayının 15-nə
qədər məhsul yığılır. Dequstasiya qiyməti 5 balla qiymətləndirildi.
Dostları ilə paylaş: