Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə72/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   68   69   70   71   72   73   74   75   ...   352
 
Açar sözlər: 
cins, növ, introduksiya, seksiya, həyatilik
 
Кулючевые слова:
род, вид, интродукция, селекция, жизнеспособность 
Key words:
genus, species, introduction, selection, vitality 
Soğankimilər-
Amaryllidaceae 
fəsiləsinə daxil olan bitkilərin dünyada 30 cinsə 
aid olan 870-dən çox növü yayılmşdır. Azərbaycanda
Amaryllidaceae
fəsiləsinin iki 
cinsinin (
Allium
L. və
 Nectaroscordum
Lindl.) numayəndələri vardır [1; 2; 3; 5; 6; 7; 
8; 9]. 
 Allium
cinsinin şimal yarımkürəsində yayılmış 300 növündən, 52-sinə 
Azərbaycan florasında rast gəlinir ki, onlardan da 35-i Naxçıvan MR-də tapılmışdır 
[4; 9]. Naxçıvan MR ərazisində yayılmış 
Allium
L. cinsinə aid olan növlərin növ 
tərkibi haqda olan məlumatlar ziddiyyətlidir [5;6]. 
Hazırda dünyada soğanların (
Allium 
L.) tədqiqi sahəsində işlər aparılır və 
naliyyətlər əldə olunmuşdur. Son zamanlar Şərqi Avropada yayılmış soğan növləri 
üçün sistematikaya yeni taksonlar əlavə edilmişdir [9]. 
Yabanı soğan növlərinin vegetativ və generativ orqanları ilə introduksiyası 
imkanlarının öyrənilməsi çox mühüm əhəmiyyətə malikdir. 
Azərbaycanın müxtəlif bölgələrindən, fərqli torpaq-iqlim şəraitindən toplanmış 
yabanı soğan növlərinin soğanaqları Abşeron şəraitində əkilmiş və növlərin 
bitkilərinin yeni şəraitdə həyatilik qabiliyyətləri tədqiq edilmişdir.
Mədəni kulturaya introduksiya üçün yabanı növlərdən əkin materialı əldə 
edilərkən növün ekoloji vəziyyəti nəzərə alınmışdır. Arealda bitkilərinin sayı çox az 
miqdarda olan növlərdən areala zərər gətirməyəcək miqdarda əkin materialı 
(soğanaq, kökümsov və toxum) götürülmüşdür. 


111 
Yabanı təbiətdən toplanmış 30 növə aid 853 soğanaq və kökümsov yeni şəraitə 
introduksiya edilmişdir. Əkilmiş soğanaq və kökümsovların hamısından bitkilər 
alınsa da onlardan, ancaq 467-i həyatlarının birinci ilinin sonuna qədər salamat 
qalmışdır. Həyatlarının ikinci ilini 299, üçüncü ilini isə 166 bitki başa bura bilmişdir. 
Birinci il 386, ikinci il 168, üçüncü il isə 133 bitki tələf olmuşdur. 
Allium
seksiyasından olan növlərin introgentlərinin üç ildəki həyatilik 
qabiliyyətləri orta hesabla 19,7% -dir. Bu seksiyaya aid olan Respublika ərazisində 
yayılmış 16 növdən ən yüksək həyatilik qabiliyyətinə malik olan 
A.ampeloprasum
-
dur. Bu növün Yardımlı rayonu ərazisindən yığılmış 24 ədəd soğanağı Abşeronda 
aqrokulturada əkilmiş, soğanaqların hamısından bitki alınmış və bitkilərin hamısı 
ömürlərinin birinci ilini başa vura bilmişdir. Ömürlərinin ikinci ilində bir, üçüncü 
ilində isə iki bitki tələf olmuşdur. Cəmi 20 bitki ömrünün üçüncü ilini də başa vura 
bilmişdir. Bu seksiyadan olan və ən aşağı nəticə göstərən, soğanaqları Abşeron 
rayonu ərazisindən toplanmış 
A.atroviolaceum
Boiss. növüdür. bu növün 
soğanaqlarının Abşeron rayonu ərazisindən toplanmasına baxmayaraq aqrokulturada 
əkilmiş 75 soganağın hamısından bitki alınsa da onların 59-u ömürlərinin birinci ilini 
başa vurmuşdur. Bitkilərin 7-si ikinci il, 5-i isə üçüncü il tələf olmuşdur. Cəmi 4 bitki 
ömürünün üçüncü ilinin sonuna qədər salamat qalmışdır. 
Codonoprasum
(Reichenb.)
Ende seksiyasından olan növlərin həyatiliyi üç ildə orta hesabla 19,4% olmuşdur. Bu 
seksiyadan olan və ən yüksək nəticə göstərən 
A.murianthum
Boiss. növüdür. Bu 
növün Lənkəran rayonu ərazisindən yığılaraq Abşeronda aqrokulturada əkilmiş 28 
soğanağından alınmış bitkilərin 13-ü ömrlərinin birinci, 2-si ikinci, 3-ü isə 3-cü ilində 
tələf olmuş, cəmi on bitki salamat qalmışdır.
 
Scorodon 
C. Koch seksiyası növləri introgentlərinin həyatiliyi ömürlərinin 
üçüncü ilində 30,5% olmuşdur. 
A.rubellum
M.B. növünün Abşeron rayonu 
ərazisindən yığılmış 18 soğanağı aqrokulturada əkilmiş və soğanaqların hamısından 
bitki alınmışdır. Bitkilərin 11-i ömürlərinin birinci, 3-ü ikinci, 1-i isə üçüncü ilində 
tələf olmuşdur, cəmi 3 bitki salamat qalmışdır. Bu seksiyadan olan
A.moshatum
L. 
növünün Quba rayonu ərazisindən yığılmış 41 soğanağı aqrokulturada əkilmiş və 
soğanaqların hamısından bitkilər alınmışdır. Bitkilərin 7-i, ömürlərinin birinci, 11-i 
ikinci, 8-i isə üçüncü ilində tələf olmuş, cəmi 15 bitki salamat qalmışdır. 
Anguinum 
C. Don. seksiyasının Azərbaycanda yayılmış yeganə
A.victorialis
L. 
növünün Lənkəran rayonu ərazisindən toplanmış 63 soganağından alınmış bitkilərin 
cəmi 28,6%-i ömürlərinin üçüncü ilinə kimi salamat qalmışdır. Bitkilərin 21-i 
ömürlərinin birinci,18-i ikinci, 6-ı isə üçüncü ilində tələf olmuşdur. Cəmi 18 bitki 
ömürlərinin üçüncü ilini başa vura bilmişdir. 
Schonoprasum
Dum seksiyasının Xızı rayonundan toplanmış
A.shoenoprasum
L. növünün 61 soğanağından alınmış bitkilərin 8-i ömürlərinin birinci, 9-u ikinci, 28-i 
isə üçüncü ilində tələf olmuşdur. Cəmi 16 bitki ömrünün üçüncü ilini başa 
vurmuşdur. Abşeron rayonundan toplanmış
A.aucheri
Boiss.L. növünün 10 
soğanağından alınmış bitkilərin 5-i ömürlərinin birinci, 4-ü ikinci, 1-i isə üçüncü 
ilində tələf olmuşdur. Cəmi 1 bitki ömürünün üçüncü ilini başa vurmuşdur.
 
Rhizirideum
Don seksiyasının Azərbaycanda yayılmış yeganə 
A.albidum
Fisch. ex 
M.Bieb növünün introgentlərinin 26,7%-i ömürlərinin üçüncü ilini başa vura 


112 
bilmişdir. Quba rayonundan toplanmış
A.albidum
Fisch. ex M.Biebnövünün 45 
soğanağından alınmış bitkilərin 13-ü ömürlərinin birinci, 17-i ikinci, 3-ü isə üçüncü 
ilində tələf olmuşdur. Cəmi 12 bitki ömürlərinin üçüncü ilini başa vurmuşdur.
 
 Oreiprason 
Herrm seksiyasının Azərbaycanda yayılmış
A.saxatile
M. Bieb 
növü introgentlərinin 7,1%-i ömrünün üçüncü ilini başa vurmuşdur. Bu növün Quba 
royonu ərazisindən toplanmış 23 soğanağından alınmış bitkilərin 6-ı ömrünün 
birici, 8-i ikinci, 5-i üçüncü ilində tələf olmuşdur. Cəmi 4 bitki ömürlərinin üçüncü 
ilini başa vurmuşdur. 
 
 Porphyroprason
Ekberg seksiyasının Azərbaycanda yayılmış yeganə 
 
A.oreophilum
C.A.M. növünün introgentlərinin 7,7%-i ömürlərinin üçüncü ilini başa 
vurmuşdur. Quba rayonundan toplanmış
A.oreophilum
C.A.M.növünün 13 
soğanağından alınmış bitkilərin 5-i ömürlərinin birinci, 4-ü ikinci, 3-ü isə üçüncü 
ilində tələf olmuşdur. Cəmi 1 bitki ömürünün üçüncü ilini başa vurmuşdur. 
Briseis
(Salisb.) Stearn seksiyasının Azərbaycanda 
yayılmış yeganə 
A.paradoxum
M.B. Don. növünün introgentlərinin 12,5%-i ömürlərinin üçüncü ilini 
başa vurmuşdur. Quba rayonundan toplanmış
A.paradoxum
M.B. Don, növünün 16 
soğanağından alınmış bitkilərin 4-ü ömürlərinin birinci, 6-ı ikinci, 4-ü isə üçüncü 
ilində tələf olmuşdur. Cəmi 2 bitki ömrünün üçüncü ilini başa vurmuşdur.
 
 Ophioscordon 
(Waller.)Vved seksiyasının Azərbaycanda yayılmış yeganə 
A.ursinum
L. növünün introgentlərinin 9,2%-i ömürlərinin üçüncü ilini başa 
vurmuşdur. Qəbələ rayonundan toplanmış
A.ursinum
L.növünün 76 soğanağından 
alınmış bitkilərin 38-i ömürlərinin birinci, 17-i ikinci, 14-ü isə üçüncü ilində tələf 
olmuşdur. Cəmi 7 bitki ömürünün üçüncü ilini başa vurmuşdur.
 
Reticulato-bulbosa
R. Lam. seksiyasının Azərbaycanda yayılmış
A.szovitsii
Regel növünün introgentlərinin 12,5%-i ömürlərinin üçüncü ilini başa vurmuşdur. 
Quba rayonundan toplanmış
A.szovitsii
Regelnövünün 16 soğanağından alınmış 
bitkilərin 5-i ömürlərinin birinci, 5-i ikinci, 4-ü isə üçüncü ilində tələf olmuşdur. 
Cəmi 2 bitki ömrünün üçüncü ilini başa vurmuşdur. 
Təcrübə göstərir ki, introduksiya zamanı soğan növləri bitkilərinin götürüldüyü 
şərait nəzərə alındıqda bitkilərin həyatilik qabiliyyətləri yüksək olur. Daimi nəmişlik 
şəraitində bitən növlərin soğanaqları birbaşa normal aqrokultura şəraitində əkildikdə 
mühit onlara mənfi təsir göstərir, bitkilər tələf olur. Belə növlərın bitkilərinin 
soğanaqları birinci il daimi rütubətli olan yerdə, sonrakı illərdə isə rütubət tədricən 
azaldılmaqla bacərilməlidir. Bu zaman bitkilərin yeni şəraitə tədricən uyğunlaşması 
qismən təmin edilmiş olur. Çoxillik təcrübə göstərir ki, əkin üçün götürülmüş 
soğanaq və kökümsovlar iri olduqca onlardan alınan bitkilər daha dözümlü olur, 
bitkilərin çoxu həyatlarının birinci ilində çiçək açır və toxum verir. Çox zaman belə 
çiçəklər normal inkişaf etmir. Belə çiçəklərdə ya heç toxum əmələ gəlmır, ya da 
toxumlar tam keyfiyyətsiz olur. Bitkilərin ömürlərinin müxtəlif dövrlərində tələf 
olma səbəblərinin əsasını yeni mühitin fiziki kimyəvi amilləri təşkil edirsə də, bu 
sahədə xəstəlik və zərərvericilərin də rolu böyükdür

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin