128
Açar sözlər
: buğda, genotip, biomorfoloji göstərici, çiçəkləmə
Ключевые слова
:
пшеница, генотип,
биоморфологические параметры,
цветение
Key words
: wheat, genotype, biomorphological indicators, flowering
Buğda
(Triticum
L
.)
40-dan çox ölkənin və dünya əhalisinin 35%-nin əsas qida
ehtiyatını təşkil edir. Mədəni buğda sortları qidalılıq dəyəri baxımından digər taxıl
bitkilərindən üstündür. Tərkibi əsasən 60-80% nişastadan, 8-15% proteindən
ibarətdir. Buğda gündəlik ehtiyac duyulan kalori və protein ehtiyacının 20%-dən
çoxunu qarşılayır [1].
Dünya əhalisinin ərzağa olan tələbatının ödənilməsində
buğda bitkisindən
alınan un və un məmulatları əvəzedilməzdir. Buğdа dənində 80-84% endosperm
olmаsı istehsаl zаmаnı yüksək sortlu un çıхımını аrtırır.
Bəzi ədəbiyyatlarda
buğdanın 26 növünün olduğu göstərilir və onlar əsasən 3 poliploid qrupda birləşirlər.
Buğdanın yabanı formalarından əsasən seleksiyada bağlanğıc material kimi istifadə
olunur, mədəni növlərindən isə əsasən bərk və yumşaq
buğda mühüm əhəmiyyətə
malikdirlər [1; 2; 3; 4].
Ayrı-ayrı bölgələrdə torpaq-iqlim şəraitinin müxtəlifliyi bu bölgələr üçün
yüksək
məhsuldar, ətraf mühitin əlverişsiz amillərinə, xəstəliklərə qarşı davamlı,
adaptiv
xüsusiyyətli, intensv tipli sortların yaradılmasını tələb edir. Buna görə də
dənli bitkilərin müxtəlif ekoloji–coğrafi mənşəyə
malik olan dünya kolleksiya
nümunələri və yerli nümunələr toplanaraq öyrənilməli, onların respublikamızın
müxtəlif
bölgələrində
ekoloji
sınaqlar
keçirərək
üstün
xüsusiyyətləri
müəyyənləşdirməli və seleksiya yolu ilə hər bölgə
üçün əlverişli sortlar
yaradılmalıdır [5].
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Abşeron Elmi-Tədqiqat Bazasında
tədqiq olunan buğda genotiplərinin bir sıra biomorfoloji parametrləri yerli sortlarla
müqayisəli şəkildə öyrənilmişdir. Bu buğda genotipləri Azərbaycanın müxtəlif
bölgələrindən toplanmış və bir sıra Beynəlxalq mərkəzlərdən introduksiya
olunmuşdur.
Dostları ilə paylaş: