Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə115/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   111   112   113   114   115   116   117   118   ...   352
Açar sözlər: 
amarant, zülal, yem, skvalen, becərmə, məhsul 
Ключевые слова:
амарант, белок, корм, сквален, выращивание, урожай 
Key words: 
amaranth, protein, forage, squalus, cultivation, crop
 
Mövzunun aktuallığını elmi cəhətdən əsaslandırmamışdan öncə qeyd edək ki, 
BMT-nin ərzaq komissiyasının 2014-cü ildə gəldiyi yekdil rəyinə əsasən qaratərə 
bitkisi və ya pencər (bundan sonra Amarant) öz qidalılıq və müalicəvi 
xüsusiyyətlərinə görə XXI əsrin bitkisi kimi qəbul edilmişdir. Bu bitkiyə göstərilən 
son dərəcə xüsusi diqqət və verilən belə bir yüksək qiymət ilk növbədə onun 
insanın həyat fəaliyyətinin ən müxtəlif sferalarında sayagəlməz müsbət xüsusiyyətləri 
və eyni zamanda ətraf mühit və ekologiyanın sağlamlaşdırılmasında əvəzedilməz 
bitki obyektlərindən, ən əsası isə Planetin sürətlə artan əhalisinin yüksək keyfiyyətli 


173 
zülal ilə təmin etməsi imkanlarının hədsiz dərəcədə geniş spektra malik olması ilə 
izah edilir. 
Vətəni Meksika ölkəsinin ərazisi də daxil olmaqla Cənubi və Mərkəzi 
Amerika hesab edilən amarant qədim yerli hinduların, asteklərin və inklərin 
qarğıdalıdan sonra bitki mənşəli qida rasionunun əsas tərkib hissəsini təşkil edirdi. 
Hindular bu bikinin dənini “Allahın qızıl dəni”, “hindu buğdası” “inəklərin çörəyi” 
adlandıraraq onun qidalılıq və müalicəvi xüsusiyyətlərini olduqca yüksək 
qiymətləndirirdilər. 
Amarant özünün ikinci doğum tarixini XX əsirdə, ABŞ alimlərinin bu bitkinin
dəyərli xüsusiyyətlərinə yetirdikləri diqqətdən sonra əldə etdi və hazırda dünyanın
yüzlərlə elmi-tədqiqat institutları bu qədim bitkinin dirçəlişi ilə bağlı müxtəlif 
səpgidə müasir səviyyəli ciddi tədqiqat işləri aparırlar.
Son dərəcə qiymətli dənli, tərəvəz, yem, texniki və bəzək bitkisi olan 
Amarantın botaniki adı yunan sözü-amarontos, yəni solmayan çiçək sözündən 
götürülüb. Qış fəsli üçün qurudulmuş çiçəkləri 3-4 ay müddətində solmayaraq ilkin 
formasını saxlaya bilmək qabiliyyətinə görə onu haqlı olaraq el içində “insanların qış 
dostu” adlandırmışlar. Bir qayda olaraq amarant birillik, birevli, amarantkimilər 
fəsiləsinə aid olan bitkidir. Bitkinin hündürlüyü 2-3 metrə, gövdəsinin diametri 8-10 
sm, kütləsi isə 3-5 kiloqramdan 30 kq-aqədər çatır. Süpürgəsi müxtəlif forma və 
sıxlıqda olub, uzunluğu 1,5 m, dəni xırda, rəngi ağ, çəhrayı, qəhvəyi, qara, lak 
parıltılı çalarlara malik olur. Süpürgədə 0,5 kq-a qədər dən əmələ gəlir. 1000 dənin 
kütləsi 0,6-0,9 qram arasında olur.Yetişmiş halda bitkinin yarpaqlarının sayı 500 dən-
1000-ə qədər çatır, 1m
2
torpaqda yarpaqlar bir neçə yaruslar üzrə yerləşirlər ki, bu da 
ümumi yarpaq səthinin 6-10 dəfə çox olmasına dəlalət edir. Amarant bitkisi C
4
fotosintetik tip xüsusiyyətinə malik olduğundan o qısa müddət ərzində lazımi qida 
mühitində çox böyük biokütlə toplamaq (2000 s /ha) qabiliyyətinə malikdir. İqtisadi 
səmərəlilik baxımından rəsmi hesablamalar göstərir ki, bu həcmdə yaşıl kütlə əmələ 
gətirən amarant bitkisinin 1 hektar əkin sahəsindən müxtəlif təyinatlı istiqamətlərdə 
istifadəsindən 37500 ABŞ dollarında xalis gəlir götürmək mümkündür.
Amarantın ilk yaranma mənşəyi Cənubi Amerika olduğundan bu ərazidə onun 
çoxlu sayda növ və növmüxtəlifliyinə təsadüf edilir. Sonralar o, Şimali Amerikaya,
Hindistana və digər ərazilərə gətirilmiş və beləliklə də bitkinin ikinci yaranma ocağı
və formaəmələgəlmə mərkəzi Şimali Hindistan və Çin ölkələrinin əraziləri sayılır ki, 
hazırda bu regionlarda amarantın bir çox növ və növmüxtəlifliyi geniş yayılmışdır.
Avropaya bu bitki ispanlar tərəfindən gətirilmiş, ilk vaxtlar bəzək bitkiləri 
kimi, XVIII əsrdən başlayaraq yem və yarma istehsalı üçün becərilirdi. Hazırda 
dünya üzrə onun 65 cinsi, 900-ə qədər növü məlumdur ki, onlardan 17 növü 
Rusiyada, 9-u isə Azərbaycan ərazisində yayılmışdır. Respublikamızda amarantın ən 
çox yayılan növləri- qırmızıbaldır qaratərə (

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin