Mənfəət haqqında neoklassik və klassiklərin baxışı



Yüklə 10,19 Kb.
tarix24.12.2023
ölçüsü10,19 Kb.
#192921
Mənfəət haqqında neoklassik və klassiklərin baxışı


Mənfəət haqqında neoklassik və klassiklərin baxışı
Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin hər bir növü ilə məşğul olan iqtisadi subyekt, fəaliyyətə müəyyən məqsədlə başlayır. Onun əsas məqsədi, mümkün olduqca yüksək qazanc əldə etməkdir. Onun bu məqsədi, iqtisadi ədəbiyyatda mənfəət kateqoriyası ilə ifadə olunur.
Mənfəətin mahiyyəti və təbiəti haqqında nəzəriyyəçilərin baxışları xeyli müxtəlifdir. A.Smitə görə mənfəət, həmçinin torpaq rentası sahibkarlar tərəfindən işçilərin əmək məhsulundan çıxma hesab edilir. Lakin o, haqqı ödənilməmiş əməyin təzahür forması olan mənfəət, orta mənfəəti əmək – dəyər nəzəriyyəsi baxımından izah edə bilməmişdir.
Bu nəzəriyyəyə görə, mənfəət işçilərin sayına proposional olmalıdır. Həyat fəaliyətində isə, kapitalın kəmiyyətinə proporsional olur. Mənfəət haqqında neoklassiklərin baxışları klassiklərin baxışlarından xeyli müxtəlifdir.
Neoklassiklərin mənfəət nəzəriyyəsinin əsasını son məhsuldarlıq nəzəriyyəsi təşkil edir. Bu nəzəriyyəyə görə, kapital da əmək kimi ―məhsuldar xidmət‖ edir və ictimaи məhsuldan öz payını alır. Bu pay kapitalın yaratdığı son məhsulun dəyərinə bərabər olan hissəsidir.
Frenk Haytın fikrincə, mənfəət qeyri-təkmil rəqabət şəraitində sahibkarların riskə getdikləri fəaliyyətləri müqabilində aldıqları haqdır. J.Şumperə görə, mənfəət sahibkarların elmi-texniki yenilikləri tətbiq etdiklərinə görə aldıqları haqqıdır. P.Samuelsonun da mənfəət haqqında fikri buna yaxındır.
Onun fikrincə, mənfəət qabaqcadan nəticəsi görünməyən texniki yeniliklərin cəsarətli tətbiqindən götürülən müvəqqəti gəlirdir. Neoklassiklər mənfəəti iqtisadi hökmranlıqla da əlaqələndirirlər. Bunlara kapital sahibləri, idarəedənlər, mühəndislər, hətta, səhm sahibləri olan muzdlu işçiləri də aid edirlər.
Klassiklərdən fərqli olaraq K. Marks mənfəətin mahiyyətini əmək-dəyər nəzəriyyəsi nöqteyi-nəzərindən izah etmişdir. Onun fikrincə, mənfəət izafi dəyərin çevrilmiş formasıdır; mənfəət reallaşmış, pul formasını almış izafi dəyərdir. Mənfəətin mahiyyəti haqqında nəzəri baxışlar müxtəlif olduğu kimi onun haqqında da fikirlər müxtəlifdir. K.Marks mənfəətin iki növünü – orta və üstəlik-tədqiq etmişdir. Orta mənfəətin qərarlaşması sahələrarası rəqabətin nəticəsidir. Belə ki, kapital daim daha yüksək kapital olan sahələrə gedir. Kapitalın da bu cür axını bütün sahibkarlar üçün bərabər (orta) mənfəətin qərarlaşmasına səbəb olur. Orta mənfəət dedikdə, müxtəlif sahələrdə tətbiq olunmuş eyni kəmiyyətli kapitallar üçün bərabər mənfəətin əldə olunması nəzərdə tutulur.
Məsələn, müxtəlif sahələrdə (sənaye, kənd təsərrüfatı, ticarət və s.) tətbiq olunmuş 100 vahid kapital 10 vahid mənfəət əldə edir. Üstəlik, mənfəət isə bundan əlavə əldə edilən mənfəətdir. Bu mənfəət müxtəlif amillərlə bağlı olur. Azad rəqabət şəraitində bu müvəqqəti olur, inhisarçılıqda isə daimidir. Müasir iqtisadi ədəbiyyatlarda isə mənfəətin iki növü nəzərdə keçirilir. Bunlardan biri mühasibat mənfəətidir. Mühasibat mənfəəti dedikdə məhsulun satışından əldə edilən puldan, xarici xərcləri çıxdıqdan sonra, yerdə qalan hissəsi nəzərdə tutulur. Mühasibat mənfəəti normal mənfəət də adlanır. Normal mənfəət kapitala həmin tətbiq sahəsində qalmağa imkan verən minimal mənfəətdir.
Bu mənfəəti kapital qiyməti, investisiyalar qiyməti, biznesin iştirakı qiyməti hesab etmək olar. Əgər, normal mənfəət başqa yerdə mümkün olan gəlirdən aşağı olarsa, sahibkar kapitalı daha mənfəətli səhəyə keçirər. Normal mənfəət marksizmin orta mənfəət kateqoriyası ilə müqayisə oluna bilər. Belə ki, hər ikisi istər normal mənfəət, istərsə də orta mənfəət, sahibkarı həmin sahədə fəaliyyət göstərməyə imkan verir. Ġqtisadi (xalis) mənfəət dedikdə isə, satışdan əldə edilən puldan bütün istehsal xərclərini (daxili və xarici) çıxdıqdan sonra, yerdə qalan hissə nəzərdə tutulur. İqtisadi mənfəət istehsal xərclərinə aid olan normal mənfəətdən əlavə alınmış xalis gəlirdir. Xalis mənfəət sahibkara imkan verir ki, fəaliyyətini davam etdirsin və lazım olduqda genişləndirsin.
Yüklə 10,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin