Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ



Yüklə 136,34 Kb.
səhifə1/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
  1   2   3   4   5   6   7   8   9   ...   20
referat 214


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Kafedra: İqtisadi nəzəriyyə-2


Fakultə: Maliyyə

İQTİSADİ RESURSLAR VƏ MAKROİQTİSADİ NƏTİCƏLƏRƏ


NAİL OLUNMASINDA ONLARIN ROLU” mövzusu üzrə

KURS İŞİ

Tələbə: Qədirov Heybət

Kurs: II

Qrup: 54


Elmi rəhbər: dos. Q.Əlləzov

Kafedra müdiri: prof. M.Meybullayev

BAKI - 2007

PLAN:
Giriş
1. İqtisadi resurs anlayışı, onun iqtisadi tələbatın ödənilməsində rolu və zəruriliyi.

2. İqtisadi resursların növləri:




  1. əmək;

  2. kapital;

  3. təbii;

  4. sahibkarlıq qabiliyyəti.

3. İqtisadi resursların düzgün bölüşdürülməsi zəruriliyi. Kobba-Duqlas modeli.
4. Makroiqtisadi nəticələrə nail olunmasında iqtisadi resursların rolu.
5. Azərbaycanın iqtisadi resurs potensialı və keçid dövründə onlardan

istifadə etməklə makroiqtisadi nəticələrə nail olmağın yolları.


Nəticə.
Ədəbiyyat.

GİRİŞ
Beləliklə, baxmayaraq ki, su məhdud resursdur,

əksəriyyətimiz normal yaşayış üçün lazım olan

miqdardan daha çox su istehlakına yol veririk.

Hər hansı resursun məhdud olması deyimi sadəcə

olaraq bunu bildirir ki, bu resurs ehtiyatlarının

artımı lazımi qaydada tədqiq edilməlidir.

S.Fişer, R.Dornbuş, R.Şmalenzi

Hər bir iqtisadi sistemin yekun məqsədi cəmiyyətin və ayrı-ayrı fərdlərin tələbatlarının ödənilməsindən ibarətdir. Əmtəə və xidmətlərə olan tələbat və cəmiyyətin sərəncamında olan resursların istehsal üçün sərf edilməsi ilə kəsilməz əlaqədə olan istehsal prosesi də məhz bu istiqamətə yönəldilmişdir.

İqtisadi inkişafın bütün problemləri tələbatın ödənilməsi üçün resursların sərfi ilə əlaqədardır. Bütün bu problemlərin həlli iki fundamental iqtisadi aksioma əsaslanır:

- birinci, cəmiyyətin tələbatı sonsuz və tamamilə qarşısıalınmazdır.

- ikinci, cəmiyyətin sərəncamında əmtəə və xidmət istehsalı üçün gərəkli olan resurslar məhdud və aztapılandır.

Qeyd olunmuş bu ziddiyyət seçim yolu ilə həll edilir. Təsadüfi deyil ki, ictimai elm olan iqtisadiyyatın bölmələrindən biri bu fikri ifadə edir: “iqtisadiyyat tələbatın maksimum ödənilməsi üçün məhdud resursların seçimini təsvir və təhlil edir.” Bu ziddiyətin həll edilməsində mövzunun öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Çünki, mövzunu təhlil edərkən mövcud resurslardan daha səmərəli istifadə edərək, cəmiyyətin tələbatının ödənilməsi və makroiqtisadi nəticələrə nail olunması problemi ortaya çıxır.

Mövzunun əsas məqsədi və vəzifəsi isə bu problemin, yəni məhdud resurslardan səmərəli istifadə etməklə cəmiyyətin tələbatının ödənilməsi və makroiqtisadi nəticələrə nail olmaq üçün görülməsi lazım olan tədbirləri müəyyən etmək, bu tədbirlərin həyata keçirilməsinin yollarını öyrənməkdən ibarətdir.

Hal-hazırda iqtisadi resurslar və onlardan istifadə ilə əlaqəli məsələlər istər ayrı-ayrı ölkələr, istərsə də firma və müəssisələr səviyyəsində öz aktuallığını saxlayır. İqtisadi strategiyanın müəyyənləşdirilməsi zamanı bu məsələylə bağlı problemlər ön plana çıxır.

Mövzu əsasən iqtisadi resursları, onların növlərini, ictimai tələbatın ödənilməsində iqtisadi resursların rolunu, bu resursların düzgün bölüşdürülməsinin zəruriliyini və makroiqtisadi nəticələrə nail olunmasında onların rolunu öyrənir. Apardığım təhlildə mövzunun öyrəndiyi məsələləri əhatə etməyə çalışmışam.


Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin