Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ


Makroiqtisadi nəticələrə nail olunmasında iqtisadi



Yüklə 136,34 Kb.
səhifə14/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
referat 214

4. Makroiqtisadi nəticələrə nail olunmasında iqtisadi

resursların rolu.
İqtisadi inkişafın təmin olunması, mövcud resurslardan səmərəli istifadə olunması, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması hər bir iqtisadi sistemin əsas iqtisadi məsələrinin həyata keçirilməsinin önündə durur. Lakin mövcud istehsal imkanları, resurs təminatı, seçim şəratinin müxtəlifliyi bu iqtisadi məsələlərin optimal həll olunmasına imkan vermir. Torpaq, faydalı qazıntılar və onlardan yaranan kapital-texniki istehsal amilləri, əmək resursları, intellekt, sahibkarlıq və idarəetmə qabiliyyəti iqtisadi təsərrüfat fəaliyyətinin reallaşması üçün məhdud və unikal nemətlər hesab edilirlər. Resursların məhdudluğu qanunu bazar iqtisadiyyatının əsasını təşkil edən qanunlardan biridir. Müxtəlif istehsal, resurs, texnoloji şəraitdə təklif olunan əmtəə və xidmətlər bazarının tarazlığını təmin etmək lazımdır.

Makroiqtisadi tarazlığa nail olunması makroiqtisadi göstəricilər əldə etməyin ən mühüm şərtidir. Makroiqtisadi tarazlığa iki səviyyədə nail olmaq olar:

1) Tədrici səviyyədə

2) Ümumi səviyyədə

C.Keyns kapitalist iqtisadiyyatının xronoloji qeyri-tarazlığı vəziyyətini nəzərə alaraq onun makroiqtisadi təmini üçün tənzimlənməsi fikirini irəli sürmüşdür. İstər tədrici istərsə də ümumi tarazlığın məqsədi mövcud iqtisadi sistem şəratində iqtisadiyyatın normal vəziyyətinin bərqərar olmasıdır. İqtisadiyyat isə istehlakçı və istehsalçıların marağının uzlaşdığı halda müəyyən müddətə normal hala düşür.

İqtisadi həyatda iqtisadi subyektlərin rastlaşdığı və ən cox məruz qaldığı resursların, əmtəə və xidmətlərin məhdudluğu, yəni defisitliyi problemidir. Resursların məhdudluğu iqtisadiyyatda fəaliyyət göstərənlərin mənafelərinə olduqca aktiv təsir göstərərək, onların davranış qaydalarını müəyyən edir. Resursların məhdudluğu, buraxılan məhsulların kəmiyyətcə artımında xərc amilinin və keyfiyyət göstəricisinin nəzərə alınması imkanlarını müəyyənləşdirir.

İnzibati sistem şəratində buraxılan məhsulların kəmiyyətinə məhdud resurslarda nail olmaq mümkün olursa, onda burada keyfiyyət amilini və sərf olunan xərci müəyyən etmək imkanı aradan qalxır. Ona görə də resurs məhdudluğu qıtlıq törədir.

Bazar sistemi şəratində isə resurs məhdudluğu, məhsulun keyfiyyətini “son hədd” səviyyəsində istehsal etməklə, onun keyfiyyətinin yaxşılaşmasına və artıq xərclərin miqyasını əks etdirməyə imkan verir. Nəticədə resurslardan düzgün istifadə etməklə qıtlıq yox, keyfiyyəytli məhsul əldə edilir.

“Makroiqtisadi nəticələr” anlayışı çoxcəhətli və geniş əhatəli anlayışdır. Bu ilk növbədə iqtisadi yüksəlişdə, iqtisadi artımda, istehsalın inkişaf etdirilməsində iqtisadi resurslardan səmərəli istifadə etməklə əsaslı dəyişikliklərin edilməsini nəzərdə tutur.

Əsas makroiqtisadi göstəricilər iqtisadi inkişaf və iqtisadi artım proseslərini əhatə edir. Çünki, iqtisadi artım və iqtisadi inkişaf olmadan istər dövlətin istərsə də müəsissələrin çox mühüm və çətin maliyyə problemlərini həll etmək mümkün deyildir.

İqtisadi inkişaf maddi-texniki və sosial amillərə, həmçinin mütərəqqi iş metodlarına və ən başlıcası iqtisadi amillərə əsaslanmalıdır. Bazar iqtisadiyyatı şəratində intensiv inkişaf daha çox əhəmiyyət kəsb edir. Çünki intensiv inkişaf, məhdud resurslardan daha məqsədə uygun şəkildə istifadə edərək, daha çox və daha keyfiyyətli əmtəə və xidmətlər istehsalını nəzərdə tutur. İqtisadi inkişafda ən başlıca problem istehsalın artımının və səmərəlilyinin yüksəldilməsinin ənənəvi və yeni mənbələrindən keyfiyyətcə yeni qaydada istifadə edilməsidir. Məlumdur ki, bazar iqtisadiyyatı şəraitində iqtisadi nəticə əldə etməyin ən mühüm yolu, mövcud resurslardan daha səmərəli istifadə etməkdir.

İqtisadi artım isə uzun müddət ərzində iqtisadi inkişafın parametrlərini nəzərə alaraq, onun real həcminin dəyişilməsi istiqamətini müəyyən edir. İqtisadi artım istehsal imkanlarının artırılması hesabına və ya mövcud imkanlardan daha səmərəli istifadə olunması ilə bağlı tələbatların ödənilməsində və əhalinin həyat səviyyəsinin müəyyən edilməsində müəyyənedici mövqe tutur.

Makroiqtisadi nəticələr əldə etməyin ən mühüm yollarından biri də Əmək bölgüsü və Mübadilədir.


Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin