Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ


Şəkil 3. İstehsal imkanları qrafiki



Yüklə 136,34 Kb.
səhifə12/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
referat 214

Şəkil 3. İstehsal imkanları qrafiki
İstehsal imkanları əyrisi eyni zamanda həm mümkün, həm də arzuolunan məhsul buraxılışını xarakterizə edir. Əyri üzərində yerləşən və alternativ əmtəə buraxılışının müxtəlif mümkün kombinasiyalarını əks etdirən nöqtələrdən bizə daha yaxşı hesab ediləni seçməliyik. B və C nöqtələrini müqayisə edək. B nöqtəsini seçməklə biz C (X2Y2) nöqtəsinə nəzərən daha az miqdarda tələbat predmetləri istehsalına və daha çox miqdarda kapital istifadəsinə üstünlük vermiş olarıq. Daha dəqiq desək, B nöqtəsindən C nöqtəsinə keçid zamanı biz əlavə olaraq X=OX2 – OX1 tələbat predmeti vahidini əldə etmiş olarıq, bir şərtlə ki, Y=OY1 - OY2 kapital vahidi sərf edilsin.

İqtisadçılar digər əmtəə vahidinin artırılması naminə ixtisara salınan məhsulun miqdarını alternativ xərclər və ya itirilmiş imkanlar xərci adlandırırlar. İqtisadçı alternativ xərcləri elə həmin istehsal resurslarının köməyi ilə istehsal oluna biləcək digər alternativ əmtəə və xidmətlərin itkisi kimi təyin edir.

Əyriyə diqqətlə nəzər salınsa görərik ki, onun yuxarı-sağ tərəfdən qabarıq olması aşağıdakı nəticələrə gəlməyə imkan verir. Bu qabarıqlıq onunla izah olunur ki, bir qisim resurslardan istehlak malları istehsalında, digərlərindən isə kapital əmtəələri istehsalında daha səmərəli istifadə edilə bilər. İstehsal imkanları əyrisi üzrə aşağı-sağ tərəfə hərəkət edərək və bununla da istehsalın strukturunu istehlak malları buraxılışının xeyrinə dəyişməklə biz istehsala müqayisə oluna biləcək dərəcədə az səmərəli resursları cəlb etməli olacağıq.

Buna görə də, hər bir əlavə tələbat predmetinin buraxılışı daha çox kapital əmtəələrinin məhdudlaşmasını tələb edəcək. Oxlardan hər hansı birinə yaxınlaşdıqca həmin oxa nəzərən maillilik artır, yəni alternativ xərclərin həcmi çoxalır.

Resursların tam qarşılıqlı əvəzetməsinin mövcud olmaması və deməli bir məhsul istehsalından digərinə keçən zaman mövcud resurs məsrəflərinin artımı istehsalın ümumi gəlirliliyinin aşağı düşməsini şərtləndirir.

Beləliklə, istehsal imkanları qrafiki 4 əsas nəticəyə gətirir:



  • Resurs məhdudluğu onu nəzərdə tutur ki, əyridən kənar tərəfdə olan bütün məhsul buraxılışı kombinasiyaları qeyri mümkündür.

  • Seçim imkanı əyrinin üzərində yerləşən müxtəlif mümkün məhsul kombinasiyalarından birinin cəmiyyət tərəfindən seçilməsini vacibliyində əks olunur.

  • Get-gedə aşağı düşən əyilmə alternativ xərclər haqqında məlumat verir.

  • Əyrinin batıqlığı alternativ xərclərin artımını və deməli, gəlirliliyin azalmasını göstərir.

İstehsal imkanlarının sərhəddi iki rəqabət aparan məhsulun mümkün alternativ istehsalını xarakterizə edən nöqtədən keçir. Natamam əhali və resurs məşğulluğunda iqtisadiyyat Şəkil 1-də verilən hər bir alternativə nisbətən daha az məhsul istehsal edir.

Beləliklə, aydın olur ki, istehsal prosesində tətbiq edilən iqtisadi resursların cəmiyyətin tələbatının doğru istiqamətdə ödənilməsinə sərfi məhz onların düzgün bölüşdürülməsindən asılıdır.




Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin