Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ



Yüklə 136,34 Kb.
səhifə15/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 214

Əmək bölgüsü, məhsul istehsalının ayrı-ayrı işçilər, müəssisə və onun bölmələri, ölkənin regionları və həmçinin ölkələr arasında bölüşdürülməsinə deyilir. Əmək bölgüsü ölkənin təbii şəraiti, təbii və iqtisadi resursları, coğrafi mövqeyinin xüsusiyyətləri və tarixən formalaşmış təsərrüfat sahələrindən asılıdır. İqtisadi bölgələrdə qarşılıqlı əlaqədə olan müxtəlif təsərrüfat sahələrinin müəssisələri Ərazi İstehsal Komplekslərini əmələ gətirir. Bu komplekslərin formalaşması təbii və əmək resurslarından daha səmərəli istifadə edərək makroiqtisadi nəticələr əldə etməyə kömək edir. Çünki beynəlxalq əmək bölgüsü ölkələrin bir biri ilə iqtisadi əlaqələri gücləndirir, resurslara qənaət edən yeni texnologiyaların mübadiləsini, həmçinin tullantısız istehsala keçidi sürətləndirir. Əmək bölgüsünə əsaslanaraq istehsalçıların ayrı-ayrı məhsul istehsalına istiqamətlənməsi isə ixtisaslaşma adlanır. İxtisaslaşma istehsalçıya kifayət qədər üstünlük verir. Birincisi, bu və ya digər məhsulun istehsalında ixtisaslaşmaqla istehsalçı öz əlində olan iqtisadi resurslardan daha səmərəli istifadə imkanı qazanır. İkincisi, məhdud məhsul istehsalında ixtisaslaşma istehsalçıya idarəetmə qabiliyyətindən daha səmərəli istifadəyə şərait yaradır.

Əgər təsərrüfat həyatının hər bir üzvü müəyyən bir məhsul istehsalında ixtisaslaşıbsa, onda o, bir istehsalçı və istehlakçı kimi ehtiyacında olduğu digər nemətləri kənardan almalıdır, bu Mübadilə adlanır. Bu məqsədlə iqtisadi subyekt, öz sərəncamında olan nemətləri ( istehsal resursları və istehlak əmtəələri ) digərləri ilə dəyişir. Təsərrüfat həyatında nemətlərin mübadiləsi adətən insanlar, firmalar, ölkələr arasında ticarət formasında çıxış edir.

Makroiqtisadi nəticələrə nail olmağın bir yolu da - alternativ resurs axtarışıdır. Məlum olduğu kimi, alimlər çoxdandır ki, alternativ enerji mənbələrinin axtarışındadılar, belə ki, onların tədqiqi neft və daş kömür sərfinin azalmasına şərait yaradacaq, yeni enerji mənbələrinin istifadəsinə və mübadiləsinə təkan verəcəkdir. Alternativ resurs axtarışı elmin inkişafına da səbəb olur. Çünki daima yenilik axtarışında olmaqla yeni kəşflər və ixtiralar edilir. Bunun nəticəsində ölkə həm bu kəşfi öz ölkəsində tətbiq edərək iqtisadiyyatıni inkişaf etdirir, həm də ixtira olunmuş texnologiyanı başqa dövlətə sataraq pul qazanır. Bundan əlavə dünya iqtisadiyyatın təsir göstərmək imkanına nail olur.

Makroiqtisadi nəticələr əldə edilməsində şübhəsiz ki, iqtisadi resurslar çox mühüm rol oynayır. Ölkənin mövcud resurslarından düzgün istifadə etməklə, ölkənin iqtisadi və sosial problemlərini həll edərək, daha iri miqyaslı problemlər olan makroiqtisadi problemlərin həll etmək və iqtisadi inkişafa nail olmaq olar. Bunu Ərəb ölkələrinin iqtisadi inkişafına nəzər yetirməklə görmək olar.

Bu gün Ərəbistan yarımadası dünyamiqyaslı nəhəng neft və maliyyə dövlətlərinin yarımadasıdır. Yarımadanın əksər ölkələrində qısa müddətdə ən müasir texnika və avadanlıqla təchiz olunmuş neft emalı və neft-kimya müəssisələri, alüminium, qaz mayeləşdirilməsi, dəniz suyunu şirinləşdirən qurgular istifadəyə verilmişdir. Sənaye sahələrinin inkişafı ilə yanaşı, səhrada kənd təsərrüfatı plantasiyaları, heyvandarlıq plantasiyaları yaradılmış, geniş avtomobil magistralları çəkilmiş, müasir dəniz və hava portları tikilmişdir. Şübhəsiz ki, bu ölkələr belə iqtisadi inkişafa onların ən mühüm iqtisadi resursu olan neft sayəsində çatmışlar.

Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Bəhreyn, Qatar dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirmiş və qısa tarixi müddətdə neft hay-küyünün bəhrəsindən məharətlə istifadə etmişlər. Məhz 70-ci illərin enerji böhranı zamanı, neftdən gələn gəlirlərdən düzgün istifadə etməklə 21-ci əsrə sıçrayış üçün start meydançasına çevrilə bilən iri infrastruktur sahələrini və sənaye müəssisələrini yarada bilmişlər. Bu dövlətlər qısa müddətdə dünyada nüfuzlu qüvvəyə çevrilmiş və bir çox məsələlərin həllində fəal rol oynamağa başlamışlar. Güclü maliyyə-iqtisadi potensiala malik olan bu ölkələr dünya təsərrüfatının inkişafına və onun strukturunun dəyişilməsinə təsir edə bilən qüvvə kimi formalaşmışlar. Indi iran körfəzi sahili ərəb dövlətlərinin Əməkdaşlıq şurasının qərb ölkələri banklarında və onlarla birlikdə kapital qoyuluşunun ümumi miqdarı yüz milyardlarla dollara çatmışdır.

Başqa bir misalı nəzərdən keçirək. Bu gün Yaponiyanın sürətli iqtisadi inkişafı da onun ən mühüm iqtisadi resursu olan əmək resurslarından düzgün istifadə etməsi ilə bağlıdır. Xüsusi xammal bazası və yanacaq-energetika resurslarının kifayət qədər olmadığına baxmayaraq Yaponiya ÜDM-a görə İEÖ-lər arasında ikinci, ixracata görə isə üçüncü yeri tutur. İkinci Dünya Müharibəsində məğlub olan Yaponiyanın sürətlə inkişaf etməsinə təsir edən əsas amillər ölkənin “insan amili” və Amerika və Avropa ölkələrindən alınmış patent və lisenziyalardan məharətlə istifadə edilməsi olmuşdur.

Təbii resurslarla kasad olan ölkə “insan resursları” və onlardan düzgün istifadə etmək hesabına dünyanın İEÖ-ləri sırasına daxil ola bilmişdir. Zəhmətkeş Yapon xalqı öz işinə məsuliyyətlə yanaşır. Burada, zəhmətkeşlərin çoxunu ixtisaslı kadrlar təşkil edir. Təhsilə xüsusi diqqət yetirilməsi ölkənin əmək resurslarının keyfiyyətli olmasına gətirib çıxarmışdır. Bu gün Yaponiyanın ABŞ və Avropa ölkələri ilə müvəffəqiyyətlə rəqabət aparması, ETT-nin ən müasir nailiyyətlərinin əldə edilməsi, bacarıqla tətbiqi və əməyin təşkili ilə, həm də işçilərin əmək sevərliyi ilə əlaqədardır. Yaponiyanın belə makroiqtisadi göstəricilər əldə etməsi onun “insan resurslar”ını yüksək səviyyəyə çatdıran təhsil sistemi ilə bağlıdır. Təhsilin əmək resurslarının formalaşdırılmasındakı rolunu başa düşən Yaponiya xarici ölkələrdən “ağıllar axınına” istiqamətlənmədən, özünün elmi-texniki kadrlarını özü hazırlamışdır. Və bu gün bu kadrlar Yaponiyanın “iqtisadi möcüzəsinin” baş memarları hesab olunurlar.

Hər iki misaldan görünür ki, makroiqtisadi nəticələr əldə etmək üçün iqtisadi resurslardan düzgün və səmərəli istifadə etmək lazımdır.


Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin