Cədvəl 3.
BTC proyektinin iştirakçıları
|
BP
|
Böyük Britaniya
|
30.1%
|
|
AzBTC
|
Azərbaycan
|
25.0%
|
UNOCAL
|
ABŞ
|
8.9%
|
STATOİL
|
Norveç
|
8.71%
|
TPAO
|
Türkiyə
|
6.53%
|
Total
|
Fransa
|
5.0%
|
Agip
|
İtaliya
|
5.0%
|
Itochu
|
Yaponiya
|
3.4%
|
Conoco Phillips
|
ABŞ
|
2.5%
|
INPEX
|
Yaponiya
|
2.5%
|
Amerada Hess
|
Səudiyyə Ərəbistanı
|
2.36%
|
2002-ci ildən 1 fevral 2007-cı il tarixinədək olan dövr ərzində ümumilkdə 298 mln. AZN məbləğində vəsait Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.
Neft sənayesinin sürətli inkişafı neft sektoruna, ümumiyyətlə Azərbaycan iqtisadiyyatına xeyli miqdarda xarici investisiya cəlb etmişdir. 2000-ci illə müqayisədə 2006-cı ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiya 5.5 dəfə, o cümlədən neft sektoruna qoyulan investisiya isə 6.3 dəfə artmışdır:
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
2005
|
2006
|
Cəmi xarici investisiya
|
927.0
|
1091.8
|
2234.9
|
3371.0
|
4575.5
|
4893.2
|
5052.8
|
o cümlədən:
|
Neft sənayesinə
|
546.1
|
820.5
|
1693.0
|
2972.4
|
4088.1
|
3799.9
|
3422.3
|
Cədvəl 4.Xarici investisiyalar (milyon ABŞ dolları)
İlk növbədə, keçid dövrünün o problemlərini müəyyən etmək lazımdır ki, onların həllində xarici investisiyalar əhəmiyyətli rol oynayır və bu işdə təbii ehtiyatlar misilsiz xidmət göstərə bilər. Mövcud problemlərin həll edilməsində təbii ehtiyatlar əsas vasitə ola bilər. Burada təbii amil məqsəd kimi deyil, məqsədə çatmaq üçün bir vasitə kimi seçilmişdir. Bu mənada təbii ehtiyatlardan istifadə etməklə aşağıdakı problemlərin həllinə ümid bəsləmək olar:
Ölkəyə xarici valyuta gətirilir ki, bu da ilkin kapital yığımı prosesinin formalaşmasına yardımçı olur.
İqtisadi böhrandan çıxmaq üçün lazım olan maddi imkan əldə olunur.
Respublikada xüsusi təsərrüfat formalarının yaradılmasında, azad sahibkarlığın inkişafında təbii ehtiyatların istismarı təkan rolunu oynayır.
Əhalinin sosial problemləri qismən öz həllini tapır, son dövrlərdə daha da gərginləşmiş işsizlik probleminin həllində müəyyən addımlar atılır.
İqtisadiyyatın digər sahələrinin inkişafı, regionlara investisiya cəlb edilməsi üçün maddi imkan yaranır ki, bu da milli iqtisadiyyatın formalaşdırılmasında böyük əhəmiyyət daşıyır.
Təbii-coğrafi şəraitimiz xarici investisiyaların cəlb edilməsi vasitəsi kimi çıxış edə bilər. Azərbaycanın təbii-coğrafi mövqeyi ölkəmizdə azad iqtisadi zonaların yaradılmasına, ölkəmizin beynəlxalq əmək bölgüsünə daha sıx cəlb olunmasına imkan verir.
Xarici investisiyaların ölkəmizin təbii ehtiyatlarının istismarında iştirakı məsələsinə iki istiqamətdə yanaşmaq lazımdır:
Birincisi, mövcud resurslardan səmərəli istifadə etmək, təbii ehtiyatlardan iqtisadiyyatımızın dirçəlişi yönündə faydalanmaq, yeni texnika və texnologiyanın tətbiqini sürətləndirmək üçün müxtəlif tədbirlər görülməlidir.
İkincisi, ölkənin qarşısında duran problemlərin həllində təbii ehtiyatların istismar edilməsinin nəticələrindən səmərəli şəkildə yararlanmaq, əhalinin həyat səviyyəsinin yüksəldilməsində, xalqın ümumi sərvətinin ədalətli bölgüsündə konkret işlər görülməlidir.
Dostları ilə paylaş: |