Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ


Azərbaycanın iqtisadi resurs potensialı və keçid dövründə onlardan istifadə etməklə makroiqtisadi nəticələrə nail olunmasının yolları



Yüklə 136,34 Kb.
səhifə16/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 214

5.Azərbaycanın iqtisadi resurs potensialı və keçid dövründə onlardan istifadə etməklə makroiqtisadi nəticələrə nail olunmasının yolları.
Azərbaycanın təbii resurs potensialı. Hər bir ölkənin inkişafının təminatı kimi onun sahib olduğu təbii ehtiyatları, resursları, intellektual potensialı və s. çıxış edir. Xarici ticarət əlaqələrindən, idxal edilmiş əmtəələrdən və xammal ixracından asılı olmamaq üçün, ilk növbədə, ölkənin mövcud resurslarından səmərəli istifadə imkanları səfərbərliyə alınmalı, təbii ehtiyatlar məqsədəuyğun şəkildə istismar edilməlidir. Müasir şəraitdə keçid dövrü ilə bağlı qarşıya çıxan problemlərin həllində təbii sərvətlərimizdən maksimum fayda ilə istifadə edilməlidir. Bu məqsədlə isə müasir texnika və texnologiya, avadanlıq ,ən başlıcası, iri həcmdə maliyyə vəsaiti tələb olunur.Göstərilən istiqamətdə daxili maliyyə mənbələrinin çatışmazlığı xarici investisiyalardan səmərəli faydalanmağın ağıllı yollarının tapılmasını zəruri edir.

Azərbaycanın strateji cəhətdən ən əhəmiyyətli təbii resursu kimi neft və qaz ehtiyatları çıxış edir. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin məlumatına əsasən Azərbaycanın təsdiq edilmiş karbohidrogen ehtiyatları- neft-6 mlrd. ton, qaz – 4-5 trln. m3 qədər qiymətləndirilir. Təkcə “Azəri – Çıraq – Günəşli” yatağında 730 mln. ton neft, “Şahdəniz” yatağında isə 1 trln. m3 qaz ehtiyatları vardır.

Bu gün neft – həyat tərzinin məzmunu, ən geniş yayılmış enerji mənbəyidir. Ona görə də neft dünya iqtisadiyyatında vacib rol oynayır və hər bir dövlətin bütövlükdə daxili və xarici siyasətini müəyyən edir. Bu baxımdan Azərbaycan neftinin dünya bazarına çıxarılması vacib əhəmiyyət kəsb edir. Bu istiqamətdə əldə olunmuş ən böyük uğurlardan biri 24 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin Kontraktı” hesab edilir.Bu kontrakta əsasən Azərbaycanın neft resurslarının dünya bazarına çıxarılması təmin edildi. Həmçinin, “Bakı – Supsa” neft boru kəməri ilə Azərbaycan nefti xarici ölkələrə ixrac edilir, “Bakı – Tbilisi – Ceyhan” kəmərinin perspektivləri geniş qiymətləndirilir.

Boru kəmərləri


Uzunluğu


Xərclər (mln. dollar)

İllik ötürmə qabiliyyəti

Tarif (barelə görə dollar)

Bakı-Tbilisi-Ceyhan

1767 km

2400

350.0 mln. barel

2.50

Bakı-Supsa

830 km

565

32.1 mln. barel

0.43

Bakı-Novorossiysk

1346 km

60

31.4 mln. barel

2.12


Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin