Azərbaycan Arxeologiyası 2002 Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4



Yüklə 121.07 Kb.
tarix14.01.2017
ölçüsü121.07 Kb.

75

Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4



ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANIN MÜALlCƏ-SAĞLAMLIQ TlKİLlLƏRl

Rayihə Əmənzadə

(Azərbaycan Milli Elmlər Akademiyası Memarhq və Incəsənət Institutu)
Dünya bədii irsində mühüm yer tutan orta əsr Azərbaycan memarlığı mürəkkəb yaranma, təkamül və dəyişikliklər prosesinə məmz qalaraq öz kökləri ilə qədim Şərq sivilizasiyalarma qovuşur. Azərbaycan xalqının yaradıcılıq ruhu və həyat qabiliyyətinrtəcəssüm etdirən möhtəşəm monumental tikililərin tipoloji zənginliyi feodal cəmiyyətinin ictimai və məişət tərzinin bütün cəhətlərinə uyğun gəlir.

Azərbaycanın orta əsr memarlıq toplusu misli görünməmiş çox rəngli mozaika pannosu kimi, monumental tikililərin bütöv bir spektrindən ibarətdir. Mülki tikililər arasında darüşşəfa , darülmərəz, bimaristan və s. adlanan xəstəxanalar mühüm yer tuturdu.



Xəstəxanalar yalnız təcrübə keçən tibb işçiləri üçün baza müəssisəsi deyildi, burada tibb elmi inkişaf edir, orta əsr şərq mütəfəkkirlərinin elmi traktatları nəşr olunurdu. Aydındır ki, həm təcrübi, həm də elmi təbabət mövcud idi.

Islam dövründə ilk ictimai xəstəxana Əməvi hokmdarı I əl- Valid tərəfmdən 707-ci ildə tikilmişdir (əl-Makrizi və Yaqubi) (l,s. 163). Y.Bostanzadənin «Tarix-е Saf» əsərində qeyd etdiyi kimi, ixtisaslaşmış xəstəxanalarm inşası da elə bu dövrə təsadüf edir (l,s. 163). Əbu Bəkr Zəkəriyyə ər-Razi bildirirdi ki, «... bir həkim bütün xəstələri müalicə edə bilməz...». Bu isə bir sənət daxilində ixtisaslaşma tarixində mühüm mərhələ sayıla bilər (2, s.43).

Monumental tikililərin ahəngdar ansambl uyğunluğunun təmayülü orta əsrlərdə çox yüksək idi, bu da Yaxm və Orta Şərqin daha qələbəlik mərkəzlərində xüsusilə diqqəti cəlb edirdi. tslamdan əvvəl Cuidi şapurdu (Iran) tibb məktəbi, bimaristan və aptekdən ibarət tibb mərkəzi var idi (3, s.56,57). YIII əsrdə Misirdə və Suriyada xəstəxanalar həm stasionar, həm də poliklinika şöbələrindən, ambulatoriyadan ibarət idi (4,s.9). Bağdada dəvət olunmuş ər-Razi (X əsr) burada xəstəxana ilə məktəbin əsasmı qoymuşdu (2,s.40). Bərdəşirdə (1085/ 6, Iran) bimaristan, mədrəsə, xanəcah,




Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4



ribat, hamam və s.-dən ibarət çoxmnksiyalı memarlıq ansamblı (1, s. 168), Qahirədə isə (1283 -cü il) şərqdə ən iri xəstəxana komplekslərindən biri tikilmişdir. 0, dördeyvanlı kompozisiyaya və onun ətrafmda qruplaşmış monumental tikililərə malikidi(l,s. 168-170). "

XI əsrə aid olan sənəd (Orta Asiya) göstərir ki, müalicə müəssisəsində məscidin yığmcaqları üçün tikilinin olmasını nəzərdə tuturdu (4,s.92).

Türkiyənin Səlcuq və Osmanlı dövründə tikilmiş xəstəxanaları memarlıq sənəti-nin gorkəmli nümunələridir və burada darüşşəfa üstünlük təşkil edir. Onlar ansambl tikintisinə daxil edilərək iri şəhərsalma qovşağı təşkil edirlər. Bu darüşşəfaların nümunəsində xəstəxana memarlığınm təkamül mərhələlərini və onların kompo-zisiya xüsusiyyətlərini tədqiq etmək mümkündür(5). Öz kompozisiya xüsusiyyət-lərinə görə ən maraqlı və ən iri Sivas xəstəxanasmda (1217), soltan Izzətdin Keykavusun türbəsi (1220) dördeyvanlı həyət kompozisiyasına çox üzvi surətdə daxil edilmişdir.

Onun piramida formalı çadırla üstü örtülmüş on üzlü korpusu şəhər üzərində yüksələrək öz yaradıcısı azərbaycanlı memar Əhməd Ibn Əbubəkr Mərəndiyə əbədi şöhrəti tərənnüm edir(5,s. 45-60).

Elxanilər dövlətinin «sahibi-divani», görkəmli alim « Rəşid-əl-Təbib», Rəşid-əd-Din, Fəzlullah Əbu-1- Xeyr Həmədani (1247-1318) Təbrizdə «Rəbi-Rəşidi» adlı iri universitet şəhərciyinin əsasını qoymuşdu(6,s. 45-60). Vahid baş plan əsasmda çox qısa müddət ərzində öz memarlıq formalarına görə, zəngin tərtib olunmuş monu­mental tikililərin əzəmətli ansamblı yaradılmışdı. Şəhərciyin kompozisiya mərkəzlə-rini Qunbad Rəşidəddinin öz türbəsi və Darüşsəfa (7,s. 35) təşkil edirdi. Fəzlullah Rəşidəddin oğluna məktubda yazırdı ki, buraya «.. .hər cür qayğı və məlhəmlə Hind, Çin, Misir və Şam vilayətlərindən 50 ən bacarıqlı həkim cəlb edib yerləşdirmişik. Və biz əmr etmişik ki, onlar hər gün bizim xəstəxanaya baş çəksinlər... bu insanlar üçün küçə salmışıq ki, o, həkimlər küçəsi adlanır" (7,s.345)

Xəstəxana nəzdində zəruri dərmanları olan aptek təşkil olunmuşdu. Dərmanların tərkib hissələri (bitkilər və s.) ölkənin müxtəlif bölgələrindən və başqa ölkələrdən gətirilirdi ki, «o, (həkim) müalicəvi içkilər, dərmanlar və dərman məhlulları hazır-lasın» (7,s.293).

Xəstəxananın vəqf əmlakı çoxlu heyvan sürüləri və quşlardan başqa 60 min əl-yazma kitabdan ibarət idi. Bu və başqa nümunələr xəstəxanalarda tibbi kitablardan ibarət kitabxananm təsis edilməsi ənənəsinin olduğunu göstərir (7,s. 274, 423; 4, s.92)

Qazan xanm hökmranlığı dövründə (1295-1304) Təbrizdə tikilmiş əbvab əl-bir-Qazaniyyənin vəqf sənədlərində (Rəb-i Rəşidi onun nümunəsi əsasında tikilmişdi) -monumental tikililər siyahısında xəstəxana və hamamm adları çəkilir, müalicəvi içkilər və yağlar, göz məlhəmləri, xəstələr üçün yataq əşyaları və geyimlər, parça və xalçalarm olduğu göstərilir. Bildirilir ki, smıqçı həkimlərə, göz həkimlərinə, ambar-darlara və digər işçilərə məvacib müəyyən olunmuşdur (8,s. 230).

Şəhərlərdə xəstəxanaların inşası hökmdarlarm səlahiyyətində idi və monumental binalarm ucaldılmasmm dövlət proqramma daxil olunurdu: «...xəstələrə himəya-darlıq islam hakimlərinin və ixtiyar sahiblərinin borcudur, mədrəsə, xanəgah və xəs­təxana tikmək kimi savab işlərdə etinadsızlıq və başısoyuluğa yol vermək olmaz» (7,s. 298)

Orta əsrlərin xəstəxanaları çoxfunksiyalı məqsədli xarakter daşıyır, onlarda bu və ya digər tərkibdə xəstələr üçün hücrələr, ambulatoriyalar, aptek, xüsusilə iri xəstə-xanalarda isə məscid, kitabxana, hamam, yığıncaqlar üçün yerləşgələr, mətbəxlər, anbarlar və s. olurdu.

Xəstəxanaların həcm-məkan həlli, vahid ideya və şərq ölkələrinin bir çoxunda üstünlük təşkil edən əlamətlə-kompozisiyasının dördeyvanlı həyət təşkili ilə bir-biri-lə əlaqələndirilən mnksional cəhətdən vacib tikililərlə şərtlənir (l,s. 166-176). Bir, iki qatlı qalereya seksiya tikintisi, müxtəlif növlü böyük və kiçik tikililərin tağlı-günbəzli örtiikləri (qübbə) bir tam halında birləşən qarşılıqlı müvazinətli qruplar təşkil edərək dəqiq planlaşma - məkan quruluşuna tabe etdirilirdi. Müxtəlif növ tiki-lilər arasmda (karvansara, mədrəsə və s.) geniş yayılmış kompozisiyanm universal həyət təşkili xəstəxanalarda olduğu kimi qalır.

Orta əsr hamamlarınm universal xarakter daşıyan ictimai cəhətdən mühüm gigiye-na, müalicəvi-sağlamlıq rolu çox yüksək idi. Hamamlar saray və dini memarlıq an-sambllarına, məhəllədaxili tikintiyə, şəhərin giriş qapüarında yerləşən memarlıq cə-hətdən nizamlı ictimai mərkəzə (karvansara, gömrük, hamam, anbar tikililəri) daxil edilirdi və orta əsr şəhər bazarlarınm mühüm hissəsi idi(8,s. 228).

Xəstəxanaların kompleks tikintisində hamamlar birinci dərəcəli əhəmiyyət kəsb edirdi. Belə ki, onlar mnksional-təyinat cəhətdən bir-birilə six bağlı idilər, çünki sa-nitar-gigiyena məqsədlərindən başqa, müalicə prossesində həm də bir sıra müalicəvi su proseduraları nəzərdə tutulurdu. Məsələn, Həmədandakı xəstəxana ilə hamam kompleksi (Cənubi Azərbaycan), Heratdakı (Mərkəzi Asiya) "Şifoya" xəstəxanası "Ixlasiyyə" mədrəsəsi və "Şafoya" hamamı ilə öz regionlarından çox uzaqlarda da məşhur idi (9,s. 26-29). Qədimdən Şərq təbabətində universal üsul kimi akvaterapi-yadan geniş istifadə olunurdu. O, aşağıdakı üsul və metodları - axıtma, sürtmə, buxa-ra vermə, kompreslər və digər su ilə müalicə formalarmı nəzərdə tuturdu. Belə ki, su insan orqanizminin həyat fəaliyyəti üçün mühüm amildir. "Solus per aqva" həyat gücünün bərpası "su vasitəsi" daha dəqiq desək, xüsusi su proseduraları vasitəsilə mümkündür və indi də SPA dünyada əlverişli və ən populyar kurortlardır.

Orta əsr şəhərlərinin şəhərsalma siluetində hamamlar görkəmli yer tuturdu. Onlar kürəvari günbəzlərin qəribə ahəngdarlığı ilə seçilirdi, bəzən isə günbəzlər dalğavari formada tamamlanırdı. Əsasən iki blok tikililərdən ibarət olan üzvü kompozisiya-istiliyin maksimum saxlanılması və buxara yol verilməməsi, tikililərin hərarət-rütu-bət rejimi nəzərə almaraq səmtləşdirilməsi, konstrusiyalarm uzunömürlülüyü, hid-roizolyasiya üsulları, hündür günbəzlərin və s. - nəzərdə rutulduğu planlaşma - mə-kan həlli funksional təyinata və spesifık tələblərə cavab verirdi.

Müalicə məqsədləri ilə mineral sudan istifadə olunması qədim xalqlara yaxşı ta-nış idi. Onun müalicə gücü Homer tərəfindən Aristotel və Hippokratm traktatlarında qeyd olunmuşdur. Rusiyada - "I Pyotrun dövründə" müalicəvi hamamlar (Lipetsk şəh.) meydana gəlmiş, Avropada isə Baden-Baden, Karlovı Vari və b. dünya şöhrəti qazanmışdır (10, s. 21).


AzərbaycanArxeologiyası 7g Azerbaijan Archeology


2002 _ Vol.: 4 Num.: 3-4 ;

Isti bulaqlarda tikilmiş balneoloji hamamlar orta əsrlərdə şərqdə məşhurlaşmışdıj Dəri, soyuqdəymə və digər xəstəlikləri müalicə edən Ərzrum, Bursa, Tiflis hamam-i ları çox məşhur idi. Ərdəbil (Cənubi Azərbaycan) yaxmlığmda Sərein adlanan yerdə isti bulaqlarda əhəmiyyətli dəyişikliklərə (təmir, bərpa) məruz qalmış hamam koral leksləri yerləşir. Hazırda o, (duşxanalardan başqa) daim həyatverici gücə malik müa-licə suyu ilə dolu çox böyük çən- hovuzlardan ibarətdir (11, s. 416-425).

Xüsusi məhıulların kiçik vanna formalı çənlərdə istifadə olunduğu müalicə ha-mamları orta əsrlərdə çox geniş yayılmışdı. Nisanın (XII əsr, Orta Asiya) və Volqa-boyu Bulqarın (XIY əsr), Qahirədə El-Muayadin (XY əsr) və b. hamamlar belələrin-dəndir (12,s.245). Livarcanda (Cənubi Azərbaycan) orta əsr hamammm arxeoloji qazıntılan nəticəsində «vannaya» bənzər ayrıca bir tikili aşkara çıxarılmışdır. 0 da ehtimal ki, müalicəvi məhlullar üçün nəzərdə tutulmuşdur (13,s.l9).

Əbu Əli Ibn Sinanın (980-1037) insan orqanizminə hamamın təsiri barədə məl matlarında bitkiləri qaynatmaqla, təmizlənmiş kül və kükürddən hazırlanmış, kv duz, dəmir, kuporos məhllarının adları çəkilir (14, s.75-91). Burada suyun hərarəti və bədənin su ilə ortülmə səviyyəsinə hokmən riayət olunmalı idi (15,s.62). Ibn Sina Şərq hamamları ənənələrinə sadiq qalmış, «Təbabət elminin qanunları» kitabmda onları xatırlamışdır (2, s. 15).

HamamJara bədii-memarhq tərtibatı müştərilərin emosional-estetik vəzıyyəti-nı' daha da gücləndirirdi. Dovrün «sənədləri» sayılan rəsmlər və miniatürlər, qiymət-li ikonoqrafik materiallar bu barədə mühakimə yüriitməyə imkan verm MaxaçJjteğh-gffltfezfr drtilltferm çeşıdTıTıyı ıTə ıhsanı heyran edən interyerlərin plastik həllində xüsusi rənglərlə çəkilmiş divar ornamentləri və süjetli rəsmlərdən «gözəl şəkillər» (Ibn Sina) səthlərin kompozisiya üsullarma tabe etdirilmiş, çoxrəngli kaşı panellər-dən, stalaktik zəncirvari bəzəklərdən, rəngli şüşəli şəbəkəyə salmmış pəncərələr-dən, fəvvarəli su hövzələrindən, bəzəkli döşəmələrdən bu nadir məkan mühitində xüsusi ifadəliklə istifadə olunmuşdur.
ƏDƏBİYYAT


  1. Islam ansiklopedisi Istanbul, 1992, с. 6

  2. Арзуматов Ю. С, Юлдашев К. Ю. Медицинские взгляды Ибн Сины. Ташкент, 1983

  3. Эберман В. Медицинская школа в Джундишапуре. Записки коллегии Востоковедов,

Ленинград, 1925, т.1

4. Маньковская Л.Ю.Типологические основы зодчества Средней Азии (IX -нач. XX

вв.). Ташкент, 1980


  1. Gönül Cantay. Anadolu Selçuklu və Osmanlı Darüşşifalan, Ankara, 1992.

  2. Гияси Джафар Али оглы. Тебризская архитектурная школа XIII-XYII вв. Диссер. на

соискание канд. архитек., Баку, 1977

  1. Рашид ад-Дин Ф. Переписка. Москва, 1971

  2. Рашид ад- Дин Ф. Сборник летописей, т. 1, М. - Л., 1952

  3. Уралов А.С. Из истории медицинских учреждений Центральной Азии эпохи

Тимуридов. // Архитектура и градостроительство стран Востока: традиции и современные проблемы. вып.З , Душанбе , 2002

10. Шевченко З.Г. Минеральные воды Азербайджана и их значение для населения.


Баку, 1938

  1. Baba Səfəri Ərdəbil tarix keçidində, Tehran, 1983 (fars)

  2. Пугаченкова Г.А.. Архитектурные памятники Нисы. // Труды Южно-Туркме-нистанской археологической комплексной экспедиции, т.1 Ашхабад, 1949

  3. Wolfram Kleiss. Arcoaelogishe mitteilungen aus Iran .Bd. 5 . Berlin, 1972

  4. Байпаков K.M. Средневековый Отрар // Архитектура и градостроительство. Ташкент, 1989.

  5. Farid Alakbarov. Aromatherapy in Ancient Azerbaijani Medicine.// Azerbaijan International spring,2001

Raiha Amenzadeh Therapeutic Constructions of the Mediaeval Azerbaijan.



Summary

The hospitals of that time were multifunctional and comprised the cell for the sick, dispensary; the bigger hospitals included the mosques, room for the library, bath, room for the meeting and the personnel, utilities, kitchens, storerooms, etc.

The spatial pattern of the hospitals was dictated by the nomenclature of the functionally required structures combined in a common ideological design.

In the town planning silhouette of the Mediaeval towns the hamams ranked high, and were distinguished by the surprising plastics of the spherical domes with the lampions in the center; frequently the domes «shaded» in the wave-shape image. The functional designation and the specific tasks are satisfied by the adherent composition, mostly, comprised of two blocks of quarters and the planning-spatial solution, where the maximum heat preservance, prevention of condensation, orientation of the building with the respect to the temperature and humidity of the premises, durability of constructions, the ways of hydrosealing, high domes, etc. were foreseen.



It is not excluded, that for a long time (over 10 years) Ibn Sina who lived in Hamadan (South Azerbaijan) and had numerous disciples and patients, including the governor and the vizier, followed the traditions of the recreational oriental bath mentioned by him in the «Сапоп of the Medical science». The rose, narcissus, etc., tincture for oiling the face and body was designated for the most distinguished clients.
Каталог: jspui -> bitstream -> 123456789
123456789 -> Yeni və orijinal nəticə və metodların təqdim edilməsi
123456789 -> Dövlət Statistika Komitəsinin məlumatına Təranə Həsənova bəzən abortlardan
123456789 -> Hamlet İsaxanlı Təsisçi və Rektor
123456789 -> Stimularea electrică funcţională Radu Breahnă, Irina Turtureanu
123456789 -> L. A. MƏMMƏdov, E.Ç. ƏKBƏrov, H.Ə. ƏKBƏrov
123456789 -> XƏZƏr universiteti humanitar və sosial elmlər faküLTƏSİ
123456789 -> Еколожи Епидемиолоэийа: Сящиййядя Тятбиги вя Тядгигат Методлары
123456789 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
123456789 -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
123456789 -> Azərbaycan Arxeobgiyası 2004 Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə