Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика- Economics
T.H. Əsədov
133
UOT 622.24
QAZIMA ALƏTLƏRİNİN KEYFİYYƏTİNİN İDARƏOLUNMASINDA
STANDARTLAŞDIRMANIN VƏ STATİSTİK ÜSULLARIN ROLU
T.H. ƏSƏDOV
(Azərbaycan Dövlət İqtisad Universiteti)
E-mail: aseu@aseu.az
Xülasə: Məqalədə keyfiyyətin idarəolunmasında İSO, API, ASME və s. beynəlxalq standartlara hormonizə olunan
milli standartlardan istifadə etmənin və statistik üsullardan istifadənin rolundan bəhs edilir.
Açar sözlər: hormonizə, təsnifat, milli standart, texniki tənzimləmə, sistemləşmə.
Məhsulun yüksək rəqabətyönlüyünə nail olmaq üçün bu problemin həllinə kompleks yanaşmaq
lazım gəlir. Bu sahədə biz neftqaz avadanlığının aparıcı istehsalçıları olan, ABŞ, Yaponiya, Almaniya,
Böyük Britaniya və digər istehsalçı ölkələrdən əhəmiyyətli dərəcədə geridəyik. Bu səviyyəyə çatmaq
yalnız o vaxt mümkün olarki, ölkədə normativ sənədlər bankı (Texniki Tənzimləmə haqqında dövlət
Qanunu), yüksək sinifə mənsub menecerləri, marketoloqları və reklam üzrə mütəxəssisləri, satış
postları və servis xidməti mövcud olsun.
Akademik A.M. Paşayevin ümumi redaksiyası ilə “Система менеджмента качества
продукции” kitabında [1] göstərilir ki, bu nailiyyətlərə nail olmaq üçün Azərbaycan Mühəndislik
Akademiyasında təsis edilmiş Standartlaşdırma, Sertifikasiya və Metrologiya Mərkəzində aşağıdakılar
nəzərdə tutulmuşdur:
ISO, API Q1 standartları üzrə məhsulun keyfiyyəti;
Beynəlxalq stndartlar üzrə məhsulun metroloji təminatı;
Qaynaq tikişlərinin və metalların mexaniki xassələrinin sınağı;
Qaynaq tikişlərinin dağılmadan yoxlama üsulları;
ASME normaları üzrə qaynaqçıların hazırlanması ixtisasları üzrə nəzəri və praktiki
kursların təşkili.
Standartlaşdırmaya bu fəaliyyət subyekti (dövlət orqanları, məhsul istehsalçıları və xidmət
müəssisələri) tərəfindən müasir yanaşma onunla müəyyən edilir ki, standartlaşdırma bu gün dünya
miqyasında cəmiyyətin sosial-iqtisadi sferada həyat fəaliyyətini, həmçinin milli iqtisadiyyatın
rəqbətyönlülüyünün yüksəldilməsi alətlərinin cəmi funksiyasını təminatını stabilləşdirən amildir.
Hazırda ölkədə elmi-texniki tərəqqinin artan templə inkişafı qazıma boruları üçün qıfılların
keyfiyyətinin yüksəldilməsinə yönəlmiş problemlərin həllini çətinləşdirir.
Qazıma boruları üçün qıfılların keyfiyyətini planlı və dayanıqlı yüksəltmək, həmçinin qazıma
qıfıllarının keyfiyyətini təyin edən bütün parametrləri sistemləşdirmək, istehsal prosesində keyfiyyəti
təmin etmək üçün hər bir elementin vacibliyini qiymətləndirən məsələlərin həllinə kompleks yanaşmaq
lazımdır.
Keyfiyyətin təmin olunmasını müəyyən edən standartlara baxaq [1-3]:
Milli standartlar – bu standartlarda məhsulun xassələri, onların həyata keçirilmə qaydaları,
istehsalat prosesslərinin xassələri, məhsulun istismarı, saxlanması, nəqli, satışı və utilləşdirilməsi
göstərilir.
Milli standartlar (məhsulun istehsal mənşəi və ölkədən eyni dərəcədə asılı olmayaraq)
könüllülük prinsipi ilə tətbiq edilir.
Standartlaşdırma obyektindən və tələblərin məzmunundan asılı olaraq standartların aşağıdakı
növləri mövcuddur.
obyektin əsasını təşkil edən;
termin və təyinatlara aid;
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика- Economics
T.H. Əsədov
134
məhsula aid;
proseslərə (işlərə) aid;
xidmətə aid;
əvəzetməyə aid.
Bu standartların hər biri özü-özlüyündə müəyyən tələbləri nəzərdə tutur. Misal kimi ГОСТ Р
51898-2002 «Аспекты безопасности. Правила включения в стандарты» standartını göstərmək olar.
ГОСТ Р 50779. 11-2000 [4]-nə görə keyfiyyət – məhsulun və ya xidmətin onların üzərinə
qoyulmuş və ya nəzərdə tutulan tələbatlarına təsir göstərən xassə və nişanələrin cəmidir. Bu anlayış
ИСО 8402-ni faktiki təkrarladığından şərhə ehtiyac qalmır. Qeyd etmək lazımdır ki, bu təyinat statistik
üsula həsr edilmiş dövlət standartında verilmişdir.
1994-cü il nəşrinin redaksiyası ilə müqayisədə ИСО 9000 seriyası (İSO 8420 standartı da bu
seriyaya aiddir) da əhəmiyyətli dəyişikliklər keyfiyyətin təyinatına da aid olmuşdur.
Bu təyinatın təhlilinə keçməmişdən öncə Quality Proqress jurnalının 2001-ci il nəşrinə [5] nəzər
yetirək. Jurnaldakı məqalə sonradan rus dilinə tərcümə olunmuş və nəşr edilmişdir.
Bu məqalənin 8 müəllifi: F.Krosbi (1979), E.Deminq (1988), L.V. Feyqenbaum (1983), K.
İsikava (1985), C.Curan (1988), R.M. Pirsinq (1974), U.A. Şuxart (1931), Q. Taquti (1979) müxtəlif
illərdə nəşr etdikləri məqalələrdə keyfiyyəti necə başa düşdüklərini izah etməyə səy göstərmişlər.
ISO 9000 seriyalı standartları işləyənlər gösətrilən müəlliflərin keyfiyyət haqda nöqteyi-
nəzərlərini sözsüz bilirdilər və onların qarşısında müxtəlif nöqteyi-nəzərdən söylənmiş keyfiyyət
anlayışlarından ən yaxşısını və lakonik təyinatını seçmək kimi çətin bir məsələ dururdu.
Nəşr olunan bu məqalələrin bir neçə müəllifindən iqtibaslar göstərək:
E. Deminq:
Terminlərdə keyfiyyət istehlakçıların təminatını müəyyən etməlidir.
Keyfiyyət çoxölçülüdür. Məhsulun keyfiyyətini onun ayrı-ayrı xassələrini və ya yalnız bir
nöqteyi-nəzərdən istifadə etməklə müəyyən etmək olmaz.
K.İsikava:
Dar mənada keyfiyyət məhsulun keyfiyyəti deməkdir. Geniş mənada – keyfiyyət işin,
prosesin, əməkdaşların, sistemin, kompaniyanın, məqsədlərin və s. keyfiyyətidir.
Məhsulun keyfiyyəti onun keyfiyyətinin əsas hissəsidir.
R.Pirsinq:
Keyfiyyəti müəyyən etmək mümkün deyil.
Əgər siz obyekti dəqiq təyin edə bilmirsinizsə, onun mövcudluğunu bilmək olmaz.
U.Şuxart:
Keyfiyyətin iki aspekti mövcuddur. Bunlardan biri obyektiv varlıq kimi insanın varlığından
asılı olmayan maddənin keyfiyyəti ilə, digər aspekt – bu obyektiv varlıq haqqında bizim
fikrimiz, hissimizlə bağlılığı ilə xarakterizə olunur.
ISO 9000:2000 beynəlxalq standartında isə keyfiyyət anlayışı aşağıdakı kimi verilmişdir.
3.1.1. Keyfiyyət – öz xüsusi xassələrinin (3.5.1) (3.1.2) [2] tələblərinin cəmini yerinə yetirən
dərəcədir.
XX əsrin ortalarında amerika psixoloqu A.Maslou insanın bütün tələbatını beş səviyyəyə
bölmüşdür. Bu tələbatın birincisi yaşamaq ehtiyacıdır. Bu tələbat həyata keçirildikdə insan onun
təminatına (təhlükəsizlik, paltar, yaşayış yeri və s.) səy göstərir. Şəkil 1-də varlıq, təminat, sosial
tanınma tələbatı və nəhayət, özünüifadə etmək tələbatını ifadə edən Maslou üzrə səbəblər piramidası
göstərilmişdir.
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика- Economics
T.H. Əsədov
135
Şəkil 1. A.Maslou üzrə səbəblər piramidası
İsveçrə mütəxəssisi Doktor Seqetsi keyfiyyəti belə qiymətləndirir: “Keyfiyyətin əsasını
cəmiyyətin mədəniyyəti və sivilizasiyası təşkil edir”... Keyfiyyət anlayışı barədə daha bir neçə tanınmış
mütəxəssislərin rəyini göstərək:
U. Nyudisin (ABŞ): “Keyfiyyətin yüksəlməsindən cəmiyyət qazanır. Tələblər ödənilir, istismar
resursları və gəlir artır”.
Deni Koton (Fransa): “Keyfiyyət müəssisənin məqsədini təyin edən cəmdir”.
Q. Xarriqton (ABŞ) “Keyfiyyət” anlayışını istehlakçının onun tələbatının ona münasib istədiyi
qiymətdə əldə edilməsini, “yüksək keyfiyyət” anlayışı isə onun nəzərdə tutduğu qiymətdən də aşağı
qiymətə və məmulat öz funksiyasını hər dəfə təmirsiz və imtinasız yerinə yetirməsi anlayışı kimi verir.
Krosbi (ABŞ) keyfiyyəti, məmulun texniki şərtlərlə nəzərdə tutulmuş xassə və xüsusiyyətlərə
uyğun hazırlanması kimi müəyyən edir.
J. Curan (ABŞ) keyfiyyət anlayışından məqsədə çatmaq üçün etibarlı anlayış kimi istifadə edir.
Q. Taquti (Yaponiya) məmulun keyfiyyətinə onun nominal qiymətindən meyllənməsini nəzərə
almaqla xərclərin kvadrat funksiyası əsasında baxır.
Məhsulun keyfiyyəti anlayışı konkret istehlakçının konkret gözləmələrini təmin edən xassələrini
özündə əks etdirir və istehlakçının onun rəqabətyönlünü müəyyən edən son məqsədidir.
Bununla yanaşı, məhsulun nisbətən kiçik qiymətini təmin etmək, bir çox hallarda, onun ön
mərhələlərdə işlərin həyatı tsiklindən asılı olur.
Məlumdur ki, məhsulun keyfiyyətinə tələblər onun layihələndirilməsi və istehsal prosesi zamanı
qoyulur, keyfiyyətin qiymətləndirilməsi isə onun istismarında aşkar edilir. Odur ki, məhsulun
keyfiyyəti onun hazırlanması üçün öncə nəzərdə tutulmuş mərhələlərin yerinə yetirilməsindən – onun
həyat tsiklindən asılı olur, məhsulun hazırlanmasının müxtəlif mərhələlərində xərclər hazır məhsul
xərclərinə nisbətən əhəmiyyətli dərəcədə az olur.
Məhsulun hazırlanması tələblərinin yerinə yetirilməsinə nail olmaq üçün müəssisə
infrastrukturunu müəyyən etmək, təmin etmək və işçi vəziyyətdə saxlanmalıdır. Buraya aşağıdakılar
daxildir:
bina, işçi mühit və onunla əlaqədar əmək vəsaiti;
proseslər (istər texniki, istərsə də proqram vəsaitləri) üçün avadanlıq;
təminat xidmətləri (nəqliyyat, rabitə və s.)
Bununla yanaşı istehsalçı müəssisə məhsula qoyulan tələblərin yerinə yetirilməsinə nail olmaq
üçün istehsal mühiti yaratmalı və onu idarəetməlidir.
Özünüifadə-
etmək
Tanınma tələbatı
Sosial tələbat
Təminat tələbatı
Varlıq (həyat) tələbatı
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика- Economics
T.H. Əsədov
136
Şəkil 2. Prosesli yanaşmaya əsaslanan keyfiyyət menecmenti sisteminin modeli
İstehsalçı müəssisə monitorinq prosesini planlaşdırmalı və tətbiq etməlidir. Monitorinq
prosesində ölçmə, təhlil və yaxşılaşma:
məhsulun tələblərə uyğunluğunu nümayiş etdirmək;
keyfiyyətin menecment sisteminə uyğunluğunu təmin etmək;
keyfiyyətin menecment sisteminin nəticə etibarı ilə daim yaxşılaşdırmaq məqsədilə
aparılır. Prosesli yanaşmaya əsaslanan keyfiyyətin menecment sistemi modeli haqqında
geniş məlumat [6]-da verilmişdir.
Şəkil 2-dən göründüyü kimi istehlakçıdan və ya digər maraqlı tərəfdən informasiya axını
(tələblər) istehsalçıya daxil olur. Müəssisənin rəhbərliyi informasiya axınını aldıqdan sonra məhsulun
işlənməsi və keyfiyyətin menecment sistemi, həmçinin son nəticədə onun daim yaxşılaşdırılmasında
lazım olan aşağıdakıları təmin etməlidir:
istehlakçı, həmçinin icraçıların qanuni və öhtəçilik tələblərinin yerinə yetirilməsinin
vacibliyini onların nəzərlərinə çatdırmalı;
keyfiyyət sahəsində siyasət işlənməli;
keyfiyyət sahəsində məqsəd işlənməli;
rəhbərlik tərəfindən informasiyanın təhlili və lazımı resurslarla təminat aparılmalıdır.
İstehsalçı müəssisə:
keyfiyyətin menecment sisteminin tətbiqi və daim işçi vəziyyətdə saxlanması, həmçinin
onun nəticə artımını;
Keyfiyyətin menecment
sisteminin daim
yaxşılaşdırılması
Rəhbərliyin
məsuliyyəti
Resursların
menecmenti
Ölçmə, təhlil
və
yaxşılaşma
Tələblə
r
Təmin-
olunma
Məhsul
Məhsulu
həyat tsikli
prosesləri
İstehlakçılar
(və digər
maraqlı
tərəflər)
İstehlakçılar
(və digər
maraqlı
tərəflər)
giriş
çıxış
- fəaliyyət
- informasiya axını
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика- Economics
T.H. Əsədov
137
istehlakçıların tələblərini təmin etmək yolu ilə təminatın artması resurslarını təmin
etməlidir.
Müəssisə:
işin keyfiyyətinə təsir edən işçi personalın lazımı kompetentliyini müəyyən etməli;
istehlakçı sorğusunu təmin etmək məqsədilə hazırlıq işlərini və ya digər hərəkətləri həyata
keçirməli;
personalın təhsili, hazırlıqlığı, iş qabiliyyətini işçi vəziyyətdə saxlamalıdır.
Məhsulun keyfiyyətinin idarəolunmasında müəssisənin infrastrukturu mühüm rol oynayır.
Marketinq tədqiqatının və planlaşdırmanın keyfiyyəti, hər şeydən öncə, istehlakçı üçün
məhsulun dəyərinin maksimumlaşdırılması ilə qiymətləndirilir və öz növbəsində istehlakçı bazarının
vəziyyəti haqqında daxil olan informasiya keyfiyyətindən və onun inkişaf tempindən asılı olur.
Bununla yanaşı düzgün qərar vermək istehlakçı üçün məhsulun minimum qiymətini təmin edən
maliyyə vəsaitlərinin, həmçinin istehsalçı resurslarının optimal planlaşdırılmasını nəzərdə tutur.
Layihələndirmənin keyfiyyəti təkcə məhsulun layihədə nəzərdə tutulan qiyməti və keyfiyyəti
ilə deyil, həmçinin onun hazırlanması üçün lazım olan bütün normativ texniki sənədlərlə
qiymətləndirilir. Bununla yanaşı məhsulu layihələndirərkən mühüm dörd element: avadanlıq, kadr, üsul
və keyfiyyət nəzərdə tutulmalıdır. Prosesin keyfiyyəti isə öz növbəsində, nəticə, effektlilik və
çevikliklə xarakterizə olunur.
Şəkil 3. Prosesin keyfiyyət xassələri
Nəticə - məhsulun layihəyə uyğunluğunu əks etdirir və məhsulun keyfiyyəti sifarişin yerinə
yetirilməsi vaxtı ilə əldə edilir.
Prosesin effektliyi – Ayrılan resurslardan necə istifadə olunmasını göstərir və xərclərin
optimallaşdırılması sifarişin hazırlanmasına olan vaxtın azalması ilə əldə edilir.
Prosesin çevikliyi (bacarıq, adoptasiya) – daxili və xarici səbəblər hesabına şəraitin
dəyişməsinə uyğunluq və prosesin optimallaşdırılması hesabına, yəni bazar tələbatı çağırışına əsasən
əldə edilir. İstehsal prosesinin keyfiyyəti məhsulun işlənmə mərhələsinin keyfiyyəti və istehsal
prosesinin keyfiyyətinin yaxşılaşdırılmasının və effektivliyinin real şəraiti ilə təmin edilir. Bununla
yanaşı istehsalata statistik nəzarət mühüm alətlərdən biri sayılır. Bu alət prosesin dəyişmə mənbələrini
aşkarlayır və onu elə izləyir ki, prosesdə yenə dəyişmə mənbələri yaranmasının qarşısını almaq
mümkün olsun. Qazıma boruları üçün qıfılların keyfiyyətinin yüksəldilməsi problemi bir sıra suallara
cavab axtarır: - qıfılın keyfiyyəti nə deməkdir, onu necə qiymətləndirmək olar, identik olmasını necə
yoxlamaq olar, keyfiyyəti necə idarə etmək olar. bu suallarla yanaşı, qıfılın keyfiyyətini istehlakçının
tələbləri səviyyəsində necə saxlamaq olar və səviyyənin saxlanmasına necə əmin olmaq olar kimi
məsələlərin həlli qarşıya çıxır. Bu problemlərin həlli üçün onların əldə olunması və təhlilinin effektiv
aləti olan informasiya olmalıdır. Aparıcı xarici lider ölkələr: Yaponiya, ABŞ, Almaniya və s. öz
təcrübələri ilə keyfiyyətin idarəolunması sahəsində statistik üsullarla idarəolunmasında yüksək
Nəticə
Çeviklik
Effektlilik
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика- Economics
T.H. Əsədov
138
nailiyyətlər əldə ediblər. Bu üsulla idarəetmədə əsas ideya ondan ibarətdir ki, istehsalatda
uyğunsuzluğun xəbərdarlığı və uyğunsuzluğu korrektə etmək üçün məzəmmətedici təsir etməni tətbiq
etmək lazım gəlir. Çox təəsüflər olsun ki, sənayedə keyfiyyətin statistik üsullarla idarəolunması geniş
və effektiv tətbiqimi tapmamışdır. Statistik üsullarla keyfiyyətin idarəolunması barədə olan mövcud
ədəbiyyatı təhlil etməklə aşağıdakıları müəyyən etmək olar:
ədəbiyyatda müəyyən şəraitdə statistik verilənlərin tamamlanmış təhlil üsuluna çox vaxt
rast gəlmək olmur; bu sahədə ədəbiyyatda həddən artıq köhnəlmiş və düzgün olmayan
təsdiqlənmələrə və tövsiyələrə rast gəlinir.
mövcud köhnə üsullar çox vaxt yeni müasir statistik üsulların tətbiqinə sədd olur;
müəssisədə statistik üsulun tətbiqinə marağın olmaması;
Beləliklə, ölkədə və xaricdə məhsul keyfiyyətinin menecment sisteminin tədqiqi və ədəbiyyatın
təhlili nəticəsində müəyyən edilmişdir ki, məhsulun keyfiyyətinin idarəolunmasında standartlaşdırma
və statistik üsullardan istifadə edilmənin rolu əhəmiyyətli dərəcədə böyükdür.
Ədəbiyyat
[1].Пашаев А.М. Система менеджмента качества / А.М. Пашаев, А.Ш. Мехтиев, А.Х.
Джанахмедов и др. Баку, 2008, 665 с.
[2].ИСО 9000:2000 Международный стандарт. Системы менеджмента качества. Основные
положения и словарь.
[3].ГОСТ Р 1.0 Государственная система стандартизации. Основные положения.
[4].ГОСТ Р 50779. 11-2000. Статистические методы. Статистическое управление качеством.
Термины и определения.
[5].Хойер Р., Хойер Б. Что такое качество // Стандарты и качество, 2002, №3, с. 97.
[6]. Зейналов Р.Р., Гусейнов Э.С.. Специальные технологические процессы жизненного цикла
продукции в системах менеджмента качества. Azərbaycan Neft Təsərrüfatı, №7, 2004, s. 32-36.
РОЛЬ СТАНДАРТИЗАЦИИ И СТАТИСТИЧЕСКИХ МЕТОДОВ В УПРАВЛЕНИИ
КАЧЕСТВА БУРИЛЬНЫХ ЗАМКОВ
Т.Г. АСАДОВ
(Азербайджанский Государственный Экономический Университет)
E-mail: aseu@aseu.az
Аннотация: В статье излагается роль гармонизации национальных стандартов с
международными стандартами İSO, API, ASME и др., и статистических методов в управлении
качеством бурильных замков.
Ключевые слова: гармонизация, классификация, национальный стандарт, технические
регулирование, систематизация.
THE ROLE OF STANDARDIZATION AND STATISTICAL METHODS IN QUALITY
MANAGEMENT OF TOOL JOINTS
T.H. ASADOV
(Azerbaijan State Economic University)
E-mail: aseu@aseu.az
Summary: The article describes the role of harmonization of national standards with international
standards İSO, API, ASME, etc., and statistical methods in quality management tool joints.
Keywords: harmonization of the classification, the national standard, technical regulation,
systematization.
Daxil olub: 12.02.2014
Rəyçi: i.e.d., professor R.K.İsgəndərov
Dostları ilə paylaş: |