Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ


İqtisadi resurs anlayışı, onun iqtisadi tələbatın



Yüklə 136,34 Kb.
səhifə2/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
1   2   3   4   5   6   7   8   9   ...   20
referat 214

1. İqtisadi resurs anlayışı, onun iqtisadi tələbatın

ödənilməsində rolu və zəruriliyi

İqtisadi resurs adı altında əmtəə və xidmət istehsalı üçün istifadə olunan bütün təbii, insan və insan tərəfindən yaradılan resurslar başa düşülür. Mahiyyətcə bu resurslar digər nemətlərin istehsalı üçün istifadə olunan nemətlərdir. Buna görə də onları çox vaxt istehsal resursları, istehsal amilləri, iqtisadi artım amilləri kimi də adlandırırlar. Lakin iqtisadi resurs istehsal amili anlayışları tamamilə üst-üstə düşmür. Belə ki, iqtisadi resursların istehsal sferasında reallaşması onları istehsal amillərinə çevirir. Deməli, iqtisadi resurs cəmiyyətin sərəncamında olan potensial istifadə qabiliyyətinə malik olan sərvətdir. Bu müqayisədə istehsal amilləri baxımından da kənarlaşmalar var. Məsələn, vaxt amili, təşkilati amil və s. istehsal amili olsalar da, iqtisadi resursların tərkibinə daxil deyillər. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, kəmiyyət baxımından resurslar istehsal amillərindən geniş, çeşid baxımından isə amillər resurslardan daha geniş xarakter daşıyır.

Artıq qeyd edildiyi kimi, iqtisadi resurslardan cəmiyyətin sonsuz tələbatını ödəmək üçün istifadə olunur. Tələbat – həyat fəaliyyətinin qorunub saxlanması, şəxsiyyətin və ümumilikdə cəmiyyətin inkişafı üçün vacib olan hər hansı bir şeyə ehtiyacdır. İnsan tələbatını ödəyən milyonlarla əmtəə və xidmətlər mövcuddur və onların sahəsi fasiləsiz olaraq genişlənir. İqtisadçılar maddi tələbatları, yəni istehlakçıların razı qaldıqları və tələbatı ödəyə biləcək əmtəə və xidmətlərin əldə olunması və istifadəsi arzularını öyrənirlər.

Tələbatın ödənildiyi vasitələr nemət adlanır. Cəmiyyətin sərəncamında olan nemətlərin bir qismi qeyri – məhdud (məs, hava ), digər qismi isə məhdud kəmiyyətə malikdir. Sonuncular iqtisadi nemətlər kimi adlandırılır.

Nemətlərin tələbatla müqayisədə az olması faktıyla qarşılaşan iqtisad elmi resurs məhdudluğu problemini həll etməlidir. Potensial məhsullar arasında seçim etmək (nə?), müxtəlif istehsal texnologiyaları arasında seçim etmək (necə?) və nəhayət, neməti kimin istehlak edəcəyi (kimin üçün?) problemlərini həll etmək lazım gəlir.

Təsərrüfat həyatı üçün tipik olan bu iki vəziyyətin – tələbatın sonsuzluğu və resurs məhdudluğunun əlaqəsi bütün iqtisadiyyatın, iqtisadi nəzəriyyənin əsasını təşkil edir. Mahiyyətcə bu elm “cəmiyyətin məhdud resurslarla nə, necə və kim üçün istehsal etməli probleminin necə həll edildiyini öyrənən elmdir” və ya o, ”məhdud istehsal resurslarından istifadənin səmərəliliyi və resursların tələbatın maksimum ödənilməsinə çatmaq məqsədi daşıyan idarə edilməsi problemlərini araşdırır.”

Ev təsərrüfatı, firma, bütün milli iqtisadiyyat daima seçim etməli olurlar: demək olarmı ki həmişə məhdud olan resursları hansı nemətin alınmasına və istehsalına xərcləmək lazımdır?

Bütün bu suallara cavab tapmaq, iqtisadi resursların cəmiyyətin həyatında olduqca əhəmiyyətli rol oynadığını sübut etmək üçün resursların bir sıra xarakteristikalarını bilmək lazımdır.




Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin