Kafedra: İqtisadi nəzəriyyə-2 Fakultə: Maliyyə İQTİsadi resurslar və makroiQTİsadi NƏTİCƏLƏRƏ


Resursların səmərəli bölüşdürülməsi



Yüklə 136,34 Kb.
səhifə7/20
tarix18.04.2022
ölçüsü136,34 Kb.
#55698
1   2   3   4   5   6   7   8   9   10   ...   20
referat 214

Resursların səmərəli bölüşdürülməsi dedikdə, resursların o əmtəə və xidmətlərin istehsalına sərf edilməsi nəzərdə tutulur ki, cəmiyyətin ona daha çox ehtiyacı var.Səmərəli bölüşdürülmə tələb edir ki, əmtəə və xidmətlərin çeşidlərinin seçimi “düzgün” olsun, başqa sözlə, hər bir əmtəə vahidi daha az məsrəflə istehsal edilsin. Bu o deməkdir ki, məhdud resurslar kompaniya və sahələr arasında elə bölüşdürülməlidir ki, cəmiyyət indi məhz həmin əmtəə və xidmətlərə ən çox tələbat duyur.

Effektivlik problemiməhdud resurslardan daha yaxşı istifadə və işlətmə yollarını öyrənən iqtisadi nəzəriyyənin əsas problemidir ki, bu da cəmiyyətin sonsuz tələbatının mümkün qədər daha çox və ya maksimal ödənilməsinə çatmağa ( istehsalın məqsədi ) xidmət edir. Buna görə də, iqtisad elmi resurslardan səmərəli istifadə haqqında elmdir.

İqtisadi səmərəlilik istehsal prosesində tətbiq edilən məhdud resurs vahidinin kəmiyyəti və bu proses nəticəsində əldə edilən hər hansı məhsulun kəmiyyəti arasında əlaqəni xarakterizə edir, daha doğrusu, “xərclər – buraxılan məhsul” problemini əhatə edir. Verilmiş məsrəf həcmindən alınan məhsulun çoxluğu səmərəliliyin artmasını bildirir. Və əksinə, məhsul azlığı isə səmərəliliyin aşağı düşməsini göstərir.

Hər bir cəmiyyət, hər bir iqtisadi subyekt resurslardan səmərəli istifadəyə can atır, məhdud resurslardan istehsal edimiş əmtəə və xidmətlərin maksimal kəmiyyətini əldə etməyə çalışırlar.Bu məqsədə çatmaq üçün cəmiyyət öz resurslarından tamamilə istifadə etməli və beləliklə, daha çox mümkün istehsal həcminin əldə edilməsini təmin etməlidir.

Tam məşğulluq resursların bütün yararlılarından istifadəsi ilə təmin edilir. İqtisadiyyat əmək qabiliyyətli və arzu edənlərin hamısını işlə təmin etməli, bütün şumluq torpaqlardan və digər istehsal amillərindən tam istifadə etməlidir.Bir halda ki, resursların ancaq yararlılarından istifadə edilməlidir, onda resursların isifadə üçün yaralılığını təyin edən qaydaların bilinməsi vacibdir: qanunvericilik əsasında gənc və yaşlıların işləmək üçün yaş həddi müəyyən edilə bilər, torpağın məhsuldarlığını saxlamaq üçün onu müəyyən müddətə dövriyyədən çıxartmaq ( dincə qoymaq ) lazımdır və s.

Daha çox mümkün istehsal həcmi resursların ayrı-ayrı istiqamətlər üzrə səmərəli bölüşdürülməsi ilə təmin edilir ki, onlar məhsulun ümumi həcminə daha çox fayda gətirsin. Hər bir resursdan təyinatla və uyğun şərtlərdə istifadə edilməlidir.

Mövcud texnologiyalardan ən yaxşısının tətbiqi də tam istehsal həcminə nail olmağın əsas şərtlərindən biridir.

Resurs məhdudluğu istehsal miqyasının effekt uçotu və azalan istehsalatçılıq qanununun kombinasiya prinsipi əsasında istehsal amillərinin və istehsal prosesinin özünün də optimal seçiminin vacibliyini diktə edir.

Ölkələr həmişə öz məhdud resurslarının hansı hissəsinin hərbi ehtiyaclara, hansı hissəsinin digər sahələrə paylanması məsələsini həll etməli olublar. Yaponiya kimi bir sıra ölkələr milli gəlirin təxminən 1 faizini silahlı qüvvələrə sərf edirlər. ABŞ-da bu göstərici 5 %, hərbiləşdirilmiş iqtisadiyyata malik Şimali Koreyada isə 20 % təşkil edir. Resursların nə qədər çox hissəsi hərbi ehtiyaclara yönəldilərsə, istehlak və investisiya üçün bir o qədər az miqdarda qalar.

Təsəvvür etmək üçün Samuelsonun gətirdiyi nümunədən istifadə edək. Nümunənin izahına aşağıdakı ehtimallarla başlayaq:


Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin