UOT 581.9.
SÜTƏNÇAY VADİSİNİN BİTKİLİYİNİN TƏSNİFATI
(Şərqi Azərbaycan İran)
T.E.GAJOTİ
1
, A.T. MƏMMƏDOV
2
1- Şərqi Azərbaycan (İran) Kənd Təsərrüfatı Təbii Ehtiyatlar Tədqiqat Mərkəzi,
Təbriz, İran
2- AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı ş., AZ1106, Azadlıq 155.
Məqalədə tədqiqatlara əsasən İran İslam Respublikasının Ərəsbaran qoruq
məntəqəsi daxilində Sütənçay vadisinin bitkiliyinin təsnifatı təyin edilmişdir. Sütənçay
vadisində növlərin fidellik və sabitliyinə görə və aparılan statistik analizlərin
nəticələrinin əsasında assosiasiyalar təyin olunmuşdur. Məntəqədə əhatə edilmiş
ərazinin dəniz səviyyəsindən yüksəkliyi 450-2300 m, arealı 13335 ha-dir.
Açar sözlər:
bitkiliyinin təsnifatı, assosiasiya, Sütənçay vadisi, İran
Ключевые слова:
классификация растительности, ассоциация вида,
Сутан-Чайская долина
Key words:
Classification of vegetation, Association, Sutan-Chay Basin
Müхtəlif vadilərin flоra və bitkiliyinin öyrənilməsi üzrə хüsusi işlər kimi
dünyada A.M.Mоldоyarоvun, R.V.Kamеlinin, M.G.Barbourun və s. [5; 1; 8],
Azərbaycan Respublikasında V.C.Hacıyеvin, A.R.Səfərоvun, M.Q.Musayеvin,
Е.M.Qurbanоvun və s. [1; 2; 3; 4], İran İslam Respublikasında K.H.Rechinger,
M.Asadi, K.Javanshir və s. [7; 4; 14] kimi müəlliflərin tədqiqatlarını göstərmək оlar.
V.C.Hacıyеvin və bir sıra digər müəlliflərin əsərlərində yüksək dağlıq bitkiliyinin
еkоsistеmi tədqiq еdilmişdir ki, bu da çay dərələrinin subalp və alp sahələrini də
əhatə etmişdir [1].
Vitaker və digərləri [17; 18] Klimaks metodunun əsasında qeyd etmişlər ki,
bitki örtüyünün yayılması mozaika şəklindədir. Bu nəzəriyyə “tək ictima” nəzəriyyəsi
adı altında məşhurdur. Onun əsasında bu fikir durur ki, bitki örtüyü daşın xırda
tikələri kimi müxtəlif şəkillərdə mozaikanın daxilində təkrar olunur.
Küçler assosiasiyaların təsnifatında bitkilərin həyati formalarının mühüm rol
oynadığını qeyd etməklə, fizionomik (zahiri görünüş), dinamik, flora və nəhayətdə
bitkilərin mühitlə qarşılıqlı əlaqəsinin nəzərə alınmasını vacib sayır [13].
Tarixdə botaniki tədqiqatlar floristik [3] və ya bitki örtüyünün [15] təsnifatının
izahında təbii və əsasi rol oynayır.
179
Hanson və Churchill-ə (1961) görə [11], assosiasiyaların təsnifatında bir və ya
bir neçə flora amili və ekoloji əlaqələr nəzərə alınmalıdır.
Cənubi Avropa və ya Sürix Monpelye metodu Bran Blanke vasitəsi ilə izah
edilmişdir ki, ona Siqmatizm metodu da deyilir. Bu metodda bitki örtüyünün
assosiasiyalarının təsnifatı flora tərkibinə görə aparılır. Bran Blanke metodunda
(Surix Monpelye ya Siqmatism metodu) bitki assosiasiyalarının tanınması növ
tərkibinin əsasında həyata keçirilir və assosiasiyaların təsnifatını təyin etmək bitki
qruplaşmalarının taksonomiyasında mühüm amil hesab olunur [9].
Kəmiyyət analizində bitki növlərinin tərkibi tədqiqatın əsasıdır və Bran Blanke
metodu [9] da o istiqamətdədir. Kəmiyyət və yarımkəmiyyət metodlarından istifadə
etməklə, bitki örtüyünün homogenliyi, əvvəlcə bitkilərin zahiri şəkli əsasında və
sonra da bitki növlərinin dominant olması cəhətindən təyin olunur. Bran Blanke
metodında bitki cəmiyyətlərinin təsnifatının vahidi assosiasiyadır ki, o, özünəməxsus
bitki növlərinin tərkibi ilə təyin olunur.
Bizim tədqiqatlarda əvvəlcə görünüş ya fizionomika əsasında bitki tipləri bir-
birindən ayrılıb təyin olunmuşdur. Tədqiqat ərazisi zahiri şəkli cəhətindən homogen
qismətlərə yəni formasiya sinfilərinə bölünmüşdür.
Məntəqənin tiplərini və formasiya sinfilərini təyin edəndən sonra dominant
növlərin əsasında formasiyalar təyin olunur [13].
Tip, formasiya sinfi və formasiyaları ayırmaq və onların arealını hesablamaq
üçün GİS sistemindən istifadə edilmişdir.
Təcrübə sahələrinin təsnifatında Jakard oxşarlıq indeksindən istifadə
edilmişdir, çünki bu indeks başqa indekslərə nisbətən daha çox istifadə olunur. Jakard
indeksi təcrübə sahələrinin oxşarlığını və onlar arasında korrelyasiyanı göstərir.
Ondan sonra klaster analizindən istifadə edildi və Vardın minimum variasiya metodu
ilə müxtəlif assosiasiyalar müəyyən olundu.
Vardın minimum variasiya metodu [16] (bu metod səmərəli hesab edilir, çünki
onun nəticəsində bir-birinə oxşar qruplar yaranır, bu metod ekoloji baxımdan
mənalıdır) təcrübə sahələrinin təsnıfatında ən yaxşı metoddur ki, onun vasitəsi ilə
müxtəlif fasilələrdə 5, 6 və 7 qrup təyin etmək olar.
Tədqiqat ərazisində bitki örtüyünün öyrənilməsi nəticəsində 60 fəsilə, 211
cinsə aid olan 303 bitki növü aşkar edilmişdir. Floranın zənginliyi ekoloji şəraitin
münasibliyini göstərir, bu məsələ iqlim və torpağın müxtəlifliyindən irəli gəlir.
Raunkiyerin təsnifat metodundan istifadə olunmaqla öyrənilən növlərin həyati
formaları da təyin edilmişdir. Bu metodın əsasında hemikriptofitlərin daha çox növü
özündə birləşdirdiyi (142 növ və ya 46.86%) məlum olmuşdur, yəni bu məntəqənin
fitoiqlim, yaxud bitkilik iqlimi hemikriptofitik iqlimidir ki, iqlimin mötədil və
yarımquraqlıq olduğunu göstərir.
Yuxarıda qeyd edilmişdi ki, assosiasiyalar iki amilə: yəni növlərin fidellik və
sabitliyinə görə tanınır. Bir qrupun daxilində bir növün davamlılıq və sabitlik indeksi
həmin növün mövcud olduğu təcrübə sahələrinin sayı ilə hesablanır. Fidellik indeksi
bir növün yalnız bir və ya bir neçə assosiasiyaya bağlı olmaq dərəcəsini göstərir və
müxtəlif şəkillərdə görünür (Cədvəl 1.).
|