182
Bu tədqiqatlar əsasında yüksəklik, yamacın cəhəti və yamacın meyllik faizi
ərazinin nisbətən məhdudiyyət yaradan amillərindən hesab olunur, belə ki, o,
bitkilərin yayılmasında mühüm rol oynayır. O cümlədən,
Paliuretum spina – christii
assosiasiyası 630-920 m yüksəklikdə və
Juniperetum foetidissima
assosiasiyası 800-
1250 m yüksəklikdə müşahidə olunmuşdur.
Ona görə bu iki assosiasiyanın xarakter növləri özünəməxsus yüksəklikdə bitir
ki, ondan istər aşağıda, istərsə də yuxarıda bu növlər itəcəkdir, yəni yüksəklik bəzi
növlərə məhdudiyyət yaradır.
Növlərin bir miqdarına çətinlik yaradan digər bir amil də yamacın cəhətidir. Bu
barədə yalnız şimal yamaclarında müşahidə edilən
Taxus baccata
növunə işarə etmək
olar ki, orada rütubətlilik əmsalı vahiddən böyükdür. Digər mənada bu yerlərin
torpağının rəngi qəhvəyidir və onlarda temperatur az, rütubət və üzvi maddənin
miqdarı çoxdur.
Palıd və ya
Quercetum macranthera
assosiasiyanın xarakterik növləri əsasən
cənub və cənub-şərq yamaclarında rast gəlinir. Bu assosiasiyanın bəzi hallarda şərq
və şimal-qərb yamaclarında da müşahidə olunması mümkündür.
Vələs və ya
Carpinetum betulus
assosiasiyası və onun xarakterik növlərinin
əksəriyyəti şimal və şimal-qərb yamaclarında yayılmışdır. Vələs növü həmin
yamaclarda sıx toplumlar təşkil edir, yəni bu assosiasiya temperatur və işıq rejimi
münasib olan rütubətli yerlərdə müşahidə olunur. Bu tədqiqatlar əsasında vələs növü
müvafiq yamaclarda təmiz formasiya şəklində rast gəlinir. Vələs formasiyasının bu
yamaclarda layihə örtüyü 90%-dən çoxdur ki, bu da gözəyarı təyin edilmişdir.
Yamacın meyllik dərəcəsi bitkilərin yayılmasında məhdudiyyət yarada bilən ekoloji
amillərdəndir. Yuxarıda qeyd etmişdik ki, meyllik dərəcəsi 65-85%-ə bərabər olan
yamaclarda göyrüş (
Fraxinus excelsior
) növü daha çox rast gəlinir. Hər hansı bir
növün meydana çıxması, yayılması və itməsində yamacın rolu böyükdür.
Tədqiqat ərazisində aşağıdan yuxarıya yüksəkliyin artması ilə rütubət və ali
maddənin miqdarı çoxalır və nəhayətdə məskən şəraiti yaxşılaşır. Ekoloji amillər
bəzən bir-biri ilə mövqelərini dəyişir. Məsələn,
Fraxinus excelsior
şimal
istiqamətlərində, sərt yamaclarda (>70%) daha çox müşahidə olunur.
Dostları ilə paylaş: