Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


AZƏRBAYCAN RESPUBLİKASI ÜZRƏ BƏZİ YEMLƏRİN



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə245/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   241   242   243   244   245   246   247   248   ...   352
AZƏRBAYCAN RESPUBLİKASI ÜZRƏ BƏZİ YEMLƏRİN 
MİKROELEMENT TƏRKİBİ 
 
, S.C.ƏLİYEVA
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Az1098, Pirşağa, Sovxoz 2, Bakı 
 
Respublikamızın müxtəlif zonalarında yerli yem bitkilərinin mikroelement tərkibi 
çox müxtəlifdir və təbii faktorların (mühit, torpaq, vegetasiya dövrü, inkişaf şəraiti, 
bitkinin botaniki tərkibi) təsirindən asılı olaraq kəskin fərqlənir. Demək olar ki, 
respublikanın bir çox zonalarında bütün yem bitkilərinin tərkibində 
mikroelementlərin toplanma miqdarı aşağı səviyyədədir.
 
Açar sözlər
: heyvandarlığın inkişafı, yem bitkiləri, mikroelementlər (mis, sink, 
manqan, kobalt, yod, selen)
Ключевые слова
: развитие животноводствa, кормовые растения, 
микроэлементы (медь, цинк, марганец, кобальт, селен)
 
Key words
: cattle-breeding (copper, zink, manganese, cobalt, selenium
development, forage crops, microelements 
C.X.SƏTTAROV


383 
Müəyyən edilmişdir ki,canlı orqanizmdə gedən fizioloji-biokimyəvi proseslərdə 
bir katalizator kimi iştirak edən mikroelementlər (mis, sink, manqan, kobalt, yod, 
selen) həmdə kimyəvi tənzimləyicilərin-bir sıra fermentlərin, vitaminlərin, 
hormonların tərkibinə daxil olmaqla onların fəaliyyətinə təsir göstərir, fotosintez və 
tənəffüs prosesində, sulu karbon və zülalların mübadiləsində iştirak etməklə 
orqanizmdə gedən reaksiyaları sürətləndirir, qida maddələrinin mənimsənilməsini və 
həzmolunma qabiliyyətini artırır.
Mikroelementlər toxuma və hüceyrələrinin tərkibinə daxil olmaqla maddələr 
mübadiləsində, orqanizmin qidalanmasında fəal iştirak edir, bitki və heyvanların 
məhsuldarlığı, sağlamlığı və çoxalması üçün zəruri qida maddəsi sayılır.
Ümumiyyətlə, bitki və heyvan orqanizminin bütün həyat fəaliyyətində 
makroelementlərlə (kalsium, fosfor) yanaşı bir sıra mikroelementlərə də (mis, sink, 
manqan, kobalt, yod, selen) olan tələbatının ödənilməsi günün ən aktual 
məsələlərindən biri hesab edilir.
Son illər inkişaf etmiş bir sıra ölkələrdə və regionlarda mikroelementlərin bitki 
və heyvan orqanizminə, onun məhsuldarlığına, məhsulun keyfiyyətinə təsiri geniş 
həcmli elmi-tədqiqatişləri ilə öyrənilmiş və nəticələri geniş istehsalat şəraitində tətbiq 
edilmişdir.
Müəyyən edilmişdir ki, bitki və heyvanların mikroelementlərlə tam təmin 
olunması bütün canlıların həyat fəaliyyətində mühüm rol oynayır.
Məlumdur ki, bitki və heyvan orqanizminin normal inkişafı, onun məhsuldarlığı, 
məhsulun keyfiyyəti və ümumiyyətlə onların bütün həyat fəaliyyəti üçün lazım olan 
qida maddələri, o cümlədən mikroelementlər əsasən torpağın bu maddələrlə nə 
dərəcədə zənginliyindən asılıdır. Demək torpaqda mövcud olan qida maddələrinin 
(bitkilər tərəfindən mənimsənilə bilən) miqdarı yem bitkilərinin kəmiyyət və 
keyfiyyət göstəricilərinə, bununla əlaqədar heyvanların bu elementlərlə nə dərəcədə 
təmin olunmasına təsir göstərir. Məhz buna görə də hər bir bölgə üzrə yemlərin 
keyfiyyət göstəriciləri, o cümlədən mikroelement tərkibi mütləq öyrənilməlidir. 
Çünki yerli yemlərin kimyəvi tərkibi öyrənilmədən bitki və heyvanların həmin 
elementlərlə nə dərəcədə təmin olunmasını müəyyən etmək olmaz. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının müxtəlif təbii-iqlim 
zonaları üzrə torpaqların kimyəvi tərkibi, o cümlədən mikroelement tərkibi Elmlər 
Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutu tərəfindən geniş öyrənilmiş 
və kifayət qədər məlumatlar toplanmışdır.
Respublika üzrə yemlərin mikroelement tərkibi haqqında məlumatlara demək 
olar ki, çox az rast gəlmək olur.
Heyvandarlığın inkişaf etdirilməsi və məhsuldarlığının artırılmasında belə 
tədqiqatların aparılmasının vacibliyini nəzərə alıb respublikanın bütün təbii-iqtisadi 
bölgələri şəraitində yem bitkilərində mikroelementlərin toplanma miqdarı, bitki və 
heyvanların qidalanmasında mikroelementlərin rolu öyrənilmişdir.
Bir sıra fermer təsərrüfatlarında heyvanların qısırqalmasının, məhsulun aşağı 
səviyyədə və keyfiyyətsiz olmasının, mal qara arasında müxtəlif xəstəliklərinbaş 
verməsinin başlıca səbəbi həmin təsərrüfatlarda tədarük olunan yemlərin qida 


384 
maddələrinə və mineral maddələrə görə qiymətləndirilməməsi və mal-qaranın 
keyfiyyətsiz yemlərlə yemləndirilməsidir.
Heyvanların yem payında mikroelemntlərin çatışmaması nəticədə heyvanlarda
müxtəlif xəstəliklərin baş verməsinə səbəb olur.
Mis
-heyvan orqanizmində xüsusi əhəmiyyət kəsb edir. Misin orqanizmdə 
çatışmaması nəticədə iştahın pozulmasına, inkişafın ləngiməsinə və qan azlığına 
səbəb olur. Misin çatışmaması nəticəsində orqanizmdə dəmirin sorulması azalır, 
qanda eritrositlərin yaşama müddəti qısalır.
Sink
-orqanizmdə vitaminlərin və hormonların tərkibinə daxil olaraq qan 
yaranmasına, çoxalmaya, böyüməyə və heyvanın inkişafına müsbət təsir göstərir. 
Onun çatışmaması nəticəsində boyun inkişafı ləngiyir, heyvan inkişafdan qalır, 
orqanizmdə karbohidratların mübadiləsi pozulur.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin