389
müxtəlif sortların alınmasında başlanğıc material kimi geniş istifadə olunmaqdadır
(V.F.Dorofeyev).
Bu sahədə respublikamızda Elmi-Tədqiqat Əkinçilik İnstitutu ilə AMEA
Genetik Ehtiyatlar İnstitutu qarşılıqlı əməkdaşlıq həyata keçirir.
Belə ki, akademik C.Ə.Əliyevin rəhbərliyi altında müasir molekulyar
biologiya metodlarının seleksiyada tətbiqi əsasında yeni məhsullar və keyfiyyətli bərk
və yumşaq buğda sortları həyata vəsiqə almışdır.
Akademikin müəllifi olduğu
”Əzəmətli-95”, ”Tale-38”, ”Aran“, “Nurlu-99” yumşaq buğda sortlarının əkin
sahələri ildən ilə genişlənir və hər hektardan 7-8 ton məhsul əldə olunur
(C.M.Talai).
Tədqiqatın nəticəsi göstərir ki, analiz olunmuş nümunələrdə zülalın miqdarı 1-
2% arasında dəyişir. Ən çox zülallı nümunələrdən əkin №-si 21olan hibrid Milturum
və əkin №-si 57 olan Oğuz h=714m Ferrugineum 14,80%, ən az isə əkin №-si 47
olan Erytrospermum 12.55% nümunəsidir. Demək zülalın miqdarı 12.55%-14.80%
arasında dəyişir. Standart Aran sortunda isə zülalın miqdarı 14.05% -dir.
30 yumşaq buğda nümunəsi içərisində standarta nisbətən yüksək proteinli 7
nümunə seçilmişdir. Bunlar №9 Graecum 24,63%, №21 Milturum 14.80, №4
Erytrospermum 14.62, №57 Oğuz h=714m Ferrugineum 14,80%, №49
Erytrospermum 14.63% nümunələridir.
Son zamanlar zülalla yanaşı tərkibindəki əvəzolunmaz amin turşularına,
xüsusilə triptofanın çoxluğuna da əhəmiyyət verilir. Maddələr mübadiləsində mühüm
rol oynayan maddələrdən biri də triptofandır . Cədvəldən göründüyü kimi onun
miqdarı nümunələrin növmüxtəlifliyindən asılı olaraq 50-140 mq (100 qr-da mq-la )
arasında dəyişir. Belə ki,
ən çox triptofan, əkin nömrəsi 23 olan hibrid mənşəli
Milturumda 140 mq-dır, ən az isə əkin nömrəsi 43 olan hibrid mənşəli
Erytrospermumda 50 mq-dır (100 qr-da mq-la ).
Standart Aran sortunda isə
triptofanın miqdarı 85 mq (100 qr-da mq-la ) olmuşdur. 30 yumşaq buğda nümunəsi
içərisində standart Aran sortuna nisbətən yüksək triptofanlı 9 nümunə seçilmişdir.
Analiz nəticəsində həm triptofanı, (100 mq ( 100 qr-da mq -la), həm də proteini
(14.63%), nisbətən yüksək olan №9 Graecum nümunəsi aşkar edilmişdir.
Beləliklə, tədqiq olunan nümunələr içərisində biokimyəvi göstəricilərinə görə
fərqlənənlər seçilərək gələcəkdə yeni sort alınmasında istifadə oluna bilər.
Dostları ilə paylaş: