Şəkil 5. Yumşaq buğda sortlarının qliadin ehtiyat zülallarının spektrləri əsasında
qurulmuş dendroqram
Aparılan tədqiqatlarda yerli və introduksiya edilmiş yumşaq buğda sortlarının
elektroforeqramlarının zonalar üzrə elektroforetik patternləri (spektrlərin zonalar üzrə
modeli) və qliadin spektrləri müəyyən edilmişdir. Belə ki, ω- zonada 42 pattern və 18
spektr, γ-zonada 28 pattern və 6 spektr, β- zonada 19 pattern, 6 spektr və α- zonada
isə 44 pattern, 8 spektr aşkar edilmişdir. Analizlərin nəticələrinə əsasən ən çox
pattern α- və ω-, ən az pattern isə β- zonasında yerləşmişdir. Eyni zamanda,
patternlərin və elektroforetik spektrlərin zonalar üzrə rastgəlmə tezliyi faizlə və
genetik müxtəliflik indeksinə görə hesablanmışdır.
ω
11
P rastgəlmə tezliyi 14.2% –
yüksək tezlikli,
ω
28
P rastgəlmə tezliyi 7.1% – orta tezlikli və
ω
2
P rastgəlmə tezliyi
2.4% – aşağı tezlikli kimi hesablanmışdır. Genetik müxtəliflik indeksi ω-zonasında
H=0,963 kimi hesablanmışdır.
γ
28
P-nin rastgəlmə tezliyi 25,0% – yüksək tezlikli,
γ
3
P-nin rastgəlmə tezliyi 11,0% – orta və
γ
13
P-nin rastgəlmə tezliyi isə 3.6% – aşağı
tezlikli olmuşdur. Genetik müxtəliflik indeksi
γ-
zonasında H=0,937 kimi təyin
edilmişdir.
β
19
P-nin rastgəlmə tezliyi 74,1% olmaqla yüksək tezlikli, β
2
P-nin
rastgəlmə tezliyi
42,1% olmaqla orta və
β
4
P-nin rastgəlmə tezliyi isə 5,2% aşağı
olmuşdur.
Genetik müxtəliflik indeksi
β -
zonasında H=0,862 kimi müəyyən
edilmişdir.
α
7
P-nin rastgəlmə tezliyi 8.9% yüksək tezlikli, α
6
P-nin rastgəlmə tezliyi
4,5% orta və α
26
P-nin rastgəlmə tezliyi isə 2,3% aşağı kimi hesablanmışdır.
Genetik
müxtəliflik indeksi
α-
zonasında H=0,968 kimi hesablanmışdır.