Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti


Torpaq, tikili və avadanlıqların daxil olmasının uçotu



Yüklə 74,2 Kb.
səhifə9/10
tarix04.04.2022
ölçüsü74,2 Kb.
#54703
1   2   3   4   5   6   7   8   9   10
referat 5685

3.3. Torpaq, tikili və avadanlıqların daxil olmasının uçotu

Təşkilata torpaq, tikili və avadanlıqlar hüquqi və ffiziki şəxslərdən əvəzsiz olaraq daxil ola bilər. Bundan başqa təşkilat ödəmə hesabına, yeni obyektlərin tikilməsi və ya uzunmüddətli investisiyalar qaydasında fəaliyyətdə olan istehsalat istehsalat güclərinin yenidən qurulması, genişləndirilməsi və texniki yenidən silahlanması nəticəsində, cari və uzunmüddətli icarə şərtləri ilə torpaq, tikili və avadanlıq əldə edə bilər. Kommersiya təşkilatı nizamnamə kapitalına qoyuluş kimi iştirakçıdan (təsisçidən) torpaq, tikili və avadanlıq ala bilər. Təşkilat birgə fəaliyyət haqqında müqavilənin iştirakçısı olan təşkilatdan qoyuluş kimi torpaq, tikili və avadanlıq ala bilər.. Bundan başqa, inventarlaşma zamanı uçotda olmayan torpaq, tikili və avadanlıqların obyektləri aşkar edilə bilər, onları təşkilat uçota almağa borcludur.

Təşkilatın balansına qəbul edilmiş torpaq, tikili və avadanlıqların mövcudluğu və hərəkətinin uçotu 111 saylı “Torpaq, tikili və avadanlıqlar – Dəyər” adlı aktiv inventar hesabında aparılır. Satın almaq şərti ilə icarə edilmiş binalar, maşınlar və avadanlıqları 111 saylı hesabın 2-ci Uzunmeddətli icarə edilmiş torpaq, tikili və avadanlıqlar – Dəyər” adlı subhesabında uçota alırlar.

Hüquqi və fiziki şəxslərdən əvəzsiz alınan istehsal təyinatlı torpaq, tikili və avadanlıqları əlavə kapitalın artmasına aid edirlər. Bu cür obyektlərin gtirilməsi üzrə xərclər, onların ilkin dəyərini artırmır və təşkilat onları mövcud olan mənbələrdən asılı olaraq yığım fondunun azalmasına, təşkilatın xalis mənfəətinin hesabına və ya keçən illərin bölüşdürülməmiş mənfəətinin hesabına aid edilir.

Əvəzsiz alınmış avadanlıqların quraşdırılması üzrə kommersiya təşkilatının xərcləri, obyektlərin ilkin dəyərinə daxil edilir. Belə xərcləri təşkilat əvvəlcə 113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı uçotunda əks etdirilir və obyekt istismara təhvil verilən zaman satın alınma dəyəribə birləşdirilir.

İnventarlaşma zamanı artıq çıxan torpaq, tikili və avadanlıqlar əvvəlcə uçota alınmayan, istismarda olan torpaq, tikili və avadanlıqlar kimi mədaxil edilir.

Quraşdırma tələb edən avadanlıqların əldə edilməsinə və onun istismar yerinə gətirilməsinə təşkilatın çəkdiyi xərclər 113 saylı “Torpaq, tikili vəavadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabında ayrıca subhesabda uçota alınır, burada o quraşdırmaya verilənə qədər öz əksini tapır və sonra quraşdırma üzrə bütün xərclər 113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabında əks etdirilir.

Quraşdırma başa çatdıqdan sonra obyekti faktiki məsrəflərlə uçota qəbul edilir, torpaq, tikili və avadanlıqların geniş təkrar istehsalı baş vermişdirsə, təşkilatda mövcud olan maliyyələşmə mənbələrindən asılı olaraq yığım fondunun, təşkilatın xalis mənfəətinin və ya keçən illərin bölüşdürülməmiş mənfəətinin işlərin maliyyələşdirilməsinə istifadə edilmiş məbləği qədər eyni zamanda əks etdirilir.

Quraşdırma tələb olunan avadanlığı əldə edən zaman ödənilən əlavə dəyər vergisi onun inventar dəyərinə daxil edilmir, 241 saylı “Əvəzləşdirilən əlavə dəyər vergisi” hesabında uçota götürülür. Obyekt işə salındıqdan sonra əlavə dəyər vergisi, satılmış məhsullara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-i üzrə büdcəyə olan borcun azalmasına altı ay ərzində hər ay bərabər hissələrlə silinməlidir.

Əldə edilmiş quraşdırma tələb edən avadanlıq, əlavə dəyər vergisindən azad edilmiş məhsulların buraxılması üçün aydınlaşdırsa,, onda onun əldə edilməsi zamanı ödənilən əlavə dəyər vergisi onların əldə edilmiş dəyəri ilə birlikdə uçota alınır, obyektin ilkin dəyərinə daxil edilir.

Təhtəlhesab şəxsin nağd pulla hüquqi şəxsdən , nağd pullarla hesablaşmaların müəyyən edilmiş hədd normaları hüdudundan, fiziki şəxsdən isə - istənilən qiymətdə torpaq, tikili və avadanlıqları əldə etməyə hüququ vardır. Hüquqi şəxsdən əldə edilən obyekt, malgöndərənlərin ödəmə tələbnamə-tapşırığını təhtəlhesab şəxs vasitəsi ilə ödəməklə adi qaydada əks etdirilir.

Fiziki şəxslərdən torpaq, tikili və avadanlıqların əldə edilməsini təsdiq edən əsas kimi yazılı formada satıcı ilə tərtib olunan alqı-satqı müqaviləsini elə tərtib etmək lazımdır ki, alqıya nəzarət etmək mümkün olsun (satıcının soyadını, atasının adını, onun yaşadığı yeri və pasport məlumatları; əgər vətəndaş sahibkar kimi qeydiyyatdan keçibsə icazənin nömrəsi və onun verildiyi tarix göstərilməklə). Əgər satıcı sahibkar və gəlir vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməyibsə , sövdələşməni həyata keçirən zaman onda müəyyən edilmiş qədər də gəlir vergisi tutmaq lazımdır.

Əgər təşkilat fiziki şəxsdən mənzil, yaşayış evi, bağ evi, torpaq sahəsi, torpaq payı satın alan zaman gəlir vergisi qanunla müəyyən edilmiş qaydada hesablanır və tutulur.

Nəqliyyat vasitələrini satın aldıqda, təşkilat büdcədənkənar ərazi yol fonduna müəyyən edilmiş qədərdə nəqliyyat vasitələrinin əldə edilməsinə görə vergi ödəyir, bu da əldə edilən obyektin ilkin dəyərinə daxil edilir.

Bütün təşkilat-hüquqi formalarında olan təşkilatlar avtonəqliyyat satın alan zaman, avtonəqliyyat vasiyələrinin əldə edilməsinə görə vergi ödəyilər, o da əldə edilən avtomobilin, qoşqunun, yarımqoşqunun ilkin dəyərinə daxil edilir. Verginin hesablanması qaydası, müddəti təlimatla müəyyən edilir. Alqı-satqı, dəyişmə, lizinq və nizamnamə kapitalına haqlar yolu ilə avtomobil əldə edilən gündən 5 gün ərzində vergi ödənilir, əldə edilmə günü avtomobilin torpaq, tikili və avadanlıqların tərkibinə hesaba alındığı gün hesab olunur.
Cədvəl 3.1

Torpaq, tikili və avadanlıqların daxil olması üzrə əməliyyatların

mühasibat hesablarında əks etdirilməsi





Əməliyyatın məzmunu

Müxabirləşən hesablar

Debet

Kredit

1

2

3

4

1.

Hüquqi və fiziki şəxslərdən əvəzsiz olaraq istehsal təyinatlı torpaq, tikili və avadanlıqlar təşkilata daxil olub

111

335,611

2.

Əvəzsiz olaraq alınmış istehsal təyinatlı torpaq, tikili və avadanlıqların gətirilməsi üzrə xərclər silinib

341,343


202,531,521,

522,533,244,538



3.

Əvəzsiz alınmış avadanlıqların quraşdırılması üzrə təşkilatın xərcləri obyektlərin ilkin dəyərinə daxil edilib:







a) əvvəlcə

113

201,202,531,521,

522,533 və s.



b) obyekt istismara verildikdə

111

113

4.

Qeyri-istehsal sferasının əvəzsiz alınmış tirpaq, tikili və avadanlıqları uçota qəbul edilib

111

335,611


5.

Yeni yaradılan təşkilat torpaq, tikili və avadanlıqları mədaxil edib:







a) razılaşma qiyməti

111

302

b) köhnəlmə məbləği

111

112

6.

Nizamnamə kapitalına qoyuluş kimi alınmış torpaq, tikili və avadanlıqları gətirilməsi və qurulması üzrə xərcləri qəbul edən tərəf çəkib







a) əvvəlcə

113

202

b) obyektin ilkin dəyərinə daxil edildikdə

111

113

7.

Təşkilat tərəfindən ödəmə hesabına quraşdırma tələb etməyən torpaq, tikili və avadanlıqlar əldə edilib:







a) əldə edilməsi üzrə məsrəflər

113

531

b) ilkin dəyər ilə mədaxil edildikdə

111

113

c) kapital qoyuluşunu həyata keçirən zaman ödənilən əlavə dəyər vergisi

241

531


ç) əlavə dəyər vergisi tam məbləğdə vergi üzrə büdcəyə olan borcun azalmasına silinib

521


241


8.

İcarə müqaviləsinə əsasən torpaq, tikili və avadanlıqların icarə edilmiş obyekti icarəçinin mülkiyyətinə keçib:







a) ilkin dəyərinə

111.1

111.2

b) köhnəlmə məbləğinə

112.2

112.1

9.

Quraşdırma tələb edən avadanlıqlar əldə edilib:







a) əldə edilməsinə çəkilən xərclər

111

202,531,521,522,

533,244,538






b) quraçdırmaya verilib

113

111

c) quraşdırma üzrə xərclər

113

201,202, 531,

522,533


ç) quraşdırma başa çatdıqdan sonra uçota qəbul edildikdə

111

113


10.

Təhtəlhesab şəxs vasitəsilə hüquqi şəxsdən torpaq, tikili və avadanlıqlar əldə edilib:










a) sənəddə göstərilən məbləğə

113, 241

531




b) malgöndərənin ödəmə-tələbnamə tapşırığı ödənildikdə

531

244





    1. Yüklə 74,2 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin