Naxçıvan Özəl Universiteti
Fakultə: İqtisadiyyat
İxtisas: Mühasibat uçotu və audit
Kurs: III
Tələbə: Ələfsərli Elvin
Fənn: Kommersiya fəaliyyətinin əsaslari
Mövzu: Əmtəələrin topdan və pərakəndə satışı üzrə kommersiya işinin təşkili
Referat işi
Naxçıvan - 2013
PLAN
1. Əmtəələrin satışı üzrə kommersiya işinin mahiyəti, rolu və məzmunu.
2. Əmtəələrin topdan satışı üzrə kommersiya işinin təşkili.
3.Əmtəələrin topdan satışının formaları və metodları.
4.Topdan müəssisələr tərəfindən müştərilərə xidmətlər göstərilməsinin təşkili.
5. Əmtəələrin pərakəndə satışı üzrə kommersiya işinin təşkili.
Əmtəələrin topdan və pərakəndə satışı üzrə kommersiya işinin təşkili
Əmtəələrin satışı üzrə kommersiya işinin mahiyyəti, rolu və məzmunu.
Əmtəələrin topdan və pərakəndə satışının təşkili və texnologiyası ticarət müəssisəsinin kommersiya və marketinq fəaliyyətinin mühüm tərkib hissəsini təşkil edir.
Əmtəələrin topdan və pərakəndə satışını təşkil etməzdən əvvəl, bilavasitə işin marketinq mərhələsi həyata keçirilir, bu isə konkret əmtəələr üçün satış bazarının tapılması ilə əlaqədardır. Bu iş bütöv kompleks metodların vasitəsilə əhalinin tələbatının və ticarət konyukturunun öyrənilməsi yolu ilə bazar imkanlarının dərindən tədqiq edilməsinə əsaslanır.
Əmtəələrin satışına marketinq yanaşması bu prosesin dörd bölməsinin işlənib hazırlanmasını nəzərdə tutur, əmtəənin özü, onun qiyməti, paylaşdırılması (yayılması) və həvəsləndirmə (stimullaşdırma) metodları.
«Əmtəələr» bölməsinə məqsədli bazarda təklif olunan və fırma tərəfindən hazırlanmış əmtəə çeşidi və xidmətlər dəsti daxildir. Marketinqin bu bölməsində müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş əmtəə nişanına (fabrik, ticarət markası), əmtəə qablaşdırılmasına və markalaşdırılmasına mühüm yer ayrılır. Əmtəə nişanı fırmanın işinin özünəməxsusluğunu, onun texniki və ticarət siyasətini əks etdirməli, fırmaya populyarlıq qazanmağa kömək etməli və bununla da bazarda əmtəə satışını təmin etməlidir.
Əmtəələrin yayılması metodları dedikdə, fırmanın, məqsədli istehlakçıların əmtəə və xidmətlərlə təmin olunmasına yönəldilmiş müxtəlif fəaliyyəti başa düşülür. Bura əmtəə hərəkətinin təşkili, o cümlədən yüklərin səmərəli nəqliyyatlaş-dırılması, anbar əməliyyatları, əmtəə ehtiyatlarının idarə olunması, topdan və pərakəndə satıcıların seçilməsi aiddir.
Həvəsləndirmə metodlarına fırmanın öz əmtəəsinin üstünlükləri barədə məlumatların yayılması və məqsədli istehlakçıların onu almağa inandırmaq (əmin etmək) istiqamətində apardığı fəaliyyət aiddir. Bu vəzifələrin yerinə yetirilməsində əsas vasitə - reklamdır.
Əmtəələrin satışı üzrə kommersiya işini iki mərhələyə ayırmaq olar:
♦ əmtəələrin topdan satışı;
♦ əmtəələrin pərakəndə satışı.
Bu mərhələlərdə əmtəə satışı üzrə kommersiya fəaliyyəti marketinq prinsipləri və metodlarından istifadə olunmasına əsaslanaraq həyata keçirilməlidir.
Əmtəələrin topdan satışı topdan müəssisələr (bazalar, ticarət anbarları), topdan vasitəçilər, həmçinin topdan mal dövriyyəsinin təşkilatçıları tərəfındən həyata keçirilir.
Əmtəələrin topdan satışı topdan ticarət şəbəkəsinin fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, topdan müəssisələr tərəfindən lazımi mənfəətin əldə olunmasını, pərakəndə satış müəssisələrin və ayrı-ayrı tacirlərin əmtəələrə olan tələbatının ödənilməsini və ümumilikdə əhalinin əmtəə və xidmətlərə olan tələbatının ödənilməsini təmin edir.
Kommersiya fünksiyalarından biri əmtəə satışını həyata keçirmək üçün topdan müəssisələr əmtəələrin reallaşdırılmasının təqribi göstəricilərini və istiqamətlərini təyin etməlidirlər və bunu pərakəndə mal dövriyyəsinin proqnozları ilə sıx uzlaşdırmalıdırlar. Bu göstəricilərin işlənib-hazırlanmasının əsasını tələbat, tələb, bazar tutumu üzrə marketinq tədqiqatlarının nəticələri, bazar şəraitinin təhlili, topdan müəssisənin bazardakı xüsusi çəkisinin təyin edilməsi təşkil edir. İnformasiya bazası kimi marketinqin informasiya sistemindən istifadə olunması, hesablamalarda isə təhlilin müasir metodlarının tətbiq olunması və müasir hesablama texnikasının istifadə olunması vacibdir, belə ki, bu göstəricilərin çox variantlılığını təmin etməyə və planlaşdırılan marketinq tədbirlərindən irəli gələn fəsadları nəzərə almağa imkan verir.
Hal-hazırda alıcıların mal göndərənlərə təhkim olunması sistemi ləğv olunduğu, əmtəələrin alqı-satqısının azad surətdə həyata keçirildiyi və mağazalar üçün əmtəə satanları sərbəst surətdə seçmək şəraiti yaradıldığı bir vaxtda, pərakəndə müəssisələrdə optimal təsərrüfat əlaqələri yaradılması istiqamətində aparılan kommersiya fəaliyyətinin əhəmiyyəti daha da artır.
Dostları ilə paylaş: |