Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


S 8. Reqressiya-korrelyasiya analizi –



Yüklə 110,49 Kb.
səhifə12/12
tarix02.01.2022
ölçüsü110,49 Kb.
#40508
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 743

S 8. Reqressiya-korrelyasiya analizi – Sosial-iqtisadi hadisələrin dəyişilməsinə səbəb olan əlamət səbəb əlaməti, səbəb əlamətlərinin təsiri əsasında dəyişən əlamət isə nəticə əlaməti olur. Məsələn, əməyin enerji ilə silahlanması, əməyin mexanikləşdirilməsi, fəhlələrin tarif dərəcələri, iş stajları və s. səbəb əlamətləri, əmək məhsuldarlığının səviyyəsi isə nəticə əlamətidir.

Xarakterinə, istiqamətinə, göstəriciləri arasındakı əlaqə və asılılıqların xarakterinə görə əlaqələr funksionalkorrelyasiya əlaqəsinə ayrılır.

Funksional əlaqədə səbəb əlamətilə nəticə əlamətinin dəyişilməsi arasında tam asılılıq olur. Səbəb əlamətinin müəyyən kəmiyyətinin dəyişilməsi nəticə əlamətinin kəmiyyətinin dəyişilməsinə tam uyğun olarsa, belə əlamətlər arasında olan əlaqə funksional əlaqə adlanır. Başqa sözlə, nəticə əlamətinin və ya əlamətlərinin dəyişilməsindən səbəb əlaməti asılıdırsa, belə göstəricilər arasında funksional əlaqə mövcuddur.

Sosial-iqtisadi hadisələrin əlamətləri arasında, funksional əlaqədə olduğu kimi ciddi uyğunluq olmur. Burada səbəb əlamətinin eyni qiymətinə nəticə əlamətinin müxtəlif qiymətləri uyğun gələ bilər. Məsələn, eyni iş stajına və yaxud eyni ixtisas səviyyəsinə malik olan fəhlələrin əmək məhsuldarlığı müxtəlif ola bilər.

Səbəb əlaqələri öyrənildikdə bir-biri ilə səbəb və nəticə əlaqəsində olan dəyişən əlamətlər birlikdə təhlil olunur. Məsələn, sənayenin hər hansı bir sahəsinin müəssisəsində iqtisadi göstəriciləri öyrəndikdə məlum olur ki, əməyin enerji ilə silahlanması səviyyəsi yüksəldikcə əmək məhsuldarlığı da yüksəlir, əmək məhsuldarlığının yüksəlməsi isə məhsul vahidinə çəkilən istehsal xərclərinin aşağı düşməsinə səbəb olur. Bu üç göstərici arasındakı əlaqə onları bir-biri ilə müqayisə etmək yolu ilə aşkara çıxarılır. Deməli, burada söhbət müxtəlif əlamətlərin dəyişməsinin müqayisəsindən gedir. Bu müqayisə hər hansı bir əlamətin dəyişməsinin başqa bir əlamətin dəyişməsinə təsirinin aşkara çıxarılmasına səbəb olursa, onda onların arasındakı əlaqədən danışmaq olar. Bu əlaqələr əksəriyyət hallarda öz xarakterinə görə korrelyasiya əlaqələri adlanır. Sual olunur: Korrelyasiya əlaqələri funksional əlaqələrdən nə ilə fərqlənir?

Funksional əlaqə o deməkdir ki, asılı dəyişən funksiya (nəticə əlaməti) olan hər hansı bir əlamətin dəyişməsi bütünlüklə və birmənalı şəkildə asılı olmayan başqa bir dəyişən kəmiyyətin (səbəb əlaməti) dəyişməsinin təsiri ilə dəyişir. Bu zaman nəticə əlaməti (asılı dəyişən kəmiyyət) müəyyən qiymətə malik olur və onu funksional əlaqəni ifadə edən düsturla hesablamaq olur. Məsələn, məlumdur ki, dairənin sahəsinin dəyişməsi onun radiusunun kvadratları ilə müəyyən edilir və onu S=πR2 düsturu ilə hesablamaq olar. Bu funksional asılılıq dairənin digər əlamətlərinin dəyişməsindən asılı olmayaraq, hər bir halda, istənilən dairə üçün səciyyəvidir. Belə ki, dairənin şəhərin sahəsini, idman yarışlarında istifadə olunan diski səciyyələndirməsindən asılı olmayaraq bütün hallarda onun həcminin radiusunun kvadratından funksional asılılığı özünü göstərir. Deməli, tək halda belə bir əlaqənin olduğunu müəyyən etməklə, onun bütün oxşar hallarda tətbiq edilməsi mümkündür. Funksional əlaqələrin xüsusiyyəti və onun tamlığı bunlarla müəyyən edilir. Korrelyasiya əlaqələri isə tam olmayan əlaqələrdir. Korrelyasiyanın mahiyyəti ondan ibarətdir ki, səbəb əlaməti kimi nəzərdən keçirilən əlamətin qiyməti başqa bir nəticə əlamətinin hər hansı bir qiymətinə deyil, bir neçə qiymətinə uyğun gəlir. Ona görə də bu əlaqə özünü yalnız nəticə əlamətinin orta kəmiyyətinin dəyişməsində göstərə bilər. Deməli, bu əlaqələr kütləvi halda meydana çıxa bilər. Bu, onunla izah edilir ki, korrelyasiya əlaqələrində nəticə əlamətləri üzrə hesablanan orta kəmiyyətlər bir çox faktor əlamətlərinin (onlardan bəziləri hətta məlum olmaya bilər) dəyişməsinin təsiri altında dəyişir. Məsələn, sahəyə verilən gübrənin miqdarı ilə məhsuldarlıq arasında əlaqənin olması heç kimdə şübhə doğurmur. Hamıya məlumdur ki, aqrotexniki norma ilə gübrə verilmiş sahələrdə məhsuldarlıq yüksək olmalıdır. Lakin bu əlaqənin korrelyasiya xarakteri özünü onda göstərir ki, müxtəlif sahələrə eyni miqdarda gübrə verildikdə məhsuldarlıq müxtəlif ola bilər. Həm də məhsuldarlığın bəzi hallarda çox gübrə verilmiş sahələrə nisbətən az gübrə verilmiş sahələrdə daha yüksək olması da mümkündür. Bu, onunla izah edilir ki, bitkinin məhsuldarlığına yalnız sahəyə verilmiş gübrənin miqdarı deyil, bu misalda nəzərə alınmamış digər amillər də – toxumun keyfiyyəti, sahənin relyefi, əkinçilik mədəniyyəti, toxumun səpilmə və məhsulun yığılma müddəti və s. – təsir göstərir.

Korrelyasiya əlaqələri formalarına görə birbaşa və əks əlaqələrə, düzxətli və əyrixətli, təkamilli və çoxamilli əlaqələrə bölünür.

Birbaşa və əks əlaqələr bir-birindən nəticə əlamətinin dəyişməsi istiqamətindən asılı olaraq fərqlənir. Belə ki, nəticə əlaməti səbəb əlamətinin dəyişdiyi istiqamətdə dəyişirsə, yəni səbəb amili yüksəldikdə nəticə amili də yüksəlirsə, yaxud da əksinə, səbəb amili azaldıqda nəticə amili də azalırsa, bu birbaşa əlaqə adlanır. Səbəb əlaməti artdıqca nəticə əlaməti azalırsa, əmək məhsuldarlığı da bir o qədər yüksək olur. Bu, birbaşa əlaqədir. Əmək məhsuldarlığı yüksəldikdə isə məhsul vahidinə sərf olunan istehsal xərcləri azalır. Bu isə əks əlaqə deməkdir.



Düzxətli əlaqələr xətti bərabərlik, əyrixətli əlaqələr isə istənilən hər hansı bir riyazi bərabərliklə ifadə edilir. Əgər hər hansı bir səbəb amilinin hər hansı bir nəticə amilinə təsiri aşkara çıxarılırsa, buna təkamilli, bir neçə səbəb amilinin nəticə amilinə təsiri öyrənilirsə, buna çoxamilli korrelyasiya əlaqəsi deyilir. Çoxamilli əlaqələr zamanı bütün amillər eyni vaxtda, kompleks şəkildə və bir-biri ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.

Hadisələr arasındakı korrelyasiya asılılığı və onun təhlili aşağıdakı mərhələlərdən keçir: 1) əlamətlər arasındakı əlaqələri özündə əks etdirən riyazi tənliyin seçilməsi və əsaslandırılması; 2) əlaqələri kəmiyyətcə səciyyələndirməyə imkan verən göstəricilərin hesablanması. Korrelyasiya təhlili seçmə müşahidəsinin məlumatlarına əsasən həyata keçirildikdə isə üçüncü mərhələ də ola bilər. Buna statistikada əlaqələrin düzgünlüyünün yoxlanılması mərhələsi deyilir. İnəklərin məhsuldarlığına təsir edən amilləri təhlil etməklə bu mərhələlərdən hər birini nəzərdən keçirək. Elmi cəhətdən əsaslandırılmış korrelyasiya tənliyini seçmək üçün hər şeydən əvvəl inəklərin məhsuldarlığına təsir edən amilləri müəyyənləşdirmək, sonra isə onlardan tənliyə daxil edilən əsas amilləri seçmək lazımdır. Bu amillər öyrənilən hadisənin mahiyyətini nəzəri cəhətdən təhlil etmək əsasında müəyyən edilir. İnəklərin məhsuldarlığı bir çox amillərdən, xüsusilə də onların yemləndirilməsindən – bir inəyin saxlanmasına sərf olunan yemin miqdarı, yem payında qüvvəli, şirəli və qarışıq yemlərin xüsusi çəkisi, inəklərin çıxdaş olunması faizi və s.-dən asılıdır. Odur ki, əvvəlcə məhz bu amillərin təsiri öyrənilməlidir. Korrelyasiya tənliyinə daxil edilən səbəb əlamətləri seçildikdən sonra əlaqənin formasını müəyyənləşdirmək lazımdır. Qarşılıqlı əlaqələr müəyyən edildikdən, əsas amillər seçildikdən və bu amillərlə nəticə əlamətləri arasındakı əlaqənin forması müəyyənləşdirildikdən sonra əlamətlərin özlərinin aralarındakı əlaqə müvafiq riyazi tənliklə ifadə olunur. İnəklərin yemləndirilməsi səviyyəsi ilə onların məhsuldarlığı arasındakı əlaqə aşağıdakı tənliklə ifadə oluna bilər:

y = a + bx

Burada y – il ərzində bir inəkdən sağılan südün miqdarı - kq; x – il ərzində bir inəyin saxlanmasına sərf olunan yemin miqdarı - sent yem vahidi; «a» və «b» isə tənliyin məchul parametrləridir.

«a» parametrlərinin iqtisadi mənası yoxdur və əlaqələrin kəmiyyətcə qiymətləndirilməsi üçün ondan istifadə edilmir. «b» parametrləri isə proporsionallıq əmsalı adlanır və səbəb əlaməti bir vahid dəyişdikdə nəticə əlamətinin neçə vahid dəyişdiyini səciyyələndirir. Proporsionallıq əmsalındakı işarə əlaqələrin istiqamətini göstərir.

Tənliyin həll edilməsi və onun məchul parametrlərinin müəyyən olunması ilə korrelyasiya təhlilinin ikinci mərhələsinin birinci hissəsi başa çatmış olur. Məchul parametrləri müəyyən etmək üçün adi tənliklər sistemini həll etmək lazımdır. Sistemdəki tənliklərin sayı məchul parametrlərinin sayına uyğun gəlməlidir.



Nəticə əlamətinə nəzərdən keçirilən amillərlə yanaşı, başqa amillər və təsadüfi səbəblər də təsir edir. Odur ki, nəticə əlamətinin variasiyası və onların arasındakı əlaqənin sıxlığının aydınlaşdırılması məqsədilə öyrənilən amilin rolunun qiymətləndirilməsi də olduqca vacibdir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR


  • Statistikanın ümumi nəzəriyyəsi – S.M.Hacıyev, Bakı-1993

  • Statistika nəzəriyyəsi – Oqtay Məmmədli, Mürsəl İsmayılov, Fazil İsmayılov, Bakı-2009


www.google.az  www.firststeps.az
Yüklə 110,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin