Atlantic ranger – siyənək balığı
on both sides of the Atlantic – həm Avropada, həm də Amerikada
try to sweep Atlantic with a broom – mümkün olmayanı etməyə çalışmaq
Attic salt – hazırcavablıq
the curse of Babel – anlaşılmazlıq
the tower of Babel – anlaşılmazlıq
drank/full as the Baltic – sərxoş, içkili
Xalq dilinə məxsus bu cür frazeoloji vahidlərin bədii ədəbiyyatdakı imkanları da genişdir. Frazeoloji vahidlər bədii ədəbiyyatda müxtəlif vəzifələr daşıyır: personajların dilini fərdiləşdirib tipikləşdirir; portretin, mənəvi keyfiyyətlərini səciyyələndirir, daxili həyəcanlarını əks etdirir; yazıçının təhkiyə dilini ümumxalq dilinə yaxınlaşdırır; əsərə milli kolorit gətirir; təsvir zamanı canlı bədii lövhələr yaradır; əsərin süjetinin maraqlı qurulmasında, ideyasının təsirli çıxmasında mühüm rol oynayır; oxucunun, dinləyicinin marağını artırır. [2, s.139] Bədii əsərlərdən gətirilmiş nümunələrə diqqət yetirək:
Dərə xəlvət tülkü bəy! O bəy də mənəm. (A.Səhhət); Onun Araz aşığındandır, Kür topuğundan. (A.Şaiq); Mərd kişinin başı qovğada gərək deyərlər; “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni”. (N.Vəzirov); Xeyr yoldaş Çaparidze, - dedi, - elə bil ayağımın altından yer qaçır. Mən bunu niyə başa düşməmişəm? (M.Hüseyn); Bədirli onu qabaqlamaq istədi: “Hamı işə can yandırsa, vallah dağı dağ üstünə qoyarıq.” (M.Hüseyn.); Qızlar bulağından su içən, on yeddi yaşına yenicə yetişən gözəl Sevgili Şükransız yaylağa qalxmaq istəməmişdir. (S.Rəhimov); Mustafa kişi ataların bir sözünü həmişə qulağında sırğa edərdi: “Çağırılan yerdən qalma, çağırılmayan yerə varma” və deyərdi: “Palaza bürün, elnən sürün”. Ancaq iş burasında idi ki, yazıq Mustafa kişinin daha nə sürünməyə taqəti qalmışdı, nə də bürünməyə palazı. (Ə.Səmədli); Axı bu qonaqlıq məsələsini dünən İdris mənim qulağıma pıçıltı ilə elə demişdi ki, özüm zorla eşidə bilmişdim. Odur ki, yoldaşlarımdan ayrılıb öz-özümə – Doğrudan da yerin qulağı varmış, – dedim. (Ə.Səmədli)
Aya deyir: Sən çıxma, mən çıxım,
Günə deyir: Sən çıxma, mən çıxım.
Kim belə qızdan keçər? (R. Rza)
* * *
Aşıq Səmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal məni. (S.Vurğun)
And olsun getdiyim Məkkə və Mədinəyə, əgər sən bu işi düzəltsən, sənə yüzcə manat pul verərəm. (N.Vəzirov); Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan. Kazakları aldadıb elə yerdən keçərik ki, izimizi-tozumuzu görməsinlər. (M.F.Axundov); Bu saat Əlimürsəl kişi ağır fikirləri bir an başından qovmaq üçün ikinci dəfə mənim yerli şivəmin bostanına daş atmışdı və mən bu böyük şəhər təkəbbürünə qarşı kiçik dağ kəndinin təkəbbürü ilə mübaliğə edərək, öz növbəmdə Abşeron şivəsinin bostanına heç olmasa xırdaca bir daş atmaq istəyirdim. (Ə.Məmmədxanlı); Belə məqamlarda Məcid də hərdən segah üstündə dodaqaltı zümzümə edərdi: “Bağda ərik var idi, salam-məlik var idi, bağdan ərik qurtardı, salam-məlik qurtardı.” (Anar); Kamilov elə bilir ki, alçaq dağları o özü yaradıbdır. Necə deyərlər: “Burda mənəm, Bağdadda kor xəlifə”. Elə bilir ki, o olmazsa, lap günün üzü tutular, dünya qara bağlar. (S.Rəhimov)
Imperceptibly Corringham Park was becoming the poor man’s Chelsea. (M.Dickens); On this theory Art is the quickest way out of Manchester and one can lose oneself in a novel or forget one’s troubles at the play as in drink. (C.K.Ogden); Leroy let out a whistle and grinned like a Cheshire cat. (Z.Barnes); The word stuck in his head setting a starburst of colored lights like flashing on and off, like Blackpool illuminations. (Z.Barnes); My lodgings might easily have been one of those scruffy little houses by the station – from one Dufton to another. (J.Braine); The interests of Great Britain had to be defended in language that should steer safely between the Scylla of weakness and the Charybdis of arrogance. (C.Efvergren); Instead of bidding her hold her Manchester, he had attended to her advice. (C.Efvergren); Mr.Otis said that nothing more could be done that night, and he would telegraph in the morning to Scotland Yard for some detectives to be send down immediately. (O.Wilde); Why should he have been murdered? Basil was very popular and always wore a Waterbury watch. (O.Wilde)
F.Məmmədli “Bədii dilin estetik mənbələri” kitabında qeyd edir ki, bədii ədəbiyyatda frazeoloji birləşmələrdən aşağıdakı kimi istifadə edilir:
1. Forma və məzmuna heç bir dəyişiklik edilmədən frazeoloji birləşmə poetik nitq axınına daxil edilir.
2. Frazeoloji birləşmələrin tərkibindəki söz və ya ifadələrdən biri başqa sözlə əvəz olunur. Bu zaman əvəzedici vahid semantik cəhətdən ya çoxmənalılığa, ya da metaforik imkanlara malik olmalıdır.
3. Ənənəvi modeldə tamamilə ayrı sözlər işlənir. Bu zaman forma ilk növbədə köhnə məzmunu yada salır.
4. Hal və vəziyyət mənası ifadə edən frazeoloji birləşmələr məzmunca insana deyil, mühitə, məkana, zamana istiqamətləndirilir. Nəticədə tək bir adamın deyil, bütöv bir kütlənin əhval-ruhiyyəsi haqqında dolğun informasiya verilir.
5. Frazeoloji vahidin bir hissəsi konstruksiyanın məzmunundan çıxan nəticə ilə calaşdırılır. Bu zaman da frazeoloji birləşmənin əvvəlki forma və məzmunu yada düşür. [3, s.67-68]
Beləliklə, hər iki dildə işlənən toponim tərkibli frazeoloji vahidlər nitqdə estetik, dildə isə kommunikativ məqsədə xidmət edir. Hər iki funksiya bir-biri ilə qarşılıqlı əlaqə və təsirdə olub həm ədəbi dili, həm də real ünsiyyət prosesini zənginləşdirir.
Dostları ilə paylaş: |