Seks riSKƏ BƏrabər deyiL!!



Yüklə 42.58 Kb.
tarix26.11.2016
ölçüsü42.58 Kb.
Üzlük

SEKS RİSKƏ BƏRABƏR DEYİL!!

Artıq hər kəs yəqin bilir ki, qorunmamış sekslə məşğul olaraq HİV-ə və cinsi yolla keçən xəstəliklərə yoluxmaq olar. Hamı azdan-çoxdan bilir ki, yalnız prezervativ və su əsasında olan lubrikantların istifadəsi anal seks zamanı yoluxma riskini olduqca azaldır. Lakin, buna baxmayaraq çox zaman elə hallar olur ki, biz təhlükəsiz seks qaydalarına göz yummağa hazır oluruq. Nə üçün?


Bu buklet homo- və biseksual kişilərin təhlükəli sekslə məşğul olmasının əsas məqəmlarindan danışır. Biz İİV/QİÇS haqqında yalnış təsəvvürləri müzakirə edirik, riskli halları şərh edirik və daha təhlükəsiz variantlar təklif edirik. Bizim məqsədimiz təhlükəsiz seksin qaydalarını təkcə ifadə etmək deyil, hətta onlara riayət etməyin niyə bu qədər vacib olduğu barədə danışmaqdır.

Bir daha əsas məsələ haqqında.
Təkrar - təlimin anasıdır, biz isə sadə həqiqətləri sənin yadına salmaq istəyirik...
QİÇS – insan orqanizminin infeksiyalara və xərçəng xəstəliklərinə qarşı mübarizəsinə mane olan virus xəstəliyidir. Onun səbəbkarı İİV - İnsanın İmmunçatışmazlığı virusudur.
HİV-ə yoluxmanın bir neçə yolu var:


  • qorunmamış anal, oral və vaginal seks;

  • qan vasitəsilə (narkotik istifadəsi zamanı şpris və ya iynənin birlikdə və ya təkrar (özgənin) istifadəsi, tibbi prosedurlar, tatuirovka çəkmə və ya pirsinq etmə zamanı);

  • hamiləlik, doğuş və süd vermə zamanı HİV-ə yoluxmuş anadan uşağa.


Qorunmamış anal seksi daha təhlükəli edən bir neçə faktor var:


  • dildo və digər seksual oyuncaqların anal seksdən əvvəl istifadəsi;

  • anal seksdən əvvəl fistinq;

  • cinsi yolla keçən infeksiyalardan əmələ gələn iltihabi proseslər;

  • keyfiyyətsiz lubrikant və ya seksual oyuncaqlara qarşı allergik reaksiya:


Təhlükəsiz seksin 4 qaydası.
Qayda № 1



Anal sekslə məşğul olan zaman keyfiyyətli prezervativdən düzgün istifadə et.
HİV-ə qanla, məniylə (sperma) və toxumqabağı maye ilə yoluxmaq olar, buna görə də prezervativ belə mayelərin sənin orqanizminə düşməsi üçün baryerdir. Keyfiyyətli, məhz anal seks üçün nəzərdə tutulan prezervativdən düzgün və su əsasında olan lubrikantdan kifayət qədər istifadə etməklə əmin ola bilərsən ki, prezervativ cırılmayacaq.

Anal seks zamanı lubrikantdan küllü miqdarda istifadə etməsi anal dəliyin divarlarında kiçik zədələr və travmaların yaranmasının qabağını alır. Heç zaman yağ əsasında olan, məsələn, krem, vazelin, üz qırxmaq üçün gel kimi sürüşkənləşdirici əvəzediciləridən istifadə etmə! Onlar lateksi dağıda və prezervativin cırılmasına səbəb ola bilər.


Prezervativin cırılmasının və çıxmasının 10 səbəbi.


  1. Sən lubrikantdan lazım olduğu miqdarda və ya ümumiyyətlə istifadə etmirsən, əvəzinə tüpürcəyindən istifadə edirsən, o isə tez quruyur.

  2. Sən yağ əsasında olan sürüşkənləşdirici əvəzedicilərdən (massaj üçün yağ, uşaq kremi və ya nəmləndirici krem, bədən üçün losyon) istifadə edirsən.

  3. Sən birinci penisə lubrikant sürtürsən, sonra isə prezervativi geyirsən.

  4. Sən birinci prezervativi açıb yayırsan, sonra geyirsən.

  5. Prezervativi geyərkən, sən penisin və prezervativin arasında hava qoyursan.

  6. Prezervativi geyərkən sən onu tamam açıb yaymırsan.

  7. Sən keyfiyyətsiz və ya istifadə müddəti bitmiş prezervativdən istifadə edirsən.

  8. Sən biri birinin üstündən iki prezervativdən istifadə edirsən.


Qayda № 2

Müntəzəm olaraq cinsi yolla keçən xəstəliklərə görə müayinədən keç.

Cinsi yolla keçən xəstəliklər bir sıra ciddi xəstəliklərə səbəb olmasından başqa, həm də HİV-ə yoluxma riskini çoxaldır. Anal dəliyin selikli qişasında, uretrada və ya ağız boşluğunda iltihabi proseslər HİV-in orqanizmə daxil olmasını və HİV virusuna yoluxma ehtimalını artırır.

Cinsi yolla keçən xəstəliklərin simptomları yarandıqda diaqnostika və müalicə üçün həkim-ekspertə müraciət etmək sənin üçün zəruridir.
Qayda № 3

Müntəzəm olaraq İİV-ə görə müayinədən keç.
İİV və QİÇS zamanı yaranan simptomların bir çoxu başqa xəstəliklərin simptomlarına bənzəyir. İİV-in insan orqanizmində olub-olmamasını yalnız İİV üzrə testin cavablarından müəyyən etmək olar. Vaxtında İİV-i diaqnostika etməklə sən lazım olan müalicə ala və öz sağlamlığını qoruya bilərsən.
Qayda № 4

Seksual xarakterli problemlərlə üzləşmisənsə və ya səni seksual sağlamlıq haqqında hansısa suallar maraqlandırırsa, kömək və məsləhət üçün müraciət et.
Sən hər zaman professional psixoloqdan konsultasiya ala bilərsən və ya MSM-təşkilatın autriç-işçisi ilə danışa bilərsən. Partnyorunla seks barədə sakit və açıq söhbət isə bir çox problemlərin həllinə düzgün addımdır. Açıq olun, partnyorunuzla seksinizi, sadiqlik məsələlərini müzakirə edin.
Niyə biz risk edib təhlükəli sekslə məşğul oluruq?
Gördüyün kimi təhlükəsiz seksin qaydaları uzun qadağalar siyahısı deyil, səni yalnız HİV-dən yox, hətta Cinsi Yolla Yoluxan Xəstəliklərdən (CYYX) və hepatitlərdən

qoruyan bir neçə şərtdən ibarətdir. Sevindirici haldır ki, son illər ərzində əksər homo- və biseksual kişilər bu şərtlərə əməl etməyə çalışır. Lakin niyə görə bu hər zaman alınmır? Niyə biz bəzən HİV-ə CYYX-ə və hepatitlərə yoluxma riskimizi yanlış qiymətləndiririk və qorunmamış sekslə məşğul oluruq? Və niyə görə bəzən biz bu təhlükə barədə bilərək risk etməyə hazır oluruq?



İİV haqqında yanlış təsəvvürlər.
Əgər “aktivsən”sə fikirləşmə ki, İİV-ə yoluxmağa risk etmirsən. Sənin “passiv” partnyorunun anusunun selikli qişasının mümkün olan zədələri və sənin penisinin həssas hüceyrələrinin zədələri bu virus üçün sənin orqanizminə yoldur.
Əgər “passivsən”sə, sənin partnyorun boşalmasa da HİV-ə yoluxma riski həmişə mövcuddur.
İİV tək mənidə (sperma) yox, hətta toxumqabağı mayedə də mövcud ola bilər. Anal seks travmatik seksual təcrübə olduğuna görə İİV-ə yoluxmaq üçün toxumqabağı mayenin kiçik miqdarı belə kifayətdir.
Sənin partnyorunun İİV-ə yoluxmamasına əminliyin nəyə əsaslanır?
Bəzi homo- və biseksual kişilər hesab edirlər ki, kişi sağlam görünürsə, demək onda İİV ola bilməz. Digərləri isə partnyorun cavan olmasına və onun kiçik seksual təcrübəyə malik olmasına arxalanır (ümid edir), ya da yalnız heteroseksuallarla (biseksuallarla) sekslə məşğul olur. Bunların heç biri partnyorun HİV-li olamamsına zəmanət vermir.
Alkoqol və narkotiklər.
Alkoqolun az miqdarda istifadəsi ola bilsin ki, sənə rahatlaşmağa kömək edir və özünə inam hissi bəxş edir. Eyni zamanda, alkoqol və ya narkotiklərin təsiri altında sərxoşluq zamanı sənin sağlamlığın və təhlükəsizliyin haqqında şüurlu və vacib qərarlar vermək xüsusiyyətinə arxayın olmağın mümkün deyil.
Bir-iki dəfəlik seksi çox zaman təsadüfi seks adlandırırlar. Az tanıdığın partnyorla təsadüfi seks zamanı çalış sərxoş olmayasan: bu sənə təhlükəli seksdən imtina etməkdə və partnyorunun sənin istəklərinə hörmətlə yanaşmağa əmin ola bilməkdə kömək edəcək. Çalış yanında həmişə bir neçə prezervativ və lubrukant olsun.
Ayıq olmağın gələcək partnyorun haqda heç olmasa nəyisə öyrənməyə və məsələn internetdə tanışlıq zamanı onun haqda toplanan məlumata kritik yanaşmağa imkan verəcək. Virtual seksin pərəstişkarı kimi görsənməkdən qorxma - həmsöhbətinlə öz seksual istəklərini müzakirə et və elə o zaman təhlükəsiz seksi təkid et. Qısaca söhbətdən belə sən anlaya biləcəksən - həmin oğlanla görüşməyə dəyər, yoxsa görüşdən imtina etmək lazımdır.
Əgər dostun birdən...
Heç zaman bilmirsən nəyi tapıb, nəyi itirərsən... Buna görə gözlənilməz hadisələrə əvvəlcədən hazır olmaq lazımdır ki, sonraki nəticələrə görə kədərlənməyəsən. Və ya əldə edilmiş infeksiyalara görə...
Hadisə 1.

Sən kiçik bir şəhərcik və ya kənddən daha böyük şəhərə gəlmisən... Sənin bu şəhərdə uzaq qohumlarından və ya baxça dostundan (dostlarından) başqa heç kəsin yoxdur -yalnız bir neçə gecəlik qalmağa dostluğunuz bəs edər... Və başlanır ev və dost axtarışı. Səndən böyük olsa, maddi problemləri olmayan olsa daha yaxşı... Yataq və yeməyə görə nə ilə ödəməli olacaqsan? Yəqin ki, bədəninlə. Çətin ki dostunu yalnız gecə vaxtı nağılla qane edə biləsən.

Və burada sənin özünün nağıllara qulaq asmamağın vacibdir. Məsələn: “gəl prezervativsiz olaq! Mən axı evliyəm, yoxlanmışam, təmizəm!”. Arvadıyla bu şəxs bəlkə də prezervativlə olur (kontrasepsiya məqsədi ilə), lakin səndən qabaq onun neçə belə gənc “dostu” olub və onlar ona “yadigar” nələr bəxş ediblər – kim dilir. Amma o axı bu barədə sənə deməyəcək. Ona görə, dostunla görüşdən xoş təəssüratlarını

dəri-zöhrəvi həkiminin kabinetinə və ya QİÇS-mərkəzinin stasionarının palatasına dəyışmək ehtimalın var.


Hadisə 2.

Sənin artıq həddən çox dostların var, sən sərbəstsən.... Sənin dostun öz bağında növbəti dəfə ad gününü qeyd edir və qonaqlıq təşkil edir... Hamı gülür, içki hamıya çatır, sonra isə şam işığında axşam (və ya televizorda pornofilm) və... Ətrafdakılar hamı dostdur, sənə yaxındır..

əgər sən görürsən ki, sekssiz mümkün olmayacaq, lakin üstündə prezervativ və lubrikant yoxdur, heç olmasa çalış təhlükəli seksual təcrübələrdən imtina et. O zaman sən HİV və digər təhlükəli infeksiyalardan qoruna bilərsən.
Hadisə 3.

Belə deyək... sənin siqaretə belə pulun qurtarıb, lakin yemək istəyirsən, maaşa qədər isə...eh... Nə isə. Sən parka gedirsən, lakin maraqlı TV şou və ya futbol barədə yox, anal seksə ancaq prezervativ və lubrikantın istifadəsi ilə razı olduğun barədə danışmalısan. Hətta bunu dərhal de, imkan vermə ki, sonra səni razılaşmanı şərtlərini pozmaqda günahlandırsınlar. Bir gün pulsuz qalarsan, lakin sağlamlığını qoruyarsan.


Daimi münasibətlər və təhlükəsiz seks.
Çox zaman daimi partnyorla qorunmamış seks İİV-ə yoluxmanın səbəbi olur. Əgər sənin həyatında daimi seksual partnyor peyda olubsa və siz prezervativlərdən imtina etmək qərarına gəlirsinizsə, bu qərara məsuliyyətlə yanaşın. Aşağıda seksin tam təhlükəsiz olmağına əminliyin 4 addımı barədə oxuya bilərsiniz.
Addım 1. Ciddi söhbət. Prezervativlərdən niyə imtina etmək istədiyini çalış sakit müzakirə et. Sizi hal-hazırda nə qane etmir? Sizin üçün bu nə qədər vacibdir? Dostunla sizin ikinizin də İİV-ə görə testdən keçməyinizin lazım olduğu barədə danış. Birinizin və ya hər ikinizin HİV-ə yoluxmuş ola biləcəyinə hazır olun.
Addım 2. İİV testi. Sənin şəhərində İİV testindən harada keçməyin mümkün olduğunu öyrən: (bukletin sonunda bax)

Əgər testlə bağlı hansısa sualların varsa gey-təşkilatının autriç-işçisi ilə və ya psixoloqla danış. Qanuna əsasən testdən qabaq səninlə psixoloq danışmalıdır. Analizin özü pulsuz və anonimdir. Onu dostunla birgə keç və onunla birgə cavablarınızı alın. Cavabınız mənfi olsa belə prezervativdən istifadə etməyə davam edin.


Addım 3. Üç aydan sonra test. İİV-ə yoluxmusansa və əgər yoluxma yaxın zamanlarda baş veribsə, analiz mənfi cavab göstərə bilər. HİV-ə yoluxmuş olmadığınıza tam əmin olmaq üçün ikiniz də 3 aydan sonra bir daha testdən keçin. Və hər ehtimala qarşı - 6 aydan da sonra.
Addım 4. İnam və məsuliyyət. İndi isə seksin “sərt qaydalarının” növbəsidir. Əgər sizin aranızda “açıq” münasibətlərdirsə, bu cür razılaşmaya gəlmək lazımdır: ya başqa kişilərlə anal seksdən imtina etməli, ya da qıraqda yalnız təhlükəsiz sekslə məşğul olmalı. Bağlı münasibət quranlar üçün daha asandır. Bircə şərt - bir-birinizə sadiq qalmaq və xəyanət baş verərsə bu barədə dostuna danış. Unutma ki, sən artıq tək öz sağlamlığına deyil, hətta öz dostunun və partnyorunun sağlamlığına görə də məsuliyyət daşıyırsan.
İİV- statusunu necə bilməli?
Yadda saxla ki, İİV-infeksiyası və QİÇS zamanı yaranan simptomlar başqa xəstəliklərin simptomlarına bənzəyır. İİV-in sənin orqanizmində olub-olmamasını bilməyin bir yolu var - İİV testindən keçmək.
Azərbaycanda İİV-testindən keçmək pulsuz və anonimdir. Aktiv seksual həyat sürürsənsə və bir neçə seksual partnyorun varsa, müntəzəm olaraq İİV testindən keç. Testi keçməmişdən əvvəl səni psixoloq konsultasiya edəcək və ondan İİV haqqında sənə lazım olan bütün məlumatları ala biləcəksən.
İİV analizi” nə deməkdir?
HİV-i təyin etmək üçün immunoferment analizindən (İFA) – HİV-ə yoluxmadan 1-3 ay ərzində yaranan antitellər testi istifadə olunur. Bu testin cavabı 95-99% hallarda düzgündür və ancaq bəzi xronik infeksion və ya onkolojı xəstəliklər zamanı yanlış ola bilər.

Antitellərin cavabı müsbət olarsa immunoblot (“Vestern Blot”) təsdiqləmə testindən keçmək lazım olacaq. Müsbət İFA-dan sonrakı müsbət immunoblotun etibarlığı 99,9% təşkil edir.
Polimeraz zəncirvari reaksiyanın analizi İİV virusunu antitellərin yaranmasından asılı olmayaraq təyin etməyə imkan verir, buna görə ondan İİV-ə yoluxandan sonra 3 ayadək olan “pəncərə” müddətində istifadə etmək olar. Eyni zamanda, bu testin yüksək həssaslığı çox zaman yanlış müsbət cavablara gətirir, ona görə də İİV testində onun istifadəsi məhdudlaşdırılıb.
İİV-ə yoluxma təsdiq olunduqda sənə daha bir neçə test keçməyi təklif edə bilərlər: CD4 hüceyrələrin orqanizmdə sayını bilmək üçün və virus təzyiqinə görə. Bu analizlər sənin immun sisteminin nə dərəcədə zərər çəkdiyini və antiretrovirus terapiyasının başlanmasının zəruri olub-olmadığını göstərəcək.

İndi isə cinsi yolla yoluhma xəstəliklər barədə sənə məlumat vermək istərdik.
Qonoreya, sifilis, xlamidioz, trixomoniaz - bu və bəzi başqa xəstəliklərin səbəbkarı cinsi yolla keçən infeksiyalardır. Onlar həm oral, həm anal seks zamanı keçir.
Cinsi yolla keçən xəstəliklərin çoxusu insan həyatı üçün təhlükəli deyil, lakin bəzi orqanları zədələndırən ciddi xəstəliklərin və ağrılı simptomların səbəbi ola bilər.
Bundan əlavə, cinsi yolla keçən xəstəliklərə yoluxan insanın QİÇS xəstəliyinin səbəbkarı olan İİV infeksiyasına yoluxmasının böyük ehtimalı var.
Bu simptomlar səndə varsa:


  • sidik kanalında, qasıq nahiyəsində, xayalıqda və ya anal dəliyində qaşınma və ya ağrı;

  • sidik kanalından, anal dəliyindən qeyri-adi ifrazatlar;

  • cinsi orqanlarda qıcığlanma, səpgi, cinsi orqanda və anal dəliyində qeyri-adi formalaşmalar.

Ola bilər ki, sən hansısa infeksiyaya yoluxmusan.


Qonoreya- ağrılı simptomları olan bakterial infeksiyadır və sidik kanalından və ya anusdan irinli ifrazatlar, sidiyə gedərkən ağrılarla müşahidə olunur. Vaxtında diaqnostika edilən qonoreya çox asan və tez bir zamanda antibiotiklərlə müalicə olunur.
Xlamidioz, trixomoniaz, mikro- və ureaplazmoz - qonoreyaya bənzər simptomları olan, lakin daha aşağı dərəcədə özlərini bildirən xəstəliklərdir. Penisdən selikli və ya köpüklü ifrazatlarla, sidiyə gedərkən yandırıcı ağrıyla müşahidə oluna bilər.
Sifilis - aydın olmayan və çox vaxt özünü tam büruzə verməyən simptomları olan bakterial infeksiyadır. Yoluxmadan 3 həftə sonra cinsi orqanlarda, anal dəliyində və ya ağız boşluğunda yaralar, bərk formalaşmalar əmələ gəlir. Bütün bədəndə gah yaranan, gah itən səpgilər əmələ gəlir. Çox zaman bu simptomlara nəzər salmaq çətin olur.
Hepatit B - həmçinin cinsi yolla keçən qara ciyərin virus xəstəliyidir. Simptomlar qripin simptomlarına bənzəyə bilər - yorğunluq, titrəmə, iştahın olmaması, ürək bulantısı və s. Hepatit B-yə qarşı peyvənd mövcuddur.
Cinsi herpes - cinsi orqanlarda və dodaqlarda özünü suluqlar kimi biruzə verən viruslu infeksiyadır. Suluqlar partlayır və çoxlu ağrılı yaralar əmələ gəlir. Gerpesi müalicə etmək mümkün deyil, lakin təkrarların sayını və gərginliyini azaltmaq olar.
Yadda saxla, bəzi cinsi yolla keçən xəstəliklərin ozünü tam bildirməyən simptomları ola bilər və ya simptomsuz keçə bilər. Özbaşına bu xəstəlikləri müalicə etmək cəhdləri çox zaman xəstəliklərin xroniki və simptomsuz formasına çevrilməsi, lakin müalicə olunmaması ilə bitir.
Yalnız dəri-zöhrəvi həkimin konsultasiyası və lazım olan analizlər infeksiyanı müəyyən edə bilər. Analizlərin cavabı əsasında həkim sənə lazım olan müalicə təyin edəcək, çox vaxt bu antibiotik kursudur. Tam sağalmaq üçün müalicəni tam keçmək və simptomlar itdikdə belə preparatların qəbulunu sonunadək davam etdirmək lazımdır.
Biz güman edirik ki, bu bukleti oxuyub sən öz sağlamlığına daha məsuliyyətlə yanaşacaq və özünü cinsi yolla keçən xəstəliklərdən qoruyacaqsan.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə