§1. Demontologiyanın vəzifələri və məqsədi ........................ 210
XII FƏSİL. Siyasi hüquqlar ........................................................ 219
§1. Siyasi hüquqların prinsipləri anlayışı,
mənbələri,
bu sahədə qəbul
edilən qərarların növləri .............................................................. 219
İstifadə olunan ədəbiyyat ............................................................ 225
ÖN SÖZ
Fransada inzibati hüquq kursunun tədrisi 1789-cu ildən başlandığı
halda, keçmiş Sovet İttifaqında bu fənnin tədrisinə ilk dəfə olaraq 1940-cı
ildə başlanmışdır.
Fransada inqilabdan sonra yaranan bu fənnin vətəni Fransa
dövləti sayılır, ona görə ki, dünyada inzibati hüquq ilk dəfə olaraq burada
işlənib hazırlanmışdır.
Fransa inzibati hüququnun sistemi dörd hissədən ibarətdir:
inzibati hüququn tətbiq olunma sahəsi; inzibati hüququn əsas
istiqamətləri; dövlət qulluğu və iradəçilik aparatı üzərində yuridik
nəzarət.
Müasir dünyada hüquq sistemində inzibati hüquq öz yerini məhz
bundan sonra müəyyənləşdirmişdir.
Hal-hazırda ümumdünya hüquq elmində inzibati hüququn sistemi
onun institutları haqqında problemlər birmənalıdır, lakin bütün dövlətlər
tərəfindən eyni aktual problemlər, idarəçilik orqanlarının təşkili və
fəaliyyətə nəzarət etmək üçün rolu mərkəzi institutlar oynayırlar.
Keçmiş Sovet İttifaqının bütün elmi monoqrafiyalarında inzibati
hüquq ümumi və xüsusi olmaqla iki hissəyə bölünmüşdür.
Ümumi hissə dövlət idarəçiliyinin bütün alimlərinin və digər
hüquqşünasların sahələri üçün ümumi prinsipial müddəaları tənzim edən
normaları özündə birləşdirirdi. Buraya dövlət idarəçilik orqanları
fəaliyyətinin forma və metodları, qanunçuluğu təmin edən hüquq
normaları və s. prinsiplər daxil edilmişdir. Xüsusi hissə isə dövlət
idarəçiliyinin konkret sahələrini tənzim edən normaları əhatə edir. Buraya
xalq təsərrüfatı, inzibati, siyasi, sosial - mədəni quruculuq və başqa dövlət
idarəçiliyi sahələrini əhatə edən normalar daxil idi. İnzibati hüququ
ümumi və xüsusi hissəyə bölən ölkələrdə isə müxtəlif bölgülərə rast
gəlinir. Buraya inzibati hüququn problemi, hüququ təqi- betmə metodu,
inzibati hüquq münasibətlərinin xüsusiyyətləri, inzibati hüququn
mənbələri və idarəçilik aktları daxildir və xüsusi hissəyə isə qalan bütün
institutlar daxil edilir.
Bu bölgüdən, xüsusilə Latın Amerikası dövlətləri istifadə edirlər.
Belə ki, Braziliya inzibati hüququnun ümumi hissəsinə inzibati hüquq
münasibətləri, inzibati münasibətlər, mülki qulluqçular, idarəçilik aktları,
dövlət orqanlarının təşkili, dövlət xidməti, məsuliyyət və
inzibati ədliyyə
kimi institutlar daxil edilmişdir.
Anqlosakson hüquq sisteminin təsiri altında formalaşan
dövlətlərin inzibati hüquq elmi ümumi və xüsusi hissəyə bölünür. Məsə
7