Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


§3. İnzibati hüququn yaranma tarixi



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə10/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   6   7   8   9   10   11   12   13   ...   113
§3. İnzibati hüququn yaranma tarixi 
Fransa  inqilabından  sonra  əhalinin  tələblərinə  cavab  verə  bilən, 
ölkədə  qanunçuluğun  inkişafını  təmin  edə  bilən  hüquq  sistemi  elmində 
yeni elm olan inzibati hüququn yaradılmasına ciddi ehtiyac yarandı. 
15 


inzibati  hüquq  konsepsiyası,  inzibati  hüquq  normalarının  mər- 
kəzləşdirilməsindən ibarət olmaqla, inzibati münasibətlərin həll edilməsi 
yollarını müəyyənləşdirir. 
İnzibati hüququn mərkəzləşdirilməsi iki əsas məqamı özündə əks 
etdirir; 
Birincisi, inzibati-ərazi və kommunal peşələr üzrə hökumətin bu 
təşkilatlar  üzərində  nəzarəti.  İkincisi,  coğrafi  cəhətdən  ölkənin 
mərkəzdən tutmuş bütün regionlar və departamentləri dövlətin nəzarəti 
altında olmalıdır. 
Mərkəzləşmənin çox qədim tarixi vardır, hələ inqilabdan əvvəl o, 
monarxiya  dövründə  mövcud  idi.  İnqilabçıların  mərkəzləşməyə  mənfi 
münasibətlərinə  baxmayaraq,  bu  meyillər  get-gedə  üstünlük  təşkil 
etməyə başladı. 
Fransada mərkəzləşdirmə dövlət idarəetməsinin əsasını təşkil edir 
ki, onun da əsasını Napaleon qoymuşdur. 
Bu  mərkəzləşdirmə  ona  görə  vacib  hesab  edilirdi  ki,  inzibati 
hüquq  konsepsiyası  daha  da  inkişaf  etsin  və  hakimiyyət  tərəfindən 
istənilən  nəticəyə  nail  olunsun.  Bu  baxımdan  da  Fransa  dövləti  digər 
dövlətlərin  hüquqi  ərazi  qurumlarından  fərqlənirdi.  Bu,  Fransa 
hakimiyyətinə ona görə vacib idi ki, dövlət öz daxilində geniş imkanlara 
malik olsun. 
Dövlət  fəaliyyətinin  əsası  müəssisələrin  və  xırda  inzibati  ərazi 
təsisatlarının gəlirlərinə nəzarət edilməsindən ibarətdir. Dövlətin hakim 
mövqeyi  isə  onun  suverenlik  prinsipindən  irəli  gələn  funksiyalarının 
yerinə  yetirilməsidir.  Belə  halda  ən  xırda  kollektiv  birlikləri  də  öz 
fəaliyyətlərini çox asanlıqla tənzimləyə bilirlər. 
Fransada  dövlətin  hakimiyyət  nəzəriyyəsi  yalnız  XX  əsrin 
əvvəllərində inkişaf etməyə başladı. 
Bu  nəzəriyyənin  mühüm  elementlərdən  biri  ondan  ibarət  idi  ki, 
dövlət idarəetmə orqanları vətəndaşlar arasında yaranan münasibətlərin 
həll edilməsində iştirak etməlidir. 
Bu  baxımdan  inzibati  ədliyyə  bu  münasibətlərin  həll  edilməsi 
üçün qanuna uyğun olaraq üsul və metodlardan istifadə edirdi. İnqilabdan 
sonrakı  ilk  illərdə  ümumi  hüquq  məhkəmələrinə  dövlət  idarəetmə 
sisteminə müdaxilə etmək qadağan edilmişdi. Məsələ onda idi ki, köhnə 
rejimin  son  dövrlərində  ali  məhkəmələr  də  kral  parlamentində  mürtəce 
xətti müdafiə edir, digər hallarda isə həyatda gedən islahatlara hər vasitə 
ilə müqavimət göstərirdi. 
Məhz buna görə də inqilabçılar istəmirdilər ki, yenidən belə hallar 
bir daha baş versin. Ona görə də, idarəetmə işlərinə məhkəmə 
16 


nəzarətinin  yol  verilməməzliyini  tələb  edirdilər  və  bununla  əlaqədar 
olaraq iki normativ akt qəbul olundu. 
Münaqişələr üzrə tribunal ümumi hüquq məhkəmələri ilə inzibati 
ədliyyə arasında səlahiyyətlər də bölüşdürüldü. Mübahisəli məsələləri həll 
edən  orqan  öz  qərarlarını  qəbul  edən  zaman  qüvvədə  olan  normativ 
aktlardan istifadə edirdi. 
Hələ o dövrlərdə məhkəmələr özbaşına icraatlarına işlər qəbul edir 
və bunların həlli zamanı vəzifələrindən sui-istifadə edirdilər. 
Buna görə də, 16 və 24 oktyabr, 1790-cı ildə məhkəmə orqanları 
barədə qanun verildi. Bu qanunda deyilirdi ki, hakimlər öz vəzifələrindən 
sui-istifadə  hallarına  yol  verməməlidirlər,  qanundan  qorxmalıdırlar, 
hakimlər tərəfindən hər hansı qanuna zidd hərəkətlər müəyyən olunarsa, 
onların  barəsində  ciddi  tədbirlər  görüləcəkdir,  lazım  gəldikdə  isə  hətta 
cinayət məsuliyyətinə cəlb ediləcəklər. Lakin bu qanun da özbaşınalığın 
qarşısını  almağa  kifayət  etmədi.  Ona  görə,  bir  neçə  ildən  sonra  həmin 
normativ aktı əvəz edən yeni qanun qəbul edildi ki, bu qanun indiyə qədər 
Fransada öz qüvvəsini saxlayır. 
Həmin  qanuna əsasən,  məhkəmələrə özbaşına işi  öz  icraatlarına 
götürmək  qadağan  edildi.  Bu  onunla  bağlı  idi  ki,  məhkəmələrin 
fəaliyyətlərinə  nəzarət  edən  orqan  yox  idi  və  bu  sahədə  boşluq 
yaranmışdı. Aparılan islahatlar yolu ilə yaranmış boşluq dolduruldu. 
Məhkəmələr  tərəfindən  belə  bir  vəziyyətin  yaradılması  hələ 
inqilab  dövründə  üstünlük  təşkil  edirdi.  Onların  apardıqları  siyasət  bu 
liberal  prinsiplərə  (insanların  şəxsiyyətinə  və  hüquqlarına  hörmətlə 
yanaşma  prinsiplərinə)  zidd  idi.  Bu  baxımdan  məhkəmələr  arasında 
yaranan  hüquqi  boşluq  Napaleon  tərəfindən  dolduruldu.  O,  idarəetmə 
orqanlarının  sisteminə  nəzarət  etmək  üçün  xüsusi  məhkəmə  sisteminin 
yaradılmasına göstəriş verdi. Bu, öz-özlüyündə bir yenilik deyildi, çünki 
hələ  köhnə  rejim  dövründə  də  inzibati  təhqiqat  üzrə müəyyən  prosedur 
qaydaları mövcud idi, lakin bu göstəriş, sadəcə, onların inkişafına təkan 
verdi. 
Konsulluq və imperiya dövründə eyni vaxtda hüququn iki qolunun 
ayrılıqda mövcud olmasına zəmin yaradıldı; 
■ 
tamamilə  təbiidir  ki,  biri  yazılmış  normalarla,  digərləri  isə 
məhkəmə  praktikasından  olan  müstəqil  hüquq  mənbəyinə  əsaslanan 
məhkəmə  təsisatlan.  Onların  fəaliyyətləri  sayəsində  biri  digərindən 
fərqlənən iki hüquq sahəsi meydana çıxdı; 
■ 
nəticədə  isə  inzibati  mübahisələrə  və  münaqişələrə  dair 
mərkəzləşdirmə prosesi güclənmişdir. 
Fransanın hüquq sistemi bir tərəfdən dövlət idarəetməsinin tə- 
17 


sisatlarmı,  digər  tərəfdən  isə  onun  bəzi  prinsiplərinin  inkişaf 
etdirilməsinə yönəldilmişdir. 
Fransada  hökumətin  təşkilatı  sisteminin  yaradılması  XIX  əsrin 
əvvəllərində meydana gəlmiş, hal-hazıra kimi qüvvədədir. 
Nazirliklərin  mərkəzi  aparatlan,  nazirliklərin  tərkibində  bürolar 
yaradıldı və onların fəaliyyətləri müəyyən edildi. 
Eyni zamanda, ərazi idarəetmə strukturları da yaranmağa başladı, 
ərazi  idarəetmə  strukturlarına  kommunalar  və  departamentlər  daxil 
edildi. 
Fransada  idarəetmə  sistemində  və  inzibati  hüququn  əsas  təsi- 
satçısı olan prefektlərin də strukturlannda dəyişikliklər baş verdi. Bunun 
nəticəsində  Fransa  hökuməti  və  digər  idarəetmə  orqanları  belə  bir 
nəticəyə  gəldilər  ki,  prefektlər  olmasaydı,  nailiyyətlər  də  əldə  etmək 
olmazdı.  Napaleon  bununla  bağlı  olaraq  qeyd  etmişdir  ki,  XIX  əsrin 
əvvəlində idarəetmə strukturlarında apanlan dəyişikliklərin, o cümlədən 
prefektlər haqqında edilən dəyişikliklərin dünyada analoqu yoxdur. Onun 
fikrincə,  XIX  əsrdə  aparılmış,  edilmiş  bu  islahatlar  nəticəsində 
prefektlərin  adları  dəyişilərək  respublika  komissarları  ilə  əvəz  edildi. 
Nəhayət,  piramidanı  Dövlət  Şurası  tamamladı,  onun  hüququ  əsası  isə 
XIX əsrdə qoyuldu. 
Liberal prinsiplər ilk növbədə dövlətin öz inzibati ərazi bölmələri 
ilə qarşılaşdı, dövlət isə idarəetmə sistemində üstünlük təşkil etdi. 
Müəyyən  Desentralizasiya  meyilli  ərazilər  üçün  1884-cü  ildə 
qanun qəbul edilərək ona bir sıra dəyişikliklər edildi. Dövlətin tələblərinə 
əsasən idarəetmə orqanları öz səlahiyyətlərini həyata keçirərkən qarşılıqlı 
münasibətlərin yaradılması prinsipinə əməl edirdilər. İdarəetmə orqanları 
isə bu işdə imkan daxilində xüsusi sahibkarlardan yararlanırdılar. Həmin 
qanun Fransada bu günə kimi öz qüvvəsini saxlayır. 
Siyasi  liberalizmin  əlamətləri,  yəni  hələ  o  dövrdə  mətbuata, 
yığıncaqların  keçirilməsinə  dövlət  tərəfindən  verilən  azadlıqlar  qanun- 
laşdırıldı.  İdarəetmə  sisteminin  özündə  də  liberalizmin,  məmurların  və 
qulluqçuların  hüquqları  təmin  edilirdi.  Fransada  vəzifəli  şəxslərin  iş 
fəaliyyətlərinə  və  həyat  tərzlərinə  gündəlik  olaraq  nəzarət  etmək  üçün 
onların  əleyhinə  dosyelər  açılması  barədə  1905-ci  ildə  qanun  qəbul 
edildi.  Həmin  qanuna  əsasən,  məmurlar  haqqında  dosyeyə  daxil  olan 
məlumatlar barədə onun özünə məlumat verilmir, onları vəzifədən azad 
edəndə  və  yaxud  vəzifələrini  dəyişdirəndə  dosye  materiallarından 
istifadə edilirdi. 
İnzibati hüquqda hələ o dövrdə bir sıra prinsiplər meydana 
18 


gəldi. Bu prinsiplərin həyata keçirilməsi üçün 1907-1910-cu illərdə qəbul 
edilmiş qərarlar böyük tarixi əhəmiyyətə malik oldu. Bu qərarlar Fransa 
cəmiyyətinin həyatında mühüm rol oynadı, çünki onlar, qanunlar kimi, 
hakimiyyətdə  olan  məmurlar  tərəfindən  vəzifələrindən  sui-istifadə 
hallarının qarşısını alırdı. O dövrdə əhali tərəfindən mərkəzi hakimiyyət 
orqanlarına  arası  kəsilməyən  şikayətlər  daxil  olurdu. Məsələn,  şahzadə 
Napaleonun işi üzrə Dövlət Şurasının 19.02.1875-ci il tarixli qərarında 
deyilirdi:  «Hakimiyyətin  səlahiyyətləri  çərçivəsində  olmayan  hökumət 
qərarlarının, icraedici və sərəncamverici aktların bir çoxu ixtisar edilsin». 
1907-ci  ildə  Fransa  Respublikası  prezidentinin  dekretinə  əsasən 
verilmiş dekretlərin həyata keçirilməsinə nəzarət Dövlət Şurasına həvalə 
edilmişdir. 
Məsələn,  1962-ci  ildə  Dövlət  Şurası  respublika  prezidentinin 
ordonansmı  qeyri-qanuni  sayaraq  ləğv  etdi.  Dövlət  hakimiyyətində 
çalışan  məmurların  qeyri-qanunsuz  hərəkətlərinə  görə  onların 
məsuliyyətləri müəyyən edildi. 
Beləliklə,  Fransanın  tarixi  inkişafı  inzibati  qanunvericiliyə  öz 
təsirini göstərmişdir. Baş vermiş dəyişikliklər iki əlamətlə özünü bü- ruzə 
vermişdir: 
İlk  növbədə  maliyyə  və  texnikanın  inkişaf  vəziyyəti, 
hakimiyyətin təmərküzləşməsi, azad rəqabətin yaranması cəmiyyətdə baş 
verən keçid prosesi ilə bağlı idi. 
Bundan  başqa  Fransada  və  bir  sıra  digər  ölkələrdə  sosializm 
tərəfdarları  get-gedə  genişlənir,  siyasi  və  sosial  həyatda  sosializm 
ideyalarının təbliğatı güclənilirdi. 
Məsələn, 1936, 1945, 1968 və 1981-ci illərdə Fransada yaşanan 
böhranlı hallar buna nümunə ola bilər. Bu hərəkatların bəzi çətinliklərinə 
baxmayaraq,  cəmiyyət  irəliyə  doğru  gedirdi.  Məhz  bunun  nəticəsində 
inzibati  hüquq  da  öz  inkişafında  dəyişikliklərə  uğrayırdı.  İlk  öncə 
islahatlar sayəsində dövlət idarəetməsinin rolu genişlənir və bu da təbiidir 
ki, inzibati qanunvericiliyə təsir göstərirdi. Dövlət bölmələrinin yerlərdə 
genişlənməsi  təkcə  iqtisadiyyatda  deyil,  sosial  sahədə  də  müşahidə 
edilirdi. 1982-ci ildə sənaye və ticarət xidmətlərinin sayı xeyli artdı. Eyni 
zamanda, sosial xidmət sahələri, digər fəaliyyət növləri, sosial sığorta və 
təminat  sistemləri  dövlətə  tabe  edildi.  Dövlət  aparatı  qulluqçuları, 
həmkarlar ittifaqları birləşdilər və onlara tətil etmək hüququ da verildi. 
Dövlət idarəetmə xidmətlərinin fəaliyyətləri, o cümlədən sənaye 
və kommersiya xidmətləri xüsusi hüquq normaları ilə tənzimləndi. 
19 


Xüsusi sahibkarlıqla məşğul olan təşkilatların sayının äürətlə artması ilə 
əlaqədar xüsusi hüquq ümumi hüquqla birləşdi. 
Bunun  nəticəsi  olaraq  isə  inzibati  işlər  üzrə  məhkəmələr 
təcrübədə bir sıra problemlərlə üz-üzə qaldılar. 
Dövlət  Şurası  isə  yeni  problemlərlə  üzləşdiyindən,  onların  həlli 
yolları  axtarılırdı.  Lakin  elə  problemlər  də  olmuşdur  ki,  onlar  müasir 
dövrə kimi öz həllini tapmamışdır. Bu problemlər həm iqtisadi, həm də 
sosial  sahələrə  aid  idi.  Yaranmış  problemləri  aradan  qaldırmaq  üçün 
dövlət  mütəmadi  olaraq  idarəetmə  orqanlarının  fəaliyyətinə  nəzarət 
edirdi. Bu məqsədlə bir sıra normativ aktlar qəbul edilmiş və hökumətin 
proqramına  əsasən,  bəzi  dövlət  strukturları  sahibkarların  sərəncamına 
verilmişdi.  Məsələn,  avtomobil  yollarının  tikintisi  və  istismarı  xüsusi 
sahibkarların  sərəncamında  idi.  Bu  tədbirlər  1981-ci  ilə  kimi  davam 
etmişdir.  Həmin  ilin  may  ayının  10-da  hökumət  nəqliyyatı,  sənaye 
müəssisələrini,  maliyyə  idarələrini  öz  sərəncamına  götürdü.  Bununla 
inzibati  hüququn  dairəsi  yüngülləşməyə  başladı.  İnzibati  hüquq  milli 
birliyi  qoruyub  saxlamaq  məqsədilə  cəmiyyətin  bütün  strukturlarında 
vahid  davranış  qaydalarına  əməl  edilməsinin  normativ  qanunlarla 
tənzimlənməsini  tələb  edirdi.  İnzibati  hüququn  əlamətləri  hüquqi 
normalarla  müəyyən  edilmişdir.  Doktrina  və  sənədlər  inzibati  hüququn 
alətləri hesab edilir. 
Doktrina dedikdə, hüquq elmində möhkəm təcrübəsi və idarəetmə 
nəzəriyyəsindən ibarət olan mürəkkəb birliklər kompleksi başa düşülür. 
İnzibati hüququn kursu onun ümumi nəzəri hissəsi ilə şərh edilir. 
Bu  kurslar  iki  kateqoriyaya  ayrılır:  Birinci  kateqoriyaya 
universitet  proqramlarına  uyğun  olan  və  öz  həcminə  görə  qısa  kurslar, 
dərsliklər və dərs vəsaitləri aiddir. 
İkinci  kateqoriyaya  isə  ixtisaslaşdırılmış  elmi  əsərlərdə, 
dissertasiyalarda,  jurnallarda  və  bir  sıra  tədqiqatlarda  və  dərc  edilən 
məqalələrdə öz əksini tapan müddəalar aid edilir. 1974-cü ildə professor 
M.Valinin  şərəfmə  «Hakim  və  ümumi  hüquqa  dair 40-dan  çox  məqalə 
dərc edilmişdir. 
Bir sözlə, Dövlət Şurasında qəbul edilmiş rəylər təkcə idarəetmə 
aktı deyil, həm də doktrinanın tərkib hissəsi hesab edilirdi. Ona görə də, 
inzibati hüquq normaları və prinsipləri təhlil edilir, əhali arasında izahat 
işi aparılırdı ki, bu da mühüm təsir qüvvəsinə malik idi. 
Azərbaycanda, o cümlədən Sovet İttifaqı dövründə inzibati hüquq 
1949-cu ildə meydana gəldi və həmin ildə hüquq sisteminin bir 
20 


fənni 
kimi 
məktəblərdə 
öyrənilməyə 
başlandı. 
Azərbaycan 
Respublikasının  və  habelə  SSRİ-nin  tərkibinə  daxil  olan  dövlətlərin 
özlərinin inzibati hüquqları yox idi, ona görə də, SSRİ alimləri tərəfindən 
tərtib edilmiş inzibati hüquq bütün respublikalarda tədris edilirdi. 
18  oktyabr,  1991-ci  il tarixindən  etibarən  «Azərbaycanın  dövlət 
müstəqilliyi  haqqında  Konstitusiya  Aktı»na  əsasən  Azərbaycan  hüquq 
sistemində böyük dəyişikliklər baş verdi. 
İnzibati  hüquq  Azərbaycan  Respublikasının  hüquq  sisteminin 
geniş  sahələrindən  biridir  və  onun  təyinatı  sosial  sahənin  çoxtərəfli 
cəhətlərini  özündə  cəmləşdir  dövlət  idarəetmə  sahəsində,  icra 
hakimiyyətinin  fəaliyyəti  sahəsində  müxtəlif  ictimai  münasibətləri 
nizama salmaqdan ibarətdir. 
İnzibati hüquq respublikamızın hüquq sistemində xüsusi yer tutur 
və hüququn digər sahələrindən təkcə özünün nizama salma predmetinə 
görə fərqlənmir, o, həm də özünün ən çox çevikliyi ilə, eləcə də geniş 
nizama salma sahələrinə malik olması ilə xarakterizə olunur. 
Bununla  əlaqədar  olaraq,  ictimai  münasibətlərin  hüquqi 
tənzimlənməsində inzibati hüququn rolu və əhəmiyyəti böyükdür. 
Azərbaycan Respublikasında aparılan hüquqi dövlət quruculuğu 
prosesində ölkədə yaranmış şəraitdə buna daha çox ehtiyac vardır. Ona 
görə ki, inzibati hüquq normaları vasitəsilə dövlət idarəetməsi sahəsində 
aşağıdakı məsələlər həll edilir: 
■ 
dövlət  idarəetmə  sahəsində  daha  məqsədəuyğun  ictimai 
münasibətlər nizama salınır və möhkəmlənir; 
■ 
hüquqla nizama salınan ictimai münasibətlər mühafizə edilir; 
■ 
müasir  şəraitə  cavab  verməyən  ictimai  münasibətlər  dövlət 
idarəetmə sahəsindən sıxışdınlıb çıxarılır; 
■ 
yeni  ictimai  münasibətlərin  yaranmasına  və  inkişaf  etməsinə 
köməklik edilir. 
İnzibati  hüquqi  nizamasalmanın  bu  istiqamətləri  müasir  dövrdə 
son dərəcə xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan 
Respublikası  özünün  müstəqilliyini  bərpa  etdikdən  sonra, 
respublikamızda  aparılan  hüquqi  islahatlar  nəticəsində  bazar 
münasibətlərinə  keçirilməsi,  idarəetmə  sisteminin,  iqtisadiyyatın,  digər 
mədəni  və  həyat  fəaliyyətinin  digər  sahələrinin  idarə  edilməsi 
metodlarının yenidən təşkil olunması üzrə qəbul edilmiş normativ-hüquqi 
aktlar  yeni  idarəçilik  münasibətlərinin  nizama  salınmasına  və  inkişaf 
etdirilməsinə yönəldilmiş inzibati hüququn çoxsaylı normalarını özündə 
birləşdirir. 
21 


Azərbaycan Respublikasının hüquq sistemində inzibati hüququn 
xüsusi  yeri  və  əhəmiyyəti  bir  daha  ondan  ibarətdir  ki,  inzibati  hüquq 
normaları  vasitəsilə  dövlət  idarəetmə  sahəsində  vətəndaşlann  hüququ 
statusu,  icra  hakimiyyətinin,  dövlət  orqanlannm  hüquqi  vəziyyəti  və 
vətəndaşlarla onların qarşılıqlı əlaqələri müəyyən edilir. İnzibati hüquq 
normaları  özünüidarəetmə  orqanlarının,  qeyri-hökumət  təşkilatlarının 
(inzibati  birliklər  və  fondlar)  hüquqi  statusunu,  eləcə  də  dövlət 
qulluqçularının və qeyri-hökumət təşkilatlarının qulluqçularının inzibati 
hüquqi statusunu müəyyən edir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin