§ 2. Ümumi hüquq rejiminə tabe olan ərazi kollektivlərinin
kateqoriyaları anlayışı, prinsipləri və maliyyə vəsaitləri
Fransa Konstitusiyasının 72-ci maddəsində ümumi hüquq
rejiminə tabe olan ərazi kollektivlərinin üç kateqoriyası mövcuddur:
kommunalar, departamentlər və ərazilər.
Digər yerli kollektivlər isə qanun əsasında yaradıla bilər.
Kommuna - köhnə kənd kommunalarının özünəməxsusluğunu
saxlayan, kənd yerlərində sosioloji, tarixi və psixoloji gerçəkliyi bərqərar
etmiş inzibati vahiddir. Kommuna mahiyyətcə vətəndaşlara ən yaxın
qurumdur və bu da onun daha sabit olmasına imkan verir. Qəribə
orasındadır ki, kommunalar ən qədim ərazi kollektivləri olmalarına
baxmayaraq, 1982-ci ildə aparılan islahatlar zamanı ən az onlara
toxunulmuşdur, çünki onlar seçkili orqanlardır, geniş səlahiyyətlərə
malikdirlər, desentralizasiyaya artıq dərəcədə uğramışdılar.
Kommunalar 5 aprel, 1984-cü il tarixli qanunla təsdiq edilmişdir,
hüquq normaları əsasında fəaliyyət göstərir, ümumi statusa tabe
edilmişdir.
Fransada iri və xırda kommunalar mövcuddur. İri kommuna-
larda əhalinin sayı 1 milyona çatır, lakin bununla yanaşı əhalinin sayı 100
nəfər olan xırda kommunalar da vardır. Belə kommunalar adətən kənd
yerlərində olur və onların hüquqi statusları da bir-birinə uyğun gəlmir.
Məsələn, 100 nəfərdən çox əhalisi olan şəhərlərdə polis dövlətə tabedir.
Seçkilərin təşkili sahəsində vəziyyət belədir: əhalisi 2500 nəfər və daha
çox olan kommunalarda səsvermə proporsional sistemlə aparır. Əhalisi
2500 nəfərdən az olan kommunalarm bələdiyyə şurasının üzvləri isə
majoritar sistem əsasında seçilirlər. Onların həm maliyyə, həm də ştat
cədvəlləri arasında da fərqlər mövcuddur. Bəzi iri şəhərlərin
kommunalarının xüsusi statusu vardır. 31 dekabr, 1982-ci il tarixli qanuna
müvafiq olaraq bu status Parisə, Marselə və Liona aiddir.
Fransada kommuna çoxdur. 1968-ci ildə onların sayı 37708 idi.
Bir çox kommunalarm bir-birinə birləşmələri nəticəsində 1974-cü ildə
bunların sayı 36442-yə enmişdir.
Kommunanı səciyyələndirən elementlərdən biri onun ərazisi adı
və merliyinin yerləşdiyi yerdir.
Fransa Konstitusiyasının 34-cü maddəsinə uyğun olaraq bu
məsələlər, kommunalarm bir-birinə qovuşması hallarından başqa, icra
hakimiyyəti səviyyəsində, yəni tənzimləmə yolu ilə həll edilir və hazırda
kommunalarm adlarının müəyyənləşdirilməsi, baş şəhərin ərazi
hüdudlarının seçilməsi proseduru həyata keçirilir.
55
Bütün bu məsələlər 22 yanvar, 1955-ci il tarixli dekretlə
tənzimlənir.
Baş kommunanm şəhərinin seçilməsi, yaxud ərazinin
dəyişdirilməsi proseduru aşağıdakı kimidir: - əvvəlcədən əhali arasında
sorğu aparılır və bir sıra məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur.
Konkret hallarda kommunanm verdiyi qərar Prefektin müvafiq qərarı və
Dövlət Şurasının dekretləri ilə rəsmiləşdirilir. Bu iş özü-özlüyündə
kommunanm müstəqilliyinə maneçilik törədir. Bu da onu sübut edir ki,
kommunalar öz ərazilərində belə müstəqil deyillər, onların fəaliyyəti
dövlət orqanlarının fəaliyyətindən asılı olur.
Hüquqi şəxs olmaqla yanaşı, kommuna ilə bağlı olan bir sıra digər
hüquqi şəxslər, o cümlədən təsisatlar, qarışıq cəmiyyətlər və ictimai
təşkilatlarla əhatə olunur.
Kommunanm ictimai təsisatları çoxsaylıdır. Bunlara kommuna
hüquqları daxilində yardım göstərilməsinə dair sosial yardım büroları,
xəstəxanalar, ictimai təsisat statusuna malik olan xəstəxanalar, bələdiyyə
idarələri, yerli kommunanm sənaye və ticarət xidmətləri aiddir.
Kommuna statusunun əsas prinsipləri olan kommunanm adından
və ərazisindən başqa statusu da mövcuddur. Bu statusla onun üstün
hüquqları, təşkilati prinsipləri və maliyyə vasitələri müəyyən edilir.
Yerli səlahiyyət çərçivəsində ya qanunlarla, ya kommunanm idarə
edilməsinə dair məcəllə ilə və ya digər aktlarla onların fəaliyyətləri
müəyyənləşdirilir. Bu aktlarda kommunanm üstün hüquqları özünü
göstərir, onun bu üstün hüquqları olduqca genişdir, o cümlədən su
təchizatı, suların təmizlənməsi işləri, örtülü və açıq bazarlar,
yarmarkalar, sallaqxanalar, bələdiyyə kitabxanaları və muzeylər, dəfn
büroları və qəbiristanlıqlar, müəyyən dərəcədə təhsil müəssisələri
kommunalarm sərəncamında olurlar. Bunları həyata keçirmək üçün
kommunalarda müxtəlif xidmətlər mövcuddur, bu xidmətlər könüllü
olaraq fəaliyyət göstərirlər.
Kommunalar bəzi şərtlərə əməl etməklə, yeni xidmət sahələri də
yarada bilərlər, lakin bu xidmətlər ictimai kollektiv xidmətləri olmalıdır,
onlar dövlət xidmətlərini əvəz etməməli və təkraretmə xarakterini
daşımamalıdır.
Məsələn: onlar qanunvericilik və yaxud məhkəmə hakimiyyəti
fəaliyyətinə müdaxilə edə bilməzlər. Kommuna xidmətlərinin idarə
edilməsinə dair Məcəllənin 121-26-cı maddələrinə əsasən, bələdiyyə
şuralarına siyasi təkliflər vermək və bir neçə kommuna ilə siyasi mo
56
tivlərə görə həmrəylik nümayiş etdirmək qadağan edilir.
Kommunanm təşəbbüsünə qarşı ikinci qrup məhdudiyyətlər
xüsusi təşəbbüslər üçün ayrılmış konununalann sənaye və kommersiya
fəaliyyəti problemi ilə əlaqədar olmasıdır.
2 mart, 1982-ci il tarixli qanunla kommunalara iqtisadi və sosial
sahədə fəaliyyətlərini həyata keçirərkən şərait yaradılması nəzərdə
tutulmuşdur.
Məsələn: kommunalar iqtisadi inkişafa təkan vermək məqsədilə
digər kommunalara dolayı yollarla köməklik və yaxud kənd yerlərində
əhalinin ehtiyaclarını ödəyə bilmək qabiliyyətində olmaq üçün çətinliyə
düçar olmuş müəssisələrə yardım göstərə bilərlər. Həqiqətən,
kommunalar, xüsusən böhran şəraitində əhalinin işə cəlb olunmasında,
ərazilərin abadlaşdırılmasmda fəaliyyət göstərir və köməklik edirlər.
Kommunaların təşkilində iki başlıca qurum təşkilati tədbirlərin
həyata keçirilməsində nəzərə çarpır: bir tərəfdən bələdiyyə şurası, digər
tərəfdən isə mer və onun müavinləri.
Fransa Konstitusiyasına uyğun olaraq bələdiyyə şuraları seçkili
orqandır. Əhalinin sayından asılı olmayaraq, bələdiyyə şurasının üzvləri
seçki yolu ilə seçilirlər.
Seçkilər, kommuna ərazisində daimi yaşayan əhali arasında
aparılan ümumi seçki hüququna əsasən əhalinin az və çoxluğundan asılı
olmayaraq müəyyən fərqlərlə aparılır və ikinci turda majoritar səsvermə
sistemi tətbiq edilir. 27 iyun, 1964-cü il tarixli qanununa uyğun olaraq,
əhalisi 30 mindən artıq olan şəhərlərdə təcridetmə hüququ ilə siyahı üzrə
səsvermə sistemi yaradılır. Bu sistem üzrə seçkilərdə səsvermənin birinci
və ikinci turlan arasındakı dövrdə dövlət si- yahılarındakı adlar və tərkib
dəyişdirilə bilməz və nə də ora əlavə, dəyişiklik edilməsinə yol verilmir.
Seçkilər aşkar siyasi xarakter daşıyır və ümummilli siyasi təşkilatların
iştirakı ilə keçirilir. Bu seçkilər qanunvericilik orqanları və Prezident
seçkiləri ilə eyni vaxtda aparıla bilməz, onların seçkiləri başqa günlərdə
həyata keçirilir. Bütün bələdiyyə şuraları da eyni qaydada formalaşdırılır,
lakin onların buraxılması bir neçə üsulla həyata keçirilir. Onların
fəaliyyətinə 6 il səlahiyyət müddəti başa çatdıqda, bəzi hallarda isə
səlahiyyət müddəti başa çatmadıqda xitam verilə bilər. Belə hallar çox
təsadüfi hallarda baş verir.
Seçki nəticələrinin ləğv edilməsi bələdiyyə şurasının vaxtından
qabaq buraxılmasına əsas verir. Bələdiyyə şurasına seçkilər inzibati
hakimin nəzarəti altında keçirilir. Maraqlı burasındadır ki, hər bir 6
57
ildə keçirilən seçkilər zamanı seçkilərin gedişində sui-istifadə halları ilə
əlaqədar, şikayət verənlərin sayı eyni olur.
Şikayətlərin əsasında seçkilərin nəticələrinə yenidən baxılması
məsələsi qoyulur. Bəzi verilən şikayət hallarında bələdiyyə üzvlərinin
istefa verməsi ilə əlaqədar olaraq, bu məsələlərə bələdiyyə şurasında
baxılır.
Bələdiyyə
şuraları
bəzi
hallarda
Nazirlər
Şurasının
əsaslandırılmış dekretinə uyğun olaraq buraxıla bilər. Bələdiyyələrin
buraxılması barədə verilmiş şikayətlərə məhkəmə nəzarəti ilə baxıla
bilər. Dövlət Şurası tərəfindən bələdiyyə şurası yalnız o halda buraxıla
bilər ki, həqiqətən, o, öz fəaliyyətini yerinə yetirməyə qadir deyil. Bütün
bunlarla yanaşı, bələdiyyə şurasının buraxılması haqqında qərarlar siyasi
motivlərlə bağlı olduqda, onda dövlət siyasi qərarları ləğv etmək
hüququna malikdir.
Bələdiyyə şurasının işinə müasir dövrdə sayı artmış komissiyalar
kömək edirlər.
Bələdiyyə şurasının tərkibinə daxil olmayan bu komissiyalar yerli
idarəetmədə əhalinin bu sahəyə yönəldilməsinə köməklik göstərir.
Fransada bu cür komissiyalar hüquqi funksiyaları yerinə yetirmirlər,
bunlar faktiki olaraq könüllü surətdə yaradılmışdır.
Bələdiyyə şurası və mer arasında səlahiyyətlər bölüşdürülür, bu
bölüşdürmə milli səviyyədə parlament və hökumət arasında səlahiyyət
bölgüsü prinsipi üzrə həyata keçirilir. Kollegial orqan olan bələdiyyə
şurası ən mühüm problemləri müzakirə edir, qərarlar qəbul edir və merin
fəaliyyətinə nəzarəti həyata keçirir. Mer bələdiyyə şurasının çıxardıqları
qərarların icrasını təmin edir. İri miqyaslı məsələlərin əksəriyyətini
bələdiyyə şuraları icra edirlər, o, kommunanm illik büdcələrini təsdiq
edir, borcların qaytarılması barədə qərarlar qəbul edir, qulluqçuların
ştatını müəyyən edir. Bundan da başqa o, bir sıra məsələlərə dair öz rəyini
verir. Bələdiyyə sıralarının çıxardıqları qərarların icrası məcburidir. 2
mart, 1982-ci il tarixli qanuna əsasən, bələdiyyə şurasının çıxartdıqları
qərarlardan yalnız inzibati tribunal dövlət nəzarəti orqanı kimi protest
verə bilər. Mer və onun müavinləri icra orqanıdır. Mer bələdiyyə şurası
tərəfindən, şura üzvləri arasından seçilir. Bələdiyyə şurasının qərarlarının
icrası zamanı, mer həmçinin özünə məxsus səlahiyyətlərə, o cümlədən
asayişin qorunmasına dair məsələlərdə mühüm səlahiyyətlərə malikdir.
Mer, eyni zamanda, dövlət məmurudur, bu baxımdan onun səlahiyyətləri
qoşalaşır. Gah bu, gah da digər qismdə çıxış edən mer ya dövləti, ya da
yerli hakimiyyəti təmsil edir. Məhkəmədə polis zabiti qismində çıxış
edərkən mer həm
58
də ədliyyə orqanları tərəfindən həyata keçirilən tədbirlərə cəlb edilə bilər.
Kommunanm ştat vahidi merdən və onun müavinlərindən
ibarətdir.
Lakin bələdiyyə şuralarının olmasına baxmayaraq, onlar hətta
xırda kommunalarda belə idarəetmə üzrə vəzifələri yerinə yetirə
bilmirdilər, çünki onun göstərişləri bəzi hallarda yerinə yetirilmirdi.
Bununla əlaqədar əlavə ştatlar ayrılır və onların say tərkibləri hədsiz
müxtəlif olurdu.
Məsələn: əhalinin sayı 150-dən çox olan kiçik kənd kommuna-
larında yarımçıq iş günü ilə işləyən bələdiyyə katibi bu vəzifənin icra
edilməsi üçün müəllim tuturdu, başqa kiçik kommunalarda da bir sıra
ştatlar mövcud idi ki, onların fəaliyyəti diqqəti cəlb etmirdi. Bunlara kilsə
zəngçalanı, qüllə saatlarının təmiri üzrə usta və teleqram daşıyan
xidmətçi vəzifələri daxil idi. Onların əmək haqları akkord qaydada
ödənilirdi.
İri şəhərlərdə isə vəziyyət başqa cür idi. Ştat cədvəli üzrə baş
bələdiyyə idarəsində baş katib ştatı olmaqla yanaşı, çoxsaylı ixtisaslı və
texniki xidmət işçiləri mövcud idi.
İri kommunalarm iş günü və xidmətləri, onların hüquq və
vəzifələri
dövlət
qulluqçularının
hüquqi
statusuna
uyğun
müəyyənləşdirilmişdi. Problemlərdən biri kommunanm muxtariyyətinin
reallaşdırılması ilə bağlı idi. Bu ondan irəli gəlirdi ki, merlər çox zaman
ştat cədvəllərinə görə işçilərin qəbulunun apanimasının onların
sərəncamına verilməsini tələb edirdilər. Buna görə də mer və bələdiyyə
şurası arasında daimi münaqişələr baş verirdi. Digər problem isə ondan
ibarət idi ki, 6 illik müddət başa çatdıqdan sonra onlar tutduqları vəzifəni
tərk edir və onları səriştəsi olmayan şəxslər əvəz edirdilər.
Buna görə də, kommunalar tərəfindən bağlanan müqavilələr
kommuna qulluqçularının milli statusunun, yerli muxtariyyətdə
qulluqçular tərəfindən intizama nəzarət edilməsi sahəsində onların
fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxartdı. 13 iyul, 1972-ci il
tarixli qanuna əsasən, bu sahədə bir kommunanm digərinə keçməsi
məsələsi kommunarası icraetmə səbəbindən bu xidmətdə xeyli
dəyişikliklər yaratdı. Digər tərəfdən isə, qanunla müəyyən edilmiş
qaydada dövlətin kommunalannm xidmətlərini idarə edən «kommuna
işçiləri hazırlayan mərkəz» yaradıldı.
Bu yeni qanuna əsasən, dövlət qulluqçularının statusu üç hissədən
ibarətdir; ümumi müddəalar, dövlət qulluqçularına aid edilən müddəalar
və ərazi xidmətlərinə aid edilən müddəalar.
59
Beləliklə, dövlət qulluqçularının əsas kateqoriyalarına daxil
edilmiş kommunalann şəxsi heyəti dövlət xidmətini yerinə
yetirdiklərindən dövlət qulluqçularına aid edilən ümumi prinsiplər onlara
şamil edildi.
- Kommunalann nəinki təkcə öz ştatları, eləcə də özünəməxsus
əmlakı vardır. Kommunalann tərkibində ümumi (ictimai) mülkiyyətdə
olan yol, rabitə sistemi xidmətləri də mövcuddur. Kommunalann xüsusi
mülkiyyət formalarına çox iri müəssisələr və ya sərvətlər də daxil edilir.
Xidmət etdiyi sahədə əhalinin az olmasına baxmayaraq, kənd
kommunaları varlı olurlar. Buna baxmayaraq, çox kasıb kommuna- lara
da rast gəlmək olur.
- Nəhayət, kommunalann öz mülkiyyətlərindən gələn gəlirlərdən
başqa, vergilər hesabına daxil olan maliyyə vəsaitləri də olur. Buna
baxmayaraq, vergiqoyma sistemi yerli şəraitə pis uyğunlaşdırıldığından
ciddi problemlər yaranırdı. Elə buna görə də, bəziləri elə qərara gəlirdilər
ki, Fransada kommunalar çoxdur və onları birləşdirmək lazımdır.
Bu həm də ona görə vacib hesab edilirdi ki, maliyyə vəsaitlərinin
yığılması problemi asanlıqla həll edilsin. Bəziləri belə güman edirdilər ki,
dilənçiləri birləşdirməklə dilənçiliyə son qoymaq olmaz. Hər halda indi
müşahidə edilən - kommunalann təmərküzləşdirilməsi meylinin
səbəblərindən biri də vəsait çatışmazlığından ibarətdir.
- Kommunalann təmərküzləşdirilməsi problemi son iyirmi ildə iki
qrup tələbat arasında meydana çıxmışdır. Birinci tələbat kommu- naların
ilkin şəraitdə yuxarıda göstərilən sosiologiya və tarixi reallıqla əlaqədar
təşəkkül tapmış sərhədləri daxilində indiki vəziyyətdə saxlanılmasının
məqsədəuyğun olmasından ibarətdir.
- Buna
görə də Fransada kommunalann strukturunda
yenidənqurma tədbirləri həyata keçirilməyə başlandı:
■
üçüncü respublika dövründə meydana çıxmış struktur
birləşməsinin klassik növü - kommunalar sindikatı mövcuddur ki,
bunların da təşkili 11 mart, 1890-cı il tarixli qanunla nəzərdə tutulmuşdur.
Kommunalar sindikatı ixtisaslaşma prinsipinə əsaslanan ümumi hüquqi
təsisatlardır. Məsələn, kənd rayonlarının elektrikləşdirilməsi, içməli
suyun çəkilməsi, yaxud uşaqların kantonun baş şəhərindəki kollecə və ya
qonşu şəhərdəki liseyə göndərməklə məktəbdə təhsil alması məqsədidə
bir neçə kommuna öz arasında razılığa gələrək birləşdilər;
■
çoxməqsədli təyinatlı kommunalararası sindikat bundan əvvəlki
növ üzrə təsis edilmiş təşkilatlardır. Söhbət marağı olan kommuna-
60
lar tərəfindən yaradılmış könüllü təşkilatdan gedir. Müəyyən vəzifələri
yerinə yetirmək üçün ixtisaslaşan kommuna işçiləri bütün məsələlərin
həllini həyata keçirirlər.
Minlərlə belə təşkilatlar yaranmış, onlar ordonanslar tərəfindən
təsis edilmişdir.
■
Sindikat kimi şəhər nahiyəsi də bir neçə kommunanı birləşdirir.
Sindikat kimi şəhər nahiyəsi də ona daxil olan bütün kommunaların
mənafelərini təmsil edən şura tərəfindən idarə olunan dövlət təsisatı
hüquqları ilə çıxış edir. Lakin şura öz üzərinə daha çox vəzifələr götürə
bilər, belə olduqda isə kommunalar səlahiyyətlərini itirə bilər. Hazırda 20
minədək şəhər nahiyəsi fəaliyyət göstərir ki, bunlar da bir neçə yüz
kommunanı birləşdirir və müxtəlif səlahiyyətlərə malikdirlər;
■
struktur birləşmələri arasında respublikanın əvvəlində meydana
gəlmiş şəhər cəmiyyəti təşkilatları yeni təşkilat olmaqla, şəhər
nahiyəsində mühüm əhəmiyyətlidir. Ayrı-ayrı kommunaların, demək olar
ki, bütün səlahiyyətləri onlara verilmişdir. 31 dekabr, 1966-cı il tarixli
qanuna əsasən, rəsmi olaraq dörd şəhər cəmiyyəti - Bordo, Bili, Lion və
Strasburq cəmiyyətləri yaradılmışdır. O, dövrdən başlayaraq yeni- yeni
şəhər cəmiyyətləri əmələ gəlmiş, indi onların sayı 12-yə çatmışdır.
Həmin şəhər cəmiyyətləri Paris regionunda yaradıldı. Paris
şəhərində və onun regionunda abadlıq və şəhərsalma məsələləri üzrə bu
cəmiyyət geniş səlahiyyətlərə malik idi.
Sonralar onun əvəzinə ümumi hüquq rejiminə tabe olan,
genişlənmiş struktur birləşməsi nəticəsində il-de-Frans region cəmiyyəti
yaradıldı. Bütün bu struktur bölmələri yerli idarəetmə orqanları kimi
deyil, dövlət təsisatları rolunda çıxış edirdilər, çünki bu struktur vahidinin
şurası ümumi səsvermə əsasında seçilmək imkanına malikdir. Beləliklə,
yeni strukturlar bir-birinin üstünə qalanır və onlara daxil olan
kommunaları
sıxışdırırdılar.
Deməli,
kommuna
orqanlannın
səlahiyyətləri də qeyri-müstəqil səsvermə ilə seçilən cəmiyyət şurasının,
maliyyə şurasının və yaxud sindikat komitəsinin səlahiyyətləri içərisində
əriməyə başlayırdı.
Kommunaların birləşməsi, həm də yeni şəhər cəmiyyətinin
yaradılması, onların təchizatı və idarə olunması üçün keçid forması kimi
istifadə edilmişdir. 13 iyul, 1983-cü il tarixli qanuna əsasən, şəhər
aqlomerasiyaları «cəmiyyətlər»inin və sindikatlarının, ərazi idarəetmə
vasitələrinin yeni kateqoriyaları yaradıldı.
Struktur dəyişikliyi yenidənqurma ilə yanaşı, kommunaların
birləşməsini, bir-birinə qovuşma nəticəsində maliyyə baxımından
stimullaşdırdı. Kommunaların qovuşması və birləşməsi qaydaları haq
61
qında 10 iyul, 1971-ci il tarixli qanun verildi. Bu qanuna əsasən kom-
munalar səviyyəsində idarəetmə rejimdndə çox mühüm dəyişikliklər
edildi.
Qanun kommunaların iki variantda birləşməsinə imkan verdi; öz
hüquqi şəxs əlamətlərini itirməklə, bir-birinə qovuşmaqla və daha
tutumlu təşkilati birlik yaratmaq məqsədilə özünüburaxma. Sonuncu
halda kommunalar öz hüquqi statusunu saxlayır, lakin ya şəhər cəmiyyəti,
ya da nahiyə, ya kommunalar sindikatı şəklində birləşirlər. Üstünlük hər
halda bir-birinə qovuşmağa verilir, çünki belə halda kommuna hüquqi və
maliyyə xarakterli səlahiyyətləri özündə saxlayır. O, yerli idarəetmə
normalarına, yeni kateqoriyalı kommunaya daxil edilir.
Stimullaşdırmanm ikinci növündə əsas diqqət maliyyə cəhətlərinə
yönəldilir. Çünki digər kommunalara qovuşmaq arzusunda olduqlarını
bildirən kommunalar üçün 5 il ərzində abadlığa ayrılan təx- sisatların
50% artırılması nəzərdə tutulur.
Bundan başqa, qanun yeni prosedur da nəzərdə tutur. Departa-
ment səviyyəsində seçilən şəxslərdən ibarət komissiya tərəfindən birgə
səyləri və hər bir kommunanın payını nəzərdə tutan plan hazırlanır.
Tövsiyə mahiyyətli olan plan əsasında komissiya prefektin marağını
təmin etmək üçün kollektivlərdə məsləhətləşmələr keçirir və bunların
nəticələrindən asılı olaraq qovuşma və yaxud birləşmə üzrə layihələrin
hazırlanması barədə müvafiq göstərişlər verir.
Ümumi hüquq rejiminə tabe olan ərazi kollektivlərindən biri də
departamentlərdir. Departamentlərdə dövlət xidmətlərinin fəaliyyəti
cəmləşdirilmişdir. Onların strukturu və təşkilati əlaqələri yerli idarəetmə
vasitələrinin fəaliyyətinə çox mühüm təsir göstərir.
Əvvəllər departamentlər iki əsas səbəbə görə çox zəif struktura
malik idilər: birincisi, onun səlahiyyətləri və funksiyaları müvafiq
kommunaların səlahiyyətləri və vəzifələrinə nisbətən çox məhdud, az
əhəmiyyətli idi. İkincisi, kommunadan fərqli olaraq həmin səviyyədə
seçkili icra hakimiyyəti mövcud deyildi. Departamentdə hakimiyyət
dövlət məmuruna - prefektə məxsus idi.
1982-1983-cü ildə Fransada aparılan islahatlar nəticəsində xeyli
dəyişikliklər baş verdi. Hər şeydən əvvəl dövlət səlahiyyətinin ən mühüm
hissələri departamentlərə verildi. İkinci tərəfdən isə onun icra orqanı
seçkili şəxs olmaqla baş şuranın sədri vəzifəsini icra edirdi.
Departamentin statusuna gəldikdə, kommuna kimi departa- ment
də hüquqi şəxsdir, onun dövlət tərəfindən müəyyən edilmiş xidmətləri və
təsisatları vardır. O, həmçinin müxtəlif birliklərin fəaliyyətində iştirak
etmək hüququna malikdir.
62
Departamentin hüquqi statusunun elementləri, baş sahələrinin
seçilməsi və ərazi hüdudlarının müəyyənləşdirilməsinə dair nə varsa
hamısı, əvvəlki kimi yenə də 2 noyabr, 1945-ci il tarixli ordonansla
tənzimlənir. Həmin elementlərin mahiyyəti departamentin baş şurasının
və yaxud digər əlaqəli orqanların rəyləri əsasında Dövlət Şurası ilə
razılaşdırmaqla qəbul edilmiş dekretlə müəyyənləşdirilir, lazım gəldikdə
isə dəyişdirilə bilər.
Departamentlərin elə adları var idi ki, həmin ad onlar üçün
təhqiredici sayılırdı: məsələn. Aşağı Sena, Aşağı Luara, Aşağı Saranta,
Aşağı Pipeniya və Aşağı Alp.
Dekret əsasında onlar həmin adların dəyişdirilməsinə nail oldular.
İndi onlar dənizkənan Sena, Atlantik Lyara, dənizkənarı Saranta, Atlantik
Pireneya və nəhayət, yuxarı Provans Aln adlanırlar.
Baş şəhərin adlarının dəyişdirilməsi isə çox nadir hallarda baş
verir. 1964-cü ildə Paris regionunun iki departamenti xüsusi qanunla
yeddi departamentə bölünmüşdür. Korsika departamenti də 1976-cı ildə
iki müstəqil departamentə ayrılmışdır. Bu müstəsna hallar nəzərə
alınmaqla, inqilab dövründə təsis edilmiş departamentlər xəritəsi
dəyişməz qalmaqdadır.
Departament təsisatları, idarəetmə sahəsində departamentlə bağlı
olan hüquqi şəxslər departamentin ictimai təşkilatları adlanır.
Həmin təsisatların rolu kommunalar səviyyəsindəki kimi mühüm
olmasa da, onların bəziləri mənzil kirayə miqdarı orta səviyyəli olan
mənzil fondunu idarə edən departament xidmətləri kimi mühüm vəzifələri
yerinə yetirirlər. Kirayə miqdarı orta səviyyəli olan mənzillər haqqında
qanunvericilik çərçivəsində ictimai istifadə üçün mənzillər tikintisi də
onlara həvalə edilmişdir.
Departamentlər, kommunalar kimi də birlikdə fəaliyyət göstərə
bilirlər. Departamentin elə iştirakçıları var ki, onlar iki formada olurlar:
departamentlər səviyyəsində yaradılan departamentlərarası orqanlar və
departamentlər tərəfindən yaradılan müştərək qarşılıqlı orqanlar olan
digər növ təşkilatlar və kollektiv birliklər.
a) Departamentlərarası orqanlann təşkili haqqında müddəalar 9
yanvar, 1930-cu il tarixli qanunla müəyyən edilmişdir. Departa-
mentlərarası icra orqanları müəyyən problemləri həll etmək üçün
departamentlərin konfransını təşkil edirlər. Bu yeni kollektiv deyildir, bu
müştərək problemləri müzakirə etmək üçün keçirilən epizodik
konfranslardır.
Digər tərəfdən isə daha inkişaf etmiş yeni hüquqi şəxs yaradan, bir
neçə departamentin birgə səlahiyyətlərini özündə birləşdirən de-
63
|