IV
FƏSIL
DİGƏR HÜQUQİ ŞƏXSLƏR
§ 1. ümumi hüquqa tabe olan digar hüquqi şəxslərin anlayışı,
təşkili və fəaliyyəti prinsipləri və hüquqi statusu
Dövlətdən başqa ümumi hüquq rejiminə tabe olan hüquqi şəxslər
iki kateqoriyaya bölünürlər. Ərazi kollektivləri əsasən yerli miqyasda
fəaliyyət göstərən hüquqi şəxslərdir, lakin onların fəaliyyətinin xarakteri
bəzən siyasi xarakter daşıyır.
Yerli idarəetmə sahəsində hüquqi şəxslərin və texniki təyinatlı
hüquqi şəxslərin səlahiyyətləri biri digərindən fərqlənir.
Yerli səlahiyyətli hüquqi şəxs sabitləşmiş ənənələrə əsaslanır.
Dövlət təsisatları olan xəstəxanalar mahiyyətcə hüquqi şəxslərdir. Lakin
bunlar texniki profildir. Bəzi hallarda onlar da yerli səviyyəli
səlahiyyətlərə malik olurlar, çünki onlar milli dövlət təsisatlarıdır. Depar-
tamentlərin və kommunalarm təsisatları mövcuddur.
Məsələn, universitet texniki vəzifələri yerinə yetirir, həm də öz
ərazi bazasına malikdir.
Son zamanlar dövlət təsisatı formasından ərazi kollektivlərinin
idarəetmə problemlərinin həllində, o cümlədən struktur dəyişiklikləri
zamanı onlardan istifadə edilir. Kommuna səviyyəsində fəaliyyət
göstərən kommunalarm və nahiyələrin həmkarlar ittifaqları dövlət
təsisatları kimi fəaliyyət göstərirlər.
Dörd və yaxud beş kommunalar dövlət təsisatlı hüquqi şəxslərlə
birləşərək birgə fəaliyyət növlərini həyata keçirirlər. Yerli kollektivlərin
yaradılması mexanizmi də dövlət, hüquqi təşkilat formasından biridir.
10 iyun, 1970-ci il tarixli 7.610 saylı qanuna uyğun olaraq yeni
yaradılan dövlət-hüquqi birliyinə şəhərin tikintisi ilə məşğul olmaq
vəzifəsi həvalə edilir, tikinti başa çatandan sonra o, idarəetmə
səlahiyyətlərini kommunaya, yəni ərazi kollektivinə verir. Müəyyən
dövrlərdə dövlət təsisatı forması regional səviyyədə də istifadə edilirdi.
1972- ci il tarixdə qəbul edilmiş qanunda regional əhəmiyyətli dövlət
təsisatları yaradılması qeyd edilirdi, lakin bu qanuna əməl edilmədi.
Fransa
Konstitusiyasının
34-cü
maddəsinə
əsasən,
konstitusiyanın bu maddəsində işlədilən «yerli kollektivlər»
Konstitusiyanın 72-ci maddəsinə əsasən «ərazi kollektivləri»nə
çevrilmişdir. Hazırda bu ad
48
lar daha çox işlədilir, milli səviyyəli-dövlət və yerli səviyyəli departa-
ment, kommunalar və s. Bu kollektivlər idarəetmənin ümumi prinsiplərinə
tabedirlər. Bunların arasında ümumi hüquq normalarının təsir dairəsinə
düşən kollektivlərin - kommunalarm, departamentlərin, regionların xüsusi
statusu biri digərindən fərqlənir.
Ümumi təşkilat prinsipləri eyni zamanda ərazi kollektivlərinin
tərifinə və onların hüquqi vəziyyətinə də aid edilir.
Kollektiv tərifi inqilab dövründən etibarən ənənəvi olaraq qalmış,
bütün rejimlərin, istər monarxiya, imperiya və yaxud respublika
rejimlərində və istərsə də liberal rejimlərdə mövcud olaraq qalmaqdadır.
O özündə hüquqi şəxs statusunu, ərazi aidiyyətini və ümumi
məqsədli təyinatları birləşdirir. Kollektiv təsisatların hüquqi şəxs
statusunu konstitusiya müəyyən etmişdir, «ərazi kollektivi» termini
hüquqi şəxs kimi nəzərdə tutulur.
Hüquqi şəxslərin öz ştatı vardır, onun əməkdaşları qulluqçular
sayılır, onlar müqavilələr bağlayır, məhkəmədə çıxış edirlər.
Ərazi kollektivləri adından məlumdur ki, ərazinin yalnız bir
hissəsində fəaliyyət göstərir, müəyyən səlahiyyətlərə malikdirlər.
Əhalinin sayma, iqtisadi əhəmiyyətinə və siyasi roluna görə onlar
müxtəlif olurlar. Səlahiyyətləri ölkənin bütün ərazilərinə şamil edilən
hüquqi şəxslər, dövlətdən fərqli olaraq, müəyyən edilmiş ərazi hədlərində
mövcud olurlar.
Ümumi məqsədli təyinat olan ərazi kollektivlərinin vəziyyətləri
dövlətdən deyil, onun təsisatlarının göstərdikləri münasibətlərdən asılıdır.
Ərazi daxilində ümumi məqsədli təyinatın meyarlarını qanun özündə əks
etdirir. Məsələn, kommuna səviyyəsində bələdiyyə şurası müvafiq
qərarlar çıxarmaqla kommunanm işlərini idarə edir. Departament isə öz
səviyyəsində, onun üçün maraq kəsb edən. Baş Şurada icra olunmayıb
qalan bütün həmin məsələlərin icrasını təmin etmək məqsədilə qərarlar
qəbul edir. Deməli, yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar
ki, söhbət kommunanm işlərinin təşkilindən gedir, digər hallar isə
departament üçün maraq kəsb edən məsələlərdən kənarda qalmır. Bu hər
iki halda departamentə yerlərdə öz mənafelərinə uyğun olaraq
fəaliyyətlərinin həyata keçirilməsinə təminat verir.
2 mart, 1982-ci il tarixli qanunun 23-cü və 59-cu maddələrində
deyilir ki. Baş Şura departamentin işlərinə köməklik göstərmək məqsədilə
qərarlar qəbul edir, regionlarda qarşıya qoyulan məsələlərin həll edilməsi
üçün onların səlahiyyətlərinin həcmini müə}^ən edir.
49
Bu səlahiyyətlərin kommunalar, departamentlər və regionlar
tərəfindən həyata keçirilməsi qanunlarla möhkəmlənir və ya bu barədə
xüsusatlar qəbul edilir.
Yerli kollektivlərin ərazi səlahiyyətləri çox tutumlu və
müxtəlifdir. O, iqtisadi problemlərin həlli yollarını müəyyənləşdirir,
onların həll edilməsi üçün yollar axtarır. Məsələn, yol xəttini, sənaye
zonaları üzərində nəzarəti, ictimai nəqliyyat vasitələrinin vəziyyətini,
planlaş- dırmanı həyata keçirir. O, sosial sahəni, kirayəsi ödənilməli olan
mənzillərin vəziyyətini, kirayə pulunun ödənilməsi vəziyyətini, yaşayış
evlərinin tikilməsi və əhali arasında bölüşdürülməsi, uşaq bağçaların
vəziyyətini, onun təmirini, yaşlı adamlar üçün evlərin tikilməsini,
xəstəxanalar üzərində nəzarət etməklə yanaşı, ona yardım göstərilməsini
təmin edir. O, həmçinin mədəni-maarif sahələrini, o cümlədən
mədəniyyət evlərini, muzeyləri, kitabxanaları, teatrları, idman sahələrinin
tikilməsi və abadlaşdırılmasmı öz səlahiyyətləri çərçivəsində yerinə
yetirir.
Bununla yanaşı, yerli kollektivlər öz səlahiyyətləri çərçivəsində
inzibati və siyasi sahəyə də, o cümlədən komniuna səviyyəsində, ya da
departament miqyasında polisin fəaliyyətinə də rəhbərlik edir.
Bununla belə, Fransada yerli hakimiyyətlərin obyektiv
səlahiyyətləri başqa ölkələrlə müqayisədə məhdudlaşdırılmışdır. Həmin
səlahiyyətlər ona qonşu olan ölkələrdə, o cümlədən Böyük Britaniyada və
ya Almaniyada əksinə olaraq, yerli orqanların hüquqları və səlahiyyətləri
ilə müqayisədə üstünlük təşkil edir.
Fransa Konstitusiyasına uyğun olaraq onun bütün ərazi
kollektivləri üçün prinsiplər müəyyən edilmiş və hüquqi statuslar
müəyyənləşdirilmişdir. Bu prinsiplər aşağıdakı kimidir:
■
ərazi kollektivlərinin hüquqi statusunun qanunvericiliklə təmi
natı;
■
rəhbər orqanların seçkili olması;
■
muxtariyyət;
■
nəzarət sistemi.
Hüquqi statusun qanunvericilik təminatı o deməkdir ki, ərazi
kollektivinin statusu icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən
qərarlarla deyil, qanunla müəyyənləşdirilir. Bu qayda uzun müddətdir ki,
Fransada qəbul edilmişdir və bu günə kimi qeyd etdiyimiz prinsip yeni
kollektivlər üçün əsas prinsiplərdən biri sayılır. XIX əsrin bütün böyük
aktları bəzi istisnalar da öz əvvəlki səviyyəsində qalır, bir qayda olaraq
1958-ci il Konstitusiyasında öz əksini tapmışdır.
Konstitusiyanın 34-cü maddəsində deyilir ki, yerli inzibati va
50
hidlərin sərbəst idarə edilməsinin əsas prinsiplərini, onların
səlahiyyətlərini və gəlirlərini qanun müəyyənləşdirir. Həmin
Konstitusiyanın 72- ci maddəsinə əsasən, ərazi kollektivlərinin
fəaliyyətləri qanunvericiliklə tənzimlənir. Bu o deməkdir ki, ərazi
kollektivlərinin kateqoriyalarını ancaq qanun çərçivəsində yaratmaq
mümkündür və bu kollektivlər qanunla müəyyənləşdirilmiş şərtlərlə
seçkili şuralar tərəfindən sərbəst olaraq idarə edilirlər.
Beləliklə, qanunvericiliklə tənzimlənən ərazi kollektivlərinin
hüquqi statusları get-gedə genişlənir, digər tərəfdən isə onların hüquqi
rejimi əsas prinsiplərə əsasən əvvəlki kimi yenə də mübahisəli kimi qalır.
Yerli kollektivlər üzərində inzibati nəzarətə gəldikdə, konstitusiya
şurası və Dövlət Şurası birlikdə belə qərara gəldilər ki, kommu- naların və
departamentlərin fəaliyyətləri üzərində dövlət nəzarətinin yolları, üsullan
və növləri əsas prinsiplərə uyğun olaraq qanunla müəyyən edilməlidir.
Lakin Konstitusiyada nəzərdə tutulur ki, yerli inzibati vahidlərin sərbəst
idarə edilməsi qanunla müəyyənləşdirilmişdir. Deməli, gələcəkdə bu
barədə verilən qanunlar konstitusiyaya ziddir və belə qanunlar bir qayda
olaraq, baxılmaq üçün konstitusiya şurasının müzakirəsinə verilir.
Ərazi kollektivlərinin rəhbər orqanlarının seçkili olması prinsipi
ondan ibarətdir ki, bu məsələlər kollegial şəraitdə və seçkili orqanlar
vasitəsilə həyata keçirilir.
Bu prinsip ərazi kollektivlərinin sərbəst idarə olunması formasını
müəyyən edir. Həmin prinsip Fransanın 72-ci maddəsində ifadə
olunmuşdur: «Kollektivlər seçkili şuralar tərəfindən sərbəst olaraq idarə
olunurlar. Seçkili şuraların fəaliyyəti kollektivlərin seçkisinin kollegiallıq
ideyaları əsasında baş tutmasını müəyyən etmək və seçilmiş
kollektivlərin fəaliyyətinə nəzarəti həyata keçirməkdir».
1982-ci ildə rəhbər orqanların seçkili prinsipi, əsasən, icra
hakimiyyəti səviyyəsində məhdud şəkildə həyata keçirildi.
Kommunamn icra orqam olan mer bələdiyyə şurası tərəfindən
seçildi, çünki mer seçkili orqandır. Departamentin icra orqanı nəinki
dövlət məmuru idi, o həm də hökumətə münasibətdə loyallıq göstərən
siyasi rütbəli vəzifəli şəxs - prefekt idi.
1946-cı il konstitusiyasının 87-ci maddəsində nəzərdə tutulur ki,
kommunamn icra orqanı mer olduğu kimi, departamentin icra orqanı da
Baş Şuradır. Konstitusiyada bu sistemin siyasi cəhətləri qanunlarla
müəyyənləşdirilmişdir, lakin bu qanunlar ya tətbiq edilmirdi və yaxud
əgər tətbiq edilirdisə, elan olunmurdu. 1958-ci il konstitusiyası qəbul
ediləndə belə, həmin qanun elan edilməmişdi.
51
2 mart, 1982-ci il tarixli qanuna uyğun olaraq Firansada regional
icra orqam şurasının sədri olduğu kimi, departamentin icra orqanı da baş
şuranın sədridir. Söhbət kommuna və ya departament şurasından getmir,
çünki bütün şuralarla münasibətdə konstitusiyanın bu prinsipindən
istifadə edilir.
Fransada muxtariyyət prinsipi rəhbər orqanlann seçkili olması
prinsipi ilə sıx bağlıdır. Seçki prinsipi ilə yanaşı, o, yerlərdə inzibati
bölmələrin sərbəst idarə olunmasının əsas aspektidir. Bu olduqca qədim
prinsip olmaqla yanaşı, öz kökünü inqilabdan əwəl salmışdır, Fransada
olduğu kimi, İngiltərədə və Almaniyada orta əsrlərdə kom- munaların
zülmlərindən azad edilməsi və azad şəhərlərin yaradılması uğrunda
mübarizə aparılan dövrə təsadüf edilirdi. Bu prinsip Fransada baş vermiş
inqilablarda öz tələbini tapırdı və nəhayət, XIX əsrin sonunda bu,
respublikanın bir sıra qanunları ilə təsbit olundu. Çünki ərazi kollektivləri
öz səlahiyyətlərini müstəqil olaraq müəyyənləşdirə bilmirdi. Onların
səlahiyyətlərini bir tərəfdən yuxan dövlət orqanları, digər tərəfdən
qanunvericilik orqanları və nəhayət, Dövlət Şurasının praktikasına
arxalanan hakimlər müəyyənləşdirirdilər. Təxminən 50 il ərzində həm
Fransada, həm də onun qonşu ölkələrində ərazi kollektivlərinin üstün
hüquqlanmn məhdudlaşdırılması açıq hiss edilirdi. Bu proses nəticəsində
bir tərəfdən statirasiya (dövlətləşdirmə), digər tərəfdən isə milliləşdirmə
gedirdi. Statirasiya əvvəllər ərazi kollektivlərinə məxsus mülkiyyətlərin,
vəkalətlərin dövlətə həvalə edilməsindən ibarət idi.
Məsələn, 1930-cu il qanununa əsasən, kommunikasiya, yəni şose
və kəndarası yollar sahəsində departamentlərin və kommunala- rın 40
min kilometr uzunluğundakı yolları dövlətin ixtiyarına keçdi. 1941-ci il
qanununa görə, əhalisi 10 mindən çox olan şəhərlərdə rəhbərlik polisə
verildi. Nəhayət, son zamanlarda xeyli miqdarda məktəblər də dövlətin
ixtiyarına verildi. Bəzi hallarda əks proseslər də baş verirdi. Məsələn,
milliləşdirmə heç də statirasiya ilə eyni vaxta düşmürdü. Müharibədən
sonrakı dövrlərdə qəbul edilmiş bərpaedilmə tədbirləri, o cümlədən
«elektrosite de Frans» və «qar de Frans» kimi iri ictimai təsisatların
yaradılması bu prosesin sürətlənməsinə kömək etdi. Milliləşdirmə
dedikdə xüsusi müəssisələrin dövlətin ixtiyarına verilməsi başa düşülür.
Bu terminin əsas mənası bundan ibarətdir, lakin bunlarla birlikdə yerlərdə
idarəetmə bölmələrinə məxsus olan səlahiyyətlər və əmlak da dövlətə
verilir. 1946-cı ildə bələdiyyə xidmətləri də milliləşdirildi.
Maliyyə vəsaitləri ilə bağlı məsələlərdə ərazi kollektivlərinin
52
muxtariyyətinin nə dərəcədə məhdudlaşmasının şahidi oluruq. Maliyyə
təminatı olmaması sayəsində ərazi kollektivlərinin muxtariyyəti yox
dərəcəsinə çatdı.
Lakin ərazi kollektivləri dövlət tərəfindən ayrılan limitləşdiril-
miş maliyyə vəsaitlərinə malikdirlər. Həmin vəsaitlər isə həm öz
təyinatına, həm də miqdarlarına görə müasir dövrdə inkişafın tələblərinə
cavab vermir. Yerlərdə idarəetmə bölmələri, maliyyə müstəqilliyinə
malik olmadıqlarına görə öz fəaliyyətlərini yaxşılaşdırmaqdan ötrü
dövlətdən asılı olurlar.
Dövlət təsisatları indiyədək onların maliyyə vəsaitlərinin xeyli
hissəsini təşkil edir və eyni zamanda dövlət tərəfindən çox səmərəli
nəzarəti həyata keçirir.
Fransada maliyyə üzərində nəzarət inzibati qəyyumçuluğun ən
təsirli formasıdır və bu problem sırf Fransa problemi deyildir.
Maliyyələşdirmə problemi ilə yanaşı, insanlardan düzgün istifadə
edilməsi problemi də (xüsusən iri şəhərlərdə) kəskin şəkildə vacib bir
məsələ kimi qarşıda dururdu. Urbanizasiya özlərinin idarə edilməsi üçün
lazımi müddətdə seçilmiş səlahiyyətli şəxslərə ehtiyacı olan iri
kommunaların inkişafına təkan vermişdi. Elə buna görə də yerlərdəki
idarəetmə bölmələrinin seçkili şəxslərinin statusu sahələrində aparılmış
islahatlar məmurların kommuna səviyyəsində hazırlanması, seçilməsi və
fəaliyyət göstərməsini əhatə edirdi.
1982-1983-cü
illərin qanunları ilə yerli kollektivlərin
səlahiyyətləri genişləndirildi və onlara müvafiq xidmətlərin üzərində
səlahiyyətlərin verilməsi təmin edildi. Eyni zamanda yerli kollektivlərin
ştat heyəti müəyyən edildi, seçkili şəxslərin hüquqi statusu haqqında
aktlar hazırlandı. Bu isə mərkəzləşdirilmiş inzibati qəyyumluğun
zəiflənmə- sinə gətirib çıxardı, Fransa administrasiyası bu gün də
dünyada ən mərkəzləşdirilmiş administrasiya olaraq qalmaqdadır.
Fransada gözqoyma prinsipinə əsasən, yerlərdəki idarəetmə
bölmələri dövlət himayəsi altındadır, yəni onlar dövlət hakimiyyətinin
nəzarətindədirlər.
İnzibati hüquqla «himayə» (qəyyumluq) termini o qədər də
inzibati hüquqa uyğun gəlmir, çünki qəyyumluq mülki hüquq normalan
ilə müəyyən edilmişdir. İnzibati hüquqda dövlətin digər təsisatlar
üzərində həyata keçirdikləri nəzarət qaydası olaraq gözqoyma termininin
işlədilməsi münasib olardı. Gözqoyma nəzarətedici orqanm sanksiyası
olmadan həyata keçirilə büməz, Gözqoyma orqanlan Nəzarətedici
orqamn bəzi qərarlannı da ləğv etmək hüququna malik idilər.
Kommunalara münasibətdə nəzarətin bu formaları son dövrdə.
53
xüsusən 1970-ci ildən zəifləməyə başladı. Lakin onların yerini maliyyə
və texniki xarakterli nəzarətin yeni formaları tutdu.
Gözqoyma bir tərəfdən maliyyə nəzarəti formasında, digər
tərəfdən isə vəsait ayırma formasında həyata keçirilirdi. Vəsaitin
ayrılması
isə
idarəetmə
bölmələrinə
hər
hansı
layihənin
maliyyələşdirilməsi üçün kreditlər verilməsi yolu ilə həyata keçirilirdi.
Fransada gözqoyma prinsipi Konstitusiyanın 72-ci maddəsində
nəzərdə tutulmuşdur, onlar departamentlərə və xarici ərazilərə nəzarə-
tetmə münasibətlərindən yaranmışdır.
2 mart, 1982-ci il qanunu ərazi kollektivlərinin fəaliyyəti üzərində
nəzarət sistemində iki cəhətdən-həmin fəaliyyətə qəyyumluğun
zəiflədilməsi və məhkəmə qaydasında şikayət verilməsi imkanlarının
artırılması baxımından onun istiqamətini dərindən dəyişdirdi. Bu,
qanunla verilmiş şikayət əsasında müəyyən tələblərlə (yəni inzibati
nəzarətin ləğv edilməsi və maliyyə nəzarətinin yumşaldılması və s.) çıxış
etmək imkanı verdi.
Qanun, həmçinin. Yerli kollektivlərin aktlan üzərində Prefek- tin
həyata keçirdiyi nəzarət qaydasında inzibati tribunallara protest vermək
hüququnu reallaşdırdı. Beləliklə, həmin aktları ləğv etmək və yaxud
icranı təxirə salmaq barədə qərarın verilməsi, məhkəmə orqanlarının
ixtiyarına verildi.
Texniki nəzarət ümumi normalarla müəyyən edildi. 2 mart,
1982-ci il tarixli qanuna əsasən normalar yalnız qanunla və yaxud qanun
əsasında yaradıla bilər. Bu normalar iki il müddətində texniki göstərişlər
və prosedurlar məsələsinə daxil edilməli olan texniki tədbirlərin
sadələşdirilməsi məsələlərinə komitənin işləyib hazırladığı forma üzrə
nəzarəti müəyyənləşdirdi. Beləliklə, desentralirasiya eyni vaxtda bir çox
sahələrə, o cümlədən seçkilər proseduruna, səlahiyyətlərin və maliyyə
vəsaitlərinin bölüşdürülməsinə nəzarətin həyata keçirildiyi sahələrə şamil
edilir.
Prinsiplərin məcmusu onu göstərir ki, demokratikləşdirmə, yerli
muxtariyyət meyli nəzarətə götürmə və mərkəzləşdirməyə meyil arasında
mürəkkəb tarazlığın əldə edilməsinə gətirib çıxarır.
Tarixən bu iki meyil dövrlərdən və şəraitdən asılı olmayaraq
üstünlük təşkil etmişdir. Fransada yerli inzibati vahidlərin bütün tarixi
mərkəzləşdirmə və desentralirasiya dövrlərinin bir-birini əvəz etməsidir.
Azərbaycan Respublikasında yuxarıda qeyd olunan bütün bu
tədbirləri Azərbaycan Respublikasının ərazisində icra hakimiyyəti
orqanları və qeyri-dövlət orqanları həyata keçirirlər.
54
|