İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərə
çatmaq üçün ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya
hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarə edən, öz
fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və
əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət
təşkilatıdır.
İctimai birlikilərin növləri: İşgüzar Qadın Assosiasiyası, Azərbaycan
Sənayeçilər İttifaqı, Azərbaycan Respublikasının Uşaqlar Birliyi,
Azərbaycan Müsəlman Gənclər Birliyi İdarə Heyəti, Azərbaycan
Mühəndislər Cəmiyyəti və s.
Fondlar növü: Gəncə Ekologiya Fondu, Teatrın İnkişafına Yardım
Fondu və Azərbaycan Respublikasının təhsil işçilərinin və tələbələrin
xeyriyyə fondları.
76
Dini qurumlar: dini birliklər, dini icmalar, dini müəssisələr, dini
mərkəz və idarələr, dini tədris müəssisələri və dini qardaşlıqlar.