§1. Dövlət təsisatlarının anlayışı və idarəetmə bölmələri
Dövlət təsisatları müxtəlif adlar altında çıxış edirlər, məhz buna
görə də onların həqiqi təyinatı haqqında dərhal hüquqi qiymətin
verilməsi mümkün olmur. Onlar müxtəlif formada fəaliyyət göstərirlər, o
cümlədən kassalar, xidmətlər, idarələr, bürolar və s. adlarla çıxış edirlər.
Onların yerinə yetirdikləri fəaliyyət sahəsi, görüləcək işlərin dərəcəsi və
həcmi müxtəlif olur.
Məsələn, orta səviyyəli kommunanın sosial yardım bürosunun
depozit kassası və yaxud Parisə yardım üzrə dövlət fondunun istehsal və
nəqliyyat bölməsi, dövlət müəssisələrinin müəyyən qismi ümumi hüquqi
təşkilatlar formasında fəaliyyət göstərirlər.
Fransada hətta bəzi dövlət müəssisələrinin çoxunun hüquqi
statusu yoxdur. Bu, Fransa hüququnun mürəkkəbliyindən irəli gəlir.
1982-ci il qanunu ilə milliləşdirilmiş sənaye birlikləri və «Er-
Frans» kimi müəssisələr ümumi hüquqi təsisatlar deyillər.
Maliyyə bölmələri, depozit kassalar öz vəsaitlərinin ölkənin
iqtisadi-maliyyə həyatında oynadığı rolun miqdarına görə Fransada
dövlət təsisatları içərisində ən nəhəngləri hesab olunurlar.
Milliləşdirilməsinə baxmayaraq, Fransada banklar və sığorta
şirkətləri ümumi hüquqi təsisatlar deyillər.
Ticarət palataları tərəfindən ictimai mənafelərin təmsilçiliyinin
həyata keçirilməsinə baxmayaraq, onlar da ümumi hüquqi təsisatlar
deyillər. Kənd təsərrüfatında çalışanlar və peşə işçiləri - memarlar,
vəkillər, həkimləri təmsil edən qurumlar da ümumi hüquqi təsisatlar
deyillər.
Buna baxmayaraq, bir sıra iqtisadi orqanlar ümumi hüquqi
təsisatlar formasını əldə etmişlər. Buraya Fransada taxıl bazarının təşkili
və qaydaya salınması üçün yaradılmış taxıl üzrə milli peşələrarası xidmət
və kənd təsərrüfatı bazarının təşkili və qaydaya salınması üzrə fondları
aid etmək olar. Sosial sahədə, iri milli sosial təminat kassaları, xəstəlik
üzrə milli sığorta kassası, xüsusi təşkilatlar olan yerli kassalardan, ilkin
kassalar fərqli olaraq ümumi hüquqi təsisatlardır. Universitet və məktəb
fəaliyyəti üzrə milli və regional mərkəzlər də ümumi hüquqi təsisatlar
hesab olunurlar.
72
Mədəniyyət sahəsində olduqca çoxsaylı ümumi hüquqi təsisatlar
vardır. Liseylər, universitetlər, çox böyük ali təhsil ocaqları ümumi
hüquqi təsisatlara aiddir. Fransa radio verilişləri və televiziya təşkilatı,
milli elmi-tədqiqatlar mərkəzi və Fransa akademiyası da ümumi hüquqi
təsisatlardır.
İnzibati və idarəetmə sahələrində də son illər ərzində dövlət
periferiya təsisatları kateqoriyası xeyli genişlənmişdir. İxtisaslaşdırılmış,
eləcə də çoxsaylı və çoxməqsədli kommuna sindikatları, qarışıq
sindikatlar, departamentlərarası birliklər, şəhər nahiyələri və ya şəhər
cəmiyyətləri, habelə yeni şəhərləri və regionları planlaşdırma və
abadlaşdırma idarələri bu kateqoriyaya daxildir. Müdafiə obyektlərinin
tikintisi bir qayda olaraq, müdafiə tədbirlərini təmin edən dövlət idarəsinə
həvalə edilir.
Dövlət idarəsi (təsisatı) tez inkişaf edən çoxillik bitkilərə
bənzəyir, hər il və hər ay onun yeni-yeni növləri meydana gəlir. 22 may,
1971-ci il tarixli qanunla dövlət təsisatlarının üç kateqoriyası - meşə
təsərrüfatını idarəetmə üzrə kommunalararası birliklər, meşə
təsərrüfatının idarəetməsi üzrə qarışıq birliklər və meşə təsərrüfatı peşə
birliyi yaradılmışdır. Son zamanlar yaradılan agentlik, enerjidən istifadə,
əmək şəraitinin yaxşılaşdırılması məsələləri üzrə agentliklər və s. dövlət
təsisatları hesab edilir.
Dövlət təsisatları həm ümumi hüquq rejiminə tabe olan digər
hüquqi şəxslərlə, həm də xüsusi təsisatlarla münasibətlərdə olurlar.
Dövlət təsisatları hər şeydən əvvəl idarəetmə bölmələrini əhatə
edən, yəni dövlətə və yerli hakimiyyət orqanlarına münasibəti, onlann
ixtisaslaşması və fəaliyyətləri üzərində nəzarətin həyata keçirilməsini
təmin edən hüquqi qurumlardır. Dövlət təsisatları bununla səciyyələnirlər
ki, onlar ümumi (ictimai) xidmətçilərdir. Bu təsisatların yaranmasına dair
verilən hüquqi aktlarda onları bəzi hallarda «mülki şəxs və maliyyə
muxtariyyəti» əlamətlərinə malik təsisatlar adlandırırlar. Belə
şəxsləndirilmə, adətən bir-birilə uzlaşan iki başlıca ilkin şərtlərə əsaslanır:
- birinci ilkin şərt «iştirak» sözü ilə qeyd edilir. Dövlət təsisatı
şəxsi vətəndaşlar və ya ictimaiyyəti idarəetmə fəaliyyətinə cəlb etməyin
hüquqi formasıdır. Dövlət təsisatının həmişə olduğu kimi, inzibati şurası
olur. Müxtəlif adlar daşıya bilən həmin şuranın tərkibinə müxtəlif
idarələrin nümayəndələri daxil edilir.
Məsələn, universitetlərin müstəqilliyinin təmin edilməsi üçün
1968-ci il hadisələrindən sonra həmin dövlət təsisatının tərkibinə
professor-müəllim heyəti və tələbələr sırasından seçkili nümayəndələr da
73
xil edildi ki, bu da müstəqilliyin hüquqi təminatçısına çevrildi.
Bu öz-özlüyündə yeni forma deyildir, çünki məclislərin və yaxud
şuraların köməyi ilə kommersantlarm və yaxud sənayeçilərin
mənafelərinin təmsilçiliyini təmin edən ticarət palataları artıq XIX əsrin
əvvəllərində həmin peşələrin nümayəndələrini öz tərkibinə daxil
etmişdir.
26 iyul, 1983-cü il tarixli qanunla nəzərdə tutulmuş «ümumi
bölmənin
demokratikləşdirilməsi»
prosesi
muzdlu
əmək
nümayəndələrinin inzibati şuralara müstəqil qaydada seçilməsi yolu ilə
təmin olunurdu.
2. Dövlət təsisatları yaradılmasının ikinci şərti idarəetmənin
çevikliyidir. Yeni təsisat çox zaman dövlətdə və yaxud yerli kollektivlər
səviyyəsində mövcud olan xidmətlərə nisbətən çevik idarəetmənin təmin
edilməsi üçün yaradılır.
Bu forma bəzi tələblərdən kənara çıxmaqla, idarəetmə təsirinin
daha
3
diksək səmərəliliyini təmin etməyə imkan verir. 4 fevral, 1959- cu
ildə Fransa radio verilişləri və televiziya təşkilatı ordononsla məhz bu
məqsədlə yaradılmışdır. Həmin təşkilat nəinki təkcə müvafiq sahənin
idarə olunmasında çevikliyi artırır, həm də onun siyasi müstəqilliyi təmin
etmək məqsədini daşıyırdı.
Dövlət ixtisaslaşma əlamətləri olan təsisatlar dəqiq ifadə olunmuş
hüquqi şəxsdir. O, geniş səlahiyyətlərə və praktiki olaraq universal
funksiyalara malikdir. Dövlət təşkilatları isə sərbəst ifadə olunan
ixtisaslaşma ilə səciyyələnirlər. Məsələn, xeyriyyəçilik məsələləri üzrə
büro öz fəaliyyətindən istifadə etmək üçün kinoteatrlar şəbəkəsindən
istifadə edə bilməz. Dövlət məktəblərində yaradılmış kassalar şagirdlərə
yardım göstərə bilməz. Fransada televiziya ilə reklam verilişlərinin
tez-tez təkrar olunması əhalinin narazılığına səbəb olmuşdur. Buna görə
çoxlu diskussiyalar başlandı, elə buna görə də bir çox inzibati hüquq
sahəsində olan alim və professorlara təklif olunmuşdur ki, milli məclisin
səlahiyyətli komissiyasında bu məsələyə dair öz mülahizələrini
bildirsinlər. Onların əksəriyyəti ixtisaslaşma meyarlarına istinad edərək
bildirdilər ki, Fransa radio verilişləri və televiziya təşkilatı reklam üçün
deyil, informasiya verilişləri, əyləncəli proqramlar, verilişlər və tamaşalar
göstərmək üçün yaradılmışdır, reklamla məşğul olmaqla o özünün
ixtisaslaşma istiqamətlərini zəiflədir. Bunun cavabında etiraz etdilər ki,
öz əsas vəzifələrini yerinə yetirməklə yanaşı, söhbət maliyyə vəsaitinin
əldə olunmasından getdiyinə görə reklam göstərilməsi həmin təşkilatın
ixtisaslaşması ilə ziddiyyət təşkil etmir, nəticədə isə bu etiraz həlledici
oldu.
74
Fəaliyyət üzərində nəzarət dövlət təsisatı haqqında tərifin üçüncü
elementi kimi çıxış edir. Dövlət təsisatları digər ümumi hüquq
kollektivlərinin fəaliyyətindən ayrılmışdır və onların arasında qarşılıqlı
əlaqə yoxdur. Bu qarşılıqlı əlaqə nəzarət fəaliyyətinin köməyi ilə təmin
olunur.
Dövlət təsisatları, adətən tabeçilik səviyyəsinə görə bir-birindən
fərqlənirlər. Onlar milli təsisatlar, departament və yaxud kommuna
təsisatları olurlar. Dövlət.Şurası belə bir qənaətə gəldi ki, bəzi təsisatlar,
0
cümlədən ticarət palatası bu vəsilələrin heç birinə məxsus deyildir. Bu
faktın özünün əhəmiyyəti ondan ibarətdir ki, hər hansı dövlət təsisatı
yerlərdə nəzarəti həyata keçirən idarəetmə bölməsi ilə bağlıdır.
Həmin nəzarət dövlət tərəfindən də həyata keçirilə bilər, lakin bu
halda o, təkrar olunur: dövlət təsisatı, adətən ümumi nəzarəti həyata
keçirən Nazirliyə - maliyyə nəzarətini həyata keçirən iqtisadiyyat və
maliyyə nazirlərinə də tabedirlər.
Nəzarət həmçinin yerli idarəetmə bölməsi tərəfindən də həyata
keçirilə bilər, o özü də dövlət nəzarəti altında olur.
Dövlət təsisatları və xüsusi təşkilatlar arasındakı sərhədi
müəyyənləşdirmək problemi çoxdan meydana çıxmışdır. Ümumi
(ictimai) xidmətlərə rəhbərlik edən və ümumi hüquq rejiminə tabe olan
hüquqi şəxslər dövlət kateqoriyası ilə yanaşı, xüsusi təşkilatlar da
mövcuddur ki, onlar ümumi (ictimai) xidmətlərə rəhbərlik edirlər.
Bunların birini digərindən ayırmaq olduqca çətindir.
Dövlət təsisatı anlayışı ilk dəfə XIX əsrdə, ictimai faydalı
təsisatların digər kateqoriyalarla müqayisəsi nəticəsində meydana
çıxmışdır.
Bu fərq 1856-cı ildə sığorta kassalarının statusu haqqında
məsələyə
dair
konstitusiya
məhkəməsinin
qərarı
ilə
müəyyənləşdirilmişdir. Bu cür təsisatlar (qırmızı xaç) xüsusi hüquq
rejiminə tabe olan hüquqi şəxslərdir.
Sahibkarların 1865-ci ildə təsis edilmiş həmkarlar ittifaqları
assosiasiyalarının məsələləri elə XIX əsrdə dəfələrlə ortaya çıxmışdı.
Dövlət sahibkarlar tərəfindən ictimai faydalı işlərin aparılmasını nəzərdə
tuturdu.
Məsələn, bataqlığın qurudulmasını təmin etmək üçün
assosiasiyalardan istifadə edilirdi. Bu məqsədlə 1899-cu ildə bu cür
assosiasiyalar - dövlət təsisatları yaradıldı. Adından bəllidir ki, onlar şəxsi
mənafelərini yox, dövlətin mənafelərini təmin edəcəklər.
Assosiasiyaların bu cür kateqoriyası müharibədən sonrakı
həmkarlar ittifaqları birliklərinin və yaxud kənd rayonları sərhədləri
75
nin dəyişdirilməsi üzrə ərazi həmkarlar ittifaqları birliklərin timsalında,
əwəl olduğu kimi, yenə də eyni şəkildə yaradıldı.
Fransa inzibati hüququndakı dövlət təsisatlarını bizim inzibati
hüquqla müqayisə etdikdə məlum olur ki, burada söhbət müəssisə və
təşkilatlardan gedir. Azərbaycan Respublikasının inzibati hüququnda
müəyyən edilmiş qaydada kollektiv subyektlər dövlət və qeyri-hökumət
təşkilatlarında fəaliyyət göstərirlər. Onlar aşağıdakılar kimidir:
•
müəssisə və təşkilatlar;
■
müəssisə və təşkilatların struktur bölmələri;
■
müəssisə və təşkilatların, onların struktur bölmələrinin əmək və
digər kollektivləri;
■
mürəkkəb təşkilatlar;
■
qeyri - hökumət təşkilatları (ictimai birliklər və fondlar);
■
dini qurumlar.
Müəssisə dedikdə, mülkiyyət formasından asılı olmayaraq, qa-
nunvericilkdə müəyyən edilmiş qaydada yaradılan və ictimai tələbatın
ödənilməsi, mənfəət almaq məqsədilə məhsul istehsal edən və satan, işlər
görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyekti
başa düşülür.
Müəssisələrin növləri:
■
dövlət müəssisəsi;
■
kollektiv müəssisə;
■
xüsusi müəssisə;
■
qarışıq mülkiyyətli müəssisə.
Təşkilat sosial-mədəni və ya inzibati-siyasi funksiyaları yerinə
yetirir və əsasən qeyri-istehsal xarakterli sosial dəyərlər yaradır.
Təşkilatın növləri: səhiyyə, təhsil, mədəniyyət, və idman.
Dostları ilə paylaş: |