lərin ödənilməsi də ona həvalə edilir, o, xüsusi şəxsə dəymiş zərərə görə
həmin şəxsdən cərimənin ödənilməsini tələb etməməlidir.
Elə olur ki, işin (hərəkətin) qeyri-qanuni xarakteri güman
edildiyindən daha ciddi mahiyyət kəsb edir. Misal üçün, qeyri-qanuni iş
(hərəkət) mülkiyyət hüququnun pozulması ilə vətəndaşların hüquq və
azadlıqlarına qəsd, yaxud məhkəmə qərarlarında deyildiyi kimi, o,
«açıq-aşkar şəkildə qanun və ya hüquqi aktın tətbiq edilməsinə
əsaslanmır». Belə hallar hüquqa zidd olduğundan o, öz nəticələri etibarilə
vətəndaş azadlıqlarına və yaxud mülkiyyət hüququna toxunduğuna görə,
eyni zamanda qanunçuluq prinsipinin özünə qarşı qəsd edildiyinə görə
belə qərarın icbari icrası özbaşınalıqdır və ümumi yurisdik- siya
məhkəmələrinin ixtiyarı vardır ki, belə hallarda zərərçəkənə dəymiş zərəri
ödətdirsinlər.
İkincisi,
ümumi
yurisdiksiya
məhkəmələri
administrasiyanın ünvanına xüsusi qərardadlar göndərə bilərlər. Başqa
sözlə, administrasiya nəinki təkcə cərimə ödəmyə cəlb edilə bilər, həm də
onun qanunsuz hərəkətlərinə görə bir vəzifə olaraq tutduğu sahəni
boşaltmaq tapşırığı verə bilər.
Bu cür özbaşınalıq faktlarına üç dolaşıq məhkəmə işində rast
gəlmək olar.
Məsələn, Kariyenin işində^ söhbət tarixi abidələrin mühafizəsi
üzrə xidmətlərin öz funksiyalarını pis icra etdiklərini göstərmək üçün
Şartrda kilsənin bəzi zədələnmiş hissələrinin fotoşəklini çəkmək istəyən
bir nəfərdən gedirdi. Onun hərəkəti kilsənin baş keşişinin xoşuna
gəlməmişdi. O, Kariyeyə qarşı məhkəmə iddiası irəli sürmüş, digər
tərəfdən isə onun zəng qülləsinə qalxmasına mane olmaq üçün güc tətbiq
etmiş, həm də çəkdiyi fotoşəkilləri də ondan tutub almışdı. Bu, icbari icra
və şəxsi azadlığın, dövlət abidələrinə baxmaq, onların şəkillərini çəkmək
azadlığının kobudcasına pozulması hadisəsi kimi qiymətləndirildi;
deməli, söhbət burada özbaşınalıqdan gedirdi.
Randonun işi’^ Okserr şəhərinin poçt kassirinə aid idi. O, bəzi
şəxslərin seçilməsinin qeyri-mümkünlüyünü tənqid edən və Üçüncü
respublikanın keçmiş siyasi xadimi Pyer-Etyen Flanden tərəfindən
göndərilmiş plakatlardan ibarət korrespondensiyanı mənimsəmişdi.
Plakatlar poçt şöbəsində müsadirə edilmiş, bununla da o, yazışma sirrini
və azadlığını pozmuşdu; belə əsassız icra özbaşınalıq aktı kimi
qiymətləndirildi.
‘‘
Dostları ilə paylaş: