Müharibə dövründə qoşunların ərzaqla təchizatını təmin etmək
üçün həyata keçirilən hərbi rekvizisiyalar haqqında 1977-ci il qanununda
nəzərdə tutulurdu ki, qoşunların ərzağa ehtiyacı həmişə olur; hərbi
əməliyyatlar zamanı yanğına bərabər vəziyyət yaranır və deməli, icbari
icra həmişə mümkündür. Müvafiq qanunların mətnində də bu barədə
danışılır.
İndiyədək qüvvədə olan 1898-ci il qanunu «dağılmaq təhlükəsi
altında olan binalara» aiddir, Acınacaqlı vəziyyətdə olan elə binalar
nəzərdə tutulur ki, bunlar hər hansı vaxtda qəzaya məruz qala bilər və
deməli, insanlara zərər vura bilər, yaxud insan tələfatına səbəb ola bilər.
Belə hal üçün şikayətlə məhkəməyə müraciət etməkdən ibarət olan adi
prosedur saxlanılır; lakin, qanunda deyildiyi kimi, «bilavasitə təhlükə»
mövcuddursa, mer tikilinin sökülməsi, yaxud təmiri haqqında dərhal
sərəncam verir, həmin işləri öz sərəncamı ilə və ev sahibinin vəsaiti
hesabına təxirə salınmadan həyata keçirə bilər. Bu zaman o, qabaqcadan
məhkəmə orqanına müraciət etmir, çünki bu, xilasetmə üçün zəruri
tədbirlər görülməsini ləngidə bilər.
Qadağan olunmuş yerlərdə saxlanılan və nəqliyyatın hərəkətinə
maneçilik törədən avtomobillərin xüsusi meydançaya sürülüb aparılması,
yaxud daşınması icbari icra vasitələridir. Belə tədbirlər əvvəllər təcili
zərurətlə əsaslandırılırdı, çünki münasib olmayan yerdə dayanan
avtomobil küçəni keçən nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli
maneələr yarada bilər. İndi bu tədbirlər qanunla nəzərdə tutulur. Yol
hərəkəti qaydalarının pozulmasına dair İXM-in 25-ci maddəsində deyilir:
digər sürücülər üçün narahatlıq yaradan və nəqliyyatın normal hərəkətinə
mane olan, yaxud ictimai yolun lazımi vəziyyətdə saxlanmasına ziyan
vuran avtomobillərin xüsusi meydançaya sürülüb aparılması və daşınması
üçün konkret tədbirlər nəzərdə tutulur.
Bu halda iki prosessual forma - cinayət cəzası və xidməti borc
üzrə icra formaları bir-biri ilə uzlaşdırıla bilər. Sürücü öz avtomobilini
icazə verilməyən yerdə və yol hərəkətinə mane olan vəziyyətdə
saxladıqda cinayət əməli törətməkdə təqsirkardır və məhkəmə qaydasında
cəzalandırılmalıdır. Lakin qanun ona qarşı müəyyən müddətdən sonra
tətbiq ediləcək cinayət sanksiyası ilə yanaşı, maneəni aradan
qaldırmaqdan ötrü təcili zərurətlə əlaqədar yol polisi üçün xidməti borc
üzrə dərhal icra hüququ nəzərdə tutmuşdur.
Azərbaycan Respublikasının İXM-də yol hərəkəti qaydaları
əleyhinə olan inzibati xətalar 157-159-cu maddələrdə öz əksini tapmışdır.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan
inzibati xətalar isə 160-168-ci maddələrdə
müəyyən edilmiş
101
dir. Mülkiyyət əleyhinə olan inzibati xətalar 69-75-ci lüaddələrdə, ticarət
qaydaları əleyhinə olan inzibati xətalar 224-242-ci maddələrdə,
vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə
olan inzibati xətalar isə 243-257-ci maddələrdə əks olunur. Bu
maddələrin tələbi pozulduqda inzibati qaydada onu pozmuş şəxs
barəsində tədbirlər görülür. Müəssisədə, idarədə, təşkilatlarda və
sahibkarlıqla məşğul olan şəxslər tərəfindən işlədiyi kollektivə ziyan
vurularsa, onda Əmək Məcəlləsinə müvafiq olaraq onlar barəsində tədbir
görülür.
Cinayət hüququnun tələbləri o halda tətbiq edilir ki, hər hansı bir
şəxs öz əməlləri ilə qəsdən və ya ehtiyatsızlıq üzündən cinayət törətsin və
törətdiyi cinayət nəticəsində maddi ziyan vursun. Belə hallarda cinayət işi
başa çatdıqda dəymiş ziyan müəyyən edilir. Onun ödənilməsi üçün iddia
ərizəsi cinayət işinə əlavə edilir və aidiyyəti üzrə məhkəməyə göndərilir.
Dostları ilə paylaş: