‘ Dövlət Şurasının Er departamenti prefektinin işinə dair 30 may, 1913-jü il tarixli qərarı.
Dövlət Şurasının Nittsa şəhəri barədə işə dair 20 aprel, 1956-jı il tarixli qərarı. ^ Dövlət
Şurasınm Nittsa şəhəri barədə işə dair 20 aprel, 1956-jı il tarixli qərar.
^ Dövlət Şurasının Konstantina bələdiyyə kazinosu ijare şirkətinin işinə dair 13 iyul,
1961-ji il tarixli qərarı.
Dövlət Şurasının Lekokun işinə dair 3 mart, 1978-ji il tarixli qəran.
90
■ Administrasiyaya, həmçinin, inzibati və maliyyə xarakterli fərdi aktları
qəbul etmək hüquqları verilmişdir.
İnzibati xarakterli hüquqların əhəmiyyətini dərk etmək üçün bəzi
nümunələr göstərmək kifayətdir.
Məcburi xidmətlər - müəyyən tədbirlərin köməyi ilə
administrasiya, xüsusi şəxslə qarşılıqlı razılaşma olmadan onu birtərəfli
qaydada əmlakını verməyə və ya xidmət göstərməyə məcbur edir.
Xidmət göstərilməsi müddətsiz xarakter daşıya bilər və bu zaman
o, məcburi güzəştlərin olmasım nəzərdə tutur, Ekspropriasiya (müsadirə)
zamanı bu tədbirin köməyi ilə administrasiya xüsusi şəxsi məcbur edir ki,
daşınmaz əmlakı ona güzəşt etsin.
Yol səthinin düzləndirilməsi tədbirləri vasitəsilə administrasiya
ictimai yolların hüdudlarını müəyyənləşdirir və bu da xüsusi şəxslərin
hətta ümumi istifadə yollarının keçdiyi yerdəki torpaq sahələrinə onların
mülkiyyət hüququ olduqlarını nəzərə alaraq tikinti işlərini müvafiq
hüdudlardan bir qədər aralıda aparmağa məcbur etmək imkanı verir.
Mülkiyyətin rekvizisiya (müsadirə) edilməsinin obyekti istehlak
üçün nəzərdə tutulmuş əvəzsiz xarakter daşımalıdır.
Məcburi qaydada xidmət göstərilməsi müwəqqəti xarakter daşıya
bilər: bu zaman administrasiya tərəfindən istifadə olunan müəyyən işləri
yerinə yetirmək üçün xüsusi ərazilərdən, hətta onun sahibindən razılıq
almadan müəyyən müddətdə istifadə edilə bilər.
İstifadə üçün rekvizisiya etmə, əmlakın xüsusi mülkiyyətdən
zəruri hallar üçün müsadirə edilməsidir. Misal üçün, müharibə zamanı
ordu avtomobili rekvizisiya edib, müəyyən müddətə qərarla saxlaya və
sahibinə yalnız bundan sonra qaytara bilər. Bununla yanaşı, sahibin
yaşayış sahəsini tutmaq üçün icarə tətbiq edilir ki, bu da eksprop-
riasiyanm bir növüdür.
Nəhayət, müəssisə və yaxud onun ştat heyəti rekvizisiya edilə
bilər. Hökumət tətil edən qulluqçulara işləməyi bir vəzifə olaraq tapşırıb,
Bu vəzifənin onlar tərəfindən icrasının məcburi qaydada həyata
keçirmələri barədə tədbir görülür, lakin heç bir xüsusi sahibkar tərəfindən
muzdlu işçiyə qarşı belə tədbirləri tətbiq etmək hüququ verilmir.
Sanksiyalarla əlaqədər həyata keçirilən tədbirlər, adətən, cinayət
işləri üzrə hakim tərəfindən tətbiq edilir.
Lakin son zamanlar bu hal təkcə Fransada deyil, başqa ölkələrdə
də inzibati sanksiyalar tətbiqi praktikasının genişlənməsi ilə müşahidə
edilir. Məsələn, sabit qiymətlərə əməl etməyən və «qara bazar»
91
əməliyyatları ilə məşğul olan ticarətçilərə qarşı iqtisadi sanksiyalar tətbiq
edilə bilər. Belə sanksiyalar onların ticarət xidmətlərinin bağlanması ilə
də nəticələnə bilər. Bu sanksiyalar iqtisadi və sosial sahələrdə olduqca
daha geniş yayılmışdır.
Dövlət qulluğu rejimi - dövlət qulluqçusunun bütün karyerası
boyunca, yəni o, vəzifəyə təyin olunduğu vaxtdan qulluqdan
çıxarılanadək administrasiya tərəfindən ona münasibətdə birtərəfli
qaydada qəbul edilən hakimiyyət qərarları ilə səciyyələnən rejimdir.
Məsələn, dövlət qulluqçusu xüsusi bölmədə işə keçmək üçün istefaya
getmək arzusunda olduğunu bildirir. O, öz istefasını təklif etməklə, istefa
verə bilər, lakin onun istefası yalnız administrasiya tərəfindən qəbul
edildiyi təqdirdə gerçəkləşəcəkdir. Administrasiyanın razılığı olmadan o,
işi tərk edə bilməz. Bir qayda olaraq, belə razılığı administrasiya
verməlidir. Administrasiya hüquqa, bəzi hallarda isə dövlət
qulluqçusunun təcrübəli, işgüzar olmasına əsaslanaraq, istefa barədə
imtina qərarı qəbul edə bilər.
Hətta administrasiya və xüsusi şəxs arasında bərabərhüquqlu
münasibətlərin saxlanılması şəraitində çərçivələri müəyyənləşdirilən
müqavilə münasibətlərində administrasiyanın birtərəfli qaydada hərəkət
etmək səlahiyyətləri müəyyənləşdirilir.
Administrasiya bəzən kontragentə qarşı müqaviləyə əsasən, mal
göndərilməsi və yaxud işlərin görülməsi müddətlərini ləngitdiyinə görə
sanksiyalar tətbiq edə bilər. O, birtərəfli qaydada müqavilədə iş həcmini
azaltmaq və ya dəyişikliklər etməklə edibsə də, bunu, kontragentə
məcburən qəbul etdirə bilər. Nəhayət, kontragentin heç bir günahı
olmadıqda belə administrasiya müqaviləni poza bilər, lakin bu zaman o,
kontragentə vurulan ziyanı ödəməyə borcludur.
Maliyyə xarakterli məsələlər barədə qərarlar qəbul edilməsində
administrasiyanın imtiyazlı vəziyyətinə dair üç misal göstərmək olar.
Qanunla icazə verildiyi təqdirdə administrasiya vergi tuta və hər
bir adamın ödəməyə borclu olduğu verginin miqdarını müəyyən edə
bilər, lakin o, xüsusi şəxslərdən və digər xüsusi şəxslərdən vergi tutmaq
hüququna malik deyildir.
Bir çox hallarda qarşılıqlı vergiyə münasibətlərindən başqa,
administrasiyanın xüsusi şəxslərə qarşı borcla bağlı tələbləri də meydana
çıxa bilər.
Bu, o halda olur ki, dövlət qulluqçusu əsas maaşından əlavə
həddən artıq qeyri-qanuni mükafat alır: bu zaman ona bir vəzifə olaraq
tapşırılır ki, qanuni olaraq artıq aldığı pulu qaytarsın: o, öz əməli ilə
müdiriyyətə zərər vurmuşdursa, onda zərərin məbləğini ödəyir.
92
Əks hallarda, administrasiya bu baxımdan bir sıra vasitələrə malikdir və
lazım gəldikdə onlardan istifadə edir.
Əgər xüsusi şəxs bu tələbi ödəməzsə, administrasiya başqa, daha
təsirli vasitəyə - icra haqqında qərara əl atır. Bu, adından da göründüyü
kimi, həm hüquqi, həm də maddi mənada icra edilməli olan maliyyə
qərarıdır. Göstərilən halda xüsusi şəxs həmin tələbdən şikayət verməzsə,
onda onun icrası məcburidir. Şikayət verildiyi təqdirdə, qərar təxirə
salınır, yəni nə qədər ki şikayət üzrə məhkəmənin qərarı çıxarılmamışdır,
xüsusi şəxs pulu ödəməyə bilər.
Nəhayət, kredit verilməsinin bəzi kateqoriyaları ilə əlaqədar daha
səmərəli tədbir - pul borcunun ödənilməsi barədə qərar qəbul edilməsidir.
Bu qərar, məsələn, dövlətin mühasiblərinə və sahibkarlar arasında
yaranan münasibətdə tətbiq edilə bilər.
Maliyyə məsələləri üzrə səlahiyyət borcların ödənilməsinə olan
təəhhüdlərə aiddir. İnzibati orqanlar məmura zərər vurduqda və ya əmək
haqqını az ödəmiş olduqda onlann borcları alına bilər. Bundan başqa,
administrasiya daha bir hüquqa malikdir, yəni dördillik müdir müddəti
keçdikdən sonra o, hər hansı bir məmurun iddia tələblərini ödəməkdən
imtina etmək hüquna malikdir.
Xüsusi hüquqda iddia tələblərinin irəli sürülməsinin müxtəlif
müddətləri, o cümlədən: birillik, onillik, otuzillik müddətlər sistemi
mövcuddur. İnzibati hüquq sahəsində administrasiyada borclann
tutulması dörd ildə bir dəfə icra edilir, yəni kredit məbləğinin qaytarılması
barədə tələbin müddəti dörd ildir. Bu halda, administrasiya müvafiq
müddətin keçdiyini və özünün borclardan azad olduğunu bəyan edə bilər.
Bu sistem İnqilab və İmperiya dövrlərindən sonra, həmin dövrlərdən
miras qalmış çox böyük məbləğdə bordan ləğv etmək məqsədilə qəbul
olunmuş 1831-ci il qanunu ilə tətbiq edilmişdir.
Müdirlik müddəti haqqında göstəriş son dövrlərədək öz
qüvvəsində saxlanılırdı, ona 31 dekabr, 1968-ci il tarixli qanunla
dəyişiklik edilmişdir. Maraqlı cəhət yalnız bundan ibarətdir ki, həmin
qanuna əsasən dördillik müddət bir qədər az müddətlə əvəz edilmişdir,
buna görə administrasiya vaxtında məhkəməyə müraciət etməsə də
müddətin keçdiyini özü bəyan edə bilər. İddiaçı, yəni borcun ödənilməsini
tələb edən xüsusi şəxs isə yalnız belə bəyanatdan sonra həmin qərardan
məhkəməyə şikayət etmək və onun əsassızlığını sübuta yetirmək
hüququna malikdir.
Qərarın icrası ilə əlaqədar hakimiyyət münasibətlərin, münaqişəli
məsələlərin həllində məcburetmə tədbirlərindən istifadə edilməsi zərurəti
yarandıqda tətbiq edilir. Həqiqətən, bütün verilmiş inzibati.
93
qərarlar sözsüz icra olunmalıdır. Qərar xüsusi şəxslə əlaqədar qəbul
edilmişdirsə, həmin şəxs onun şərtlərini yerinə yetirməyə razılaşdıqda,
yaxud ona tabe olduqda bu zaman heç bir çətinlik və problem yaranmır.
Lakin icraya qarşı çıxıldığı halda münaqişə baş verir, nəticədə qərarın
icrasının yerinə yetirilməsi çətinləşir.
Vətəndaşlar arasındakı münasibətlərdə də bu cür vəziyyət yarana
bilər. Ev sahibi öz kirayənişinini mənzildən istədiyi vaxt çıxara bilər, bu
halda o, bir qayda olaraq, məhkəməyə müraciət etməlidir. Müvafiq
əsaslar olduqda məhkəmə bu barədə qərar verir. Xüsusi şəxs qərarın icra
edilməsi barədə sənədi aldıqdan sonra polisə müraciət edib, ona kömək
göstərilməsini xahiş etməlidir. Qeyd edək ki, bu halda əmin olmaq olmaz
ki, ona dövlət tərəfindən kömək göstəriləcəkdir. Misal üçün, polis belə
qərara gələ bilər ki, o, məhkəmə qərarını icra edəcəyi təqdirdə, şəxsin
ictimai asayişi üçün təhlükə yaranacaq. Bu halda polis şəxsə köməkdən
imtina edir.
Məhkəmə praktikasında bu cür vəziyyətə birinci ciddi reaksiya
Kunteyin işi üzrə Dövlət Şurasının 30 noyabr, 1923-cü il tarixli qərarı
olmuşdu. Hadisə Tunisdə baş vermişdir. Böyük torpaq sahələrində və
çoxlu əhali yaşayan bir neçə kəndi olan mülkiyyətçilərdən biri kəndlərin
sakinlərini oradan köçürmək istəmişlər. Hökumət belə hesab etmişdi ki,
bu köçürmə ictimai asayişin pozulmasına gətirib çıxara, tay- faarası
savaşmaya səbəb ola bilər. Məhz elə buna görə də, ümumi hakimiyyət
ona yardım göstərməkdən imtina etmişdi. Belə vəziyyət kirayənişinin
mənzildən çıxarılmasının yerli xarakterli etiraz münaqişəsinə səbəb ola
biləcəyini nəzərə alan polisin qərarın icrasına yardım göstərməkdən
boyun qaçırmasına da şamil edilə bilər.
Lakin bunlar istisna hallardır. Xüsusi şəxslər üçün belə qayda
qoyulmuşdur: vətəndaş məhkəməyə müraciət edir və məhkəmə ona
zəruri halda ümumi qaydada hakimiyyətdən yardım almaq barədə sənəd
verir.
Administrasiya bu nöqteyi-nəzərdən də xüsusi şəxslərlə
müqayisədə imtiyazlı vəziyyətdə olur. O, öz qərarlarının maddi
təcəssümü üçün iki imkana: vətəndaşların da istifadə edə biləcəkləri
üsula, yəni iddia ilə məhkəməyə müraciət etmək üsuluna və məhkəmə
qaydası istisna edilən digər üsula - xidməti borc kimi məcburi icra
üsuluna malikdir. İnzibati hüququn əsl özünəməxsusluğu bundadır:
administrasiya məhkəməyə müraciət etmədən öz qərarlarının maddi
təcəssümünü təmin edə bilər, çünki o, hakimiyyət qüvvəsinə malikdir.
Azərbaycan Respublikasının inzibati hüquq normalarının, yəni
inzibati hüquq sahəsini təşkil edən hüquq normalarının təhlili nəticə
94
sində, bu hüquq sahəsinin mahiyyəti, onun sosial təyinatı və ictimai
münasibətlərin inzibati hüquqi tənzimlənməsinin özünəməxsus
əlamətlərə malik olması müəyyən edilmişdir.
Dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin fəaliyyət
göstərdiyi sahədə yaranan ictimai münasibətlərdən başqa, inzibati hüquq
normaları dövlət hakimiyyəti, məhkəmə və prokurorluq orqanlarında
dövlət qulluğu ilə əlaqədar yaranan münasibətləri, həmçinin də idarəetmə
xarakterli təşkilatdaxili münasibətləri də tənzimləyir.
İnzibati hüquq normaları, həmçinin, ictimai təsisatların ixtiyarına
verilmiş dövlət idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı
yaranan ictimai münasibətləri də tənzimləyir.
Hüquq normasının ünsürləri (hipoteza, dispozisiya, sanksiya)
faktiki olaraq müxtəlif normativ-hüquqi aktların maddələrində ola
bilərlər, lakin bu, normalann eyni olmayan forma və ifadə üsullarına
malik olması ilə izah olunur. Belə hallarda da onlar öz məntiqi
quruluşlarını itirmirlər.
Dostları ilə paylaş: |