§2. Qərarların qəbul edilməsi qaydası,
məzmunu və icrası
Qərar qəbul etmək baxımından administrasiyanın vəziyyəti
xüsusi şəxslərin vəziyyətindən iki cəhətə görə: metodların daha səmərəli
olması və məzmununun genişliyi ilə fərqlənir.
Xüsusi hüquqda şəxs əgər icra olunmalı, yəni yerinə yetirilməsinə
nail ola biləcəyi qərar qəbul etməyə hazırlaşırsa, o, digər xüsusi şəxsin
razılığını almaq və yaxud hakimin müdaxiləsindən istifadə etmək
imkanına malik olur.
Birinci halda o, qəbul etmək istədiyi qərarı əks etdirən müqavilə
bağlayır. Lakin o, hələ məhsulun keyfiyyətini, qiymətini, göndərilmə
müddətini və i.a. təmin etmək üçün əvvəlcədən alıcının razılığını
almalıdır.
Əgər o, razılıq verməsə, belə hallarda məhkəməyə müraciət
edilməlidir. Bu, kirayənişini mənzildən çıxarmaq istəyən ev sahibinə də
aiddir: əgər kirayənişin öz razılığı ilə köçüb gedirsə, məsələ öz- özünə
həll olunur, əgər o, tutduğu mənzildən çıxmaq fikrində deyilsə, onda
onun çıxarılması üçün müvafiq orqanlara müraciət edilir və bu barədə
sərəncam verilməsi xahiş olunur. Administrasiya qərar qəbul edərkən iki
imtiyaza malikdir: o, digər şəxsin razılığı və məhkəmənin müdaxiləsi
olmadan da qərar qəbul edə bilər. Bunun üçün o, birtərəfli hakimiyyət
səlahiyyətinə və qabaqcadan sanksiya verilməsi üçün hakimə müraciət
etmək hüququna malikdir.
Administrasiyanın mühüm xarakterik cəhətlərindən biri onun
86
hakimiyyət səlahiyyətlərindən birtərəfli qaydada istifadə etmək hüququna
malik olmasıdır, yəni öz təşəbbüsü ilə hər hansı şəxsin razılığı olmadan
qərar qəbul edə və onu icra edə bilməsidir.
Bu mühüm hüququn reqlamentar səviyyədə həll edilməsi bütün
vətəndaşlara aid olmasa da, vətəndaşların bir qrupuna qarşı tətbiq edilən
qərarlar qəbul etmək üçün administrasiyaya imkan yaratmaqla (bu halda
vətəndaşlardan rəy tələb olunmur və yaxud onların müvafiq məsələ ilə
razı olub-olmadığı soruşulmur) və fərdi səviyyədə, yenə də
administrasiyanın müəyyən xüsusi şəxslər kateqoriyasına tətbiq edilən
qərarlar qəbul etmək hüququna malik olduğunu nəzərə almaqla həyata
keçirilir.
Bu birtərəfli hakimiyyət səlahiyyətləri hətta müqavilə sahəsində
də mövcuddur. Xüsusi hüquqda olduğu kimi, inzibati müqavilə
bağlanması üçün də iki tərəfin olması tələb olunur: lakin müqavilə
bağlandıqdan sonra onun icrası zamanı administrasiya müqavilənin digər
iştirakçısına qarşı birtərəfli qaydada öz tələblərini irəli sürmək hüququna
malikdir. Xüsusi müqavilələr dairəsi üçün belə ekvivalent mövcud
deyildir.
Lakin bu iki hüquqi rejim arasında olan məsələləri şişirtmək
olmaz. Doğrudur, xüsusi hüquqda bir tərəfin digərini özünə qoşması
haqqında müqavilələr mövcuddur və onların öz iradəsini digər tərəfə hətta
müqavilə çərçivəsində zorla qəbul etdirməsi də mümkündür. Xüsusi
hüquqda, misal üçün, sənaye müəssisələrində sex nizamnaməsi birtərəfli
hərəkətlər sayılır. Lakin bunlar bəzi hallarda mühüm narazılıqlara səbəb
olduğundan ümumi normalardan istifadə edilir. Halbuki, inzibati hüquqda
birtərəfli hakimiyyət səlahiyyətləri prinsipi mövcuddur və Fransada bu
prinsip daha çox inkişaf etmşdir.
Bu üstün hüquq imperativ (qəti) xarakter kəsb edir, çünki qanunda
xüsusi icazə nəzərdə tutulmursa, administrasiya qabaqcadan birtərəfli
müdaxilədən və müqavilə hüququ çərçivəsində hərəkət etməkdən imtina
etmək hüququna malik deyildir. Dövlət Şurası bu barədə, o cümlədən
dövlət qulluğunda olmaq və qiymətlərin tənzimlənməsi məsələləri ilə
əlaqədar dəfələrlə bunu xatırlatmalı olmuşdur. Bu cəhətdən müqavilə
siyasəti deyilən siyasət son dərəcə ikibaşlıdır, çünki dövlət öz
fəaliyyətinin əsas sahələrinin əksəriyyətində öz əl-qolunu müqavilə ilə
bağlaya bilməz. Odur ki, burada söhbət bəzi hallarda yalançı
müqavilələrdən də gedə bilər.
Qabaqcadan sanksiya verilməsi üçün hakimə müraciət etməmək
imtiyazı da rəsmi hərəkət etmək və məcburi qaydada icra edilməli olan
qərarları öz təşəbbüsü ilə qəbul etmək imtiyazı adlandırılır.
87
Bu, administrasiyanın istifadə etdiyi bütün imtiyazlar məcmusunu
tamamlayır. Xüsusi hüquqda belə bir prinsip mövcuddur ki, «heç kəs
öz-özünə qarşı məhkəmə iddiası qaldıra bilməz». Bu, istər cinayət
hüququ baxımından, istərsə də mülki hüquq baxımından doğrudur.
Xüsusi şəxs başqa şəxsi cəzaya məhkum etmək və bu baxımdan qərarın
icrası funksiyasını öz üzərinə götürmək hüququna malik deyildir. Əgər
hər hansı şəxs kiminsə ona borcunu ödəməsi iddiasındadırsa, ona
səlahiyyət verilmir ki, iddianı özbaşına həll etməyə çalışsın, günahkar
şəxsin vurduğu ziyan üçün ona haqq ödənilməsini tələb etsin: bu
məqsədlə o, hakimə müraciət etməli, ondan icra vərəqəsi almalıdır.
Əlində icra vərəqəsi olan şəxs zəruri halda icranın təmin olunması üçün
dövlət hakimiyyət orqanından yardım tələb edə bilər. Bu, kirayənişinin
ona borclu olduğu faktının qəbul edilməsinə çalışan ev sahibinə də aiddir.
Lakin burada ayrı-ayrı incəliklərin mövcudluğunu da nəzərə
almaq lazımdır. Bir çox hallarda xüsusi şəxs qərarın icrası üçün vasitələr
tapır və əslində icra hüququnu mənimsəməyə çalışır. Əgər sahibkar
muzdlu işçini işdən çıxarmaq istəyirsə, onda sadəcə olaraq onu qovur və
ona əmək haqqı verməyi dayandırır. İşdən çıxarılan şəxs narazı qaldıqda
qərardan məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Lakin
buna baxmayaraq, müdiriyyət tərəfindən qəbul edilmiş qərar dərhal
yerinə yetirilir. Eynilə də xüsusi assosiasiyalar öz işçilərindən birini işdən
xaric edərkən ondan üzvlük biletini də geri alır, bununla ona üzvlük haqqı
ödəməkdən imtina edilir. Çıxarılmış qərarlar dərhal icra edilir.
Beləliklə, məhkəməyə yalnız o halda müraciət edilməlidir ki,
dövlət məcburetmə tədbirlərdən istifadə edilməsində zərurət yaranmış
olsun.
İnzibati hüquqda bunun üçün xüsusi qərarlar olmadıqda
administrasiya hakimə müraciət etmədən icra funksiyasını öz üzərinə
götürmək hüququna malikdir. «Qabaqcadan sanksiya verilməsi üçün
hakimə müraciət etməmək» imtiyazının mənası da bundan ibarətdir.
Əgər müdiriyyət belə hesab edirsə ki, xüsusi şəxs öz
fəaliyyətlərini həyata keçirən zaman bədbəxt hadisə törətməklə ona zərər
vurmuşdur, onda administrasiya bu zaman o şəxsə qarşı qərar çıxararaq
zərərin ödənilməsini ona təklif edir: əgər xüsusi şəxs özü ya
müdiriyyətdən, ya da digər xüsusi şəxsdən ona pul ödənilməsini tələb
edərsə və onun tələbi müdiriyyət tərəfindən rədd edilərsə, onda həmin
şəxs mübahisənin həll olunması üçün hakimə müraciət etmək hüququna
malikdir.
88
Başqa bir misal. Vergilərin tutulmasında belə hallara rast gəlmək
olur ki, administrasiya hər hansı vergi verənin müəyyən il üçün və yaxud
müəyyən hadisə ilə əlaqədar ona müəyyən məbləğ borclu olduğunu
müəyyən etdikdə onda özü-özünə icra vərəqəsi yazır.
Bu vəziyyəti kirayənişinin mənzildən çıxarılması və xarici
vətəndaşın ölkə ərazisindən qovulması ilə müqayisə etmək olar.
Kirayənişini mənzildən çıxartmaq istəyən ev sahibi bu barədə hakimə
müraciət etməlidir: xarici vətəndaşı ölkədən çıxarmaq istəyən
administrasiya isə bu barədə özü qərar qəbul edir və bununla da özünə
icra hüququ verir. Bu isə hakimin, adətən, inzibati hakimin, bəzən isə
ümumi-mülki ədliyyə orqanının nəzarəti altında edilir. Bu zaman xüsusi
hüquqda olduğu kimi, icra vərəqəsini hakim verir, inzibati hüquqda isə o,
verilmiş icra vərəqəsinin qanuniliyinə nəzarət edir.
Belə vəziyyət administrasiyaya ikiqat üstünlük verir: birinci
üstünlük ondan ibarətdir ki, Fransa şəraitində şikayət təxirəsalınmaz
xarakter daşımır, yəni xüsusi şəxsin administrasiyanın qərarından hakimə
müraciət etməsi administrasiya tərəfindən çıxarılmış qərarın icrasına
mane olmur. Administrasiya məhkəməyə verilmiş şikayətə baxmayaraq
icra vərəqəsi almaqla qərarın icrasını təmin edir.
Administrasiyaya olduqca əlverişli vəziyyət yaradan ikinci
üstünlük ondan ibarətdir ki, bir prinsipdən irəli gələn, şikayət verən -
iddiaçı məhkəmədə özünün haqlı olduğunu sübuta yetirməlidir. Başqa
sözlə, əgər ev sahibi kirayənişini mənzildən çıxarmaq istəyirsə, onun
mənzil kirayəsini ödəmədiyinə görə mənzildən çıxarmalı olduğunu əsas
götürür. Əksinə, əgər administrasiya öz qərarı ilə xüsusi şəxsi nəyisə
etməyə məcbur edirsə, həmin qərardan şikayət verilməsi cavabdehin
boynuna düşür və yaxud da o, məhkəmədə həmin qərarın qanunsuz
olduğunu sübuta yetirməlidir. Buna baxmayaraq, bəzi hallarda inzibati
prosesdə mübahisə edənlərin vəziyyətləri eyni olmur.
Lakin xatırlatmaq lazımdır ki, bu səlahiyyət - qabaqcadan
sanksiya üçün hakimə müraciət etməmək imtiyazı müvafiq tələblərə
uyğun olaraq müşayiət edilir. Bu zaman administrasiya öz müstəqil
idarəetmə fəaliyyətindən imtina edə bilməz. İdarəetmə səlahiyyətləri
administrasiyaya özünəməxsus mənafelərini və yaxud idarəetmə aparatı
qulluqçularının mənafelərini müdafiə etmək üçün yox, ancaq ictimai
mənafeləri müdafiə etmək üçün lazımdır.
Administrasiya görə biləcəyi işi özü görməlidir, bu zaman
hakimin həmin işi görməsini tələb etmənin yolverilməzliyi prinsipi
inzibati
89
ədliyyə çərçivəsində' irəli sürülmüş və uzun müddət ona aşağıdakı
hallardan başqa heç bir istisna edilməmişdi: müqavilələr sahəsində -
burada inzibati fəaliyyətin birtərəfli icrası daha artıq zəifləmişdir. Bu
zaman ona imkan verilir ki, administrasiyaya özü özünə icra vərəqəsi
versin, yaxud hakimdən icra vərəqəsi verilməsini tələb etsin.^ Mülkiyyət
sahəsində də xüsusi hüquqa yaxınlaşma halları müşahidə olunur: əgər
administrasiya kimi isə ictimai əmlakdan istifadə etmək hüququndan
məhrum etmək istəyirsə, bu barədə tədbir görülməsi üçün inzibati hakimə
müraciət edə bilər.^
Doğrudur, bu yaxınlarda qəbul edilmiş qərarda nəzərdə tutulur ki,
dövlət təsisatı ümumi (ictimai) funksiyanın müvəffəqiyyətlə yerinə
yetirilməsini təmin etməyə yönəldilmiş tədbirlər nəticəsində çıxarılmış
qərarın icrasının təmin edilməsindən ötrü inzibati hakimiyyətdən xahiş
edə bilər.“*
Bu qərar, bəlkə də, elə bir təkamülün təzahürüdür ki, o,
administrasiya üçün qərarın məhkəmədənkənar icrası imtiyazından
istifadə etməyə imkan verir. Bəzi hallarda isə hakimin qərar vermək
nüfuzunu saxlamaq üçün administrasiya ona müraciət etmək yollarından
birini seçmək hüququna geniş yer verir. Lakin hər bir halda
administrasiya özünə variant seçmək imtiyazını özündə saxlayır:
məhkəmə iddiası onun üçün yalnız könüllü əhəmiyyət kəsb edir və
şübhəsiz ki, praktikada bu prinsip istisna xarakterini saxlayacaqdır.
Administrasiya prinsipcə yalnız qanunla icazə verilən qərarlar
qəbul edə bilər, həm də belə qərar qəbul etmək onun vəzifəsidir. Bu cür
qərarların əhatə dairəsi olduqca genişdir, çünki administrasiya xüsusi
şəxslər üçün qadağan olunmuş çoxsaylı qərarlar qəbul etmək hüququna
malikdir.
* Administrasiyanın istifadə etdiyi qanun aktları onun qərar qəbul etmək
hüququnun reallaşdırılmasmm səciyyəvi xüsusiyyətlərindən biridir.
Həqiqətən də, o, vətəndaşların ayrı-ayrı kateqoriyaları ilə bağlı tədbirlər
görmək, hətta hamı üçün məcburi qərarlar qəbul etmək imkanına
malikdir. Misal üçün, yol hərəkəti qaydaları əsasən hökumət və yaxud
administrasiya tərəfindən işlənib hazırlanmış normalardan ibarətdir.
Dostları ilə paylaş: |