Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


Dövlət Şurasının Bezanson xəstəxana mərkəzi haqqında işə dair 26 aprel, 1963-jü il



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə36/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   32   33   34   35   36   37   38   39   ...   113
Dövlət Şurasının Bezanson xəstəxana mərkəzi haqqında işə dair 26 aprel, 1963-jü il 
tarixli qərarı. 
Dövlət Şurasınm Lariyelin işinə dair 28 iyul, 1951-ji il tarixli qərarı. 
109 


nnm  hədələrdən,  ağır  təhqirlərdən,  təhqiramiz  ifadələrdən  və  yaxud 
böhtanlardan, habelə onların şəxsən özlərinin və ya əmlaklarının məruz 
qala biləcəyi qəsdlərdən müdafiəsini təmin etməyə borcludur. 
Elə  hallar  olmuşdu  ki,  vergi  idarəsinin  məmurlarına qarşı  vergi 
verənlər tərəfindən məhkəmə iddiaları, habelə Hind-Çində və Əlcəzairdə 
müharibələr dövründə dövlət qulluqçularının əmlakı ilə əlaqədar iddialar 
irəli sürülmüşdü. Belə hallarda administrasiya öz qulluqçularını müdafiə 
etmiş,  qulluqçular  tərəfindən  onlara  vurulmuş  zərərə  görə  cərimə 
ödəməli olmuşdur. 
Azərbaycan  Respublikasının  inzibati  hüququnda  dövlət 
qulluqçularına həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsi və yaxud 
lazımi  şəkildə  yerinə  yetirilməməsi,  həmçinin  müəyyən  edilmiş 
məhdudiyyətlərə  əməl  olunmaması,  qanunda  başqa  qayda  nəzərdə 
tutulmayıbsa, inzibati məsuliyyətə səbəb olur. 
Dövlət qulluqçularına qarşı aşağıdakı inzibati tənbeh tədbirləri 
tətbiq oluna bilər: töhmət; 
bir  il  müddətinədək  vəzifə  maaşının  5  faizindən  30  faizinədək 
azaldılması; 
həmin  dərəcədən  olan,  lakin  vəzifə  maaşı  aşağı  olan  işə 
keçirilməsi; 
daha aşağı dərəcəli işə keçirilməsi; 
ixtisas dərəcəsinin aşağı salınması; 
ixtisas dərəcəsindən məhrum 
edilməsi; dövlət qulluğundan azad 
edilməsi. 
Dövlət qulluqçularının məsuliyyət növləri aşağıdakılardır: 
intizam; inzibati; 
maddi və cinayət. 
İntizam məsuliyyəti o vaxt meydana çıxır ki, dövlət qulluqçusu 
xidməti  nizam-intizamı  pozsun,  inzibati  xəta  törətdiyinə  görə,  maddi 
ziyan vurmağa görə və nəhayət cinayət məsuliyyəti o vaxt baş verə bilər 
ki, şəxs vəzifə cinayəti törətsin. 
Fransa  inzibati  hüququndan  fərqli  olaraq  Azərbaycan 
Respublikasının  qulluqçuları  tərəfindən  vurulmuş  ziyanı  özləri 
ödəyirlər.  Dövlət  qulluqçusu  öz  hərəkətlərinin  qanuniliyi  üçün 
cavabdehdir.  Rəhbər  işçinin  göstərişini  qanunsuz  sayan  dövlət 
qulluqçusunun  etirazına  baxmayaraq,  həmin  rəhbər  işçi  öz  göstərişini 
qüvvədə saxlayarsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi 
ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur. 
110 



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin