təndaşlann mənafeləri üzrə; ilk növbədə dövlət vəsaiti olan vergilərin
mənafeləri üzrə, yəni vergi şəklində tutulan və vergilərdən daxilolmalar
hesabına toplanan vəsaitlərin israfçılığına yol verməmək məqsədini
qanunla qoruyur və nəhayət, dövlət idarəetmə orqanları ilə
münasibətlərin sabit və qanuni əsaslar üzərində qurulmasında marağı
olan vətəndaşların mənafeləri nəzərə alınır.
Lakin unutmaq olmaz ki, həmin vəzifələr, həmçinin Alfons Al-
lenin aşağıdakı məşhur kəlamı tətbiq edilə bilən inzibati orqanların
özlərinin mənafeləri naminə
müəyyənləşdirilir; «Mən
şirnikmədən başqa
bir şeyə müqavimət göstərirəm». İdarəetmə orqanlarının vəzifəli
şəxslərinin məruz qala biləcəkləri korrupsiya bəlasından yaxa qurtarmaq
böyük əhəmiyyət kəsb edir.
Doğrudan da, bəzən qanunsuz hərəkət etmək işi qanuni
görməkdən asandır. Heç kim korrupsiyaya düçar olmaq bəlasından azad
deyil; bir halda ki, administrasiyanın çox böyük səlahiyyətləri vardır,
həmin səlahiyyətləri həyata keçirən vəzifəli şəxslər maliyyə fırıldaqları
törətməklə şirniklənə bilərlər; bir sıra ölkələrdə kəskin şəkildə qarşıya
çıxan bu problem Fransada da mövcuddur. Laqeydlik, qanunsuzluğa
etinasızlıq, təşəbbüskarlığın olmaması, tənbəllik təzahürü üçün həmişə
geniş meydan vardır və dövlət idarəetmə aparatını ilk növbədə bunlardan
qorumaq məsələsi dayanırdı.
Bəzi sadə sayılan qaydalar bu məqsədlə tətbiq edilirdi. Dövlət
qulluğuna qəbulun müsabiqə qaydası buna misal ola bilər. Müsabiqə
haqqında qaydalar kadrların seçilməsində özbaşınalıq, tayfabazhq,
dostbazlıq, gizli və ya açıq rüşvətxorluq, hədə ilə (zorla, fırıldaqla) pul
qoparmaq hallarından yaxa qurtarmağa imkan yaradır və şəxslərin
müsabiqəyə buraxılmasına yol verirdi.
Administrasiya üçün müəyyən edilmiş açıq müqavilələr
bağlanması qaydası qulluqçuların rüşvətə uymasına yol verməmək və
bütün namizədlərin bərabərliyini təmin etmək məqsədilə tətbiq olunurdu.
İdarəetmə orqanlarının vəzifəli şəxsləri çox zaman bu tələblərdən
yan keçməyə, xüsusi hüquq normalarından istifadə etməyə cəhd
göstərirdilər. Bəzi idarəetmə orqanlarının sənaye və ticarət yönlü
xidmətlərə çevrilməsi məhz bununla izah olunur. İctimai bölmənin idarə
olunmasını təmin etmək məqsədilə xüsusi orqanlara müraciət etmə
hallarının çox olması məhz ona görə idi ki, inzibati hüquq sahəsinin
məhdudiyyətləri həmin orqanlara tam şamil edilmirdi.
Lakin idarəetmə orqanlarının rəhbərləri və digər vəzifəli şəxslər
çox zaman onlara həvalə olunmuş vəzifələrdən razı qalırlar, çünki həmin
vəzifələrlə onlar nəinki təkcə şirniklənmələrdən,
həm də öz ün
113
vanlarına
deyilən
tənqiddən
müəyyən
dərəcədə
qorunurlar.
Administrasiyanın ümumi hüquq rejiminə tabe olduğu şəraitdə isə onu
həmin rejimə tabe olmağa məcbur edən vasitələr də mövcuddur və buna
görə onları tənqiddən tamamilə xilas etmək qeyri-mümkündür.
Administrasiyanın qulluqçularının vəzifələrini iki əsas cəhətdən
qiymətləndirmək olar: qanunçuluq prinsipi, yəni idarəetmə aparatının
qanunla bağlılığı baxımından və məsuliyyət prinsipi nöqteyi-nəzərindən.
İkinci cəhətə uyğun olaraq administrasiya, xüsusilə öz günahı və yaxud
xidməti qüsurları nəticəsində işçilərə zərər vurduqda dəymiş ziyanı
ödəmyə borcludur.
Qiymətləndirmənin üçüncü cəhətinə hüquqi nəzarət prinsipini də
əlavə etmək olar; o, törəmə olsa da, birinci iki prinsipi xeyli dərəcədə
tamamlayır, çünki mənəvi tələblərin səmərəliliyi o halda daha yaxşı
təmin edilir ki, vəzifələrin icra keyfiyyətinə görə sanksiyalar nəzərdə
tutulmuş olsun. Hər iki prinsip - qanunilik də, məsuliyyət də,
qulluqçuların vəzifələrinə aiddir. Belə bir fikri sadəcə bəyan etməklə
kifayətlənmək olardı ki, administrasiya qanuna riayət etməyə və öz
vəzifələrini yerinə yetirməyə borcludur. Lakin göstərilən prinsiplərə əməl
edilməsinə məhkəmə müdaxiləsi də prinsipial əhəmiyyət kəsb edir, yəni
hüquqi nəzarətin müxtəlif növlərinə əsaslanan bu müdaxilə olmazsa, belə
sistemin səmərəsi mümkünsüzdür.
Qanunun
və
məsuliyyətin
davranış
tədbirləri
yalnız
administrasiya üçün irəli sürülmür. Vətəndaşlar da qanunçuluq və
məsuliyyət prinsiplərinə əməl etməyə borcludurlar. Qanunçuluq prinsipi
Mülki Məcəllənin 1-ci maddəsində ifadə edilmişdir: «Heç kəs qanunu
bilmə- məklə özünə bəraət qazandıra bilməz».
Bu o deməkdir ki, qanunu
nəinki yalnız bilmək, həm də ona əməl etmək lazımdıır. Məsuliyyət
prinsipi Fransanın Mülki Məcəlləsinin 1382-ci maddəsində öz ifadəsini
tapmışdır.
Bu prinsiplərə əməl edilməsi şərtləri idarəetmə orqanları və
xüsusi şəxslər üçün heç də hər cəhətdən eyni şəkildə nəzərdə
tutulmamışdır. İnzibati hüquqla xüsusi hüquq arasında əsas fərq də
bundadır.
Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsinin 2-ci
bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları dövlət
orqanlannda qulluq etmək imkanına malikdirlər. Konstitusiyanın bu
maddəsinə görə, dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan
Respublikasının vətəndaşlan sırasından təyin olunurlar. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər isə dövlət qulluğuna qanunla
müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.
«Dövlət qulluğu haqqında» Qanun icra hakimiyyəti orqanları.
114
qanunvericilik və məhkəmə hakimiyyətləri orqanları aparatında dövlət
qulluğuna keçən qulluqçulara şamil edilir.
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və
digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və
funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz
vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Dövlət qulluqçularının əsas hüquq və vəzifələri «Dövlət qulluğu
haqqında» Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır.
Azərbaycan Respublikasının inzibati hüququnda və «Dövlət qulluqçuları
haqqında» Qanunda bu barədə geniş şəkildə izahat verilmişdir.
Dövlət qulluqçularının xidməti hüquq və vəzifələrinin həyata
keçirilməsi üçün dövlət tərəfindən normal şərait yaradılır. Məsələn,
hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq
etməyə görə (Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi), təhqir
etməyə görə (Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi) və
dövlət qulluqçularının vəzifələrinin yerinə yetirilməsinə maneçilik
törədən və ya hərbi qulluqçunun qanuni tələbinə
qəsdən tabe ol- mamağa
görə inzibati məsuliyyət nəzərdə tutulur.
115