“Azad Azərbaycan”.-2011.-16 fevral.-N.23.-S.4.
Daxili siyasət. Soyqırım
Xocalı faciəsi- tariximizin qan yaddaşı
Xocalı soyqırımı ermənilər tərəfindən qəsdən planlı şəkildə törədilən beynəlxalq cinayət
hadisəsidir
Xocalı soyqırımını dünya ölkələri ermənilərin Azərbaycan xalqına qarsı soyqırımı kimi tanımalıdır.
Ermənilər tarixən öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı ərazi iddiasında olub. Tarixi
torpaqlarımıza qəddarcasına basqın edərək işğal ediblər. Xalqımıza qarsı soyqırımı həyata keçiriblər. Ermənilərin
həyata keçirdikləri soyqırımı siyasətinin ən dəhşətlisi. insanlığa sığmayan. tarixdə görünməmiş terror aksiyası -
Xocalı soyqırımıdır. Xocalı soyqırımı XX əsrin ən dəhşətli soyqırımıdır. Lakin gəlin çörək. bu misli görünməmiş
erməni vəhşiliklərinə Azərbaycanın o zamankı iqtidarı Ayaz Mütəllibov hakimiyyətə can atan və sonradan
hakimiyyətdə olan "demokrat bəylər". eyni zamanda dünya ölkələri nə cür münasibət həslədilər və niyə susdular?!
Ona görə ki, ölkə rəhbəri olan A. Mütəllibov bu qanlı terroru, vəhşi soyqırımı öz xalqından və dünya
ölkələrindən, beynəlxalq təşkilatlardan gizlətdi. Fevralın 27-də rəsmi qəzetlər və dövlət televiziyası prezidentin
mətbuat xidmətinin məlumatında bildirdilər ki, Xocalı şəhərinə hücum olub. 2 nəfər ölüb. Axı Azərbaycan öz
müstəqilliyini 1991-ci ilin 18 oktyabrında elan etmişdi. Sovetlər İttifaqı yox idi, faciə baş verən zaman Azərbaycan
artıq 4 ay idi ki, müstəqil dövlət idi.
Tutaq ki, 1990-cı il yanvarın 20-də törədilən terror aksiyası zamanı Azərbaycan SSRİ-nin tərkibində idi və
ona görə də heç bir dövlət bu soyqırımına münasibət bildirmədi. Yalnız Moskvada həyatı təhlükə qarşısında olan,
izolyasiya şəraitində yaşayan Heydər Əliyevin səsi bütün dünyaya yayıldı. Xocalı faciəsi baş verən zaman artıq
Azərbaycanı müstəqil dövlət kimi bir sıra ölkələr tanımışdı. Azərbaycan BMT-nin üzvü idi. 1991-ci ildə Türkiyə,
1991-ci il dekabrın 25-də ABŞ Azərbaycanı rəsmən tanıdı.
Bəs onda sual olunur: bu qanlı terror aksiyasından sonra, yəni Xocalı şəhərində 613 nəfərin vəhşicəsinə
öldürüldüyü, 487 nəfərin şikəst edildiyi, 1275 nəfərin əsir alınaraq zülmə, işgəncələrə məruz qalmaları, 6 min
əhalisi olan Xocalı şəhərinin tamamilə yandırılması, öldürülmüş meyitlərin üzərində ermənilərin sərxoşluq edərək
toy-bayram etmələri və s. törədildiyi halda, A. Mütəllibov "iqtidarı" nə üçün Xocalıda baş verənləri gizlədərək,
orada 2 nəfərin öldürüldüyünü bəyan etmişdi. A. Mütəllibov öz vəzifəsini qorumaq üçün bu soyqırımı barədə yanlış
məlumat verdi. O, hakimiyyətə can atan cəbhəçilərdən, müsavatçılardan ehtiyat edirdi. Bu A. Mütəllibovun öz
xalqına xəyanəti idi. Əksinə, faciə ilə əlaqədar olaraq o, Ali Sovetə soyqırımı barədə öz xalqına, dünya ölkələrinə
BMT-yə bəyanatla müraciət etməli idi. Dünya ölkələrinin diqqətini bu qanlı soyqırımına yönəltməli idi. Sonra isə
bunu bacarmadığı halda, özünü xalq qarşısında günahkar bilərək istefa verməli və el ağsaqqalı Heydər Əliyevi
Bakıya dəvət edib ondan xalqa rəhbərlik etməyi xahiş etməli idi. Çox təəssüf ki, Xocalı faciəsinə gedən yolu
günü-gündən yaxınlaşdıran A. Mütəllibov bunu etmədi, hakimiyyətə can atan İsa Qəmbər, Ə. Elçibəy, Y.
Məmmədov və başqaları Mütəllibovdan tələb etmirdilər ki, nə üçün bu soyqırımım xalqdan və dünya
ictimaiyyətindən gizlədirsiniz? Çünki İsa Qəmbər də, Ə. Elçibəy də və onlara xidmət edən "bəylər " də bu faciədən
bəhrələnərək hakimiyyətə can atırdılar. Xocalı faciəsinə, soyqırımına dünya, bax, bu səbəblərdən susdu, özü də bərk
susdu. Atalar yaxşı deyib, "həmişə yatan, sakit duran, ağlamayan uşağa öz anası da süd verməz".
A. Mütəllibova, ondan sonrakı rəhbərlər - Y. Məmmədov, İsa Qəmbər, Ə. Elçibəy də qəflət yuxusunda
yatdılar, dünya da susdu. Azərbaycanın səsinə səs vermədi. Soyqırımına, terrora məruz qalan Azərbaycan İsa
Qəmbərin, Ə. Elçibəyin hakimiyyəti dövründə daha da təkləndi. Xocalı faciəsindən təxminən 2 ay sonra
hakimiyyətə gələn İsa Qəmbər heç soyqırımı barədə fikirləşmədi də. Ə. Elçibəy də öz hakimiyyəti dövründə
Azərbaycanın başına gətirilən terrordan, soyqırımından, əsasən Xocalı soyqırımı barədə heç bir yerdə söhbət
açmadı. Fakt üçün göstərə bilərəm, 1992-ci ilin iyulunda Finlandiyanın paytaxtı Helsinkidə ATƏT-in sammiti
keçirilmişdir. 1992-ci ildə ABŞ prezidenti olmuş Corc Buş Ə. Elçibəyə məktubla müraciət edərək, ABŞ-ın bütün
sahələrdə Azərbaycanla sıx əməkdaşlığa və qarşılıqlı münasibətlərin inkişafına hazır olduğunu bildirmişdi. Həmin
vaxt hesab etmək olardı ki "demokrat bəylər " bu tarixi fürsəti əldən verməyərək, Azərbaycanın başına gətirilən
dəhşətli Xocalı soyqırımı, ermənilərin terror əməllərindən, torpaqlarımızın işğala məruz qalmasından, bütövlükdə
erməni vəhşiliklərindən, ölkənin üzləşdiyi Qarabağ problemindən ABŞ prezidentinə rəsmən müraciət edərək
məlumat verə bilərdilər. Lakin Ə Elçibəyin təcrübəsizliyi, qlobal siyasət məsələsindən bas çıxarmaması Helsinki
sammitində ABŞ-Azərbaycan dialoqunun başlanmasına imkan vermədi. Helsinki sammitindən Azərbaycanın
xeyrinə istifadə etmək imkanı əldən verildi Azərbaycan xalqının başına ermənilər tərəfindən gətirilən faciələr -
Xocalı soyqırımı, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi və s. məsələlər barədə həmin sammitdə
prezident kimi iştirak edən Ə. Elçibəy bir kəlmə də danışmadı. Nəticədə "demokratların" hakimiyyəti dövründə
Azərbaycan dünya miqyasında görünməmiş təcavüzə, soyqırıma, Xocalı müsibətləri görmüş, ərazisi işğal olunmuş,
bir milyondan artıq qaçqın, köçkünü olan Azərbaycan dünya ölkələrindən yardım-kömək almaq əvəzinə təkləndi.
Respublikamız Xocalı soyqırımından doqquz, on ay sonra 1992-ci ilin dekabrında ABŞ Konqresi tərəfindən
Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən "907-ci düzəliş" deyilən sənədlə "mükafatlandırıldı".
Əksinə, Xocalı soyqırımını həyata keçirən ermənilər və Ermənistan təcavüzkar kimi dünyada tanınmaq
əvəzinə, erməni millətçilərinin apardığı siyasət nəticəsində dünyada "əzilən xalq", "soyqırıma" məruz qalan xalq
kimi tanındı. Erməni lobbisinin təsiri ilə dünya ölkələrindən dəstək aldığı ABŞ dövləti 1992-ci ildən Ermənistana
600 milyon dollar yardım göstərmişdi. Bizim "demokrat bəylər" isə xalqı, dünya ölkələrinin diqqətini Xocalı
faciəsinə yönəltmək əvəzinə bu hadisədən hakimiyyətə gəlmək üçün məqam kimi istifadə etdilər.
11 sentyabrda ABŞ-da baş verən terror aksiyasına dünya ölkələri tərəfindən tez bir zamanda münasibət
bildirildi. O cümlədən terrorizmi beynəlxalq cinayət hesab edən və ona qarşı bütün dünya ölkələrini birgə
mübarizəyə səsləyən müdrik rəhbərimiz Heydər Əliyev bu terror aksiyasına kəskin etirazını bildirdi. Amerika
prezidenti və xalqı ilə həmrəy olduğunu həyan etdi. ABŞ-da baş verən terror bütün dünyaya olduğu kimi, çatdırıldı.
ABŞ prezidenti bəyanat verərək dünya ölkələrini terrorizmə qarsı mübarizəyə səslədi. Xocalı soyqırımı baş verən
zaman isə ölkə prezidenti faciəni bütün təfsilatı ilə dünyaya bəyan etmək əvəzinə, ermənipərəst mövqe-tutaraq bu
qanlı terror əməliyyatını gizlətdi.
Baş verən qanlı terror hadisəsi-Xocalı soyqırımı barədə prezident kimi Mütəllibov bir kəlmə də danışmadı.
Nə Milli Məclisdə, nə də Prezident Administrasiyasında bu beynəlxalq cinayət hadisəsi müzakirə edilmədi,
beynəlxalq ictimaiyyətə məlumat verilmədi
XX əsrin ən dəhşətli beynəlxalq cinayəti - Xocalı soyqırımı barədə dəfələrlə kütləvi informasiya
vasitələrində çıxışlar etmişəm və təkliflər vermişəm. 18 fevral 2001-ci il tarixdə Milli Məclisin orqanı olan rəsmi
dövlət qəzetində - "Azərbaycan" qəzetində "Xocalı soyqırımı - ermənilərin Azərbaycana qarşı genosid siyasətidir"
başlıqlı məqalədə isə etdiyim təkliflər eyni zamanda Azərbaycanın Avropa Şurasındakı deputat qrupuna etdiyim
təkliflər deputat qrupu və o zaman deputat qrupuna rəhbərlik edən cənab İlham Əliyev tərəfindən, Milli Məclis və
Xocalı ictimaiyyəti və eyni zamanda respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Və bir daha həmin təkliflərimi respublika və dünya ictimaiyyətinə çatdırıram. "Soyqırımı siyasətinin
qarşısının alınması və cəzalandırılması haqqında" BMT-nin 1948-ci il 9 dekabr tarixli konvensiyası ilə soyqırımı
beynəlxalq hüquq normalarını pozan cinayət elan olunmuş və həmin cinayətin törədilməsi üçün bu və ya digər
dövlətin məsuliyyətinin müəyyənləşdirilməsinə dair iddiaların təmin edilməsi beynəlxalq məhkəmənin
səlahiyyətinə aid edilmişdir. Ona görə də bir ziyalı vətəndaş "kimi təklif edirəm. BMT-yə, ATƏT-ə, AŞPA-ya,
İKT-yə, - ABŞ Konqresinə Beynəlxalq Məhkəməyə respublika ictimaiyyəti və xalqı adından Xocalı soyqırımı
günahkarlarının - soyqırımı təşkil edən və həyata keçirən Ermənistanın o zamankı rəhbərləri Ter-Petrosyan,
Koçaryan, Sarkisyan, 366-cı alayın komandirləri, Rusiya Federasiyasının həmin illərdə müdafiə naziri və qərargah
rəisləri və millətçi dairələri, soyqırımı tapşırıqlarını həyata keçirən hərbi hissə komandirləri, qanlı faciəni, dəhşətli
soyqırım öz xalqından və dünya ölkələrindən gizlədən o zamankı Azərbaycan prezidenti A. Mütəllibov, faciədən
hakimiyyətə gəlmək üçün istifadə edən və hakimiyyətdə olduğu müddətdə Xocalı soyqırımı barədə dünya ölkələrinə
məlumat verməkdən çəkinən İsa Qəmbər və b. cəzalandırmaq üçün müraciət olunsun. Bu müraciət bütün dünya
ölkələrinin parlamentlərinə göndərilsin. "Erməni soyqırımı"nın başqa ölkələrdə tanınmasının qarşısını almaq üçün
xarici ölkələrdə təbliğatımızı genişləndirək. Eyni zamanda Xocalı soyqırımının XX əsrin ən dəhşətli terror aksiyası,
ermənilər tərəfindən qəsdən törədilməsini, dinc əhalini gecə vaxtı vəhşicəsinə qırmalarını, diri-diri yandırmalarını,
ermənilərin Azərbaycan xalqına qarşı törətdiklərini özündə əks etdirən Xocalı soyqırımı dünya ölkələri tərəfindən
XX əsrin ən dəhşətli terroru, Ermənistanın və ermənilərin azərbaycanlılara qarşı soyqırımı kimi tanınmalıdır.
Beynəlxalq Haaqa Məhkəməsi Xocalı şəhərində baş verən qanlı terroru-soyqırımı beynəlxalq cinayət
hadisəsi olaraq təsdiq edən qərardad çıxarmalı və bu qərarla qəti hökmlə Ermənistan Respublikasını və rəhbərlərini
qəti şəkildə cəzalandırmalıdır. Məhkəmə qəbul etdiyi hökmün surətlərini BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə,
AŞ-PA-ya, ABŞ Konqresinə, Fransa Senatına, eyni zamanda BMT-nin Baş Katibinə bu hökmü BMT-nin
tribunasından bütün dünyaya bəyan etməyi tövsiyə etsin. Hökmdə ermənilərin 200 ildən çox bir vaxtda xalqımızın
başına gətirdikləri soyqırımı, genosid siyasətləri kəskin surətdə pislənməsi, xalqımıza dəyən maddi və mənəvi
zərərin ödənilməsi, Ermənistana embarqo tətbiq edilməsi, Ermənistanın BMT-dən, ATƏT-dən, AŞPA-dan
üzvlüyünə xitam verilməsi, bayrağının endirilməsi, ABŞ Konqresinin Xocalı soyqırımından 9 ay sonra erməni
təbliğatının və Konqresdə ermənipərəst konqresmenlərin bu beynəlxalq cinayət hadisəsinə-Xocalı soyqırımına
hüquqi-siyasi qiymət verərək Azərbaycana və onun xalqına dəstək vermək əvəzinə Azərbaycana hər cür yardımı
qadağan edən bədnam "907-ci düzəliş"in beynəlxalq hüquqa, humanizmə zidd qərar olması, terrora, soyqırıma,
işğala dəstək qərar olması və buna görə də ləğv edilməsi və BMT-nin 1948-ci il 9 dekabr tarixli konvensiyasına
əsasən Xocalı şəhərində baş verən soyqırımı beynəlxalq cinayət hadisəsi olaraq, dünyada baş verən terror
hadisələrinin ən dəhşətlisi olduğunu təsdiq edən hökm çıxarmalı və həmin hökmü icra etməlidir. Beynəlxalq
hüququn bütün norma və prinsiplərini pozaraq beynəlxalq cinayət hadisəsi - Xocalı soyqırımı törətmiş Ermənistana
maliyyə yardımları edən ABŞ hökumətinə beynəlxalq erməni lobbisinə və diasporlarına qarşı yardımların
dayandırılması barədə Rusiya Federasiyası ilə hərbi-siyasi-iqtisadi müqavilələrin ləğvinə dair qərar qəbul etsin və
bu qərar həmin ölkələrin rəhbərlərinin nəzərinə çatdırılsın, Ermənistanda inşa olunmuş qondarma "soyqırımı
abidəsi"nin sökülməsinə dair qərar qəbul et-sin. Respublikamızın şəhər və rayonlarında soyqırımı abidəsi
kompleksləri ucaldılsın.
Dəmir QURBANLI