Radio Verilişləri Şirkəti tərəfindən müxtəlif konsert cəmiyyətlərinə -
Parisdə bazar günü konsertlər verilməsilə bağlı onların arasında ayrı-
seçkilik salmağa münasibətdə şirkətin mövqeyini pislədi.
Vergilərə və dövlət rüsumlarına cəlbetmə sahəsində bərabərlik
prinsipinə uyğun olaraq kommuna, qanunda müvafiq meyarlar olma-
dıqda öz vergiödəyiciləri üçün vergi dərəcələrinin müxtəlif miqdarını
təyin etmək hüququna malik deyildir. Bununla yanaşı, dövlət tərəfindən
vergiyə cəlbedilmə sahəsində bərabərlik prinsipi mövcuddur, bəzi
hallarda administrasiya qeyri-qanuni hərəkət edərək, faktiki olaraq
vətəndaşdan və yaxud vətəndaşların hər hansı kateqoriyasından rüsumlar
tutulmasına baxmayaraq, onlardan əlavə rüsum tuturlar. Belə halda
administrasiya cərimə ödəməlidir. Beləliklə, bərabərlik prinsipi
məsuliyyət məsələsinə keçir.
Dövlət qulluğuna qəbul zamanı bərabərlik prinsipinin tətbiqi
prosesində iki qrup mülahizədən irəli gələn çətinliklər meydana çıxır.
Birincisi, bərabərlik prinsipi, əslində, yalnız faktiki olaraq eyni
vəziyyətdə olan şəxslərlə əlaqədar tətbiq edilə bilər, həqiqətdə isə heç
zaman belə olmur, çünki onların arasında həmişə fərqlər mövcud
olmaqdadır. Əlbəttə, belə nəticəyə gəlmək olar ki, təcrübədə bərabərlik
olmadığına görə hüquqda da ola bilməz. Əslində bu prinsipi tətbiq
edərkən əvvəlcə müvafiq hüquq konstruksiyalanm müəyyənləşdirmək
zəruridir; bərabərlik prinsipi həmin konstruksiyalar çərçivəsində
fəaliyyət göstərməlidir.
Bundan başqa bərabərlik prinsipinin fəaliyyətinə, məhkəmə
nəzarəti altında yol verilən ictimai fayda mülahizələri ilə maneçilik
törətmək olar.
Lakin həmin prinsipin tam gücü ilə fəaliyyət göstərməsi üçün iki
şərtə əməl edilməlidir: əlaqədar şəxslər ümumi (ictimai) xidmətə
münasibətdə eyni vəziyyətdə olmalıdır və ayrı-seçkiliyə haqq qazandıran
hər hansı ictimai fayda mülahizəsi mövcud olmamalıdır.
Misal üçün, Dövlət Şurası həkimlər və sosial-təminat orqanları
arasında münasibətə və sosial-sığorta sistemi üzrə sığorta olunmuş
şəxsləri müalicə etməyə görə həkimlərə haqq ödənilməsi məsələlərinə
dair öz rəyini bildirməli
olmuşdur.22
Hökümət bir vaxt həmin problemin
həlli üçün müqavilələr sistemi yaratmışdı. Lakin həkimlər şirkəti belə
qərara gəldi ki, bu halda belə müqavilələr bağlanmış və bağlanmamış
həkimlər arasında bərabərlik prinsipi pozulur; bu prinsip xəs-
Dostları ilə paylaş: