Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə45/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   41   42   43   44   45   46   47   48   ...   113
Müstəqillik  prinsipi.
  İyerarxik  tabelik  prinsipi  eyni  bir  hüquqi  şəxs 
hüdudlarında  fəaliyyət  göstərdiyi  halda,  müstəqillik  prinsipi  müxtəlif 
hüquqi  şəxslər  arasındakı  münasibətlərdə  fəaliyyət  göstərir.  Hər  bir 
kollektiv digər kollektivə münasibətdə müstəqildir və bu, belə bir klassik 
formulda  ifadəsini  tapır  ki,  həmin  formula  uyğun  olaraq  müvafiq 
səlahiyyətverici  akt  olmadan  nəzarət  ola  bilməz.  Əgər  aktda  bir 
kollektivin digəri üzərində nəzarət tədbiri görmək imkanı xüsusi olaraq 
nəzərdə tutulmursa, belə nəzarət mövcud olmayan kimi qiymətləndirilir. 
Ümumi  (ictimai)  xidmətlərin  təşkili  və  fəaliyyətinə  aid  digər 
ümumi  prinsiplərdə  (misal  üçün,  dövlət təsisatlannın  ixtisaslaşdırılması 
prinsipi) mövcuddur. 
Vətəndaş  hüquqlarına  dair  hüququn  ümumi  prinsiplərinin  geniş 
kateqoriyası vardır. O, bir tərəfdən maddi normalar ilə, digər tərəfdən isə 
prosessual normalarla əhatə edilir. 
Maddi  normalar
  üç  qrupa  bölünür:  azadlıq,  bərabərlik,  geriyə  təsir 
qüvvəsinin olmaması ilə yerdəyişmə azadlığı, vicdan azadlığı; Fransada 
müasir iqtisadi və sosial sistemdə ticarət və sənaye azadlığı, öz fikirlərini 
ifadə  etmək  azadlığı,  eləcə  də  bir  çox  digər  azadlıqlar.  Bu  normalar 
qanunlarda təsbit olunmuş və məhkəmə praktikasında geniş tətbiq edilir, 
qanunlar çərçivəsində hüququn ümumi prinsipləri əsasında təmin olunur. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin