tələr arasında da pozulur, çünki onların ödənc almaq hüququ müraciət
etdikləri həkimdən asılıdır. Dövlət Şurası bu tezisi aşağıdakı iki səbəbə
görə rədd etmişdi: həkimlər vətəndaşa qulluq etmək barədə müqavilə
bağlayıb bağlamamaqla ümumi xidmətə münasibətdə özləri-özlərini
qeyri-bərabər vəziyyətdə qoyurlar; digər tərəfdən xəstələr də özlərinə
həkim seçməkdə azaddırlar. Deməli, müqavilə ilə bağlı olmayan həkim
seçməklə onlar dövlət sosial-təminat orqanları ilə münasibətdə özlərini
qeyri-bərabər vəziyyətdə qoyurlar. Bundan əlavə, Dövlət Şurası qət etdi
ki, ictimai fayda mülahizələri bu cür sistemin mövcudluğunu (o cümlədən
maliyyə vəsaitlərinin israfçılığına yol verməmək üçün sosial təminat
sistemi ilə əhatə olunmuş şəxsləri müalicə edən həkimlərin qonorarlarının
miqdarım məhdudlaşdırmağı) döğrul- dur və bu ictimai fayda
mülahizələri tibbi xidmətlərin ödənişində ayrı- seçkiliyə kifayət qədər
haqq qazandırır. Hətta demək olar ki, bu, həkimlərin və xəstələrin
müxtəlif kateqoriyalarına münasibətdə müəyyən edilən hüquqi
qeyri-bərabərliyi təmin etmək vasitəsi olmuşdu, çünki əgər həmin
tədbirlər görülməsəydi, bərabərlik prinsipi pozula bilərdi.
Dövlət Şurası bərabərlik prinsipinin yeni və maraqlı şərhini
verərək sübuta yetirdi ki, bu prinsipi elan etmək onu tətbiq etməkdən çox
asandır. Dənizkənarı Şaranta departamentinin Baş Şurası depar- tamentin
istifadə etdiyi və Lapallisi Re adası ilə əlaqələndirən bərə üçün fərqli
tariflər müəyyən etdi: ada sakinləri üçün aşağı qiymət. Dənizkənarı
Şaranta sakinləri üçün orta qiymət, qalan sərnişinlər üçün ümumi tarif
müəyyənləşdirmişdi. Dövlət Şurası Denuayenin və Şor- kun işinə dair 10
may, 1974-cü il tarixli qərarında eyni zamanda ümumi (ictimai)
xidmətdən istifadə edənlərin bərabərliyi prinsipini və onun hüdudlarını
xatırlatdı: «Ümumi xidmətin və yaxud ümumi qurğunun istifadəçilərinin
müxtəlif kateqoriyalarının göstərilməsi, eyni xidmət üçün müxtəlif
tariflər müəyyənləşdirilməsi, bu fərqləndirmə qanunun tələbindən irəli
gəlmədikdə, istifadəçilər arasında onların faktiki vəziyyəti baxımından
mühüm fərqlər olduqda, həmin tədbirin ictimai fayda mənafeləri naminə
zərurətdən irəli gəldiyini, xidmətin və ya qurğunun istismar şərtləri ilə
əlaqəli olduğunu nəzərdə tutur». Dövlət Şurası müəyyən etdi ki, bu halda
ada sakinləri ilə kontinent sakinləri arasında bərədən istifadəyə görə haqq
ödənilməsində ayrı- seçkilik haqlıdır, lakin Dənizkənarı Şarantanın və
başqa yerlərin sakinləri üçün o yolverilməzdir.
Dostları ilə paylaş: