Diskresion hüququn tətbiqi. Administrasiya həmin hüququ tətbiq
edərkən, faktiki səhvə yol verərsə, deməli bununla da hüquqi səhvə yol
verir və yaxud yanlış hüquqi qiymətləndirməyə əsaslanaraq qərar qəbul
edir. Barelin işinə dair qərar buna misaldır. Administrasiya Milli İnzibati
Məktəbə qəbul üzrə müsabiqə üçün namizədlərin siyahısının tətbiq
olunması baxımından diskresion hüquqa malik idi. Lakin o, namizədlərin
siyasi görüşlərini qiymətləndirmək üçün mülahizə üzrə səlahiyyətlərdən
istifadə etməklə hüquqi səhvə yol vermiş, bununla da vətəndaşların fikir
azadlığını və dövlət qulluğuna qəbul olmaqda bərabər imkan prinsipini
pozmuşdur.