Dövlət Şurasının Yeni Şərq şəhərinin işinə dair 28 may, 1971-ji il tarixli qəran.
139
inzibati hüquq normaları vətəndaşların optimal davranış variantıdır.
Lakin bunu fəaliyyətə (həqiqətə) çevirmək üçün inzibati hüququn
subyektlərinin davramşlanm inzibati hüquq normasındakı qaydalara
qeyri-şərtsiz olaraq uyğunlaşdırmaq lazımdır.
Deməli, inzibati hüquq normalarının realizəsi dedikdə, inzibati
hüququn subyektlərinin inzibati hüquqları əldə etməsi və ondan istifadə
etməsi, hüquqi vəzifələri icra etməsi, vəzifələrə riayət etməsi və inzibati
hüquqa uyğun hərəkəti başa düşülür.
Hüquq nəzəriyyəsində hüquq normalarının realizəsinin aşağıdakı
formaları (üsulu) mövcuddur:
■
hüquqların icrası;
■
vəzifələrin icrası;
■
hüquq normalarının tətbiqi;
İnzibati hüquq normalarının realizəsinin isə aşağıdakı 4 forması
mövcuddur:
■
riayət etmə;
■
icra etmə;
■
istifadə etmə;
■
tətbiq etmə.
İnzibati hüquq normalarının tətbiq edilməsinə qoyulan əsas
tələblər qanunvericilikdən, məqsədyönlülükdən, əsaslılıqdan və hüquq-
tətbiqetmə fəaliyyətinin elmi təşkilindən ibarətdir.
Qanunçuluq
dedikdə, səlahiyyətli orqanlar və vəzifəli şəxslərin
idarəetmə işini həll edən zaman inzibati hüquq normaları ilə onlara
verilmiş səlahiyyətlər çərçivəsində və ya onun mənasına uyğun sürətdə
hərəkət etməsi başa düşülür.
Əsaslılıq tələbi inzibati hüquq normasının tətbiqinin faktiki
əsasına yönəlib. Hüquq tətbiq edənləri istənilən faktlar yox, yalnız o
faktlar, hadisələr və hərəkətlər maraqlandırmalıdır ki, onlar üçün inzibati
hüquq normaları qəbul olunmuşdur. Əsaslılıq tələbi qanunçu- luqla sıx
əlaqədədir.
Məqsədəuyğunluq
dedikdə, hüquq tətbiq edən tərəfindən normanın
mənasını (məqsədini) və işin faktiki hallarını araşdırdıqdan sonra iş üzrə
daha məqbul qərar qəbul edilməsi başa düşülür.
Hüquq tətbiqetmənin elmi təşkili dedikdə, hər hansı ictimai-
faydalı fəaliyyət kimi hüquq tətbiqetmənin elmi cəhətdən təşkil olunması
düşünülür.
Bu tələbin mahiyyəti ondan ibarətdir ki, hüquq tətbiqetmə prosesi
zamanı, onun həyata keçirilməsində az vasitələrin sərf olunması ilə
maksimal effektivliyə nail olunsun.
140
|